Məhkəmə qərarları › İş №e-2(006)-3770/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3770/2023

24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3770/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması, əlavə xərclərə cəlb edilmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması, əlavə xərclərə cəlb edilmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan 150 manat alimentin məbləğinin artırılaraq aylıq 2.500 manat məbləğdə müəyyən edilməsi və həmin aliment məbləğinin xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh tutularaq ona ödənilməsi; yetkinlik yaşına çatmayan X3 müalicə xərclərinin onunla bərabər həcmdə qarşılanması üçün Cavabdeh aylıq 750 manat məbləğində əlavə xərclərə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə Bakı şəhəri Səadət sarayında xx.xx.2005-ci il tarixdə 2263 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Tərəflərin xasiyyətlərinin uyğunsuzluğu nəticəsində tərəflər arasındakı nikahın pozulması və digər tələblər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Nəticədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-2310/2012 saylı qətnaməsi ilə onlar arasındakı nikahın pozulması, bu nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 ananın himayəsində qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı mübahisə üzrə Cavabdeh 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2008-ci il təvəllüdlü X4 ağır dərəcəli skolioz diaqnozu qoyulmuşdur. Məlumdur ki, skolioz xəstəliyi zamanında müalicə olunmadığı təqdirdə daha ağır fəsadlara yol açır, sümüklər deformasiyaya və aşınmaya səbəb olur. Bunun qarşısını almaq üçün X6 davamlı olaraq kompleks müalicələr almışdır və almaqda davam edir. O, mütəmadi olaraq fizioterapiya kursları alır, xüsusi massaj prosedurlarına gedir. Yetkinlik yaşına çatmayan X6 daimi həkim nəzarətində saxlanılır. Bu müalicə üçün aylıq 1.500 manat məbləğdə pul vəsaiti xərclənir. Həmin xərclər bu günədək iddiaçı tərəfindən təkbaşına qarşılanmışdır. Lakin hazırkı vəziyyətdə iddiaçı aylıq müalicə xərclərini təkbaşına ödəməkdə çətinlik çəkir. Digər tərəfdən, Cavabdeh aylıq gəliri kifayət qədər yüksək məbləğdədir. İddiaçıda olan məlumata əsasən, cavabdeh aylıq 10.000 manatdan artıq məbləğdə əmək haqqı alır. O, bir neçə xarici dildə sərbəst danışa bilir və yüksək savadlı yazılım mühəndisidir. Hal-hazırda SOCAR-a, ölkənin böyük neft şirkətlərinə xidmət göstərən təşkilatlarda proqramçı vəzifəsində çalışır. Bununla yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəkil sorğusuna xx.xx.2023-cü il tarixli **********659500 nömrəli cavab məktubundan da göründüyü kimi, Cavabdeh həm də xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatından keçmiş "xxxx" MMC-nin (VÖEN: **********) 11 % payla təsisçisidir. Belə olan halda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-2310/12 saylı qətnaməsi ilə 150 manat sabit pul məbləğində təyin edilmiş alimentin artırılması və yetkinlik yaşına çatmayan X3 tibbi xərclərinin iddiaçı və cavabdeh arasında bərabər bölünməsi daha ədalətli və qanunauyğundur. Odur ki, iddiaçı cavabdehə qarşı «alimentin artırılması və tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının əlavə xərclərində valideynlərin bərabər iştirak etməsi» tələbinə dair mübahisə üzrə mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh keçirilən mediasiya prosesində iştirak etməmişdir. Nəticədə, Bakı 14 saylı Mediasiya Təşkilatının mübahisə üzrə təyin etdiyi mediator X2 tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli MŞB/14/2023-00512 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-2310/12 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi cavabdehin aylıq qazancı davamlı olaraq ən azı 10.000 manat məbləğdə olur. Cavabdeh həm də "xxxx" MMC-nin (VÖEN: **********) 11 % payla təsisçisidir. Cavabdehin maddi vəziyyəti və digər diqqətəlayiq hallar nəzərə alınaraq, X3 maddi və mənəvi tələbatlarının təmin edilməsi məqsədilə cavabdehdən tutulan alimentin məbləği artırılmaqla cavabdehin aylıq qazancının 1/4-i həcmində, yəni 2.500 manat məbləğdə (10.000 x 1/4 = 2.500) müəyyənləşdirilməlidir. İş materiallarından görünür ki, iddiaçının alimentin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət tarixi 09 avqust 2023cü ildir. Halbuki, iddiaçı artıq neçə ildir alimentin artırılması ilə bağlı cavabdehə müraciət edib, lakin cavabdeh həmişə bu tələbi könüllü olaraq icra etməkdən imtina edib və indi də edir. Belə olan halda iddiaçının məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Amma bu zaman da mövcud qanunvericiliyin tələblərinə əsasən, iddiaçı məhkəmədən öncə mediasiyaya müraciət etməli olmuşdur. Çünki əgər o, icbari mediasiya prosesini keçmədən birbaşa məhkəməyə müraciət etsəydi, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 21.9.1-ci maddəsinin tələblərinə əməl etmədiyinə görə, yəni müvafiq mediasiya arayışını və ya protokolunu məhkəməyə etdiyi müraciətinə əlavə etmədiyinə görə həmin iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılmalı idi. Buna görə də, iddiaçı icbari mediasiya prosesini keçmək üçün qanunla tələb edilən qaydada «alimentin artırılmasını və tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının əlavə xərclərində valideynlərin bərabər iştirak etməsi» barədə mediasiya təklifi ilə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Həmin təklifin çatdırılmasına dair poçt qəbzindən də göründüyü kimi, bu təklif xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Beləliklə, iddiaçı mediasiyaya müraciət etməklə artıq rəsmi qaydada cavabdehdən alimentin artırılmasını tələb etmiş olmuşdur. Başqa sözlə, qanunvericiliklə iddiaçıdan mediasiya prosesini icbari olaraq keçmək tələb olunmasaydı, o, xx.xx.2023-cü ildə mediasiya təklifi ilə cavabdehə deyil, iddia ərizəsi ilə birbaşa məhkəməyə mücariət edəcəkdi. Nəticə etibarılə, aylıq 2.500 manat aliment məbləğinin həmin mediasiya təklifinin iddiaçı tərəfindən cavabdehə çatdırıldığı gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qanunauyğun və ədalətlidir. xx.xx.2008-ci il təvəllüdlü X4 ağır dərəcəli skolioz diaqnozu qoyulmuşdur. Onun hətta sağlamlıq vəziyyətinə dair məhkəmə-tibbi ekspertizası keçirilməklə müvafiq rəy də alınmışdır. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı oğlunun müalicə xərclərinə təkbaşına olaraq aylıq ən azı təxminən 1.500 manat məbləğdə pul vəsaiti xərcləyir. Belə olan halda, yetkinlik yaşına çatmayan X3 zəruri əlavə xərclərində iddiaçı ilə birlikdə cavabdehin də iştirak etməsi məqsədilə Cavabdeh aylıq 750 manat məbləğində əlavə xərcə cəlb edilməsi qanunauyğundur. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, 1 uşağa görə alimentin miqdarı 1/4 nisbətdə olsa da, digər ailədə olan əlavə 2 uşağın mənafeyi də işə baxan məhkəmə tərəfindən nəzərə alınmalıdır. Hazırki mübahisənin həlli zamanı cavabdehin 3 övladı vardır. 3 uşağa görə alimentin məbləği 1/2 nisbətindədir. Hər bir uşağa düşən aliment miqdarı isə 1/6 qismində müəyyən edilir. Belə olan halda məhkəmə hazırki iş üzrə cavabdehin 3 övladının olmasını nəzərə almalı və iddia tələblərini qismən, yəni bir uşağa görə 1/6 nisbətində müəyyən etməlidir. Bundan başqa məhkəməyə təqdim edilmiş əmək haqqı arayışlarından da müəyyən edilir ki, 1/6 hissədə aliment kifayət qədər yüksək məbləğ təşkil edir və 1 uşağın tam təmin edilməsinə yetərlidir. Bu səbəbdən, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə barışıq üçün vaxt verilərək, məhkəmə iclası təxirə salınmış, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı (onun nümayəndəsi və vəkili) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə mülki işə iddiaçının (onun nümayəndəsi və vəkilinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-2310/2012 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair ilk iddiası təmin edilmiş, tərəflər arasında xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında 2263 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, İddiaçı Cavabdeh qarşı «alimentin tutulması və nikah pozulduqdan sonra uşağın himayəyə verilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X6 anası İddiaçı himayəsində saxlanılmış, Samir Rzayevin yetkinlik yaşına çatanadək saxlanması üçün 2012-ci ilin iyun ayından başlayaraq hər ay Cavabdeh 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli 2(103)-790/2013 saylı qətnaməsi ilə təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-2310/2012 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahdan 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. «Vertebra» onurğa tibb mərkəzinin xx.xx.2021-ci il tarixli 103/21 saylı arayışından görünür ki, X6 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək mərkəzdə skolioz diaqnozu ilə kompleks müalicə almışdır və daimi həkim nəzarətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 may 2023-cü il tarixli məktubundan (xx.xx.2023-cü il tarixli 363 nömrəli sorğuya cavab olaraq verilmişdir) görünür ki, Dövlət reyestrində Cavabdeh xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatından keçmiş, nizamnamə kapitalı 100 manat olan "xxxx" MMC (VÖEN: **********) 11 % payla təsisçisi olması barədə məlumat mövcuddur. Ailə tərkibi barədə arayışdan görünür ki, cavabdehin xx.xx.2008-ci il təvəllüdlü Samir, xx.xx.2014-cü il təvəllüdlü Aylin, xx.xx.2017-ci il təvəllüdlü Sofiya adlı üç övladı var. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh mediasiya prosesinə gəlməmişdir. İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Bundan başqa, təqdim olunmuş tibbi sənədlərdən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X1 əziyyət çəkir, bununla bağlı vaxtaşırı müayinə olunaraq, müalicə alır. Məhkəmə cavabdehin ikinci dəfə ailə qurmaqla əlavə iki azyaşlı uşağının da olmasına dair qeyd etdiklərinə münasibətdə vurğulayır ki, cavabdeh ikinci dəfə ailə qurarkən öncəki nikahdan bir azyaşlı övladının olduğunu, onun saxlanılması üçün aliment ödəməli olduğunu və həmin uşağın böyüdükcə tələbatlarının artacağını bilmişdir. Cavabdehin ikinci nikahdan övladlarının olması, birinci nikahdan olan uşağın saxlanılması üzrə valideyn kimi vəzifələrin icra edilməsinə maneə yaratmamalıdır. Lakin iddiaçı da, aliment məbləğinin artırılmasını tələb edərkən, cavabdehin gəlirlərinə mütənasib məbləğdə aliment tutulmasını istəməli, ona verilən hüquqdan suiistifadəyə yol verməməlidir. Məhkəmə qeyd edir ki, təqdim olunmuş sənədlərlə cavabdehin orta aylıq əmək haqqının kifayət qədər yüksək məbləğ təşkil etdiyi təsdiq olunur. Qeyd olunan məqam nəzərə alındıqda aydın olur ki, cavabdehin orta aylıq əmək haqqına nisbətdə mövcud vəziyyətdə xx.xx.2008-ci il təvəllüdlü X6 üçün tutulan alimentin miqdarının cavabdehin aylıq gəlirinin 1/6 hissəsi həcmində müəyyən edilməsi uşaqlar üçün ölkə üzrə yaşayış minimumundan əhəmiyyətli dərəcədə artıqdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən tutulan aliment məbləği artırılaraq, hər ay əmək haqqının 1/6 hissəsi miqdarında təyin edilməlidir. Bundan başqa, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdehdən iddiaçının xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra tutulmalıdır. Belə ki, qanunvericiliyə əsasən alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) tutulmalara başlama anı qətnamənin qanuni qüvvəyə mindiyi andan başlanılır. Bu səbəbdən, iddiaçının iddia tələbinin «xx.xx.2023-cü il tarixdən hesablanmaqla» alimentin tutulması hissəsi əsassızdır və təmin edilə bilməz. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Yuxarıda qeyd olunduğu kimi, tərəflərin birgə nikahdan doğulmuş övladları Samirin müayinə və müalicəyə ehtiyacı var. İddiaçı uşağın müalicə xərclərinin hansı məbləği təşkil etməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Lakin vaxtaşırı aparılan müayinə və müalicənin məsrəf tələb etməsi aşkardır. Bu səbəbdən, məhkəmə əlavə xərc qismində hər ay tutulmalı məbləği təyin edərkən işin qeyd edilən hallarını nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli 2(006)-2310/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment və eyni zamanda əlavə xərclərə görə hər ay 100 manat pul vəsaiti tutulmalıdır. 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-2310/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment və eyni zamanda əlavə xərclərə görə hər ay 100 manat pul vəsaiti tutulsun. 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar