Məhkəmə qərarları › İş №e-2(006)-3787/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3787/2025

08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3787/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1009 manat 86 qəpik, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş: İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışın surətindən görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2024-cü il tarixində 2080.49 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 1009.86 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh 27 yanvar 2025-ci il tarixinə "xxxx" MMC-yə olan ümumi borcu 1009.86 manat təşkil edir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, DN7410 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, 3 gün müddətində qeyd olunan borcun ödənilməsinin təmin edilməsi xahiş etmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli, 1715 nömrəli "növbədənkənar inventarizasiyanın aparılması haqqında" əmrin surətindən görünür ki, Cəmiyyətin ünvan 1 ünvanında yerləşən “OBA-Ramana 8” (1435) mağazasında administrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların, mağazaya yeni administrator təyin olunmuş maddi məsul şəxs X2 bilavasitə iştirakı ilə faktiki mövcud olan maddi ehtiyatların, xx.xx.2024-cü il tarixinə olan vəziyyətinin (qanun pozuntuları olması ehtimalı ilə əlaqədar) yoxlamasını aparmaq məqsədi ilə növbədənkənar inventarizasiya aparılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində “OBA-Ramana 8” (278) mağazasında aparılmış növbədənkənar inventarizasiyanın yekunu haqqında aktın surətindən görünür ki, Cavabdeh İddiaçınə 2080,49 manat zərər vurması müəyyən edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə imzaladığı iltizamnamənin surətindən görünür ki, “OBA-Ramana 08” (278) mağazasında aparılmış növbədənkənar inventarizasiyada Cavabdeh sayımda sonadək iştirak etmiş, yoxlama işçi qrupunun rəhbəri tərəfindən, ona aid hər hansı bir səhvliyə, uçotdan gizlətməyə və təhrif olunmuş məlumatlara bilərəkdən və ya bilmədən imza etdiyi aşkar olunarsa, bunlara görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacağını qəbul etmiş və bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, DN7507 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, “OBA-Ramana 08 (278)” mağazasında xx.xx.2024 tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (Təhvil təslim) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrininin imzalanması mütləqdir. Cavabdeh daxili Nəzarət Departamentinə yaxınlaşması xahiş olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli imtina aktının surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən “OBA-Ramana 08 (278)” mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2024-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (2080,49 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli, 1099 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixlərində keçirilən inventarizasiya yoxlamasının sonunda administrator vəzifəsində çalışmış Cavabdeh aid aşkarlanan yekun nəticələrə "Təbii itki normaları" tətbiq edilməsi məqsədi ilə, "xxxx" MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin "Təbii itki normaları" çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsinin maddi məsul şəxs administrator Cavabdeh tələb olunması və "Təbii itki norması" satış dövriyyəsinin 0.53 faizi müəyyən edilməsi əmr edilmişdir. Cavabdeh tərəfindən İddiaçı İdarə Heyətinin sədri X3 ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, onu Satış Departamentinə Satıcı-kassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli, 701 nömrəli əmrinin çıxarışının surətindən görünür ki, Cavabdeh İddiaçı Satış Departamentinin Satış şöbəsinə xx.xx.2021-ci il tarixindən etibarən Satıcı-kassir vəzifəsinə işə qəbul edilməsi və əmək haqqı ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilməsi əmr edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək bildirişi haqqında xx.xx.2021-ci il tarixli, 62YQRP000400 nömrəli elektron çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı Satış departamentinin Satış şöbəsində satıcıkassir vəzifəsində çalışmışdır. İddiaçı və Cavabdeh arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı Satış departamentinin Satış şöbəsində satıcı-kassir vəzifəsinə işə qəbul etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli, 323 nömrəli əmrinin çıxarışının surətindən görünür ki, X4 İddiaçı Satış Departamentinin Satış şöbəsində xx.xx.2022-ci il tarixindən administrator vəzifəsinə keçirilmiş və əmək haqqının ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi əmr edilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi haqqında xx.xx.2022-ci il tarixli, xxxxxxx000403 nömrəli elektron çıxarışdan görünür ki, Cavabdeh İddiaçı Satış departamentinin Satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. İddiaçı və Cavabdeh arasında bağlanmış vəzifə dəyişikliyi ilə əlaqədar tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, müqavilənin 3.3-cü maddəsinə əsasən, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqadər izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Cavabdeh tərəfindən İddiaçı İdarə Heyətinin sədri X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixindən Satış-Departamentinin Satış şöbəsində administrator vəzifəsinə keçməyinə və əmək haqqının dəyişdirilməsinə etiraz etmir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavənin surətindən görünür ki, həmin müqaviləyə dəyişikliklər və əlavələr edilərək, xx.xx.2022-ci il tarixindən İddiaçı Satış Departamentinin Satış şöbəsində administrator vəzifəsinə keçirilmiş və əmək haqqı ştat cədvəlinə uyğun olaraq 345 manat təyin edilmişdir Cavabdeh tərəfindən İddiaçı İdarə Heyətinin sədri X1 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixindən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli, 113-x nömrəli əmrinin çıxarışının surətindən görünür ki, Cavabdeh İddiaçı Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "a" (Tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən xitam verilməsi və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi haqqında xx.xx.2024-cü il tarixli, xxxxxxx0004X0 nömrəli elektron çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, xxxxxxx000404 nömrəli əmək müqaviləsi bildirişinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Bakı 20 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/20/2025-00400 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 11:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmiş, 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin mövqeyi: İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh əmək müqaviləsi üzrə öhdəliklərini düzgün və lazımi qaydada yerinə yetirməyərək işəgötürənə maddi zərər vurmaqla nəticələnən pozuntulara yol vermişdir. Belə ki, işəgötürən tərəfindən aparılmış müvafiq inventarizasiya araşdırması nəticəsində işçinin öz vəzifə təlimatını, habelə əmək funksiyalarını pozaraq işəgötürənə 1009.86 manat məbləğində maddi ziyan vurması müəyyən edilmişdir. Həmçinin təbii itki normaları tətbiq edilməklə işçinin vurduğu zərər dəqiqləşdirilmişdir. Qeyd edilən ziyanın ödənilməsi barədə işçiyə xəbərdarlıq olunmuş, lakin işçi tərəfindən vurulmuş zərər məhkəmədənkənar qaydada ödənilməmişdir. İşçi və işəgötürən arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilə işəgötürənə işçinin vurmuş olduğu zərərin tam həcmdən ödənilməsini tələb etmək hüququ verir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh vurduğu ziyana görə 1009,86 manat pul vəsaiti, 60 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurduğu ziyana görə 1009,86 (min doqquz manat səksən altı qəpik) pul vəsaiti və 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar