Məhkəmə qərarları › İş №e-2(006)-3679/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3679/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3679/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qızna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, LK №2117/05-22-S saylı kredit (borc) və girov müqaviləsinə əsasən İddiaçı ASC-nin “Yasamal" filialından illik 26 faizlə 12 ay müddətinə 1750 AZN (bir min yeddi yüz əlli manat) məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh məxsus 2 ədəd üzərindəki qaşların çəkisi 0.20 qr olmaqla ümumi çəkisi 26.70 qr olmaqla 500 əyarlıq boyunbağı + qolbaq, 2 ədəd üzərindəki qaşların çəkisi 0.70 qr olmaqla ümumi çəkisi 8.95 qr olmaqla 500 əyarlıq sırğadan ibarət qızıl-zinət əşyasını banka girov qoymuşdur. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2023-cü il tarixə Cavabdeh banka xx.xx.2022-ci il tarixli, LK №2117/05-22-S saylı kredit (borc) və girov müqaviləsi üzrə 201.33 AZN (iki yüz bir manat 33 qəpik) əsas borc, 39.12 AZN (otuz doqquz manat 12 qəp.) faiz borcu, 122.53 AZN (bir yüz iyirimi iki manat 53 qəpik) cərimə borcu olmaqla ümumilikdə 362.98 AZN (üç yüz altmış iki manat 98 qəpik) borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx.xx.2022-ci il tarixli, LK №2117/05-22-3 saylı kredit (borc) və girov müqaviləsinin 2.1-ci maddəsinə əsasən Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə 1) uyğun olaraq həyata keçirir. Borcalan əsas borcun və (və ya) ona hesablanan faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə ödəniş cədvəlinin pozulduğu gündən etibarən illik 52 % olmaqla cərimə faizi ödəyir. 2.10-cu maddəyə əsasən, girov predmetinin dəyəri 2917 AZN təşkil edir. 3.1.2-ci bəndə əsasən, Bankın kredit borcunun məcburi qaydada alınması ilə əlaqədar məhkəmədə iddia qaldırmaq və ya icra qeydi verilməsi üçün notariusa müraciət etmək və yaxud girov saxlayanı qabaqcadan xəbərdar etməklə məhkəməyə müraciət etmədən və icra qeydi almadan açıq bazarda sataraq Borcalanın kredit borcunun ödənilməsinə yönəltmək hüququ vardır. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, LK №2117/05-22saylı kredit (borc) və girov müqaviləsi üzrə 201,33 manat əsas borc, 39,12 manat faiz borcu, 122,53 manat cərimə borcu olmaqla ümumilikdə 362,98 manat borcun və tərəfilərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, borcun Cavabdeh məxsus 2 ədəd üzərindəki qaşların çəkisi 0,20 qr olmaqla ümumi çəkisi 26,70 qr olmaqla 500 əyarlıq boyunbağı + qolbaq, 2 ədəd üzərindəki qaşların çəkisi 0,70 qr olmaqla ümumi çəkisi 8,95 qr olmaqla 500 əyarlıq sırğadan ibarət qızıl-zinət əşyasının açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

3. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə (həcmin azaldılması) dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, LK №2117/05-22saylı kredit (borc) və girov müqaviləsi üzrə 201,33 manat əsas borc, 39,12 manat faiz borcu, 122,53 manat cərimə borcu olmaqla ümumilikdə 362,98 manat borcun və tərəfilərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun borclu Cavabdeh tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 dəqiqləşdirilmiş iddianı müdafiə edərək, bildirmişdir ki, Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit və girov müqaviləsinə əsasən İddiaçı ASC-nin Yasamal filialından illik 26 faizlə 12 ay müddətinə 1750 AZN məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh məxsus 2 ədəd üzərindəki qaşların çəkisi 0,20 qr olmaqla ümumi çəkisi 26,70 qr olmaqla 500 əyarlıq boyunbağı + qolbaq, 2 ədəd üzərindəki qaşların çəkisi 0,70 qr olmaqla ümumi çəkisi 8,95 qr olmaqla 500 əyarlıq sırğadan ibarət qızıl-zinət əşyasını banka girov qoymuşdur. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Buna görə də, borc onun girov qoyulan qızıl-zinət əşyalarına yönəldilmiş, lakin həmin qızıl-zinət əşyalarının satışından əldə olunan pul borcun ödənilməsi üçün kifayət etməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixə Cavabdeh banka xx.xx.2022-ci il tarixli, kredit müqaviləsi üzrə 201,33 AZN əsas borc, 39,12 AZN faiz borcu, 122,53 AZN cərimə borcu olmaqla ümumilikdə 362,98 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, bankla aralarında həqiqətən həmin kredit və girov müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə borcun bir hissəsi ödənilmiş, təxminən 750 manat məbləğ ödənilməmişdir. O, bununla bağlı banka müraciət etdikdə bankın əməkdaşları girov qoyulmuş qızılların satılmasını və bununla da qalıq borcun ödənilməsini məsləhət gördülər. O da, bununla razılaşmışdır. Hesab edib ki, qızıllar satılaraq borc tam bağlanmışdır. Lakin bundan bir müddət sonra bankın əməkdaşı ona zəng vuraraq borcun tam bağlanmadığını və təqribi 200-250 manat borcun qaldığını və həmin borcu ödəmli olduğunu bildirmişdir. O da, bununla bağlı iddiaçı bankın müdiri ilə görüşüb, bildirmişdir ki, qalıq borcu ödəməyə maddi imkanı çatmır. Onlar nə qədər ödəyə biləcəyini soruşduqda 100 manat ödəyə biləcəyini bildirmişdir. Onlar bununla razılaşmışdırlar. Lakin o kassaya pulu köçürmək istəyərkən bankın əməkdaşı yenidən ona yaxınlaşaraq qalıq borcu bütünlükdə ödəməli olduğunu bildirmişdir.

6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə:

8. Belə ki, iş materiallarında olan 17 iyun 2022-ci il tarixli LK № 2117/05-22-S saylı kredit və girov müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 26 faizlə 12 ay müddətinə 1750 manat məbləğində kredit verilmiş, borcun təminatı olaraq cavabdehə məxsus 2 ədəd üzərindəki qaşların çəkisi 0,20 qr olmaqla ümumi çəkisi 26,70 qr olmaqla 500 əyarlıq boyunbağı + qolbaq, 2 ədəd üzərindəki qaşların çəkisi 0,70 qr olmaqla ümumi çəkisi 8,95 qr olmaqla 500 əyarlıq sırğadan ibarət qızıl-zinət əşyasını banka girov qoymuşdur.

9. xx.xx.2022-ci il tarixli LK № 0795/SM-22 saylı Saxlama müqaviləsinin 1.1-ci bəndindən Cavabdeh məxsus qızıl zinət əşyaları bankın yüksək mühafizə əlamətlərinə malik olan saxlancında saxlanılması üçün banka təhvil verilmiş, bank isə saxlanc predmetinin saxlanılmasını və müqaviləyə xitam verildikdən sonra cavabdehə qaytarmağı öhdəsinə götürmüşdür.

10. İş materiallarında olan İddiaçı ASC-nin maliyyə arayışından da görünür ki, Cavabdeh İddiaçı ASC-yə 201,33 manat əsas, 39,12 manat faiz, 122,53 manat cərimə borcu olmaqla, cəmi 362,98 manat məbləğində borcu var.

11. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdeh X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 201,33 manat əsas, 39,12 manat faiz, 122,53 manat cərimə borcu olmaqla, cəmi 362,98 manat məbləğində borcu var.

12. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdeh X1 ünvanlanmış xx.xx.2023-cü il pretenziya məktubundan görünür ki, bank borcalana kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün xəbərdarlıq edilmişdir.

13. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh məxsus qramı 48 manat olmaqla, çəkisi 26,70 (xalis 26,50) qram olan 500 əyarlı 2 ədəd boyunbağı-qolbaq (1274 manat), qramı 48 manat olmaqla, çəkisi 8,95 (xalis 8,25) qram olan 500 əyarlı 2 ədəd sırğa (396 manat) satıcı İddiaçı ASC tərəfindən alıcı X8 1670 manata satılmışdır.

14. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, alıcı X11 İddiaçı ASC-yə 1670 manat ödəmişdir.

15. 17 iyun 2022-ci il tarixli İddiaçı ASC-nin Yasamal filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, Cavabdeh məxsus çəkisi 26,50 qram olan 500 əyarlı 2 ədəd boyunbağı-qolbaq, çəkisi 8,25 qram olan 500 əyarlı 2 ədəd sırqanın qiyməti 2917 manat təşkil edir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LK № 2117/05-22 saylı kredit və girov müqaviləsinə əsasən bank tərəfindən ona faiz dərəcəsi 26% faiz olmaqla, 12 ay müddətinə 1750 AZN məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 201,33 AZN əsas, 39,12 AZN faiz borcu, 122,53 AZN cərimə olmaqla, ümumilikdə 362,98 AZN məbləğində borcu yaranmışdır. Həmçinin cavabdeh 2 ədəd üzərindəki qaşların çəkisi 0,20 qr olmaqla ümumi çəkisi 26,70 qr olmaqla 500 əyarlıq boyunbağı + qolbaq, 2 ədəd üzərindəki qaşların çəkisi 0,70 qr olmaqla ümumi çəkisi 8,95 qr olmaqla 500 əyarlıq sırqadan ibarət 2917 manat məbləğində qızıl-zinət əşyasını banka girov qoymuşdur. Girov predmeti bank tərəfindən alıcı X8 1670 manata satılmış, alınan məbləğ borc məbləğindən çıxılmışdır. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli, LK № 2117/05-22 saylı kredit və girov müqaviləsi üzrə qalıq borc məbləğinin cavabdehdən tutulmasını məhkəmə qaydasında tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

20. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

22. Eyni Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

23. Həmin Məcəllənin 442-ci maddəsinə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

25. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən (köhnə redaksiyada) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

27. Məhkəmə qeyd edir ki, cavabdeh kredit və girov müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit və girov müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

28. Məhkəmə iddia tələbinin əsas və faiz borcunun tutulması ilə bağlı hissəsi üzrə qeyd edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, LK № 2117/05-22 saylı kredit və girov müqaviləsi üzrə girov predmeti olan qızıllar satılaraq borc məbləğindən çıxıldıqdan sonra qalıq qalmış əsas borcunun 201,33 AZN və faiz borcunun 39,12 AZN olması öz təsdiqini tapdığından, həmin hissədə tələb əsaslı hesab edilməli və təmin edilməlidir.

29. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

30. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində iddiaçının maddi vəziyyətini, ödəmə imkanın azlığı nəzərə alınaraq qismən təmin edilməklə xx.xx.2022-ci il tarixli, LK № 2117/05-22 saylı kredit və girov müqaviləsi üzrə cərimə borcu 20 AZN məbləğində müəyyən edilməlidir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz) dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır.

33. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LK № 2117/05-22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 201,33 AZN (iki yüz bir manat, otuz üç qəpik) əsas, 39,12 AZN (otuz doqquz manat, on iki qəpik) faiz borcu, 20 AZN (iyirmi) cərimə olmaqla, ümumilikdə 260,45 AZN (iki yüz altmış manat, qırx beş qəpik) məbləğində borc və 30 AZN (otuz) məbləğində dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LK № 2117/05-22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 201,33 AZN (iki yüz bir manat, otuz üç qəpik) əsas, 39,12 AZN (otuz doqquz manat, on iki qəpik) faiz borcu, 20 AZN (iyirmi) cərimə olmaqla, ümumilikdə 260,45 AZN (iki yüz altmış manat, qırx beş qəpik) məbləğində borc və 30 AZN (otuz) məbləğində dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar