Məhkəmə qərarları › İş №e-2(006)-3909/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3909/2024

20.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3909/2024 20.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3470/2021 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh ilə aralarında Lənkəran Şəhər İHB-nın Xolmili İnzibati Ərazi Dairəsində xx.xx.2009-cu il tarixdə bağlanmış 31 saylı X10 pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanılması; xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün bir uşaq üçün 175 manat olmaqla hər ay cəmi 525 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3470/2021 saylı qətnaməsi icra edilməsi üçün borclu Cavabdeh hərbi xidmət etdiyi Bakı şəhər Səbail rayonu, Badamdar STQ ünvanında yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. xx.xx.2024-cü il tarixdən uşaqlar üçün minimum ehtiyac meyarının məbləği 235 manat müəyyən edildiyindən alimentin məbləğinin artıraraq hər uşaq üçün 235 manat məbləğində ödəməyi Cavabdeh təklif etmişdir. Lakin 10 gündən çox zaman keçməsinə baxmayaraq Cavabdeh təklifə heç bir münasibət bildirməmişdir. Beləliklə, Cavabdeh bugünə kimi təklifinə heç bir cavab verməmiş və təklifini icra etməmişdir. Ona görə də ailə mübahisəsi ilə bağlı mediasiya təşkilatına müraciət etməli oldu. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün imtina barədə xx.xx.2023-cü il tarixl, MSB18- 2023/001570 saylı arayış verilmişdir. Göstərilənlərə əsasən, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3470/2021 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçının xeyrinə müəyyən edilmiş 175 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 235 manat olmaqla hər ay cəmi 705 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3470/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 onun himayəsində saxlanılması, onların yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün bir uşaq üçün 175 manat olmaqla hər ay cəmi 525 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdən uşaqlar üçün minimum ehtiyyac meyarının məbləği 235 manat müəyyən edildiyindən alimentin məbləğinin artıraraq hər uşaq üçün 235 manat məbləğində ödəməyi Cavabdeh təklif etmişdi. Lakin 10 gündən çox zaman keçməsinə baxmayaraq Cavabdeh təklifinə heç bir münasibət bildirməmişdir. Beləliklə, Cavabdeh bu günə kimi təklifimə heç bir cavab verməmiş və təklifimi icra etməmişdir. Ona görə də ailə mübahisəsi ilə bağlı mediasiya təşkilatına müraciət etməli oldu. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün imtina barədə xx.xx.2023-cü il tarixl, MSB18- 2023/001570 saylı arayış verilmişdir. Həmçinin, cavabdeh məhkəmə tərəfindən təyin olunan aliment xaricində ümumiyyətlə heç bir maddi yardım göstərmir və öz uşağı ilə maraqlanmır. Təyin olunmuş aliment məbləği ilə isə hazırda uşağa baxmaq tək ana kimi ona olduqca çətindir. Ona görə də hesab edir ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3470/2021 saylı qətnaməsi ilə hər uşaq üçün müəyyən edilmiş 175 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq bir uşaq üçün hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Odur ki, bu halları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. 5.Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin rəsmi nikah münasibətlərindən üç övladları anadan olmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3470/2021 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının yanında saxlanılmış və aliment tutulmuşdur. Hazırda həmin məbləğ uşaqların saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılaraq cavabdehdən hər bir uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 manat məbləğində aliment tutulmasını tələb edir. b) Mülki işin materialları: 8.İş materiallarında olan Lənkəran şəhər İHB-nin Xolmili kənd İƏD nümayəndəliyi tərəfindən xx.xx.2013-cü il tarixdə verilən AZ-İİİ seriyalı, 002540 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə Lənkəran rayonu, Xolmili kəndində anadan olmuş, ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd edilmişdir. 9.İş materiallarında olan Lənkəran şəhər İHB-nin Xolmili kənd İƏD nümayəndəliyi tərəfindən xx.xx.2014-cü il tarixdə verilən AZ-İİİ seriyalı, 358722 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Lənkəran rayonu, Xolmili kəndində anadan olmuş, ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd edilmişdir. 10.İş materiallarında olan 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilən AZ-İİİ seriyalı, 859854 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd edilmişdir. 11.İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3470/2021 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh ilə aralarında Lənkəran Şəhər İHB-nın Xolmili İnzibati Ərazi Dairəsində xx.xx.2009-cu il tarixdə bağlanmış 31 saylı X10 pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanılması; xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün bir uşaq üçün 175 manat olmaqla hər ay cəmi 525 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya verilməsi qət edilmişdir. 12.İş materiallarında olan Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilən mediasiya sessiyasında iştirak edilməməsi barədə 27 noyabr 2023-cü il tarixli, MŞB18-2023/001570 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Lakin İddiaçı iştirak edərək 60 manat mediasiya xərci və 10 manat poçt xərcini ödəmişdir (Mediator:M.Bayramov). c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 14.Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 15.Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. 16.Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). 17.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 18.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 19.Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 20.Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 21.Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 22.Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 23.«Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. 24.«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. 25.«Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. 26.Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. 27.Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini, uşaqların mənafeyini və onların saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi tam həcmdə təmin edilməli və alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 235 manat məbləğində müəyyən edilməlidir. 28.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3470/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 705 (yeddi yüz beş) manat sabit pul məbləğində müəyyən edilməli və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilməlidir. 29.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 33.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 3470/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 705 (yeddi yüz beş) manat sabit pul məbləğində müəyyən edilməli və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar