Məhkəmə qərarları › İş №e-2(006)-3773/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3773/2025

23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3773/2025 23.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair dair iş üzrə (açar sözlər: borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı “Pro Kredit Bank Olmayan Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - xx.xx.2025-ci il tarixli PKSTN-1219 saylı kredit müqaviləsinə əsasən, "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC Cavabdeh1 24 ay müddətinə, illik 42 faiz ödəmək şərtilə, 25.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli PKSTN-1219 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəlikləri borclu Cavabdeh1 icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. - "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC ilə Cavabdeh1 arasında bağlanmış PKSTN-1219 saylı ipoteka müqaviləsinə və girov müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan 2015-ci il buraxılışlı, qeydiyyat nişanı **-DC-***, Ban WDC2923751A001498, MERCEDES BENZ AMG GLE 63S minik, boz parıltısız rəngli avtomobil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. - "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 25.000 manat əsas borcu, 1842 manat faiz borcu, 1518 manat dəbbə borcu olmaqla, cəmi 28360 manat borcu vardır. - "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC-nin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdeh, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur. -"xxxx" MMC-nin MB 18/1294 saylı, xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 məxsus 2015-ci il buraxılışlı, **-DC-*** qeydiyyat nişanlı, Ban WDC2923751A001498, MERCEDES BENZ AMG GLE 63S minik markalı (boz parıltsız) avtomobilin xx.xx.2025-ci il tarixinə hesablanmış bazar dəyəri 65.000 manat, likvid dəyəri 62.000 manat təşkil edir. - ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 175.08 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı “Pro Kredit Bank Olmayan Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və zamini Cavabdeh2dan birgə qaydada: - 25000 (İyirmi beş min) manat məbləğində əsas borcu, 1842 (Bir min səkkiz yüz qırx iki) manat faiz borcu, 1518 (Bir min beş yüz on səkkiz) manat cərimə borcu olmaqla, cəmi 28360 (İyirmi səkkiz min üç yüz altmış) manat məbləğində borc və 175.08 (bir yüz yetmiş beş manat 08 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulması, tutulmanın ipoteka predmeti olan 2015-ci il buraxılışlı, qeydiyyat nişanı ** DC ***, Ban WDC2923751A001498, MERCEDES BENZ AMG GLE 63S minik, boz parıltısız rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin hərracda satılması, qeyd edilən girov predmetinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə olan borclarının ödənilməsinə yönəldilməsi, həmin girov predmetinin satışından əldə olunmuş vəsait cavabdehlərin "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə olan əsas, faiz və cərimə borclarının ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli PKSTN-1219 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədi üçün 24 ay müddətinə illik 42 % (qırx iki) ödəmək şərtilə 25 000 (iyirmi beş min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ilə cavabdeh arasında bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus 2015-ci il buraxılışlı, qeydiyyat nişanı ** DC ***, Ban WDC2923751A001498, MERCEDES BENZ AMG GLE 63S minik, boz parıltısız avtomobil iddiaçının xeyrinə girov qoyulmuşdur. Eyni zamanda həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh1nın zamini Cavabdeh2 ilə PKSTN-1219 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti istehlakçının mülkiyyətinə verir və istehlakçı isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin icra edilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Hazırda cavabdehlərdən ödənilməmiş 25000 (İyirmi beş min) manat məbləğində əsas borcu, 1842 (Bir min səkkiz yüz qırx iki) manat faiz borcu, 1518 (Bir min beş yüz on səkkiz) manat cərimə borcu olmaqla,cəmi 28360 (İyirmisəkkiz min üç yüzaltmış) manat məbləğində borc pul tutulmalıdır. b) iddiaya etiraz: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, tərəflər iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. - 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. - 34.1 və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. - 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal hesab edilir. - 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: İddianın faktiki əsaslarını maddi hüquqi əsaslar baxımından yoxlayan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən edilən hallarından göründüyü kimi, müqavilə tərəfləri arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Digər Cavabdeh2 isə zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Bununla belə, məhkəmə iddiaçının kredit xətti müqaviləsi üzrə yaranmış borcun tutulması barədə tələbini qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla Krеditi Müqaviləsi üzrə 1.000 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında xx.xx.2025-ci il tarixdə PKSTN-1219 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus 2015-ci il buraxılışlı, qeydiyyat nişanı **-DC-***, Ban WDC2923751A001498, MERCEDES BENZ AMG GLE 63S minik, boz parıltısız rəngli avtomobili ipoteka saxlayan iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Məhkəmə qeyd edir ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Göründüyü kimi, Cavabdeh1 borc müqaviləsinin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə borcu ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmiş, əsas öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. İpoteka predmeti olan əmlakın satış qiymətinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin borc müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25.000 manat məbləğində əsas borc, 1842 manat faiz borcu, 1000 manat cərimə borcu, cəmi 27.842 (iyirmi yeddi min səkkiz yüz qırx iki) manat manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 175.08 (bir yüz yetmiş beş manat, 08 qəpik) manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma likvid (ilkin satış) qiyməti 62.000 (altmış iki min) manat müəyyən edilməklə Cavabdeh1 tərəfindən girov qoyulmuş 2015-ci il buraxılışlı, qeydiyyat nişanı **-DC-***, Ban WDC2923751A001498, MERCEDES BENZ AMG GLE 63S minik, boz parıltısız rəngli avtomobilə yönəldilməli, həmin avtomobilin açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq girov qoyan Cavabdeh1 qaytarılmalıdır. Bundan başqa, hazırki iş üzrə iddia tələbi əsaslı olduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25.000 manat məbləğində əsas borc, 1842 manat faiz borcu, 1000 manat cərimə borcu, cəmi 27.842 (iyirmi yeddi min səkkiz yüz qırx iki) manat manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 175.08 (bir yüz yetmiş beş manat, 08 qəpik) manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma likvid (ilkin satış) qiyməti 62.000 (altmış iki min) manat müəyyən edilməklə Cavabdeh1 tərəfindən girov qoyulmuş 2015-ci il buraxılışlı, qeydiyyat nişanı **-DC-***, Ban WDC2923751A001498, MERCEDES BENZ AMG GLE 63S minik, boz parıltısız rəngli avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq girov qoyan Cavabdeh1 qaytarılsın. 300 (üç yüz) manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilsin İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar