Məhkəmə qərarları › İş №e-2(006)-3958/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3958/2023

19.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3958/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 cavabdeh "xxxx" MMMC-yə qarşı əsassız ödəniş tələblərinin qanunsuz hesab edilməsi və sairə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 cavabdeh "xxxx" MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nəsimi-48" MMMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının liftlərinin carı təmirini və xidməti özündə ehtiva edən 10409.0 manat vəsaitin İddiaçı1 MMC-dən tələb olunmasının qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı 1,2 və 2 saylı yaşayış binalarındakı qeyri-yaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsinin “Nəsimi-48" MMMCnin üzərinə qoyulması, İddiaçı1 MMC tərəfindən həm İddiaçı1 MMC-nin, həmdə İddiaçı2 sahələri üçün “xidmət haqqı” kimi "xxxx" MMMC-yə ödənilmiş 91810.0 İddiaçı1 MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 MMC-nümayəndəsi və vəkili Nümayəndə1 vəsatətlə məhkəməyə müraciət edərək, hazırki mülki işin məhkəmənin icraatında olan "xxxx" MMMC-nin cavabdeh İddiaçı1 MMC-yə qarşı təhvil-təslim prosesinin yekunlaşdırma vəzifəsini İddiaçı1 üzərinə qoyulması barədə iddia tələbinə dair e-2(006)-3707/2023 saylı mülki işlə birləşdirilməsi barədə vəsatət vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 vəsatətin təmin olunmasını xahiş etdilər. İş üzrə cavabdeh "xxxx" MMMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işlərin birləşdirilməsi barədə vəsatəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, İddiaçı1 MMC və İddiaçı2 cavabdeh "xxxx" MMMC-yə qarşı əsassız ödəniş tələblərinin qanunsuz hesab edilməsi və sairə tələbinə dair mülki işlə, məhkəmənin icraatında olan iddiaçı "xxxx" MMMC-nin cavabdeh İddiaçı1 MMC-yə qarşı təhvil-təslim prosesinin yekunlaşdırma vəzifəsini İddiaçı1 üzərinə qoyulması tələbinə dair iddiası əsasında olan digər mülki işin biri-biri ilə əlaqəli olmasını, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmasını nəzərə alaraq həmin mülki işlərin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı1 MMC və İddiaçı2 cavabdeh "xxxx" MMMC-yə qarşı əsassız ödəniş tələblərinin qanunsuz hesab edilməsi və sairə tələbinə dair e-2(006)-3958/2023 saylı mülki iş, iddiaçı "xxxx" MMMC-nin cavabdeh İddiaçı1 MMC-yə qarşı təhvil-təslim prosesinin yekunlaşdırma vəzifəsini İddiaçı1 üzərinə qoyulması tələbinə dair e-2(006)-3707/2023 saylı mülki işlə bir icraatda birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı1 MMC və İddiaçı2 cavabdeh "xxxx" MMMC-yə qarşı əsassız ödəniş tələblərinin qanunsuz hesab edilməsi və sairə tələbinə dair e-2(006)-3958/2023 saylı mülki iş, iddiaçı "xxxx" MMMC-nin cavabdeh İddiaçı1 MMC-yə qarşı təhvil-təslim prosesinin yekunlaşdırma vəzifəsini İddiaçı1 üzərinə qoyulması tələbinə dair e-2(006)-3707/2023 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar