Məhkəmə qərarları › İş №e-2(006)-3594/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3594/2024

05.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3594/2024 05.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçının tələbi: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 79.98 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2012-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2020-ci il tarixli, e-2(006)-4060/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2021-ci il tarixindəki 251 manat, xx.xx.2021-ci il tarixindəki 100 manat, xx.xx.2021-ci il tarixindəki 60 manat, xx.xx.2021-ci il tarixindəki 72.71 manat məbləğİndəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC -yə 79.98 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC -yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 79.98 manat məbləğində xidmət haqqı ödəmişdir. «X1 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vatında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Cavabdehin etirazı: Məhkəmə tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmək hüququnun və eyni zamanda digər hüquq və vəzifələrinin izahı barədə cavabdehin iddia ərizəsində qeyd edilən ünvanına bildiriş göndərilmiş, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(006)-4060/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh 414,38 (dörd yüz on dörd manat, otuz səkkiz qəpik) manat əsas məbləğ üzrə borc, 25,28 (iyirmi beş manat, iyirmi səkkiz qəpik) manat hesablanmış və ödənilməmiş faiz borcu, 61,01 (altmış bir manat, bir qəpik) manat cərimə borcu, 1 (bir) manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 1,50 (bir manat, əlli qəpik) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 533,17 (beş yüz otuz üç manat, on yeddi qəpik) manat məbləğində pulun alınaraq iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. "xxxx" MMC ilə «X1 Azərbaycan» QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin surətinə əsasən, bu müqavilə istehlak kreditləri, kredit kartları və\və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınmasın (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödənicələck ödənişlərə və xərclərlə əlaqədar məsələləri tənmizləyir. «X1 Azərbaycan» QSC tərəfindən tərtib olunmuş maliyyə arayışına əsasən, «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə «Azcollect” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında imzalanmış xx.xx.2012-ci il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2021-ci ilə təmin edilmiş 533.71 manat məbləğində pul vəsaitinə görə «X1 Azərbaycan» QSC tərəfindən «Azcollect” MMC-yə 79.98 manat məbləğində xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. -8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(006)-4060/2020 nömrəli qətnaməsi ilə Cavabdeh “X1 Azərbaycan” QSC-nin xeyrinə 414,38 manat əsas məbləğ üzrə borc, 25,28 manat hesablanmış və ödənilməmiş faiz borcu, 61,01 manat cərimə borcu, 1 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 1,50 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 533,17 manat məbləğində pulun tutulması qət edilmişdir. İddiaçı «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC-nin vasitəsi ilə borcun ödənilməsi təmin edilmiş və buna görə də bank tərəfindən 79,98 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə hər kəsin müqavilə bağlamaqda müstəqil olması prinsipini rəhbər tutaraq qeyd edir ki, iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti könüllü şəkildə müstəqil olaraq öz seçimi ilə "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilə bağlamışdır. Məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin məcburi icra qaydası və şərtləri İcra haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanunun yuxarıda qeyd olunan normalarının mənasından göründüyü kimi icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin sənədin icrası isə icra məmurları tərəfindən həyata keçirilir. Lakin iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti qanunverici tərəfindən məhkəmə qətnaməsinin icrası üçün müəyyən edilən üsul və vasitəni seçməmiş, özü müstəqil olaraq digər müstəqil xidmət sahəsini seçmiş və xidmətin qarşılığında könüllü olaraq müəyyən məbləğ ödəmişdir. İddiaçı hazırda həmin məbləği ona ziyan dəyməsinin nəticəsi olaraq tələb edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - törədilmiş əməlin hüquqa zidd olması; - əməlin təqsirli olaraq törədilməsi; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması; Bu əsaslar müəyyən olunmadan iddiaçıdan zərərin ödənilməsi tələb oluna bilməz. Hazırda iddiaçı tərəfindən tələb edilən 79,98 manat borc cavabdehin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmamışdır, eyni zamanda bu borcun yaranması ilə onun hərəkətləri arasında hər hansı səbəbli əlaqə yoxdur. Başqa sözlə desək, icra tədbirləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra məmurları tərəfindən həyata keçirilə bilərdi və buna görə iddiaçı tərəfindən hər hansı əlavə ödənişin ödənilməsinə lüzum qalmazdı. İddiaçının öz seçimi əsasında icra sənədinin icrası üçün alternativ üsuldan istifadə edib əlavə məbləğ ödəməsi isə cavabdeh tərəfindən ona ziyanın vurulması kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan ödənişin dəymiş zərərin əvəzi qismində cavabdehdən tələb olunması əsassızdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyinidən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar