Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-382/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5464,57 AZN əsas overdraft borcu, 71,07 AZN hesablanmış cərimə borcu, cəmi 5535,64 AZN borcun və 75,76 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən “Bu Müqaviləyə görə Bank Müştəriyə cari hesab (bundan sonra Hesab adlanacaq) açmağı və Hesab üzrə plastik kart(lar) (bundan sonra Kart adlanacaq) vasitəsilə hesablaşma kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür”. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. X2 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia etdiyi pul məbləğinə dair mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddia ərizəsi üzrə məhkəməyə yalnız müqavilə və hesabdan çıxarış göndərilmişdir ki, bu da iddia tələbini əsaslandıracaq sübutlar deyil. İddiaçının sübut kimi təqdim etdiyi hesabdan çıxarış birtərəfli sənəddir. Həmin sənədə əsasən iddiaçı guya bildirir ki, cavabdehin kartına vəsait köçürülüb və vəsaiti cavabdeh ATM-lərdən nağd məxaric etmişdir. Halbuki, iddiaçı həmin məxariclərin fotolarını belə məhkəməyə təqdim edə bilməmişdir. Sübutların bank tərəfindən təqdim edilə bildiyi halda edilməməsi bir daha onu sübut edir ki, həmin vəsait ümumiyyətlə karta mədaxil və məxaric olunmayıb. İddianı qəbul etmədiyini və iddianın əsasını təşkil edən sübutların təqdim edilmədiyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, bu müqaviləyə görə bank müştəriyə ödəniş kartına xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bu müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.8-ci bəndində qeyd edilmişdir ki, müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraft-ın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda müştəri bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30 (otuz) % məbləğində cərimə ödənişi həyata keçirilməlidir. Yaranmış borc və ona hesablanan cərimə faizləri müəyyən edilmiş müddətdə qaytarılmadıqda bank müştərini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər. Hesab üzrə texniki overdraft yarandığı və ya müştəriyə kredit xətti açıldığı təqdirdə yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulu bank tərəfindən müştəriyə məxsus olan bank hesablarından, o cümlədən digər hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər. Müqavilənin 3.4.2-ci bəndində qeyd edilmişdir ki, kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək müştərinin vəzifələrindəndir. X2 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. İddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli UB- BKS/ƏB/289 nömrəli sənəddə qeyd edilmişdir ki, bu sənədlə "xxxx" KB təsdiq edir ki, Cavabdeh bankda AZ21UBAZ**********1010AZN001 (kartın nömrəsi: 548290******2755) saylı kart hesabı var. xx.xx.2022-ci il tarixində müştərinin kartına xx.xx.2022-ci il tarixində 1 (bir) AZN məbləğində vəsait c2c edilib və kartda olan ümumi məbləğ 309.48 AZN (üç yüz doqquz manat qırx səkkiz qəpik) təşkil edib. xx.xx.2022-ci il tarixində müştərinin kartından xx.xx.2022-ci il tarixində 34 (otuz dörd) AZN məbləğində vəsait c2c edilib digər karta və bu əməliyyata görə 1 (bir) AZN məbləğində komissiya haqqı tutulub. Nəticədə kartda olan ümumi məbləğ 274.48 (iki yüz yetmiş dörd manat qırx səkkiz qəpik) AZN təşkil edib. xx.xx.2022-ci il tarixində müştərinin kartından xx.xx.2022-ci il tarixində 725.52 (yeddi yüz iyirmi beş manat əlli iki qəpik) AZN məbləğini bankomatdan nağdlaşdırıb (xx/xx/2022 21:33:46 944 1 000.00 AZE BAKU ATM UNİPLAZA 2). Nəticədə müştəri özünün olmayan 725.52 (yeddi yüz iyirmi beş manat əlli iki qəpik) AZN məbləğini istifadə etmişdir. xx.xx.2022-ci il tarixində müştərinin kartından xx.xx.2022-ci il tarixində 1000 (bir min) AZN məbləğini bankomatdan nağdlaşdırıb (xx/xx/2022 21:34:39 944 1 000.00 AZE BAKU ATM UNİPLAZA 2). Nəticədə müştəri özünün olmayan 1000 (bir min) AZN məbləğini istifadə etmişdir. xx.xx.2022-ci il tarixində müştərinin kartından xx.xx.2022-ci il tarixində 1000 (bir min) AZN məbləğini bankomatdan nağdlaşdırıb (xx/xx/2022 21:35:33 944 1 000.00 AZE BAKU ATM UNİPLAZA 2). Nəticədə müştəri özünün olmayan 1000 (bir min) AZN məbləğini istifadə etmişdir. xx.xx.2022-ci il tarixində müştərinin kartından xx.xx.2022-ci il tarixində 1000 (bir min) AZN məbləğini bankomatdan nağdlaşdırıb (xx/xx/2022 21:36:24 944 1 000.00 AZE BAKU ATM UNİPLAZA 2). Nəticədə müştəri özünün olmayan 1000 (bir min) AZN məbləğini istifadə etmişdir. xx.xx.2022-ci il tarixində müştərinin kartından xx.xx.2022-ci il tarixində 1000 (bir min) AZN məbləğini bankomatdan nağdlaşdırıb (xx/xx/2022 21:37:10 944 1 000.00 AZE BAKU ATM UNİPLAZA 2). Nəticədə müştəri özünün olmayan 1000 (bir min) AZN məbləğini istifadə etmişdir. xx.xx.2022-ci il tarixində müştərinin kartından xx.xx.2022-ci il tarixində 1000 (bir min) AZN məbləğini bankomatdan nağdlaşdırıb (xx/xx/2022 21:37:56 944 1 000.00 AZE BAKU ATM UNİPLAZA 2). Nəticədə müştəri özünün olmayan 1000 (bir min) AZN məbləğini istifadə etmişdir. xx.xx.2022-ci il tarixində müştərinin kartından xx.xx.2022-ci il tarixində 1000 (bir min) AZN məbləğini bankomatdan nağdlaşdırıb (xx/xx/2022 21:38:45 944 1 000.00 AZE BAKU ATM UNİPLAZA 2). Nəticədə müştəri özünün olmayan 1000 (bir min) AZN məbləğini istifadə etmişdir. xx.xx.2022-ci il tarixində müştərinin kartından xx.xx.2022-ci il tarixində 300 (üç yüz) AZN məbləğini bankomatdan nağdlaşdırıb (xx/xx/2022 12:15:45 944 300.00 AZE BAKU uBank C2C) və bu əməliyyata görə 1.50 AZN (bir manat əlli qəpik) məbləğində komissiya haqqı tutulub (xx/xx/2022 12:16:52 944 300.00 AZE BAKU uBank C2C). Nəticədə müştəri özünün olmayan 51 (əlli bir) AZN məbləğini istifadə etmişdir. xx.xx.2022-ci il tarixində müştərinin kartından xx.xx.2022-ci il tarixində 50 (əlli) AZN məbləğində vəsait c2c edilib digər karta (xx/xx/2022 12:18:17 944 50.00 AZE BAKU uBank C2C). Nəticədə müştəri özünün olmayan 50 (əlli) AZN məbləğini istifadə etmişdir. xx.xx.2022-ci il tarixində müştərinin kartından xx.xx.2022-ci il tarixində 11 (on bir) AZN məbləğini bankomatdan nağdlaşdırıb (xx/xx/2022 16:49:26 944 300.00 AZE BAKU ATM 28 MALL) və 2 (iki) AZN məbləğində komissiya haqqı tutulub (xx/xx/2022 16:49:26 944 11.00 AZE BAKU ATM 28 MALL). Nəticədə müştəri özünün olmayan 13 (on üç) AZN məbləğini istifadə etmişdir. xx.xx.2022-ci il tarixində müştərinin kartından xx.xx.2022-ci il tarixində 30 (otuz) AZN məbləğini bankomatdan nağdlaşdırıb (xx/xx/2022 15:21:54 944 30.00 AZE SUMQAYİT SOCAR PETROL STATİON 1). Nəticədə müştəri özünün olmayan 30 (otuz) AZN məbləğini istifadə etmişdir. xx.xx.2022-ci il tarixində müştərinin kartından xx.xx.2021-ci il tarixində 50 (əlli) AZN məbləğində vəsait c2c edilib (xx/xx/2022 944 50.00 AZE BAKİ wwwbirbankaz) və bu vəsait xx.xx.2022-ci il tarixində Texniki overdraftdan silinmişdir. xx.xx.2022-ci il tarixində müştərinin kartından xx.xx.2021-ci il tarixində 498.50 AZN (dörd yüz doxsan səkkiz manat əlli qəpik) vəsait emanat vasitəsilə mədaxil edilib və kartda olan ümumi məbləğ 498.50 AZN (dörd yüz doxsan səkkiz manat əlli qəpik təşkil edib. xx.xx.2022-ci il tarixində müştərinin kartından xx.xx.2021-ci il tarixində 9.00 AZN (doqquz manat) vəsait emanat vasitəsilə mədaxil edilib və kartda olan ümumi məbləğ 507.50 AZN (beş yüz yeddi manat əlli qəpik) təşkil edib. xx.xx.2022-ci il tarixində müştərinin kartından 507.50 AZN (beş yüz yeddi manat əlli qəpik) Texniki overdraftdan silinmişdir (3790ovBKS/22 müqavilə nömrəli kreditə kreditə köçürülməsi). Beləliklə, Cavabdeh xx.xx.2022-ci il tarixinə 6.549.59 AZN (altı min beş yüz qırx doqquz manat əlli qəpik) overdraft borcu mövcuddur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh həmin tarixə "xxxx" ASC-yə 3790ovBKS/22 saylı kredit müqaviləsi üzrə 5464,57 (beş min dörd yüz altmış dörd manat əlli yeddi qəpik) manat əsas borc, 71,07 (yetmiş bir manat yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 5535,64 (beş min beş yüz otuz beş manat altmış dörd qəpik) manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, ona müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən 75,36 manat məbləğində dövlət rüsumu ödənilmiş, 0,40 manat isə xidmət haqqı tutulmuşdur. Məhkəmə araşdırmaları zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, ödəniş kartı (548290******2755) üzrə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında aparılan əməliyyatlar (mədaxil və məxaric qeyd edilməklə) barədə ətraflı məlumatın təqdim edilməsinin "xxxx" MMC-dən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ödəniş kartının Cavabdeh təhvil verilməsi ilə bağlı sənəd, overdraftın yaranma mənbəyi və səbəbi, overdraftın hansı tarixlərdə yaranması, hansı tarixlərdə istifadə edilməsi (mədaxil və məxaric edilməsi), Cavabdeh hazırda kart üzrə bank qarşısında hansı məbləğdə overdraft və borcunun olması barədə ətraflı məlumatın, "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli UB- BKS/ƏB/289 nömrəli arayışa əsasən xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında, habelə həmin arayışda qeyd edilən bankomat vasitəsilə əməliyyatların aparılmasına dair sübutların (videogörüntü, şəkil və s.) təqdim edilməsinin "xxxx" ASC-dən tələb edilməsi qərara alınmışdır. Nəsimi rayon İcra şöbəsi xx.xx.2022-ci il tarixdə həmin qərardad əsasında verilmiş icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 32/204 nömrəli cavab məktubundan görünür ki, "xxxx" ASC artıq bankdaxili prosessinq sistemindən istifadə etdiyi üçün "xxxx" ASC-yə məxsus kartlar üzrə mədaxil və məxaric əməliyyatları "xxxx" prosessinq mərkəzi üzərindən həyata keçirilmir. Bu səbəbdən xx.xx.2022-ci il tarixli qərardadda qeyd olunan ödəniş kartı üzrə tələb olunan məlumatların "xxxx" MMC tərəfindən təqdim edilməsi mümkün deyildir. Belə olan halda məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ilə müəyyən edilmiş ödəniş kartı (548290******2755) üzrə xx.xx.2022-xx.xx.2022 il tarixləri aralığında aparılan əməliyyatlar (mədaxil və məxaric qeyd edilməklə) barədə ətraflı məlumatın təqdim edilməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tələb edilməsi qərara alınmışdır. Nəsimi rayon İcra şöbəsi xx.xx.2023-cü il tarixdə həmin qərardad əsasında verilmiş icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 08-01/027 nömrəli cavab məktubundan görünür ki, müraciətdə qeyd edilən BİN-ə (kart üzrə unikal rəqəmlər) əsasən sorğu edilən kart Azərikard şəbəkəsindən kənarda fəaliyyət göstərən Banka məxsus olduğundan müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq MMC tərəfindən məsələ ilə bağlı məlumat təqdim edilməsi mümkün deyildir. Məsələ ilə bağlı banka müraciət edilməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar verilmiş cavab məktubundan görünür ki, Cavabdeh məxsus “X1” ASC-də olan 5482 90** **** 2755 saylı kartına xx.xx.2022-ci il tarixdə texniki səhv səbəbi ilə Balans Faylı ilə 7140 (yeddi min bir yüz qırx) manat vəsait köçürülmüş və müştəri vəsaiti istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə artıq yüklənmiş vəsait Balans Faylı ilə silindiyi üçün kart balansında overdraft yaranıb. Əlavə olaraq qərardad üzrə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında qeyd olunan kartın bağlı olduğu hesabdan çıxarış, maliyyə arayışı, həmçinin, foto və video görüntüləri özündə əks etdirən diskin təqdim edildiyi bildirilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, bu sənədlə "xxxx" təsdiq edir ki, Cavabdeh bankda AZ21UBAZ**********1010AZN001 (kartın nömrəsi: 548290CUPWYİ6555) saylı kart hesabı var. Müştərinin 548290CUPWYİ6555 kartına xx.xx.2022-ci il tarixdə texniki səhv səbəbi ilə Balans Faylı ilə 7140 manat vəsait köçürülmüş və müştəri vəsaiti istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə artıq yüklənmiş vəsait Balans Faylı ilə silindiyi üçün kart balansında overdraft yaranıb. xx.xx.2022-ci il tarixində müştərinin kartından 1000 AZN (bir min manat) (xx/xx/2022 21:33:46 944 1 000.00 AZE BAKU ATM UNİPLAZA 2) məbləğində vəsait nağdlaşdırılmışdır. xx.xx.2022-ci il tarixində müştərinin kartından 1000 AZN (bir min manat) (xx/xx/2022 21:34:39 944 1 000.00 AZE BAKU ATM UNİPLAZA 2) məbləğində vəsait nağdlaşdırılmışdır. xx.xx.2022-ci il tarixində müştərinin kartından 1000 AZN (bir min manat) (xx/xx/2022 21:35:33 944 1 000.00 AZE BAKU ATM UNİPLAZA 2) məbləğində vəsait nağdlaşdırılmışdır. xx.xx.2022-ci il tarixində müştərinin kartından 1000 AZN (bir min manat) (xx/xx/2022 21:36:24 944 1 000.00 AZE BAKU ATM UNİPLAZA 2) məbləğində vəsait nağdlaşdırılmışdır. xx.xx.2022-ci il tarixində müştərinin kartından 1000 AZN (bir min manat) (xx/xx/2022 21:37:10 944 1 000.00 AZE BAKU ATM UNİPLAZA 2) məbləğində vəsait nağdlaşdırılmışdır. xx.xx.2022-ci il tarixində müştərinin kartından 1000 AZN (bir min manat) (xx/xx/2022 21:37:56 944 1 000.00 AZE BAKU ATM UNİPLAZA 2) məbləğində vəsait nağdlaşdırılmışdır. xx.xx.2022-ci il tarixində müştərinin kartından 1000 AZN (bir min manat) (xx/xx/2022 21:38:45 944 1 000.00 AZE BAKU ATM UNİPLAZA 2) məbləğində vəsait nağdlaşdırılmışdır. xx.xx.2022-ci il tarixində 30 AZN (otuz manat) müştəri pos-terminal vasitəsilə ödəniş edib. xx.xx.2022-ci il tarixində 300 AZN (üç yüz manat) uBank vasitəsilə card to card edib (komissiya 1.50 AZN). xx.xx.2022-ci il tarixində 50 AZN (əlli manat) uBank vasitəsilə card to card edib (komissiya 1 AZN). xx.xx.2022-ci il tarixində 50 AZN (əlli manat) uBank vasitəsilə card to card edib. xx.xx.2022-ci il tarixində 13 AZN (on üç manat) müştərinin kartından 11 AZN (on bir manat) kom.2 AZN. xx.xx.2022-ci il tarixində müştəri Cavabdeh 3790ovBKS/22 saylı kredit müqaviləsi ilə müştəriyə 7121.02 AZN (yeddi min yüz iyirmi bir manat iki qəpik) kredit müqaviləsi açılmışdır. Beləliklə, Cavabdeh xx.xx.2022-ci il tarixində 7121.02 AZN (yeddi min yüz iyirmi bir manat iki qəpik) overdraft borcu yaranmışdır. Mülki işin materiallarında olan Cavabdeh məxsus AZ21UBAZ**********1010AZN001 saylı hesabdan xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2022-ci ildə kartın balansında texniki overdraft yaranmış, səhvən karta yüklənmiş məbləğlər müştəri tərəfindən nağdlaşdırılmış və xx.xx.2022-ci il tarixdə texniki overdraftın silinməsi təyinatı ilə 7121,02 manat pul mədaxil edilmişdir. Mülki işin materiallarında olan balansdankənar məxaric orderindən görünür ki, Cavabdeh 1 ədəd “mastercard albalı contactless” adlı plastik kartı şəxsən təhvil almışdır. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş videogörüntülər və fotoşəkillərin olduğu CD-diskdən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixində saat 21:30-dan sonra bankomat vasitəsilə aparılan nağdlaşdırma əməliyyatları Cavabdeh özü tərəfindən həyata keçirilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş kartına xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, cavabdeh isə müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.8-ci bəndində qeyd edilmişdir ki, müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraft-ın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda müştəri bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30 (otuz) % məbləğində cərimə ödənişi həyata keçirilməlidir. Yaranmış borc və ona hesablanan cərimə faizləri müəyyən edilmiş müddətdə qaytarılmadıqda bank müştərini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər. Hesab üzrə texniki overdraft yarandığı və ya müştəriyə kredit xətti açıldığı təqdirdə yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulu bank tərəfindən müştəriyə məxsus olan bank hesablarından, o cümlədən digər hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər. Müqavilənin 3.4.2-ci bəndində qeyd edilmişdir ki, kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək müştərinin vəzifələrindəndir. X2 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Təqdim edilmiş materiallar əsasında müəyyən edilmişdir ki, cavabdehə məxsus kart hesabında texniki overdraft yaranmış, nəticədə onun iddiaçıya borcu yaranmışdır. Hazırda cavabdehin iddiaçıya olan borcu 5464,57 manat əsas overdraft, 71,07 manat cərimə olmaqla, cəmi 5535,64 manat təşkil edir. İddiaçı tərəfindən edilən xəbərdarlığa baxmayaraq, cavabdeh borclu olduğu məbləği geri qaytarmamış, buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hazırki mübahisə üzrə tərəflər arasında ilk öncə bank hesabı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh iddiaçıya məxsus ödəniş kartını (bank hesabı açılmaqla) əldə etmiş və iddiaçı cavabdehə həmin kart üzrə xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür. Müqavilə üzrə cavabdehin üzərinə kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək öhdəlikləri qoyulsa da, cavabdeh bu öhdəliklərini pozmuşdur. Belə ki, texniki xəta səbəbilə cavabdehin kart hesabında overdraft yaranmış, cavabdehə məxsus olmayan 7121,02 manat məbləğində vəsait onun tərəfindən istifadə edilmişdir. Cavabdehin müqavilə üzrə öz öhdəliyini pozması nəticəsində isə iddiaçı ona məxsus olan pul vəsaitindən məhrum olmuş, cavabdeh isə həmin məbləğ həddində əsassız varlanmışdır. Beləliklə, hazırda tərəflər arasında əsassız varlanma hüquq münasibətləri, yəni cavabdehin iddiaçının vəsaiti hesabına əsassız varlanması halı meydana gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 14.2, 14.2.7-ci maddələrinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 954.1-ci maddəsində qeyd edilmişdir ki, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd edilən hüquq normalarının tərəflər arasında olan münasibətlərə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır, buna görə də əldə etdiklərini geri qaytarmalıdır. Belə ki, cavabdehin iddiaçı ilə müqavilə bağlayaraq ona məxsus kart hesabına xidmətlərin göstərilməsini qəbul etməsi və kartı əldə etməsi, müqavilə üzrə üzərinə overdrafta yol verməmək öhdəliyini götürməsi, lakin bu öhdəliyi pozaraq overdrafta yol verməsi, texniki xəta səbəbilə hesabına yüklənən məbləği şəxsən nağdlaşdırması, bunun nəticəsində iddiaçının öz vəsaitindən əsassız məhrum olması işin mübahisəsiz hallarını təşkil edir. Bu hallar mülki işin materiallarında olan müqavilə, məxaric orderi, hesabdan çıxarış, maliyyə arayışı və fotoşəkillər və videogörüntülərin olduğu CD-disklə təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə üzrə 5464,57 (beş min dörd yüz altmış dörd manat əlli yeddi qəpik) manat əsas borc, 71,07 (yetmiş bir manat yeddi qəpik) manat hesablanmış cərimə borcu, cəmi 5535,64 (beş min beş yüz otuz beş manat altmış dörd qəpik) manat pul alınaraq iddiaçı “X1” ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 75,36 (yetmiş beş manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi olmaqla, cəmi 75,76 (yetmiş beş manat yetmiş altı qəpik) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5464,57 (beş min dörd yüz altmış dörd manat əlli yeddi qəpik) manat əsas borc, 71,07 (yetmiş bir manat yeddi qəpik) manat hesablanmış cərimə borcu, cəmi 5535,64 (beş min beş yüz otuz beş manat altmış dörd qəpik) manat pul alınaraq iddiaçı “X1” ASC-yə verilsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 75,36 (yetmiş beş manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi olmaqla, cəmi 75,76 (yetmiş beş manat yetmiş altı qəpik) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı “X1” ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-382/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-382/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver