Məhkəmə qərarları › İş №e-2(006)-3703/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3703/2022

02.11.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3703/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı «yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi, bu mümkün olmadıqda isə kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 14 iyul 2022-ci il tarixdə İddiaçı MTK Cavabdeh qarşı «yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi, bu mümkün olmadıqda isə kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan vəistismar müddəti keçmiş 150,00 m sahədən ibarət olan evin boşaldılaraq İddiaçıMTK-ya təhvil verilməsinə və həmin evin İddiaçı MTK tərəfindən sökülməsinə, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 150,0 m sahədən ibarət olan evin əvəzinə yeni tikiləcək binada 195.00 m ölçüdə təmirli mənzilin 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsinə, sökülməsi nəzərdə tutulan evin İddiaçıMTK-ya təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 700 (yeddi yüz) manat məbləğində kirayə haqqı ödənilməsinə, birinci tələbdə qeyd olunanlar mümkün olmadıqda isə, Cavabdeh İddiaçı MTK tərəfindən 250 000 manat kompensasiya ödənilməklə, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi küçəsi, 33 saylı evə mülkiyyət hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-3703/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-11337/2022 saylı inzibati iş üzrə müvafiq məhkəmə aktı çıxarılıb qanuni qüvvəyə minənədək, İddiaçı MTK-nın Cavabdeh qarşı «yeni mənzilin verilməsi və s.» tələbinə dair iddia ərizəsi barədə e-2(006)-3703/2022 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Sonradan – 14 oktyabr 2022-ci il tarixdə İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, tərəflər arasında razılıq əldə edildiyini, notarial qaydada müqavilə imzalanaraq mübahisənin həll edildiyini, bu səbəbdən iş üzrə icraatın təzələnərək, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-3703/2022 saylı, 20 oktyabr 2022ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnmişdir. 02 noyabr 2022-ci il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində, iddiaçının nümayəndəsi ərizə göndərərək, çoxsaylı məhkəmə iclaslarının olduğunu nəzərə alaraq məhkəmədən işə iddiaçının iştirakı olmadan baxıb, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün İddiaçı MTK tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı MTK-nın Cavabdeh qarşı «yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi, bu mümkün olmadıqda isə kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi» tələbinə dair ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi geri qaytarıldığına görə İddiaçı MTK tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********* saylı qəbz üzrə) dövlət rüsumu da İddiaçı MTKya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 114, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı MTK-nın Cavabdeh qarşı «yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi, bu mümkün olmadıqda isə kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi» tələbinə dair ərizəsi qaytarılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində (xx.xx.2022-ci il tarixli ********* saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı MTK-ya qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar