Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3623/2024 23.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, CC/91519/39/10 saylı müqaviləyə əsasən 2499.34 manat əsas, 3511.12 manat faiz, 134.46 manat cərimə borcunun, xx.xx.2012-ci il tarixli BAL0053510/12 saylı müqaviləyə əsasən 1493.85 manat əsas, 2614.5 manat faiz və 59.47 manat cərimə, cəmi 10312.74 manat borcun və 121 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli, CC/91519/39/10 saylı və xx.xx.2012-ci il tarixli BAL0053510/12 saylı müqavilələrə əsasən bank ona ümumilikdə 3770 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X1 Banka ümumi olaraq 10312.74 manat borcu vardır. X3 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Cavabdeh (qızı) X1 qanuni vərəsəsidir. X3 tərəfindən vərəsələrinə qalan miras əmlak AR Bakı şəhər İcra Hakimiyyəti Tİ və MHQ idarəsindən verilmiş Reyestr kitabı 02koop, səhifə 175, qeydə alma 30/24016, xx.xx.2000-ci il tarixli Qeydiyyat vəsiqəsinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinin 1A/9304 nömrəli, xx.xx.2015-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 20-də yerləşən 5 saylı mənzildən ibarətdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 yuxarda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh qız məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsinin iddia müddətinin buraxılması səbəbindən, əsassız hesab edilərək rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddıaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında kredit müqaviləsi xx.xx.2014-cü il tarixində bağlanmış və müqavilə ilə cavabdehə 36 ay müddətinə 3270 manat məbləğində kredit verilmişdir. X3 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. B u barədə iddiaçının Atatürk prospektində yerləşən ofisinə 2015-ci ilin mart ayında ölüm haqqında şəhadətnamə təqdim edilmişdir və nəticədə cavadehə bildirilmişdir ki, müqavilə üzrə heç bir öhdəliyi yoxdur. Həmin tarixdən sonra iddiaçı tərəfindən qeyd olunan istehlak krediti müqaviləsi üzrə ödənişin aparılması barədə heç bir müraciət, bildiriş və ya xəbərdarlıq olunmamışdır. Hazırkı iddia üzrə iddia predmetinin istehlak krediti müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi təşkil edir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Mürsəlovun şikayəti üzrə 12 mart 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddətinin keşməsi, tələb hüququqnun səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia müddətinin ötməsi ilə bağlı olaraq iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən qeyd olunan istehlak krediti müqaviləsi üzrə ödənişin aparılması barədə heç bir müraciət, bildiriş və ya xəbərdrlıq olmamışdır. Belə ki, həmin müqavilə üzrə iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır, yəni tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə bütün öhdəliklərin icra müddəti xx.xx.2017-ci ildə yekunlaşmışdır və həmin vaxtdan iddia müddətinin axımı başlamışdır. Göründüyü kimi iddia müddəti xx.xx.2020-ci il tarixdə bitsə də, iddiaçı iddia ərizəsini elektron qaydada Nəsimi rayon məhkəməsinə bu müddətdən sonra göndərmişdir ki, nəticədə iddia müddəti ötürlmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlində 4611,87 manatın 2017-ci ilədək ödənilməsi görünür. Həmin pul məbləği X3 tərəfindən ödənilə bilməzdi, çünki iş materiallarından da görünür ki, həmin vaxtı o artıq dünyasını dəyişmişdi. İş materiallarında ünvan qeyd olunsa da, bu müddət ərzində onlara bu barədə hər hansı məlumat verilməmişdir. Yalnız, məhkəmədən məlumat gəldikdə, bu barədə xəbər tutulmuşdur. Beləliklə, iddiaçı iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyindən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit üzrə borcun tutulması müqaviləsinə görə iştirakçılardan biri (kredit üzrə borcun tutulması verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit üzrə borcun tutulması alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit üzrə borcun tutulması alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit üzrə borcun tutulması verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli BAL0053510/12 saylı “kredit kartı üzrə bank hesabı müqaviləsi”nə əsasən bank X2 xx.xx.2015-ci il tarixinədək Bankın “Bolkart” layihəsinə qoşulmuş satış və xidmət şəbəkələrində alınan malların və göstərilən xidmətlərin dəyərinin ödənilməsi üçün 500 manat məbləğində olan bərpa olunan kredit xətti açır. xx.xx.2012-ci il tarixli balansdankənar məxaric orderindən görünür ki, xx.xx.2012-ci il tarixdə X2 İddiaçı ASC tərəfindən 1 ədəd “BalCards” kart növündə bir ədəd kart verilmişdir. İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, CC/91519/39/10 saylı “kredit müqaviləsi”nə əsasən borc verən (iddiaçı) borc alana (X2) 36 ay müddətinə illik 23,80 faizlə 3270 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borc alan isə krediti qəbul etməyi, verildiyi gündən etibarən 36 ay ərzində qaytarmağı, kredit üzrə hesablanmış faizləri ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan Qanun üzrə Vərəsəlik Hüququ haqqında xx.xx.2015-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1 vərəsələri Cavabdehdır və o miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlaklar: ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 İddiaçı ASC-yə xx.xx.2014-cü il tarixli, CC/91519/39/10 saylı və xx.xx.2012-ci il tarixli BAL0053510/12 saylı müqavilələrinə əsasən əsas borc üzrə 3993,19 manat, faiz borcu üzrə 6125,62 manat, cərimə borcu üzrə 193,93 manat məbləğində borcu yaranmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəyə əsasən onun iş üzrə iddia müddətinin tətbiq edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı ASC ilə X3 arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. sonuncu kredit müqaviləsi 36 ay müddətinə bağlanmış, kredit müqaviləsinə əsasən icra müddətinin sonu xx.xx.2017-ci il tarixi kimi müəyyən edilmişdir. X3 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və vərəsəsi isə Cavabdeh müəyyən edilmişdir. Hazırda İddiaçı ASC vərəsə kimi Cavabdeh qarşı iddia qaldıraraq İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, CC/91519/39/10 saylı və xx.xx.2012-ci il tarixli BAL0053510/12 saylı müqavilələrinə əsasən ödənilməmiş borcun odənilməsini tələb edir. Cavabdeh tərəfindən təqdim edilmiş ərizəyə əsasən isə məhkəmədən iddia müddətinin tətbiqi edilməsi xahiş edilmişdir. Məhkəmənin yuxarıda qeyd olunanlara əsasən gəldiyi qənaətə görə iddiaçı icra müddəti bitdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Beləliklə iddia müddətinin axımının kəsilməsinə və ya onun hesablanması qaydasının dəyişilməsinə əsas verən halların mövcudluğu müəyyən edilmədiyindən, iddia müddəti keçdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən hazırki iddia rədd olunmalıdır. Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 377.2 və 375.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”. Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən zidiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci istansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-nin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və müqavilə öhdəliyini pozmuşdur. Lakin iddia müddəti keçdiyindən və tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia rədd olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış sonuncu kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2017-ci il tarixdə bitir və iddiaçı icra müddəti bitdikdən 7 il sonra iddia verməklə iddia müddətini ötürmüşdür. Həmçinin iddia müddətinin axımının kəsilməsinə əsas verən halların mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 121 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-3623/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3623/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver