Məhkəmə qərarları › İş №e-2(006)-3604/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3604/2023

24.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3604/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı "ATASİĞORTA" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nüməyəndəsi X1 iştirakı ilə, İddiaçı "ATASİĞORTA" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı "subroqasiya hüququ əsasında pul tələbinə dair" iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "ATASİĞORTA" Açıq Səhmdar Cəmı̇ yyəti Cavabdeh qarşı "subroqasiya hüququ əsasında pul tələbinə dair" 5 000,00 (beş min) manat sığorta ödənişi məbləğinin və 70,00 (yetmiş) manat dövlət rüsumunun, cəmi 5 070,00 (beş min yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinəməhkəməyə iddia ərizəsi ilə müraciət edərək, dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai Accent” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Hyundai Accent” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Audi A6” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 5 000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yasamal RPİ X3 Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Yasamal RPİ Təhqiqat Şöbəsni in "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Hyundai Accent” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Məhkəmə iclasında iddiaçı "ATASİĞORTA" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nüməyəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh ğayev Rüfət Ağahacı oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işəüçüncü şəxsin və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı "ATASİĞORTA" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nüməyəndəsi X1 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, PAA********** nömrəli icbari sığorta haqqında şəhadətnaməsinə əsasən “Hyundai Accent” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığortalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 003869 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC 5 000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İş materiallarından görünür ki, Yasamal Rayon Polis İdarəsinin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsulliyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesap edilə bilən halın təfərrüatları” barədə xx.xx.2019-cu il tarixli, 091-50927-1219 nömrəli arayış mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-X9 Birliyinin xx.xx.2019-cü il tarixli, 811 saylı ekspert reyinə əsasən Cavabdeh məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 18 noyabr 2019-cu il tarixli qərarından görünür ki, yol-nəqliyyat hadisəsi faktına dair toplanmış HK-1- 823 material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan "ATASİĞORTA" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Cavabdeh 5.000 manat sığorta ödənişi məbləğində pul barədə xəbərdar edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından göründüyü kimi “Hyundai Accent” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığortalanmış, Cavabdeh xx.xx.2019-cu il tarixdə “Hyundai Accent” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Audi A6” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 5 000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yasamal RPİ X3 Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Yasamal RPİ Təhqiqat Şöbəsinin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Hyundai Accent” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz hallarından da göründüyü kimi Cavabdeh yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin Yasamal RPİ Təhqiqat Şöbəsi tərəfindən təqdim olunmuş arayışdan da göründüyü kimi Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Hyundai Accent” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmamışdır və həmin yol-nəqliyyat hadisəsini törətməsi nəticəsində “Audi A6” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 5 000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” AR Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. AR Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq,mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 70 manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək qeyd edilən qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 5.000 AZN (beş min manat) yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 70 AZN (yetmiş manat) dövlət rüsumu, ümumilikdə 5070 AZN (beş min yetmiş manat ) tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 5.000 AZN (beş min manat) yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 70 AZN (yetmiş manat) dövlət rüsumu, ümumilikdə 5070 AZN (beş min yetmiş manat ) tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar