Məhkəmə qərarları › İş №e-2(006)-390/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-390/2023

24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-390/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Fı̇ ruddin qızının cavabdeh "Tərlan-T" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinə qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Fı̇ ruddin qızı cavabdeh "Tərlan-T" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinə qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 "Tərlan-T" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vi ilə xx.xx.2017-ci il tarixli müqavilə bağlayaraq ünvan 1 ünvanında inşa edilən yaşayış binasının V mərtəbəsində, ümumi sahəsi 107 kv.m olan, 2 otaqlı, 25 saylı mənzili 1 m2 dəyəri 950 (doqquz yüz əlli) manatdan olmaqla ümumilikdə 101650.00 (bir yüz bir min altı yüz əlli) manat dəyərində almışdır. Müvafiq mənzilə xx.xx.2019-ci il tarixdə çıxarış alarkən həmin mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulan formada olmadığı müəyyən edilmişdir. Belə ki, alınan çıxarışda qeyd edilən mənzilin ümumi sahəsi 98.70 kvadrat metrdir. Belə vəziyyətdə onlara məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən onlara müqavilə şərtlərindən daha aşağı ölçüdə mənzil verməsi is bağlı əsaslı şübhələr yaranmışdır. Cavabdeh təşkilat müqavilədə göstərilən ölçüdən daha aşağı ölçüdə mənzil satmışdır. Cavabdeh "Tərlan-T" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vi Şəhərsalma və Tikinti Məcəlləsinin 59-u maddəsinin 2-ci və 3-cü bəndlərini və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının 3.8-ci bəndinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Eləcə də, mənzillərin sahəsinin hesablanması (əmsallaşdırılması) qaydası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarının 3.8-ci bəndinə əsasən mənzillərin sahəsi bayır divarlarının daxilindən ölçülür. Həmçinin yaşayış binasında olan divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, mənzillərin sahəsi hesablanan zaman bayır və mənzilin daxilində olan divarlar, otaqların və digər istifadə yerlərinin ölçüsü plintuslar nəzərə alınmadan ölçülməlidir. Bununla yanaşı mənzillərin ümumi sahəsi hesablanan zaman balkon və terrasların sahələri - 0,3 azaltma əmsalı ilə hesablanmalıdır. Lakin cavabdeh təşkilatın bağladığı müqavilə göstərilən şərtlərə uyğun olmamışdır. Belə olan halda iddiaçıya verilən mənzilin ümumi sahəsi İddiaçı "Tərlan-T" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vi ilə bağladığı müqavilədə göstərilən şərtlərə uyğun olmamışdır. Belə olan halda iddiaçıya verilən mənzilin ümumi sahəsi İddiaçı Fı̇ ruddin qızı "Tərlan-T" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vi ilə bağladığı müqavilə üzrə müqavilədən 8,3 m2 az olmuş, buda nəticədə 8,3 x 950 = 7.885 (yeddi min səkkiz yüz səksən beş) manat artıq ödənişə səbəb olmuşdur. Bunla bağlı cavabdeh təşkilata dəfələrlə şifahi müraciət etməklərinə baxmayaraq həmin ödənişi geri qaytarmamış, nəticədə məcbur oliub hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən cavabdeh "Tərlan-T" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vi ilə X2 arasında bağlanmış müqavilə üzrə Bakı şəhəri, Nəsimi rayonu, Mirmahmud Kazımovski küçəsi, ev 245, mənzil 25 görə artıq ödənilmiş 7.885 (yeddi min səkkiz yüz səksən beş) manat, habelə iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənimiş 100 manat dövlət rüsumunun ümumilikdə 7.985 (yeddi min doqquz yüz səksən beş) manat pulun cavabdeh "Tərlan-T" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahi edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin izahatında göstərmişdir ki, İddiaçı "Tərlan-T" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vi ilə xx.xx.2017-ci il tarixli müqavilə bağlayaraq, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının V mərtəbəsində, ümumi sahəsi 107 kv.m olan, 2 otaqlı, 25 saylı mənzili 1 m dəyəri 950 manatdan olmaqla ümumilikdə 101650.00 manat dəyərində almışdır. Müvafiq mənzilə xx.xx.2019-ci il tarixdə çıxarış alarkən həmin mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulan formada olmadığı müəyyən edilmişdir. Belə ki, alınan çıxarışda qeyd edilən mənzilin ümumi sahəsi 98.70 kvadrat metrdir. Belə vəziyyətdə onlara məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən onlara müqavilə şərtlərindən daha aşağı ölçüdə mənzil verməsi ilə bağlı əsaslı şübhələr yaranmışdır. Cavabdeh təşkilat müqavilədə göstərilən ölçüdən daha aşağı ölçüdə mənzil satmışdır. Bu məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyində də öz əksini tapmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Fı̇ ruddin qızı "Tərlan-T" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vi ilə xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq ümumi sahəsi 107 kv.m. olan mənzili almış və xx.xx.2019-cu il tarixdə iddiaçı mənzilə dair Çıxarış əldə edərkən ümumi sahənin ölçüsündə fərqin yarandığını görmüşdür. Hazırda iddiaçı bağladığı müqavilə üzrə müqavilədən 8,3 m2 az olduğunu iddia edərək artıq ödənilmiş pulu tələb edir.

b) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan "Tərlan-T" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vi ilə İddiaçı Fı̇ ruddin qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Kooperativ, ünvan 1-da yerləşmiş "Tərlan-T" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinə məxsus tikilməkdə olan binasında 25 №-li mənzili (107 kv.m) payçıya verməyi, payçı isə həmni mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür.

9. Mülki işin materiallarında olan "Tərlan-T" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, "Tərlan-T" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinin ünvan 2 ünvanındainşa etdiyi binasının V mərtəbəsində, ümumi sahəsi 107 kv.m olan 2 otaqlı, 25 saylı mənzil ayrılmışdır. İddiaçı Fı̇ ruddin qızı mənzilin ümumi dəyərindən 101650 manat "Tərlan-T" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinə ödəmişdir.

10. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ümumi sahəsi 98,70 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, Mirmahmud Kazımovski küçəsi, ev 245, mənzil 25 İddiaçı Fı̇ ruddin qızının mülkiyyətindədir.

11. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Texniki Pasport sənədindən görünür ki, mənzil 10 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşməklə iki yaşayış otağı, iki sanitar qovşağı, bir holl, bir lociya və bir mətbəx tikililərindən ibarət olmaqla yaşayış otaqlarının sahəsi 47,9 kv.m., köməkçi otaqların sahəsi 50,8 kv.m təşkil edir.

12. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/8643 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, baxış zamanı əldə edilən ölçü işlərinə əsasən aparılmış hesablamalar nəticəsində tədqiq olunan mənzilin ümumi sahəsi, eləcə di tikililərin ayrı-ayrılıqda sahələri aşağıdakı kimi müəyyən edilmişdir: 1 saylı holl tikilisinin sahəsi 18,9 kv.metr 2 saylı sanitar qovşağı tikilisinin sahəsi 5,0 kv.metr 3 saylı sanitar qovşağı tikilisinin sahəsi 2,2 kv.metr 4 saylı mətbəx tikilisinin sahəsi 22,8 kv.metr 5 saylı lociya tikilisinin sahəsi 1,9 kv.metr (3,8 x 0,5) 6 saylı yaşayış otağı tikilisinin sahəsi 30,8 kv.metr 7 saylı yaşayış otağı tikilisinin sahəsi 17,1 kv.metr Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal (Mirmahmud Kazımovski) küçəsində yerləşən 66 saylı evin 25 saylı mənzilin ümumi sahəsinin 98,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir.

13. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/4757 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, baxış zamanı əldə edilən ölçü işlərinə əsasən aparılmış hesablamalar nəticəsində tədqiq olunan mənzilin faktiki sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan aşağıdakı kimi müəyyən edilmişdir: 1 saylı holl tikilisinin sahəsi 18,9 kv.metr 2 saylı sanitar qovşağı tikilisinin sahəsi 5,0 kv.metr 3 saylı sanitar qovşağı tikilisinin sahəsi 2,2 kv.metr 4 saylı mətbəx tikilisinin sahəsi 22,8 kv.metr 5 saylı lociya tikilisinin sahəsi 3,8 kv.metr 6 saylı yaşayış otağı tikilisinin sahəsi 30,8 kv.metr 7 saylı yaşayış otağı tikilisinin sahəsi 17,1 kv.metr Beləliklə aparılmış tədqiqat nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən 66 saylı evin 25 saylı mənzilin faktiki sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu maddəsi nəzərə alınmamaqla, yəni ki, müvafiq azaltma əmsalları tətbiq olunmadan 100,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Mənzilin bayır və iç (arakəsmə) divarlar nəzərə alınmaqla ümumi sahəsinin 107,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

16. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olubolmamasıdır.

22. Azərbaycan Respublikası Şəhər Salma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

23. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

24. Eyni Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmaqla hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə daxil edilmir.

25. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin 1-ci abzasına əsasən mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.

26. Göründüyü kimi, İddiaçı Fı̇ ruddin qızının mülkiyyətində olan mənzilin ümumi sahəsi faktiki olaraq 107 kvadrat metr olmaqla, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə uyğun azaltma əmsalı tətbiq edilərkən 98,70 kvadrat metr təşkil edir. Yəni mənzilin sahəsinin müəyyən olunmasında fərq yalnız onun hesablanması qaydasının müxtəlif olmasından irəli gəlmişdir.

27. Məhkəmə həmçinin mənzilin faktiki ölçülərinin müəyyən edilməsi ilə bağlı məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsi ilə bağlı qeyd edir ki, aparılmış hesablamalar nəticəsində müvafiq azaltma əmsalları tətbiq olunduqda mənzilin ümumi sahəsi 98,70 kvadrat metr təşkil etmiş, tətbiq olunmadan isə 100,6 kv.metr, mənzilin bayır və iç (arakəsmə) divarlar nəzərə alınmaqla isə ümumi sahəsi 107,0 kv.metr təşkil etmişdir.

28. Məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması zamanı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun 98,70 kvadrat metr kimi hesablansa da, cavabdeh MTK müqavilə bağlayarkən mənzilin layihə üzrə ümumi sahəsinin 107 kvadrat metr təhvil verməyi üzərinə götürmüş və müqavilə üzrə həmin öhdəliyi tam olaraq icra etmişdir. Cavabdehin mülki hüquq pozuntusu və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquq zidd əməli iş materialları ilə müəyyən olunmamışdır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

30. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

33. Beləliklə, məhkəmə işin şərh olunan hallarına hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, İddiaçı Fı̇ ruddin qızının cavabdeh "Tərlan-T" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinə qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia tələbi rədd edilməlidir.

34. Məhkəmə belə qənaətə gələrkən mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.

41. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza təqdiqatının aparılmasına görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti isə İddiaçı Fı̇ ruddin qızından tutularaq dövlət büdcəsinə ödənilməlidir.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Fı̇ ruddin qızının cavabdeh "Tərlan-T" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinə qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat və 100 (bir yüz) manat olmaqla, ümumilikdə 150 (bir yüz əlli) manat İddiaçı Fı̇ ruddin qızından tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X3, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar