Məhkəmə qərarları › İş №e-2(006)-379/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-379/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-379/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun restrukturzasiya olunması və silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun restrukturzasiya olunması və silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh2 ASC tərəfindən 22 faizlə, 24 ay müddətinə 10500 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq X4 və X5 ilə xx.xx.2015-ci il tarixli, 480003798/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqvilələri üzrə 01 nömrəli xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana 10500 ABŞ dolları məbləğində verdiyi kreditin qalıq məbləği 8280,46 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmışdır. Ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbi ilə Nəsimi rayon Məhkəməsində iddia qaldırmış və Məhkəmənin 2(006)-377/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdhelər İddiaçı, X1 və X2 müştərək qaydada 5778 ABŞ dolları əsas, 3765,79 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə, 837,6 ABŞ dolları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı ləğv prosesində olan Cavabdeh2 ASCyə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra tərəflərindən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-297/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin 2(102)-1910/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin təyin etdiyi xətşünaslıq ekspertizası zamanı müəyyən olunmuşdur ki, müqavilənin uzadılması barədə bağlanan müqavilə iddiaçı tərəfindən imzalanmışdır. Nəzərə çatdırır ki, müqavilənin müddətinin bitməsinə baxmayaraq şəxsdən hələ də borc tutulur. Lakin onlar hələ də borc üçün məbləğin tutulmasını haqlı hesab etmirlər. Onlar hesab edirlər ki, cavabdeh borcları restrukturizasiya etməli və borcları silməli idi.

3. Göstərilənləri nəzərə alaraq Cavabdeh2 ASC-nin İddiaçı ilə bağladığı xx.xx.2015ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə görə borcun restrukturizasiya olunması, borcun silinməsi öhdəliyinin Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 izahatında iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, hazırki mülki işlə ilə əlaqədar yuxarı instansiya məhkəmələrinin qərarları mövcuddur. Eyni zamanda, portaldan çıxarışdan görünür ki, restruktruzasiya təklif olunan məbləğlər siyahısında hazırki kredit olmamışdır. Buna səbəb isə iddiaçıya verilmiş kredit məbləğinin restruktruzasiya təklif olunan məbləğdən yüksək olması olmuşdur. İddiaçı tərəfin təqdim etdiyi əlavə sazişə istinadən isə bildirir ki, həmin saziş yeni bir müqavilə deyil, sadəcə iddiaçıya güzəşt olunması məqsədi ilə kredit məbləğinin müddətinin uzadılması ilə bağlı bağlanmışdır. Onun əsasında əvvəlki kredit müqaviləsi dayanmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən 24 ay müddətinə 22 faiz olmaqla 10.500 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi X4 və X5 ilə xx.xx.2015-ci il tarixli, 480003798/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh İddiaçı kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. Daha sonra ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən cavabdehə qarşı iddia qaldırılmış, iddia qismən təmin edilmişdir. Qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Hazırda iddiaçı hesab edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsəsən onun borcu restrukturizasiya olunmalı və silinməlidir. Cavabdeh isə iddianı qəbul etmir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sistemdən çıxarılmış İddiaçı əsas məlumatlarından görünür ki, İddiaçı ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qalıq borcunun məbləği 9822,60 manat təşkil edir.

10. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-377/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X1 və X2 müştərək qaydada 5778 ABŞ dolları əsas, 3765,79 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə, 837,6 ABŞ dolları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC-yə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-297/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir.

12. İş materiallarında olan Ali Məhkəmənin 2(102)-1910/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir.

13. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ********* saylı 24 fevral 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 01 nömrəli Əlavə Sazişin surətindən görünür ki, bankın İddiaçı verdiyi 10.500 ABŞ dolları məbləğində kreditin qalıq məbləği 8280,46 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 3.2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir.

15. Fərmanın 1-ci hissəsinə görə edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməsi, qalan məbləğin isə həmin fiziki şəxslərin sərəncamına verməlidir.

16. Həmin Fərmanın 5.1-ci bəndinə görə, Azərbaycan Respublikasının Mərkəzi Bankına bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməsi tövsiyə edilmişdir.

17. Həmin Fərmanın 6.2-ci bəndinə görə, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi banklara tövsiyyə edilmişdir.

18. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.

19. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının iddia ərizəsi üzrə iki tələbindən biri olan qalıq borcunun restruktirizasiyası olunması ilə bağlı iddiaçı hesab edir ki, onun kredit müqaviləsi üzrə borcu Prezidentin 28 fevral 2019-cu il tarixli məlum Fərmanına görə restrukturizasiya olunmalı və silinməlidr. İddiaçı öz tələbini onunla əsaslandırır ki, onun borcu Əlavə Sazişə görə 28 fevral 2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşdüyündən borc restrukturizasiya olunmalıdır.

20. Belə ki, sözügedən Fərmana əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçı bankdan 10.500 ABŞ dolları məbləğində kredit götürmüş və bu məbləğ isə müvafiq Fərmanın təsir dairəsinə düşməmişdir (10.000 ABŞ dollarını keçdiyi üçün). Həmçinin iddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 01 nömrəli Əlavə Sazişə görə kredit məbləğinin 8280,46 ABŞ dolları olmasına istinad etməsinə baxmayaraq, məhkəmə qeyd edir ki, Əlavə Saziş ilkin məbləğin qalıq hissəsi olaraq, güzəşt olunaraq müddətin uzadılması məqsədilə bağlanmışdır. Yəni 8280,46 ABŞ dolları əsas müqavilə üzrə qalıq məbləğ kimi hesab olunmuşdur. Bu səbəbdən iddia rədd edilməlidir.

21. Məhkəmə iddianın digər tələbi ilə bağlı qeyd edir ki, restruktruzasiya olunma tələbi təmin olunmadığı halda prosssual qənaət prinsipini nəzərə almaqla borcun silinməsi tələbi hissəsində də iddia təmin edilməməlidir.

22. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun restrukturzasiya olunması və silinməsi» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

23. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun restrukturzasiya olunması və silinməsi» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar