Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3672/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Tibb Universitetinin X4 nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Tibb Universitetinin X7 və Cavabdeh2 qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Tibb Universitetinin X7 və Cavabdeh2 qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı X6 üzərində xx.xx.2023-cü il tarixdə Azərbaycan Tibb Universitetinin X3 aparılan əməliyyat üçün ödədiyi 3000 manatın, həmin klinikada xx.xx.2023-cü il tarixdə aparılan əməliyyat üçün ödədiyi 500 manatın, bud çanaq oynağının rentgenoqrafiyası üçün “Kəpəz Hospital”da ödədiyi ümumilikdə 160 manatın, “X17”da bud çanaq oynağının rentgenoqrafiyası və analizlər üçün ümumilikdə ödədiyi 457 manatın, həmçinin xx.xx.2024-cü il tarixdə aparılmış əməliyyat üçün ödədiyi 3360 manatın, ümumilikdə 7477 manatın, dava-dərman alınmasına, nəqliyyat, qidalanma və digər xərclər üçün xərclədiyi ümumilikdə 1523 manatın, habelə 1.000 manat miqdarında mənəvi ziyanın, ümumilikdə 10.000 manat maliyyə vəsaitinin və iddianın verilməsi üçün tərəfindən ödənilmiş 121 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Azərbaycan Tibb Universitetinin X14 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X15 onun övladıdır. Zəhra anadan olduqdan bir qədər sonra onun bir ayağının digər ayağından qısa olmasını müəyyən etmişlər. Bundan sonra isə həkim müayinəsi zamanı qızına “omba çanaq xəstəliyi” diaqnozu qoyulmuş və onlara bu problemin yalnız əməliyyat vasitəsi ilə aradan qaldırıla bilinəcəyi bildirilmişdir. O, qızını əməliyyat etdirmək üçün həkim axtaran zaman ona “Kəpəz Hospital” da işləyən Cavabdeh2 məsləhət görmüşlər. O, həkim Cavabdeh2lə telefon vasitəsi ilə əlaqə saxlayıb danışdığı zaman, həkim ona xx.xx.2023-cü ildə “Kəpəz Hospital”a gəlməsini bildirdiyi üçün o, həmin tarixdə qızını götürərək həmin klinikaya yaxınlaşmışdır. Cavabdeh2 qızını müayinə etdikdən sonra ona Zəhrada çanaq çıxığı olduğunu və əməliyyat olunmalı olduğunu bildirmişdir. Lakin həmin vaxt Zəhra 1 yaş üç aylıq olduğu üçün Cavabdeh2 qızını müayinə etdikdən sonra mənə qızı yalnız 1 yaş altı aylıq olduqdan sonra əməliyyat edə biləcəyini bildirmişdir. O, üç aydan sonra təkrar Cavabdeh2lə əlaqə saxlamış və həkim ona qızı Zəhranı Azərbaycan Tibb Universiteti X7 gətirməsini bildirmişdir. O, da qızını həmin klinikaya apardıqdan sonra Cavabdeh2 qızını təkrar müayinə etmiş və qızına “hər iki budun anadangəlmə çıxığı” diaqnozu qoyulmuşdur. Cavabdeh2 qızının əməliyyat olunmasına razılıq verdikdən sonra isə ondan əməliyyat üçün 3000 manat pul istəmişdir. O, razılaşdıqdan sonra qızı Zəhradan müvafiq analizlər götürülmüşdür. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Tibb Universitetinin X1 üzərində “sol tərəfli adduktoromiya. Sol budun aşıq reduksiyası. Çanağın Pembertn osteotomiyası. Pelvio-pedal gips sarısının qoyulması” əməliyyatını icra etmiş və onun çanaq nahiyyəsini gipsə qoymuşdur. Cavabdeh2 qızının əməliyyatının yaxşı keçdiyini və onun probleminin aradan qalxacağını bilidirmişdir. O, isə bundan sonra onun xidməti otağında qızının əməliyyatı üçün razılaşdıqları 3000 manatı ona vermişdir. Həkim ona həmin məbləği Azərbaycan Tibb Universitetinin X4 kassasına keçirəcəyini bildirmişdir. Qızı Zəhra həmin klinikada bir gün saxlanıldııqdan sonra bud çanaq oynağının rentgenoqrafiyası müayinəsindən keçmiş və onlar həmin müayinə sənədini Cavabdeh2 göstərmişlər. Cavabdeh2 isə hər şeyin yaxşı olduğunu və ay yarımdan sonra Zəhranı gətirmək lazım olduğunu bildirmişdir. Bundan sonra o, qızı Zəhranı evə aparmış və həkim dediyi vaxt qızını müayinə olunması üçün Kəpəz Hospitala aparmışdır. X25 Hacıyev qızı Zəhranı müayinə etmiş, bud çanaq oynağının rentgenoqrafiyası müayinəsi kağızlarına baxıb omba çanağının yerindən çıxdığını bildirmiş və gipsi açmaq üçün onu Güvən Hospitala göndərmişdir. O, X22 aparıb gipsi açdırdıqdan sonra təkrar Cavabdeh2 yanına qayıtmışdır. Həmin vaxt Cavabdeh2 ona bildirmişdir ki, “uşağı aparın çimizdirin, bədəni nəfəs alsın, bir həftə sonra təkrar gətirin, uşağı yenidən əməliyyat edəcəm”. O, qızı Zəhranı bir həftədən sonra əməliyyat edilməsi üçün Azərbaycan Tibb Universitetinin X7 aparmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 uşağı əməliyyat otağına apardıqdan bir qədər sonra geri qayıdıb qızını əməliyyat etmədiyini, qapalı şəkildə ombasını yerinə oturtduğunu, yenidən gipsə qoyduğunu və həmin gipsin üç ay qalmalı olduğunu söyləmişdir. Buna görə isə ondan 500 manat pul almış və uşağı hər ay müayinə üçün gətirməli olduğunu bildirmişdir. Ona epikriz təqdim olunduqdan sonra müəyyən etmişdir ki, qızının üzərində xx.xx.2023-cü il tarixdə ümumi anesteziya altında sol bud sümüyü başı mərkəzləşdirilərək, “gips sarğısının dəyişdirilməsi” icra edilmişdir. Bundan sonra o, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə qızını bud çanaq oynağının rentgenoqrafiyası müayinələrinə aparıb, həmin sənədləri Cavabdeh2 təqdim etmişdir. Həmin müayinələr zamanı qızına “sağ bud-çanaq oynağı normal anatomik görüntüdədir. Sol bud-çanaq oynağının anatomik münasibəti qismən pozulub” diaqnozunun qoyulmasına baxmayaraq, hər yoxlamada Cavabdeh2 ona uşağın vəziyyətinin yaxşı olmasını bildirmişdir. Cavabdeh2 üç ay tamam olduğu zaman qızı Zəhranın gipsini açmış və yenə də ay yarım müddətinə qızının bədəninin şində qalmalı olduğunu, həmçinin Türkiyədən hocası gələcəyini və qızını o həkimə də göstərəcəyini bildirmişdir. Ay yarımdan sonra Cavabdeh2 ona zəng vuraraq xx.xx.2024-cü il tarixdə Türkiyədən gələn hocasına göstərmək üçün qızını “Lux İnternational” Hospitala gətirməsini söyləmişdir. O, da həmin vaxt qızını sözügedən hosbitala aparmışdır. Çengiz Çabukoğlu adlı həkim qızının bud çanaq oynağının rentgenoqrafiyası müayinəsi kagızlarına və disklərə baxıb heç nəyin yerində olmadığını və qızının təkrar əməliyyata ehtiyacı olduğunu söyləmişdir. Bundan sonra “X18” Klinikasında xx.xx.2024-cü il tarixdə qızının üzərində “Femur varus deratasyon osteotomiyası və asetabulum ostetomiyası” cərrahiyyə əməliyyatı icra olunmuş və həmin əməliyyat üçün təkrar 3360 manat ödəniş etmişdir. Hazırda da uşağın ayağından qarın boşluğuna qədər olan hissəsi gipsdədir. Bundan sonra o, Nəsimi Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək, qızı Zəhra Əhmədovanın hər iki budunun anadangəlmə çıxığının Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə şöbəsində həkim Cavabdeh2 tərəfindən düzgün əməliyyat etməməsinin araşdırılmasını və ona dəymiş ziyanın geri qaytarılmasına köməklik edilməsini xahiş etdmişdir. Nəsimi Rayon Prokurorluğunda aparılan araşdırma zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, KEŞ-373 nömrəli rəyindən də müəyyən edilmişdir ki, Zəhra Əhmədlinin üzərində Azərbaycan Tibb Universitetinin X5 icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Belə ki, icra edilmiş cərrahiyə əməliyyatları zamanı bud sümüyünün başı sirkə kasasında yaxşı oturmamışdır ki, bu da sonradan digər əməliyyatların icrasına gətirib çıxarmışdır. Bu da səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəsi vəzifə təlimatları”nın 24.1-ci bəndinin tələblərini (ona həvalə edilmiş vəzifə öhdəliklərini vaxtında keyfiyyətli icra edilməməsi) pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim travmatoloq-ortoped Cavabdeh2dir. Zəhra Əhmədliyə aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Azərbaycan Tibb Universitetinin X5 tərtib edilmiş tibbi sənədlər elmi cəhətdən əsaslı olmuşdur. İzahatların düzgün və əsaslı olub-olmamasının təyini istintaq yolu ilə aydınlaşdırıla bilər. Nəsimi Rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X16 xx.xx.2024-cü il tarixli qərarı ilə şikayəti ilə bağlı Cavabdeh2 əməlində cinayət tərkibi müəyyən olunmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və ona dəymiş maddi və mənəvi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin həmin qərarla Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə şöbəsində həkim Cavabdeh2 tərəfindən qüsurlu əməliyyatın icra olunması sahəsində yol verilmiş nöqsanların aradan qaldırılması və gələcəkdə analoji halların təkrar olunmaması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdimat göndərilmişdir. Bildirir ki, Cavabdeh2 tərəfindən qızı Zəhranın üzərində xx.xx.2023-cü il tarixdə Azərbaycan Tibb Universitetinin X3 apardığı əməliyyat üçün 3000 manat, həmin klinikada xx.xx.2023-cü il tarixdə apardığı əməliyyat üçün 500 manat, ondan sonra aparılan müayinə və analizlər üçün xx.xx.2023-cü il tarixdə “Kəpəz Hospital”da bud çanaq oynağının rentgenoqrafiyası müayinəsi üçün 30 manat, xx.xx.2023cü il tarixdə həm bud çanaq oynağının rentgenoqrafiyası, həm həkim qəbulu üçün ümumilikdə 70 manat, xx.xx.2023-cü il tarixdə bud çanaq oynağının rentgenoqrafiyası üçün 30 manat, xx.xx.2023-cü il tarixdə bud çanaq oynağının rentgenoqrafiyası üçün 30 manat, xx.xx.2024-cü il tarixdə “X17” da ortoped müayinəsi üçün 100 manat, analizlərin götürülməsi üçün 285 manat, bud çanaq oynağının rentgenoqrafiyası üçün 45 manat və xx.xx.2024-cü il tarixdə əməliyyat üçün 3360 manat, xx.xx.2024-cü il tarixdə həkim qəbulu və bud çanaq oynağının rentgenoqrafiyası üçün 27 manat, ümumilikdə 7477 manat ödəniş etmişdir. Bundan əlavə, o, dava-dərman alınmasına, rayonda yaşadığı üçün hər dəfə Bakı şəhərinə gedib-gəlməsilə bağlı nəqliyyat, qidalanma və digər xərclər üçün ümumilikdə 1550 manat, cəmisi 9.000 manat pul xərcləmişdir. Həmçinin hər dəfə övladının uğursuz əməliyyatlarını, onun ağrılarını gördükcə valideyn olaraq həm həyat yoldaşı ilə birllikdə mən, həm də övladı çox böyük stress və mənəvi əzab çəkmişlər. Həmin mənəvi ziyanı isə 1000 manat kimi qiymətləndirir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Tibb Universitetinin X4 nümayəndəsi X21 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı övladı xx.xx.2021-ci il təvəllüdlü X15 hər iki budun anadangəlmə çıxığı diaqnozu ilə Azərbaycan Tibb Universitetinin X7 həkim Cavabdeh2 müraciət etmişdir. Klinikada aparılmış anamnestik, klinik, laborator və təqdim olunmuş rentgenoloji müayinələr nəticəsində bu diaqnozu təsdiqlənmişdir. xx.xx.2023-cü il tarixində ümumi anesteziya altında sol tərəfin adduktorotomiya, sol budun açıq reduksiyası, çanağın pemberton osteotomiyası, pelviopedal gips sarğısının qoyulması əməliyyatı icra olunmuşdur. Əməliyyat fəsadsız keçmiş, xx.xx.2023-cü il tarixində körpə Z.Əhmədli kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılmışdır. Daha sonra xx.xx.2023-cü il tarixində ümumi anesteziya altında sol bud sümüyü başı mərkəzləşdirilərək “gips sarğısının dəyişdirilməsi" əməliyyatı icra olunmuş, xx.xx.2023-cü ildə kafi vəziyyətdə evə ambulator müalicəyə göndərilmişdir. Qeyd olunan hadisə ilə bağlı xəstə Z.Əhmədlinin atası İddiaçı şikayəti üzrə Nəsimi Rayon Prokurorluğunda araşdırılma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin araşdırma zamanı təyin olunmuş məhkəmə tibbi ekspertizası keçirilmişdir. xx.xx.2024-cü il tarixində keçirilmiş 373/KEŞ saylı rəydə qoyulmuş suallara cavab olaraq ekspertlər belə nəticəyə gəliblər ki, diaqnoz düzgün təyin olunmuş, xəstənin üzərində "Femur varus deratasyon osteotomiyası və asetabulum osteotomiyası" cərrahi əməliyyat icra edilmiş və xx.xx.2024-cü il tarixdə evə yazılmışdır. Müvafiq rəydə əməliyyatın texniki və taktiki cəhətdən düzgün yerinə yetirilmədiyi qeyd olunsa da, hansı tərəfin (sağ və ya sol) düzgün olmadığı bildirilməmişdir. İzahatının sonunda iddia ərizəsini qəbul etmədiyini, iddia ərizəsini əsassız hesab etdiyini və məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, uşağa təyin etmiş olduqları diaqnoz, müalicə əsaslandırılmışdır. Hazırda uşağın sağlamlığı bərpa olunub. Onun sonuncu əməliyyatında özü də iştirak etmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan şikayət verməyib. Əgər onun səhvi olsa idi elə cinayət işi başlanardı. Uşağa icra etmiş olduğu əməliyyatdan sonra müəyyən komplikasiyalar yaranmışdır. Bu komplikasiyalar barədə elmi məqalələrlə, ədəbiyyatlarda da bəhs edilir. Əməliyyatdan sonra baş verə biləcək komplikasiyalar, ağırlaşmalar haqqında öncədən xəstəyə izah verilir. Xəstə razı olduğu təqdirdə razılığını imzası ilə təsdiq edir və əməliyyat icra olunur. O, iddiaçıdan şəxsən pul almamışdır. Əməliyyat xərci kassaya ödənilmişdir. İzahatının sonunda iddia tələblərini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Tibb Universitetinin X4 epikrizi ilə müəyyən olunur ki, xəstə xx.xx.2021-ci il təvəllüdlü X15 xx.xx.2023-cü il tarixdə “Hər iki budun anadangəlmə çıxığı. Əməliyyatdan sonrakı vəziyyət. Sol bud sümüyü başında mərkəzləşmə pozğunluğu” diaqnozu ilə daxil olmuşdur. Anamnezə görə uşaq 2 ay əvvəl hər iki budun anadangəlmə çıxığına görə sol tərəfli əməliyyat keçirmiş, sağ tərəf qapalı reduksiya olunaraq koksit gips sarğısı qoyulmuşdur. Klinikada aparılan anamnestic və təqdim olunan rentgenoloji, KT müayinələrə əsasən xəstədə diaqnoz təsdiqlənmişdir. Xəstəyə xx.xx.2023-cü il tarixdə ümumi anesteziya altında sol bud sümüyü başı mərkəzləşdirilərək “Gips sarğısının dəyişdirilməsi” icra olunmuş, xx.xx.2023-cü il tarixdə xəstə kafi vəziyyətdə evə ambulator müalicəyə göndərilmişdir. - Ödəniş qəbzləri ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 400 manat olmaqla, İddiaçı tərəfindən Azərbaycan Tibb Universitetinin X7 ümumilikdə 1400 manat ödəniş həyata keçirilmişdir. - Kəpəz Hospitalın təqdim etdiyi rentgenoqrafiya müayinəsinin nəticələri ilə müəyyən olunur ki, müayinə xx.xx.2023-cü il tarixdə xx.xx.2021-ci il təvəllüdlü X15 üzərində aparılmışdır. Müayinə nəticəsində Zəhra Əhmədliyə “sağ bud-çanaq oynağı normal anatomik görüntüdədir. Sol bud-çanaq oynağının anatomik münasibəti qismən pozulub. Ortopedin konsultasiyası tövsiyyə olunur. Bud sümükləri başının sümükləşmə nöqtələri hər iki tərəfdə formalaşıb” diaqnozu təyin edilmişdir. - Kəpəz Hospitalın təqdim etdiyi rentgenoqrafiya müayinəsinin nəticələri ilə müəyyən olunur ki, müayinə xx.xx.2023-cü il tarixdə xx.xx.2021-ci il təvəllüdlü X15 üzərində aparılmışdır. Müayinə nəticəsində Zəhra Əhmədliyə “sağ bud-çanaq oynağı normal anatomik görüntüdədir. Sol bud-çanaq oynağının anatomik münasibəti qismən pozulub. Ortopedin konsultasiyası tövsiyyə olunur. Bud sümükləri başının sümükləşmə nöqtələri hər iki tərəfdə formalaşıb” diaqnozu təyin edilmişdir. - Kəpəz Hospitalın təqdim etdiyi rentgenoqrafiya müayinəsinin nəticələri ilə müəyyən olunur ki, müayinə xx.xx.2023-cü il tarixdə xx.xx.2021-ci il təvəllüdlü X15 üzərində aparılmışdır. Müayinə nəticəsində Zəhra Əhmədliyə “sağ bud-çanaq oynağı normal anatomik görüntüdədir. Sol bud-çanaq oynağının anatomik münasibəti qismən pozulub. Ortopedin konsultasiyası tövsiyyə olunur. Bud sümükləri başının sümükləşmə nöqtələri hər iki tərəfdə formalaşıb” diaqnozu təyin edilmişdir. - Kəpəz Hospitalın təqdim etdiyi çıxarışlarla (qəbzlərlə) müəyyən olunur ki, xx.xx.2021-ci il təvəllüdlü X6 bud çanaq oynağının rentgenoqrafiyası üçün xx.xx.2023-cü il tarixdə 30 manat, bud çanaq oynağının rentgenoqrafiyası üçün (30 manat) və travmatoloq ortopedin qəbulu üçün (40 manat) xx.xx.2023-cü il tarixdə ümumilikdə 70 manat, bud çanaq oynağının rentgenoqrafiyası üçün xx.xx.2023-cü il tarixdə 30 manat, bud çanaq oynağının rentgenoqrafiyası üçün xx.xx.2023-cü il tarixdə 30 manat olmaqla, İddiaçı tərəfindən ümumilikdə 160 manat məbləğində ödəniş edilmişdir. - X11 təqdim etdiyi çıxarışlarla (qəbzlərlə) müəyyən olunur ki, xx.xx.2021-ci il təvəllüdlü X6 ortoped müayinəsi üçün xx.xx.2024-cü il tarixdə 100 manat, analizlər üçün xx.xx.2024-cü il tarixdə 140 manat, bud çanaq oynağının rentgenoqrafiyası üçün xx.xx.2024-cü il tarixdə 45 manat, bud çanaq oynağının rentgenoqrafiyası üçün xx.xx.2024-cü il tarixdə 27 manat olmaqla, İddiaçı tərəfindən ümumilikdə 312 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinin qəbzi ilə müəyyən olunur ki, İddiaçı tərəfindən 3360 manat məbləğində ödəniş həyata keçirilmişdir. - Nəsimi Rayon prokurorunun böyük köməkçisi X16 cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, İddiaçı qızı Zəhra Əhmədlinin hər iki budunun anadangəlmə çıxığının Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə şöbəsində həkim Cavabdeh2 tərəfindən düzgün əməliyyat etməməsi ilə bağlı sonuncunun əməlində cinayət tərkibi müəyyən olunmadığından barəsində AR CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, eləcə də İddiaçı dəymiş maddi və mənəvi ziyanla bağlı ona mülki qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə şöbəsində həkim Cavabdeh2 tərəfindən qüsurlu əməliyyatın icra olunması sahəsində yol verilmiş nöqsanların aradan qaldırılması və gələcəkdə analoji halların təkrar olunmaması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdimat göndərilmişdir. - Məhkəmənin sorğusu əsasında Bakı şəhər Nəsimi Rayon Prokurorluğundan daxil olmuş X6 adına tərtib edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X19 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli KEŞ-373 saylı ekspert rəyi ilə müəyyən olunur ki, Azərbaycan Tibb Universitetinin X3 Zəhra Əhmədlinin adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2023-cü il tarixdə klinikanın uşaq cərrahiyyəsi şöbəsinə daxil olmuşdur. Aparılmış klinik, laborator və təqdim olunmuş rentgenoloji müayinələrə əsasən xəstəyə “Hər iki budun anadangəlmə çıxığı” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə xəstənin üzərində “Sol tərəfli adduktorotomiya. Sol budun açıq reduksiyası. Çanağın Pemberton osteotomiyası. Pelvio-pedal gips sarğısının qoyulması” cərrahiyyə əməliyyatı icra edilmiş, rentgenskopiyada kontrol baxış aparılmış və hər iki bud sümükləri başlarının oynaq çuxurunda olduğu təsbit edilmişdir. Əməliyyatdan sonra xəstənin ümumi vəziyyəti stabil olmuş və xx.xx.2023-cü il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. Azərbaycan Tibb Universitetinin X3 Zəhra Əhmədlinin adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2023-cü il tarixdə uşaq cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Hər iki budun anadangəlmə çıxığı. Əməliyyatdan sonrakı vəziyyət. Sol bud sümüyü başında mərkəzləşmə pozğunluğu” diaqnozu düzgün təyin edilmişdir. Xəstənin üzərində “Gips sarğısının dəyişdirilməsi” icra edilmiş, gips sarğısı açılmış və rentgenoskopiya altında sol bud sümüyü başı mərkəzləşdirilərək yenidən koksit gips sarğısı qoyulmuşdur. Rentgenoskopiyada kontrol baxış aparılmış, hər iki bud sümükləri başlarının mərkəzləşməsinin qənaətbəxş olduğu müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. X12 Zəhra Əhmədlinin adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2024-cü il tarixdə ortopediya şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Budun çıxığı və əməliyyatdan sonra təkrar edən qalça çıxığı” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində “Femur varus deratasyon osteotomiyası və asetabulum osteotomiyası” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2024-cü il tarixdə xəstə evə yazılmışdır. Qeyd olunanlar nəzərə alınaraq Zəhra Əhmədlinin üzərində Azərbaycan Tibb Universitetinin X3 icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Belə ki, icra edilmiş cərrahiyyə əməliyyatları zamanı bud sümüyünün başı sirkə kasasına yaxşı oturmamışdır ki, bu da sonradan digər əməliyyatların icrasına gətirib çıxarmışdır. Bu da səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1-ci bəndinin tələblərinin (ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi) pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim travmatoloq-ortoped Cavabdeh2dir. Zəhra Əhmədliyə aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərər vurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Azərbaycan Tibb Universitetinin X3 tərtib edilmiş tibbi sənədlər elmi cəhətdən əsaslı olmuşdur. - Məhkəmənin sorğusu əsasında X8 daxil olmuş xx.xx.2024-cü il tarixli tibbi arayışla müəyyən olunur ki, xəstə xx.xx.2024-cü il tarixdə kilinikaya daxil olmuş, xx.xx.2021-ci il təvəllüdlü X9 anadangəlmə və əməliyyat sonrası “Bud çanaq oynağı çıxığı” diaqnozu təyin edilmiş, xəstəyə “Proksimal femoral varus derotasiya osteotomiyası. Osteoarfrotomiya” əməliyyatı icra edilmiş, xəstə kafi vəziyyətdə xx.xx.2024-cü il tarixdə evə yazılmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2021-ci il təvəllüdlü X15 iddiaçının övladıdır. Səhhətində problemlərin olması şübhəsi ilə Zəhra Əhmədli tibbi müayinələrdən keçmiş və aparılmış klinik, laborator və təqdim olunmuş rentgenoloji müayinələrə əsasən sonuncuya “Hər iki budun anadangəlmə çıxığı” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza müvafiq olaraq azyaşlının səhhətində yaranmış problemlərin aradan qaldırılması üçün Azərbaycan Tibb Universitetinin X3 Zəhra Əhmədlinin üzərində həkim Cavabdeh2 tərəfindən “Sol tərəfli adduktorotomiya. Sol budun açıq reduksiyası. Çanağın Pemberton osteotomiyası. Pelviopedal gips sarğısının qoyulması” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə buraxılmışdır. Lakin əməliyyatdan sonrakı dövrdə aparılmış mütəmadi mayinələr zamanı xəstənin sağalmadığı müəyyən edilmiş, ona “Hər iki budun anadangəlmə çıxığı. Əməliyyatdan sonrakı vəziyyət. Sol bud sümüyü başında mərkəzləşmə pozğunluğu” diaqnozu təyin edilərək, “Gips sarğısının dəyişdirilməsi” əməliyyatı icra edilmiş, gips sarğısı açılmış və rentgenoskopiya altında sol bud sümüyü başı mərkəzləşdirilərək yenidən koksit gips sarğısı qoyulmuş və xəstə evə buraxılmışdır. Lakin adıçəkilən cərrahiyyə əməliyyatların icra edilməsinə baxmayaraq, başqa klinikada müayinələrdən keçərək, xəstənin səhhətində problemin davam etdiyi müəyyən edilmişdir. Belə ki, Zəhra Əhmədliyə X12 “Budun çıxığı və əməliyyatdan sonra təkrar edən qalça çıxığı” diaqnozu təyin edilmiş, təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində “Femur varus deratasyon osteotomiyası və asetabulum osteotomiyası” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2024-cü il tarixdə xəstə evə yazılmışdır. Aparılmış müayinələrdən və cərrahiyyə əməliyyatlarından sonra xəstənin atası hüquq mühafizə orqanlarına müraciət edib, işin araşdırılmasını tələb etmiş və iddiaçının şikayəti əsasında Nəsimi Rayon Prokurorluğunda məsələnin araşdırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Aidiyyəti şəxslərin izahatlarının alınması ilə yanaşı orqanın qərarı əsasında tibbi ekspertiza təyin edilmiş və bunun nəticəsində Məhkəmə-Tibbi Ekspertiza və X19 publik hüquqi şəxsin X15 barəsində tərtib edilmiş ekspert rəyi daxil olmuşdur. Ekspert rəyində azyaşlıya təyin edilmiş diaqnoz, aparılmış müayinə və müalicələr barədə təfsilatı ilə məlumat verilməklə yanaşı Azərbaycan Tibb Universitetinin X3 həkim Cavabdeh2 tərəfindən icra edilmiş əməliyyat barədə də məlumat verilmiş, icra edilmiş cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmədiyi, belə ki, icra edilmiş cərrahiyyə əməliyyatları zamanı bud sümüyünün başının sirkə kasasına yaxşı oturmadığı, nəticədə bu vəziyyətin sonradan digər əməliyyatların icrasına gətirib çıxardığına səbəb olduğu, bu halın səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1-ci bəndinin tələblərinin (ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi) pozulması kimi qiymətləndirildiyi, nəticədə buna məsul şəxsin həkim travmatoloq-ortoped Cavabdeh2 olduğu bildirilmişdir. İddiaçının şikayəti əsasında Nəsimi Rayon prokurorluğunda cinayət tərkibinin olmaması əsası ilə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilsə də, qərarla İddiaçı dəymiş maddi və mənəvi ziyanla əlaqədar mülki qaydada məhkəməyə müraciət etməsi də izah olunmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət edib vurulmuş ziyanı tələb etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçının irəli sümüş olduğu tələblərinə diqqət yetirdikdə müəyyən etmək olur ki, İddiaçı həm maddi, həm də mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Maddi ziyan adı altında həm cərrahiyyə əməliyyatların icra olunması üçün, həm də əməliyyat öncəsi və əməliyyat sonrası müayinələrə görə ödəmiş olduğu məbləğləri, yol-nəqliyyat xərclərinə, dava-dərmanın alınmasına görə çəkilmiş xərcləri və sair tələb etmişdir. Mənəvi ziyanı isə baş vermiş hadisələr nəticəsində ailəlikcə mənəvi cəhətdən iztirab çəkməsi ilə əsaslandırmışdır. Maddi və mənəvi ziyan məbləğinin müəyyən edilməsi isə məhkəmənin qənaətinə görə məhz işin mübahisəli və məhkəmə tərəfindən müəyyən edilib qiymət verilməli olan hissəsini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bir neçə tələb irəli sürüldüyünə görə əvvəla tələbin maddi ziyan hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçıya maddi ziyan dəyməsi yuxarıda sadalanmış olan sənədlərin məcmusu ilə öz təsdiqini tapdığından, dəymiş maddi ziyan ödənilməlidir. Lakin məhkəmənin qənaətinə görə maddi ziyanın dəyməsi faktı öz təsdiqini tapmış olsa belə tələb edilən məbləğdə deyil, məhz məhkəminin mövcud sənədlər əsasında müəyyən etdiyi məbləğdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Əvvəla qeyd edilməlidir ki, X15 üzərində bir neçə cərrahiyyə əməliyyatı icra olunmuş, əməliyyatlardan ikisi Azərbaycan Tibb Universitetinin X3, sonuncu isə X12 həyata keçirilmişdir. İddiaçı Azərbaycan Tibb Universitetinin X3 xx.xx.2023-cü il tarixdə icra edilmiş əməliyyata görə 3000 manat, xx.xx.2023-cü il tarixdə yerinə yetirilmiş əməliyyata görə isə 500 manat ödədiyinə istinad etmiş olsa da, təqdim edilmiş qəbzlərlə xx.xx.2023-cü il tarixdə icra edilmiş əməliyyata görə 1000 manat, xx.xx.2023-cü il tarixdə yerinə yetirilmiş əməliyyata görə isə 400 manat ödənildiyi müəyyən edilmişdir. İşin məhkəmədə araşdırılması zamanı təqdim edilmiş qəbzlərdə ödənilmiş məbləğlərdən artıq məbləğdə vəsaitin ödənilməsi sübuta yetirilmədiyindən, məhkəmə həmin qəbzləri əsas götürüb icra edilmiş, lakin müsbət nəticə verməmiş əməliyyatlara görə Azərbaycan Tibb Universitetinin X3 ümumilikdə ödənilmiş 1400 manat, eləcə də həmin əməliyyatlardan sonra Kəpəz Hospitalda aparılmış rentgenoqrafiya müayinələrinə görə X6 bud çanaq oynağının rentgenoqrafiyası üçün xx.xx.2023-cü il tarixdə 30 manat, bud çanaq oynağının rentgenoqrafiyası üçün (30 manat) və travmatoloq ortopedin qəbulu üçün (40 manat) xx.xx.2023-cü il tarixdə ümumilikdə 70 manat, bud çanaq oynağının rentgenoqrafiyası üçün xx.xx.2023-cü il tarixdə 30 manat, bud çanaq oynağının rentgenoqrafiyası üçün xx.xx.2023-cü il tarixdə 30 manat olmaqla, ümumilikdə 160 manat məbləğində ödəniş edilmiş vəsaitin iddiaçıya ödənilməli olması qənaətinə gəlir. Bundan başqa, məhkəmə, Azərbaycan Tibb Universitetinin X3 icra edilmiş əməliyyatların taktiki və texniki cəhətdən düzgün olmaması səbəbilə X15 üzərində X12 daha bir cərrahiyyə əməliyyatın icra edilməsinə səbəb olması dəlili ilə razlaşıb, sözügedən əməliyyata görə ödənilmiş 3360 manat vəsaitin iddiaçıya ödənilməli olmasını əsaslı hesab etsə də, həmin klinikada əməliyyat xərci ilə savayı çəkilmiş digər xərcləri təqdim edilmiş qəbzlər əsasında 457 manat deyil, X6 ortoped müayinəsi üçün xx.xx.2024-cü il tarixdə 100 manat, analizlər üçün xx.xx.2024-cü il tarixdə 140 manat, bud çanaq oynağının rentgenoqrafiyası üçün xx.xx.2024-cü il tarixdə 45 manat, bud çanaq oynağının rentgenoqrafiyası üçün xx.xx.2024-cü il tarixdə 27 manat olmaqla, ümumilikdə 312 manat miqdarında müəyyən edilib iddiaçıya ödənilməsini mümkün hesab edir. Qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Maddi ziyan adı altında dava-dərman, nəqliyyat, qidalanma və sair xərclərə görə ümumilikdə tələb edilən 1523 manat məbləğində vəsaitə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının həmin xərclərə dair hər hansı bir əsaslı sənəd təqdim etməməsi, hər hansı bir sənəd təqdim etmədiyi halda hansı əsaslara görə sözügedən xərcləri məhz 1523 manat məbləğində qiymətləndirib tələb etməsini əsaslandırmaması iddia tələbinin həmin hissədə təmin edilməsini mümkünsüz etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Nəhayət maddi ziyan tələbinə münasibət bildirdikdən sonra məhkəmə tələb edilən mənəvi ziyana münasibətdə qeyd edir ki, iddia tələbi 1000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə vurğulayır ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X10rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə, səhhətində problemlərin olması müəyyən edilmiş azyaşlının iddiaçının övladı olmasını, azyaşlı olmasına baxmayaraq həkim tərəfindən yol verilmiş pozuntulara görə bir neçə dəfə cərrahiyyə əməliyyata məruz qalmasını, belə ki, ilk dəfə əməliyyatın 2023-cü ilin iyul ayında icra edilməsinə baxmayaraq, həyata keçirilmiş əməliyyatın taktiki və texniki cəhətdən düzgün olmaması ilə əlaqədar səhhətində problemlərin uzun müddət davam etməsi və yalnız 2024-cü ilin fevral ayında yenidən əməliyyat olunması, bununla da baş vermiş hadisələr nəticəsində valideyn olaraq iddiaçının mənəvi iztiraba məruz qalmasını rəhbər tutub, vurulmuş mənəvi zərərin 1000 manat məbləğində qiymətləndirilməsini ədalətli hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X10rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Bununla da məhkəmənin mövqeyinə görə məhkəmə tərəfindən müəyyən edilmiş maddi və mənəvi ziyan məbləğləri cavabdehlər Cavabdeh2 və Azərbaycan Tibb Universitetinin X2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, X15 üzərində Azərbaycan Tibb Universitetinin X3 04 iyul və 06 sentyabr 2023-cü il tarixlərdə icra edilmiş əməliyyata görə ümumilikdə ödənilmiş 1400 manat, bud çanaq oynağının rentgenoqrafiyası üçün “Kəpəz Hospital”da ödənilmiş 160 manat, “X18”da bud çanaq oynağının rentgenoqrafiyası və analizlər üçün ümumilikdə ödənilmiş 312 manat, “X18”da icra edilmiş əməliyyata görə ödənilmiş 3360 manat olmaqla, ümumilikdə vurulmuş maddi ziyana görə 5232 manat, mənəvi ziyana görə 1000 manat və ödənilmiş dövlət rüsumunun 75 manatı cavabdehlər Azərbaycan Tibb Universitetinin X2 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X15 üzərində Azərbaycan Tibb Universitetinin X3 04 iyul və 06 sentyabr 2023-cü il tarixlərdə icra edilmiş əməliyyata görə ümumilikdə ödənilmiş 1400 manat, bud çanaq oynağının rentgenoqrafiyası üçün “Kəpəz Hospital”da ödənilmiş 160 manat, “X18”da bud çanaq oynağının rentgenoqrafiyası və analizlər üçün ümumilikdə ödənilmiş 312 manat, “X18”da icra edilmiş əməliyyata görə ödənilmiş 3360 manat olmaqla, ümumilikdə vurulmuş maddi ziyana görə 5232 manat, mənəvi ziyana görə 1000 manat və ödənilmiş dövlət rüsumunun 75 manatı cavabdehlər Azərbaycan Tibb Universitetinin X2 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3672/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3672/2024
13.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver