Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3670/2023 30.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı qızı, Cavabdeh iştirakları ilə İddiaçı qızının Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı qızı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qızı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında xx.xx.2008-ci il tarixdə 1565 nömrə ilə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2009-cu il tarixdə doğulmuş X2 və xx.xx.2011-ci il tarixdə doğulmuş X6 onun himayəsində saxlanması, birgə nikahdan xx.xx.2009-cu il tarixində doğulmuş X7 və xx.xx.2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşlarına çatana qədər Cavabdeh qazancının və digər gəlirlərinin 1/3 hissəsinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)- 3721/2014 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı ilə cavabdeh arasında 04 dekabr 2007-ci il tarixdə Binəqədi rayon VVADQ şöbəsi tərəfindən bağlanmış və bağlanması həmin tarixdə akt qeydləri kitabında 1565 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra yetkinlik yaşına çatmamış uşaqlar 12 mart 2009cu il təvəllüdlü X5 və 24 iyul 2011-ci təvəllüdlü X6 anaları X13 üızının yanında qalmaları, 12 mart 2009-cu il təvəllüdlü X5 və 24 iyul 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün 02 iyun 2014-cü il tarixdən başlayaraq Cavabdeh qazancından və digər gəlirlərindən 1/3 hissəsi miqdarında alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Bundan sonra iddiaçı tərəfindən 2018-ci il tarixdə aliment məbləğinin artırılması tələbi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilərək, Cavabdeh birgə nikahdan anadan olan 12 mart 2009-cu il təvəllüdlü X5 və 24 iyul 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-1323/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 12 mart 2009-cu il təvəllüdlü Cavabdeh 12 mart 2009-cu il təvəllüdlü X2 və 24 iyul 2011-ci il təvəllüdlü Xudaverdiyev Niyaz oğlunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün 26 dekabr 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd manat), cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda həmin məbləğ aşağıdır, eyni zaman da, uşalaqrın təhsil və digər tələbatlarını ödəmir. Belə ki, iddiaçının qızı X7 9-cu sinifdə, oğlu X10 isə 7-ci sinifdə oxuyurlar. Hər ikisi Bakı şəhəri 8 nömrəli tam orta məktəbin şagirdidirlər. Onların kefiyyətli təhsil alması üçün uşaqlar bir çox dərsliklərlə təmin edilməlidir. Həmin dərsliklərin bir qismi dövlət tərəfindən verilsə də, digər qismi valideynlər tərəfindən təmin edilməlidir. Lakin cavabdeh bu təminatlardan kənara qalmışdır. Könüllü olaraq uşaqlara heç bir diqqət və qayğı göstərmir. Demək olar ki, uşaqlarla heç maraqlanmır. Ancaq aliment verməklə kifayətlənir. İddiaçı valdeynlərinin köməkliyi ilə uşaqların sağlamlığı və təhsili üçün çəkilən xərcləri bu günə kimi qarşılıyır. Cavabdehin verdiyi aliment isə indiki vaxtda uşaqların sağlamlığı, təhsili və digər tələbatlarını qisməndə olsa ödəmir. Cavabdeh özü könüllü olaraq uşağların sağlamlığı, təhsili üçün çəkilən xərclər ilə bağlı iddiaçıya kömək etmir. Bundan əlavə verilən aliment hazırki bazar qiymətləri iə uyğun gəlmir. İddiaçının tələbi cavabdehin gəlirincədir. Bu günki alimentin artırlması cavabdehə heç bir maddi çətinlik törətməyə bilər. X1 və X6 yetkinlik yaşınadək saxlanmaları üçün cavabdeh iddiaçıya könüllü olaraq köməklik etmədiyindən, iddiaçı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən birgə nikahdan olan uşaqları xx.xx.2009-cu il tarixdə doğulmuş X2 və xx.xx.2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh alınıb ona ödənilməli olan aliment məbləğinin artırılaraq hər ay, hər uşaq üçün sabit pul məblğində 220 (iki yüz iyirmi) manat müəyyən edilməsi və iddiaçı tərəfindən hərtərəfli qaydada 50 (əlli) manat mediasiyaya dair xərcin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, Cavabdeh ilə aralarında bağlanmış nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə pozulmuş, nikahın pozulmasından sonra yetkinlik yaşına çatmamış uşaqlar- 12 mart 2009-cu il təvəllüdlü X5 və 24 iyul 2011-ci il təvəllüdlü X6 onun yanında qalması və onların saxlanılması üçün Cavabdeh qazancından və digər gəlirlərindən 1/3 hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Bundan sonra onun tərəfindən 2018-ci il tarixdə aliment məbləğinin artırılması tələbi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və hər uşaq üçün 154(bir yüz əlli dörd) manat, cəmi 308(üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq onda ödənilməsi qət edilmişdir. Hazırda həmin məbləğ çox aşağıdır, eyni zaman da uşaqların təhsil və digər tələbatlarını ödəmir. Belə ki, qızı 9-cu sinifdə, oğlu X10 isə 7-ci sinifdə oxuyurlar. Onların kefiyyətli təhsil alması üçün uşaqlar bir çox dərsliklərlə təmin edilməlidir. Həmin dərsliklərin bir qismi dövlət rəfəindən verilsə də, digər qismi valdeynlər tərəfindən təmin edilməlidir. Lakin cavabdeh bu təminatlardan kənara qalmışdır. Könüllü olaraq uşaqlara heç bir diqqət və qayğı göstərmir. Demək olar ki, uşaqlarla heç maraqlanmır. Ancaq aliment verməklə kifayətlənir. Valideynlərinin köməkliyi ilə uşaqların sağlamlığı və təhsili ilə bağlı çəkilən bütün xərclər bu günə kimi onun tərəfindən qarşılanır. Cavabdehin verdiyi aliment isə indiki vaxtda uşaqların sağlamlığı, təhsili və digər tələbatlarını qisməndə olsa ödəmir. Cavabdeh özü könüllü olaraq uşaqların sağlamlığı, təhsili üçün çəkilən xərclər ilə bağlı ona əlavə olaraq köməklik etmir. Bundan əlavə, verilən aliment hazırki bazar qiymətləri ilə uyğun gəlmir. İddiaçı onuda qeyd edir ki, cavadehin aylıq gəliri yeterincədir. O hesab edir ki, bugünüki gündə alimentin artırlması cavabdehə heç bir maddi çətinlik törətməyə bilər. Bundan əlavə, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440(dörd yüz qırx) manat aliment tələb etsə də, hazırda cavabdehi nəzərə alaraq ümumilikdə 400 (dörd yüz) manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, onun hər uşağa görə 220 (iki yüz iyirmi) manat aliment ödəməyə maddi imkanı çatmır. Belə ki, o ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan 3 azyaşlı övladı da vardır. O, hərbiçidir və aylq 1100 (bir min yüz) manat maaş alır. Aylıq 600 (altı yüz) manat kredit ödəyir. Ona görə də iki uşaq üçün aylıq 370(üç yüz yetmiş) manat aliment ödəyə bilər, bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar:
6. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladları anadan olmuş, sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2(006)-3721/2014 saylı qətnaməsi ilə nikahları pozulmuş və xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 02 iyun 2014-cü il tarixindən başlayaraq Cavabdeh qazancından və digər gəlirlərindən 1/3 hissəsi miqdarında aliment İddiaçı qızına verilməsi qət edilmişdir. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-1323/2018 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 154 manat (yüz əlli dörd) olmaqla, ümumilikdə 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda həmin məbləğ uşaqların saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edir.
b) Mülki işin materialları:
7. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-1323/2018 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin olunmuş, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 154 (bir yüz əlli dörd), cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixində verilmiş AZ-İİ № 743689 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X4r.
9. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixində verilmiş AZ-İİ № 277992 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X4r.
10. Mülki işin materiallarında olan ilkin mediasiya sessiyasında davam etdirilə bilməməsi barədə MŞB/2-02952 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi üzrə xx.xx.2023-cü il tarixində, 14:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
12. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
13. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.
14. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
18. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
19. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
20. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
21. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
22. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
24. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2009-cu il tarixində doğulmuş X7 və xx.xx.2011-ci il tarixdə doğulmuş X6 da mənafeyini diqqətdən kənar qoymamaq ilə yanaşı cavabdehin yenidən ailə qurmasını, ikinci nikahdan da üç azyaşlı uşağın saxlanması kimi vəzifəsinin olmasını, iddiaçın əmək fəaliyyəti ilə məşğul olmaqla ("DÖVLƏT TİBBİ-SOSİAL EKSPERTİZA VƏ REABİLİTASİYA AGENTLİYİ" PUBLİK HÜQUQİ ŞƏXSİ) 1200 manat məbləğində əmək haqqı almasını, cavabdehi daha artıq məsuliyyətlə yükləməklə süni şəkildə borcun artmasının qarşısının alınmasını nəzərə almaqla iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il tarixində doğulmuş X7 və xx.xx.2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 190 (bir yüz doxsan) manat, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
25. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının “mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul” tələbi hissəsində də iddiaçının iddiası təmin edilməli, Cavabdeh tutularaq İddiaçı qızına ödənilməlidir.
26. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-1323/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay, hər uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı qızına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov