Məhkəmə qərarları › İş №e-2(006)-3864/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3864/2023

03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3864/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh1 Xalid oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı Yusı̇ fova Təymı̇ nə Şamı̇ l qızının cavabdehlər Cavabdeh1 Xalid oğlu və 2 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yusı̇ fova Təymı̇ nə Şamı̇ l qızı cavabdehlər Cavabdeh1 Xalid oğlu və 2 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Xalid oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Digər cavabdeh 2 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Hakim Mirzəyev məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 icraatın xitam verilməsinə etiraz edərək bildirmişdir ki, adıçəkilən kredit müqaviləsi üzrə borcun tutulması barədə çıxarılmış qətnamədən onlar tərəfindən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə məhkəməyə təqdim edilmişdir. Hazırki mülki iş üzrə icraata xitam verilməsi iddiaçının konstitusiyon huquqlarının pozulması deməkdir. Cavabdeh1 Xalid oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 bildirmişdir ki, mübahisənin kökündə duran kredit müqavilələri üzrə borcun tutulması məsələsinə məhkəmədə baxılmış və iddia təmin edilmişdir. Qanunvericilikdə müəyyən olunan müddətdə ondan İddiaçı tərəfindən şikayət verilməmişdir. Odur ki, icraata xitam verilməlidir. Cavabdeh1 Xalid oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə təqdim etdiyi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 7168/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 Xalid oğlu ilə Yusifova (Abdullayeva) Təyminə Şamil qızı arasında bağlanmış xx.xx.2017ci il və xx.xx.2017-ci il tarixli “kredit müqavilələri”nə əsasən 295.000 ABŞ dolları məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi Yusifova (Abdullayeva) Təyminə Şamil qızından tutulub Cavabdeh1 Xalid oğluna ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. X1 maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmiş və onun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş müddət və qaydada məhkəmə aktından şikayət vermək hüququ mövcuddur- həmin mülki iş üzrə cavabdeh olduğu üçün). Göründüyü kimi, hazırda iddiaçı Yusı̇ fova Təymı̇ nə Şamı̇ l qızının mübahisələndirdiyi halla bağlı yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktında müəyyən olunmuş hallar mahiyyət etibarı ilə baxılmış və iddiada mübahisələndirdiyi məsələyə artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadına əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Yusı̇ fova Təymı̇ nə Şamı̇ l qızının cavabdehlər Cavabdeh1 Xalid oğlu və 2 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinə qarşı "müqavilələrin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar