Məhkəmə qərarları › İş №e-2(006)-4006/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4006/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4006/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 101804-824915/1 nömrəli kredit müqaviləsi üzrə 8518.18 manat məbləğində əsas bоrc və 532.13 manat faiz borcu оlmaqla, cəmi 9050.31 manat, 101797-PC********** nömrəli kredit müqaviləsi üzrə 510.17 manat məbləğində əsas bоrcu, 20.06 manat məbləğində faiz bоrcu, cəmi 530.23 manat, hər iki müqavilə üzrə 9580.54 manat borcun və 116.39 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 19 fevral 2024 il tariхli, 101804-824915/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 17% dərəcəsi ilə 11500 manat məbləğində krеdit vеrilmiş, 19 fevral 2024 il tariхli, 101797-PC********** nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə maksimal limiti 500 manat olan kredit xətti ayrılmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 30 iyun 2025-cü il tarixinə cavabdehin 101804-824915/1 nömrəli kredit müqaviləsi üzrə 8518.18 manat məbləğində əsas bоrc və 532.13 manat faiz borcu оlmaqla, cəmi 9050.31 manat, 101797-PC********** nömrəli kredit müqaviləsi üzrə 510.17 manat məbləğində əsas bоrcu, 20.06 manat məbləğində faiz bоrcu cəmi 530.23 manat, hər iki müqavilə üzrə 9580.54 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesba etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 101797-PC********** saylı istehlak kredit xətti müqaviləsindən görünür ki, həmin müqavilə Bank tərəfindən kreditalana 36 ay müddətinə, illik 24 faiz ödəmək şərtilə 500 manat məbləğində kredit xəttinin açılması haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 101797- PC********** saylı müqavilə üzrə xx.xx.2025-ci il tarixə banka 510.17 manat əsas, 20.06 manat faiz borcu vardır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 101804-824915/1 saylı istehlak krediti müqaviləsindən görünür ki, həmin müqavilə Bank tərəfindən kreditalana 36 ay müddətinə, illik 17 faiz ödəmək şərtilə 11500 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 101804-824915/1 saylı müqavilə üzrə xx.xx.2025-ci il tarixə banka 8518.18 manat əsas, 532.13 manat faiz borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, bank ona borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 116.39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mülki qanunvericiliyin tələblərinə uyğun qaydada İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqavilələri bağlanmış, sonuncuya həmin kredit müqaviləsi üzrə iddiaçı tərəfindən 11500 manat məbləğində kredit və 500 manat kredit xətti verilmişdir. Kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməməklə müqavilə şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında maliyyə arayışında göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Həmçinin cavabdeh iddia tələbini etiraf etməklə, borcun ödənilməsinə etiraz etməmişdir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 101804- 824915/1 nömrəli kredit müqaviləsi üzrə 8518.18 manat məbləğində əsas bоrc və 532.13 manat faiz borcu, 101797-PC********** nömrəli kredit müqaviləsi üzrə 510.17 manat məbləğində əsas bоrcu, 20.06 manat məbləğində faiz bоrcu, cəmi 9580.54 manat borcun və 116.39 manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 101804-824915/1 nömrəli kredit müqaviləsi üzrə 8518.18 manat məbləğində əsas bоrc və 532.13 manat faiz borcu, 101797-PC********** nömrəli kredit müqaviləsi üzrə 510.17 manat məbləğində əsas bоrcu, 20.06 manat məbləğində faiz bоrcu, cəmi 9580.54 manat borcun və 116.39 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar