Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3843/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və yetkinlik yaşına çatmış şəxsə alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və yetkinlik yaşına çatmış şəxsə alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmamış xx.xx.20008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli e-2(006)-3166/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər uşaq üçün hər ay 193 manat sabit pul məbləğində alimentin miqdarını dəyişdirərək cavabdehin qazancının (başqa gəlirləinin) üçdə bir hissəsi, yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olmayan xx.xx.2004-cü il təvəllüdlü X1 üçün hər ay 500 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi və ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3166/2022 nömrəli qətnaməsi ilə cavabdehlə xx.xx.2003cü il tarixdə bağlanmış nikahlarının pozulması, birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.20008-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X3 yanında saxlanılması və uşaqlar yetkinlik yaşına çatanadək onların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Ağır xəstə olan xx.xx.2004-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatmışdır və əmək qabiliyyəti yoxdur. Bildirmişdir ki, hal-hazırda maddi vəziyyəti çətin olduğu üçün uşaqların artan tələbatını ödəyə bilmir. Cavabdeh isə 2000-ci ildən Azərbaycan Tibb Universitetinin psixiatriya fakültəsində assisent vəzifəsində işləyib 2870 manat kifayət qədər yüksək əmək haqqı alsa da, onlara əlavə maddi yardım etmir. Əgər o, valideynik vəzifəsini dərk etsəydi başa düşərdi ki, bir ağır xəstə olan və əmək qabiliyyəti olmayan uşaqların qayğısını çəkən, onların təlim-tərbiyəsi ilə məşğul olan, bacardığı qədər onların ehtiyaclarını ödəməyə çalışan lakin, çox vaxtda buna nail ola bilməyən tək ana üçün onun ödədiyi hazırkı alimentlə 3 uşağı saxlamaq çətindir. O, dəfələrlə ona müraciət edərək yetkinlik yaşına çatmamış uşaqların artan tələbatını ödəməsini, ağır xəstə olan və əmək qabiliyyəti olmayan uşağın müalicəsi üçün əlavə maddi yardım etməsini xahiş etsə də o, haqlı tələbinə məhəl qoymamışdır. Halbuki, qeyd etdiyi kimi özü kifayət qədər yüksək gəlirə məxsusdur və istəsə hər ay hər uşaq üçün ən azı 500 manat həcmdə aliment ödəyə bilər. Lakin, o, bundan imtina edir. Belə olan halda yetkinlik yaşına çatmamış 2 uşağı üçün qətnamə ilə müəyyən edilmiş alimentin artırılması və yetniklik yaşına çatmış lakin, əmək qabiliyyəti olmayan ağır xəstə uşaq üçün alimentin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab etmişdir ki, məhkəmə Azərbaycan Respublikasında 2024-cü il üçün Yaşayış minimumu haqqında qanuna əsasən uşaqlar üzrə müəyyən edilmiş minimum dolanışıq xərclərini, uşaqların mənafeyini və iş hallarını nəzərə alaraq iddianı təmin edəcəkdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf etməklə, alimentin üçdə bir hissədə tutulmasına etiraz etdi, lakin, yetkinlik yaçına çatmış övladının saxlanılması üçün 300 manat məbləğində alimentin ödənilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli 2(006)-3166/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Səadət Sarayında 28 noyabr 2003-cü il tarixdə 2771 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materillarında olan Azərbaycan Tibb Universiteti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2000-ci il tarixdən hal-hazıradək Psixiatriya kafedrasında assistent vəzifəsində işləməklə müvafiq vergilər çıxıldıqdan sonra aylıq əmək haqqı 2239.25 manat təşkil edir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və.s dəyişmişdir. Həmçinin uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3166/2022 saylı iş üzrə xx.xx.2022-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti nəzərə alınmaqla xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulması müəyyən edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Məhkəmə iddia tələbinin “yetkinlik yaşına çatmış şəxsə alimentin təyin edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.2004cü il təvəllüdlü X4 atası Cavabdeh notariat qaydada təsdiq olunmuş razılıq ərizəsi təqdim olunduqdan sonra onun qəyyum təyin olunması məsələsinə baxılacaqdır. İş materiallarında olan ƏƏSMN TSEK-də sonuncu müayinəyə dair məlumatda qeyd edilmişdir ki, X6 birinci dərəcəli əlildir. Əmək qabiliyyətsizdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlərlə xx.xx.2004-cü il təvəllüdlü X2 şəxslərin himayəsinə ehtiyacının olması, əmək qabiliyyətinin olmaması sübuta yetirilməklə onun saxlanılması üçün müalicə olunduğu müddətdə sabit pul məbləğində aliment təyin edilməlidir. Məhkəmə alimentin məbləğini müəyyən edərkən ölkə üzrə yaşayış minimumunu nəzərə alaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul şəklində alimentin tutulmalı olması qənaətinə gəlir. Məhkəmə alimentin tutulma müddətinə münasibətdə hesab edir ki, aliment xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur cavabdeh alimentin tutulması ilə bağlı ərizə ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iddia tələbinin “ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulması” hissəsinə münasibətdə hesab edir ki, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət nəfinə 30 manat məbləğində rüsum alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-3166/2022 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulsun. xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh əlavə xərclərə cəlb edilərək ondan xx.xx.2004-cü il təvəllüdlü X4 müalicə olunduğu müddətdə sabit pul məbləğində hər ay 235 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə sabit pul məbləğində alimentin tutulması hissəsində dərhal icra edilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-3843/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3843/2024
24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver