Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-378/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması, tələbin girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı «kredit borcunun tutulması, tələbin girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC və Cavabdeh arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli 3144/3 nömrəli kredit müqaviləsi üzrə kredit üzrə gecikmiş borc məbləği 1.164,39 manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 2.374,30 manat olmaqla, cəmi 3.538,69 manat məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 56 manat məbləğdə dövlət rüsumunun Cavabdeh tutularaq birdəfəlik şəkildə İddiaçı BOKT MMC-yə ödənilməsi; iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin təminatı üsulu kimi iddiaçı və cavabdeh arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli 3144/3 nömrəli girov müqavilə üzrə girov predmeti olan və Cavabdeh məxsus olan 51.14 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsi; girov predmeti olan həmin qızıl-zinət əşyalarının ilkin satış qiyməti 3.295 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına İddiaçı BOKT MMC-yə ödənilməsi; girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı BOKT MMC xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC və Cavabdeh arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli 3144/3 nömrəli kredit müqaviləsi üzrə kredit üzrə gecikdirilmiş əsas borcun məbləği 2.374,30 manat, kredit üzrə gecikdirilmiş faiz borcunun məbləği 1.548,45 manat olmaqla, cəmi 3.922,75 manat məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 56 manat məbləğdə dövlət rüsumunun Cavabdeh tutularaq birdəfəlik şəkildə İddiaçı BOKT MMC-yə ödənilməsi; iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin təminatı üsulu kimi iddiaçı və cavabdeh arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli, 3144/3 nömrəli girov müqavilə üzrə girov predmeti olan və Cavabdeh məxsus olan 51.14 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsi; girov predmeti olan həmin qızıl-zinət əşyalarının ilkin satış qiyməti 3.295 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına İddiaçı BOKT MMC-yə ödənilməsi; girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət olunaraq, İddiaçı BOKT MMC-nin rebrendinqdən sonra yeni adının "xxxx" BOKT MMC olduğu barədə məlumat verilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında 03 dekabr 2021-ci il tarixli, 3144/3 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, Cavabdeh fərdi ev təmiri üçün 18 ay müddətinə, illik 28 % olmaqla, 3.600 manat məbləğdə kredit verilib. 03 dekabr 2021-ci il tarixli, 3144/3 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı BOKT MMC ilə Cavabdeh arasında 03 dekabr 2021-ci il tarixli, 3144/3 nömrəli girov müqaviləsi bağlanıb. Həmin Müqaviləyə əsasən, girov qoyan Cavabdeh ona məxsus olan 51.14 qram qızıl-zinət əşyalarını Girov saxlayanın (iddiaçının) xeyrinə girov qoyub. 03 dekabr 2021-ci il tarixli, 3144/3 nömrəli kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (əlavə № 1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (əlavə № 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 56 % olmaqla faiz hesablana bilər. Həmin kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi girov (ipoteka) predmetlərinə və ya borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Cavabdeh 03 dekabr 2021-ci il tarixli, 3144/3 nömrəli Kredit Müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyini icra etməyib. İddiaçı BOKT MMC tərəfindən ona dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, cavabdeh hələ də müqavilə üzrə öhdəliyini icra etmir kredit ödənişini həyata keçirmir. İddiaçı tərəfindən tərtib edilmiş 16 avqust 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 03 dekabr 2021-ci il tarixli, 3144/3 nömrəli kredit müqaviləsi üzrə kredit borcu kredit üzrə gecikmiş borc məbləği 1.164,39 manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 2.374,30 manat olmaqla, cəmi 3.538,69 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubu ünvanlanıb. Buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməyib. Beləliklə, iddiaçının Cavabdeh qarşı müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. İşin təkzibedilməz halıdır ki, İddiaçı BOKT MMC və Cavabdeh arasında 03 dekabr 2021-ci il tarixli, 3144/3 nömrəli Kredit Müqaviləsi bağlanıb. Sözügedən kredit müqaviləsi üzrə, iddiaçı öz üzərinə düşən öhdəliyi tam icra edərək cavabdehə kredit verib. Lakin buna baxmayaraq o, müqavilədə nəzərdə tutulmuş qaydada bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə № 1) uyğun olaraq ödənişi həyata keçirmir. İddiaçı tərəfindən tərtib edilmiş 16 avqust 2023-cü il tarixli, maliyyə arayışına əsasən, borc alan Cavabdeh 03 dekabr 2021-ci il tarixli, 3144/3 nömrəli kredit müqaviləsi üzrə kredit borcu kredit üzrə gecikmiş borc məbləği 1.164,39 manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 2.374,30 manat olmaqla, cəmi 3.538,69 manat təşkil edir. Nəticə etibarilə, ümumilikdə 3.538,69 manat məbləğdə kredit borcu Cavabdeh tutularaq birdəfəlik şəkildə iddiaçıya ödənilməlidir. İşin faktiki hallarından məlumdur ki, 03 dekabr 2021-ci il tarixli, 3144/3 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı BOKT MMC ilə Cavabdeh arasında 03 dekabr 2021-ci il tarixli, 3144/3 nömrəli nömrəli girov müqaviləsi bağlanıb. Həmin Müqaviləyə əsasən, Cavabdeh ona məxsus olan 51.14 qram qızıl-zinət əşyalarını Girov saxlayanın (iddiaçının) xeyrinə girov qoyub. 03 dekabr 2021-ci il tarixli, 3144/3 nömrəli girov müqaviləsinin 2.3-cü maddəsinə əsasən, girovla təmin edilən tələbə verilmiş kredit, kreditə görə hesablanmış faizlər, cərimə faizi, dəbbə pulu, öhdəliyin icrasının gecikdirilməsi ilə əlaqədar vurulmuş zərər daxildir. 03 dekabr 2021-ci il tarixli, 3144/3 nömrəli girov müqaviləsinin 2.6-cı bəndinə əsasən, girov qoyulan qızıl-zinət əşyalarının ümumi dəyəri 3.295 manat məbləğində müəyyən edilib. Beləliklə, girov predmeti olan cavabdehə məxsus 51.14 qram çəkidə qızıl-zinət əşyalarına tutma yönəldilməli, həmin daşınar əşyanın ilkin satış qiyməti 3.295 manat məbləğində müəyyən edilməklə o açıq hərracda satılmalı və iddia tələbi üzrə borc satışdan əldə edilən pul vəsaiti hesabına ödənilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı BOKT MMC (rebrendinqdən sonra "xxxx" BOKT MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3144/3 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-dən 18 ay müddətinə, aylıq faiz dərəcəsi 28 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.600 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh 16 avqust 2023-cü il tarixə 1.164,39 manat əsas borc, 2.374,30 manat faiz olmaqla, cəmi 3.538,69 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh 2.374,30 manat əsas borc, 1.548,45 manat faiz olmaqla, cəmi 3.922,75 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2024-cü il tarixli 9/1018-9/995 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli 3144/3 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2023-cü il tarixə: - əsas borc üzrə 2.369,42 manat; - faiz üzrə 724,25 manat. Qərardadda və iş materiallarında qeyd edilən 10 adda qızıl-zinət əşyalarının hazırki tarixə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5.274 manat müəyyən edilir. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli 9/5971 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan 3144/3 saylı girov müqaviləsində qeyd edilən 10 adda qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5.274 manat 10 % azalma əmsalı tətbiq edilməklə qızıl-zinət əşyalarının likvid dəyəri təqribən (5.274,0 - 10 %) 4.746,60 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh İddiaçı BOKT MMCdən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair BOKT qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2021-ci il tarixli qiymətli əşyaların qiymətləndirilməsi və BOKT-yə girov qoyulması üzrə aktdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan, sayı, çəkisi, əyarı, təyin edilmiş dəyəri, valyutası ayrı-ayrı qeyd edilməklə, cəmi 10 adda, 51,14 qram çəkidə olan 3.235 manat dəyər təyin edilmiş qızıl-zinət əşyalarını BOKT-yə girov qoymuşdur. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən yüklülük predmetinə tutmanın əsasları bu Qanunun 4-cü maddəsində göstərilən və digər normativ hüquqi aktlarla müəyyən olunur. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. Bildiriş məktublarından görünür ki, İddiaçı BOKT MMC (rebrendinqdən sonra "xxxx" BOKT MMC) cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və girov saxlayan İddiaçı BOKT MMC (rebrendinqdən sonra "xxxx" BOKT MMC) girov ilə yüklü edilmiş qızıl-zinət əşyalarını açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2.369,42 manat əsas borc, 724,25 manat faiz olmaqla, cəmi 3.093,67 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 44 manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə (rebrendinqdən öncə İddiaçı BOKT MMC) ödənilməli; tələb üzrə tutma girov predmeti olan və ümumi çəkisi 51,14 qramdan ibarət 10 adda qızıl-zinət əşyalarına yönəldilməli; həmin qızıl-zinət əşyaları açıq hərracdan satılmalı; qızıl-zinət əşyalarının ilkin satış qiyməti 4.746,60 manat müəyyən edilməli; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği "xxxx" BOKT MMC-yə (rebrendinqdən öncə İddiaçı BOKT MMC) ödənilməli; qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti borc məbləğini tam ödəməzsə, qalıq borc Cavabdeh ümumi qaydada tutulmalı; "xxxx" BOKT MMC-nin (rebrendinqdən öncə İddiaçı BOKT MMC) tələbləri ödənildikdən sonra qalıq məbləğ qalarsa Cavabdeh qaytarılmalı; 150 manat (100 manat + 50 manat olmaqla) ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə cavabdehin 2374,30 manat əsas borc, 1548,45 manat faiz borcu olduğu bildirilsə də, lakin daxil olmuş ekspert rəyində əsas borcun 2369,42 manat, faiz borcunun isə 724,25 manat olduğu qeyd edilmişdir. Belə olan halda məhkəmə cavabdehdən ekspert rəyinə uyğun olaraq hesablanmış əsas və faiz borcunun tutulmalı olmasını mümkün hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2.369,42 manat əsas borc, 724,25 manat faiz olmaqla, cəmi 3.093,67 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 44 manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə (rebrendinqdən öncə İddiaçı BOKT MMC) ödənilsin. Tələb üzrə tutma girov predmeti olan və ümumi çəkisi 51,14 qramdan ibarət 10 adda qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları açıq hərracdan satılsın. Qızıl-zinət əşyalarının ilkin satış qiyməti 4.746,60 manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği "xxxx" BOKT MMC-yə (rebrendinqdən öncə İddiaçı BOKT MMC) ödənilsin. Qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti borc məbləğini tam ödəməzsə, qalıq borc Cavabdeh ümumi qaydada tutulsun. "xxxx" BOKT MMC-nin (rebrendinqdən öncə İddiaçı BOKT MMC) tələbləri ödənildikdən sonra qalıq məbləğ qalarsa Cavabdeh qaytarılsın. 150 manat (100 manat + 50 manat olmaqla) ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-378/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-378/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver