Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4010/2025 24.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, X16 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə “əsassız varlanma nəticəsində payın dəyərinin tələb edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh1 və X4 qarşı "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə “əsassız varlanma nəticəsində payın dəyərinin tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7 və Cavabdeh1 iddiaçının payından çıxılmış 30 kv.m payın cavabdehlərdən alınaraq ona naturada verilməsi, bu mümkün olmadığı halda mövcud bazar dəyəri olan 99.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə bağlanmış 09 mart 2018-ci il tarixli müqaviləsi ilə cavabdeh təşkilat tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov 56 ünvanda yerləşən 1 mərtəbəli yaşayış evinin söküntüsü, eləcə də, həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirməklə mülkiyyətçinin söktüntüsü nəzərdə tutulan mənzil mülkiyyətində 140,7 kv.m-dən ibarət 4 otaqlı mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 45% əlavə etməklə tikiləcək binanın 132 blokunda ümumi tikinti sahəsi 120,37 kv metrdən ibarət 2 mərtəbə 3 otaqlı təmirli 93 nömrəli mənzili mülkiyyətçinin sərəncamına verməsi öhdəsinə götürür, həmin müqavilədə 500 manat məbləğində mülkiyyətçiyə müvəqqəti yaşayış məqsədi üçün kirayə götürdüyü mənzilə görə 500 manat vəsait ödənilməsi müəyyən edilmişdir. Lakin sonradan iş üzrə digər şəxslər olan Sara Abbasova, Cavabdeh1 və "xxxx" MMCnin iddia tələbi əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1695/2020 saylı qətnaməsi ilə "xxxx" MMC ilə bağlanmış 09 mart 2018-ci il tarixli müqavilə etibarasız hesab edilmişdir. Bundan sonra iddiaçı ilə 12 avqust 2021-ci il tarixdə, 344/D1 saylı müqavilə bağlanmış və iddiaçıya həmin müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov 56 ünvanda yerləşən mülkiyyətçinin istifadəsində olmuş ümumi tikinti sahəsi 140,74 təşkil edən fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında “şirkət” Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi ev 10 (b2 bina) 2-ci mərtəbədə inşa edilən ümumi tikinti sahəsi 83,84 m təşkil edən təmirli, 2 otaqlı, 88 nömrəli mənzili mülkiyyəsi barədə razılaşmışlar. Bundan sonra İddiaçı tərəfindən cavabdehlər X7, Cavabdeh1, X14, MMC, Bakı şəhəri 13 saylı Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Reyestr xidməti) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2- V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrinin, həmin şəhadətnamələr əsasında verilmiş Reyestr xidməti tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, MMC tərəfindən onun payından çıxılmış 30 kv.m və yaxud onun hazırkı bazar dəyəri olan 60.000 manat məbləğində pulun MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə yekun Ali Məhkəmənin xx.xx.2025-ci il saylı, 2(102)-390/2025 saylı qərarı ilə müəyyən edilir ki, həmin iddia tələbi əsasında Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)- 3998/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, (hakimlər M.Rüstəmli (sədrlik edən və məruzəçi), V.Sadıqov və A.İsgəndərov) cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, cavabdehlər F.Ə.Rəhimov, Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(006)- 1515/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli və 2- V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışın X7 və Cavabdeh1 aid hissələrdə ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi iddia tələbi Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli və 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışın X7 və Cavabdeh1 aid hissələrdə ləğv edilməsi hissəsində təmin edilmiş, iddia tələbinin digər hissəsi olan MMC tərəfindən onun payından çıxılmış 30 kv.m və yaxud onun hazırkı bazar dəyəri olan 60.000 manat məbləğində pulun MMC-dən alınaraq ona ödənilməsi hissəsində isə təmin edilməmişdir. Belə ki, həmin qərarın 123-cü bəndində qeyd edilmişdir ki, iddiaçı ilə xx.xx.2021-ci il tarixli 344/S/D1 nömrəli və 345/S/D1 nömrəli müqavilələr bağlanan zaman evdən Abbasova Saranın 60/540 hissədə, Cavabdeh1 60/540 hissədə mülkiyyət hüququ mövcud olmuşdur. Həmin müqavilələr bağlanan anda, iddiaçının istinad etdiyi hallar yox idi. Həmin qərarın 124-cü bəndində qeyd edilmişdir ki, Sara Abbasova və Cavabdeh1 evdən mülkiyyət hüququnun sonradan itirilməsi səbəbindən iddiaçının MMC-yə qarşı indiki iddiası, əsassız varlanmanı tənzimləyən normalar əsasında təhlil edildikdə görünür ki, əsassız varlanan MMC deyil, sonradan aradan qalxmış əsaslarla faydalanmış (varlanmış) Sara Abbasova və Cavabdeh1dır. Ancaq onlara qarşı iddia tələbi irəli sürülməmişdir. Buna görə də onlara qarşı tələbin araşdırılması mümkün deyil. Ona görə də, hazırda iddiaçıdan çıxılmış payın əvəzində faydalanan Sara Abbasova və Cavabdeh1 qarşı hazırkı iddia ilə ərizəsi ilə yenidən müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, həmin qərarın 119-cu bəndində qeyd edilmişdir ki, bu müqavilələr bağlandıqdan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1220/2022 nömrəli qətnaməsi ilə Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən X1 adına 31 oktyabr 2017-ci ildə verilmiş, həmçinin X14 və Cavabdeh1 21 noyabr 2017-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Belə olan halda iddiaçıdan çıxılmış 30 kv.m. payın hesabına Sara Abbasova və Cavabdeh1əsassız varlanmış və hazırda onlarla bağlanmış həmin müqavilənin hüquqi əsası olan çıxarış ləğv edilmişdir. Bu baxımdan hazırda iddiaçıdan çıxılmış 30 kv.m pay hesabına əsassız varlanmış Sara Abbasova və Cavabdeh1 həmin payı və ya əvəzini iddiaçıya qaytarmalıdır. Ona görə də hazırda iş üzrə cavabdehlər Sara Abbasova və Cavabdeh1dır. Məhz iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 mübahisəli çıxarışda göstərilən 60/540 hissə payına münasib olan 15 kv.m payın verilməsinə dair 29 yanvar 2019-cu il tarixli, 99/K/D1 saylı müqavilə və Cavabdeh1 mübahisəli çıxarışda göstərilən 60/540 hissə payına dair 15 kv.m paya dair «04» fevral 2019-cu il tarxili 100/K/D1 saylı müqavilələri bağlanmışdır. Həmin müqavilə hazırda məhkəmə tərəfindən ləğv edilən çıxarışda göstərilən paylar hesabına verilmişdir. Hazırda məhkəmə həmin hisədə iddianı təmin edərək əslində S.Abbasova və Cavabdeh1 verilən ümumilikdə 30 kv.m payın əsassız verildiyini təsdiq edir, "xxxx" MMC həmin payı məhz İddiaçı xx.xx.2021-ci il tarixli müqavilə üzrə çıxmış və hazırda geri tələb edilən həmin paydır. Qeyd edilən pay isə cavabdehlərdədir. Daha sonra məhkəmənin e-2(006)-4010/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əsassız varlanma nəticəsində payın dəyərinin tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı e- 2(006)-4010/2025 saylı mülki işdən İddiaçı Cavabdeh2 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əsassız varlanma nəticəsində payın dəyərinin tələb edilməsi” tələbinin ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********774-10301 reyestr nömrəli çıxarışa əsasən mübahisəli fərdi yaşayış evi X9 (9/45 hissə, 1 otaq, y/s 13,5 kv.m, k/s 8,3 kv.m) adına xx.xx.2010-cu il tarixdə, X6 (9/45 hissə, 1 otaq, y/s 11,2 kv.m, k/s 10,4 kv.m) adına xx.xx.2017-ci il tarixdə, X2 (60/540 hissə) xx.xx.2017-ci il tarixdə, Cavabdeh1 (60/540 hissə) adına xx.xx.2017-ci il tarixdə, İddiaçı (17/45 hissə) adına xx.xx.2021-ci il tarixdə paylı mülkiyyət olaraq qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi X6 adına daşınmaz əmlakın dövlət reyestrində 129 saylı reyestr kitabının 11792 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş X14 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan binanın söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada paylı mülkiyyət hüququ üzrə X9 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə ümumi sahəsi 21,8 kv/m olan 1 (bir) otaqlı mənzilin əvəzinə 46 % artıq, B2 blokunun 5-ci mərtəbəsində, təmirli 1 (bir) otaqlı, ümumi tikinti sahəsi 53,82 kv m. olan 126 nömrəli mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş X10 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan binanın söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada paylı mülkiyyət hüqüqu üzrə X10 oğlunun adına olan ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə ümumi sahəsi 80,96 kv/m olan fərdi yaşayış evinin əvəzinə 65 % artıq, B1 blokunun 3-cü mərtəbəsində, təmirli, 3 (üç) otaqlı, ümumi tikinti sahəsi 125,22 kv.m. olan 9 nömrəli mənzili X10 tərəfindən əlavə 3.000 (üç min) manat məbləğində pul mənzil təhvil verilənədək ödənildikdən sonra “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə X8 arasında bağlanmış 99/K/D1 nömrəli xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, satıcı "xxxx" MMC, mülkiyyətçi Cavabdeh2 xx.xx.2019- cu il tarixli ərizəsini əsas tutaraq, paylı mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 4 ünvanda yerləşən və əvəzləşməyə təqdim edilmiş 12,5 m-sahənin əvəzinə 20% əlavə ilə birlikdə 15 m2, eyni zamanda əlavə ödəniş və digər əmlak təqdim etmək şərti ilə onun nəvəsi olan alıcı X5 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov və Sübhi Salayev küçələrinin kəsişməsində inşa edilən yaşayış kompleksinin «B» binasının, 1-ci girişinin, 7-ci mərtəbəsində yerləşən 36 nömrəli, 1 otaqlı mənzili inşa edib, təmirli şəkildə təhvil verməyi öz öhdəsinə götürmüş, alıcı isə bunun qarşılığında satıcı ilə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və bu müqavilə ilə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, ərizəçi bildirmişdir ki, ünvan 5 saylı, 113,3 kv.m sahəsi olan evin 60/540 hissəsi mülkiyyət hüquqi üzrə ona məxsusdur. Buna dair mülkiyyət hüquqları xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatından keçmiş və RX ******* nömrəli çıxarış verilmişdir. "xxxx" MMC tərəfindən qeyd edilən mülkiyyətinin sökülməsinə, yerində yeni yaşayış binasının inşa edilməsinə və inşa ediləcək binada ona 15 m2 təmirili yaşayış sahəsinin verilməsinə dair aralarında razılıq əldə edilmişdir. Bununla bağlı ona verilməsi nəzərdə tutulan 15 m2 təmirli yaşayış sahəsindən həmin ünvanda qeydiyyatda olan nəvəsi X3 xeyrinə imtina etmişdir. Eyni zamanda bildirirmişdir ki, ünvan 5 saylı, 113,3 m2 sahəsi olan evin 60/540 hissəsi və onun əvəzində inşa edilən binalardan veriləcək yaşayış sahəsi ilə bağlı "xxxx" MMC-yə qarşı iddia, şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınaraq mülkiyyət hüquqlarına dair xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışı "xxxx" MMC-yə təqdim etmiş və yeni mənzilə dair müqavilənin nəvəsi X8 ilə bağlanılmasını xahiş etmişdir. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 100/K/D1 nömrəli xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 4 ünvanda yerləşən və əvəzləşməyə təqdim edilmiş 12,5 m2 sahənin əvəzinə 20% əlavə ilə birlikdə 15 m2, eləcə də əlavə ödəniş edilmək şərti ilə, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov və Sübhi Salayev küçələrinin kəsişməsində inşa edilən yaşayış kompleksinin «B» binasının, 2-ci girişinin, 4-cü mərtəbəsində yerləşən 100 nömrəli, 1 otaqlı mənzili inşa edib, təmirli şəkildə təhvil verməyi öz öhdəsinə götürmüş, Cavabdeh1 isə bunun qarşılığında "xxxx" MMC ilə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və bu müqavilə ilə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 344/S/D1 nömrəli xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, ümumi sahəsi 140,74 m2 təşkil edən mübahisəli fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi, ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən, ümumi tikinti sahəsi 83.84 kv.m təşkil edən, təmirli, 2 otaqlı, 88 nömrəli mənzili İddiaçı mülkiyyətinə verməyi, birdəfəlik kompensasiya qismində 8500 manat ödəniş etməyi öhdəsinə götürmüş, müqavilə ilə kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-390/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2024-cü il tarixli 2(103)-3998/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2024cü il tarixli 2(103)-3998/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin, qərarın təsviri hissəsindən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1515/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X7, Cavabdeh1, X14, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri 13 saylı Notariat Kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışın etibarsız hesab edilməsi, payların əlavə edilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli 2V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrinin etibarsız sayılması, Reyestr xidməti tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışının İddiaçı, Cavabdeh2, Cavabdeh1 və X14 hissələrində ləğv edilməsi, MMC tərəfindən iddiaçının payından çıxılmış 30 kv.m-in hazırkı bazar dəyəri olan 60.000 manat məbləğində pulun MMC-dən alınaraq ona ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5764/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O cümlədən, qərarın iş materialları hissəsində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 1220/2022 nömrəli qətnaməsi ilə Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən X1 adına 31 oktyabr 2017-ci ildə verilmiş, həmçinin X14 və Cavabdeh1 21 noyabr 2017-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. O cümlədən qərarın 124-cü abzasında göstərilmişdir ki, “Sara Abbasova və Cavabdeh1 evdən mülkiyyət hüququnun sonradan itirilməsi səbəbindən iddiaçının MMC-yə qarşı indiki iddiası, əsassız varlanmanı tənzimləyən normalar əsasında təhlil edildikdə görünür ki, əsassız varlanan MMC deyil, sonradan aradan qalxmış əsaslarla faydalanmış (varlanmış) Sara Abbasova və Cavabdeh1dır. Ancaq onlara qarşı iddia tələbi irəli sürülməmişdir. Buna görə də onlara qarşı tələbin araşdırılması mümkün deyil”. "xxxx" MMC tərəfindən tərtib edilmiş M-0226/KB nömrəli, xx.xx.2025-ci il tarixli qiymətləndirməyə dair hesabatdan görünür ki, ünvan 5 ünvanına yaxın ərazilərdə yerləşən yeni tikili binalarda olan təmirsiz mənzillərin 2019-cu il üzrə 1.kv. bazar dəyəri 1.600 manat, 2025-ci il üzrə 3.100 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdi ki, iddiaçı ona vəsiyyət edilmiş evin satılması ilə əlaqədar "xxxx" MMC ilə müqavilə bağlamış və həmin müqaviləyə əsasən satılan mənzilin yerləşdiyi ünvanda inşa ediləcək çoxmərtəbəli binada olan mənzil iddiaçının mülkiyyətinə verilməli, aylıq kirayə haqqının əvəzi və təmir xərcləri ödənilməlidir. Bu zaman kəsiyində paralel olaraq Cavabdeh1 da eyni sahədə yerləşən əmlaka münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin əmlak üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Bu əsasla Cavabdeh1 "xxxx" MMC ilə müqavilə bağlayaraq 15 m2 sahə əldə etmişdir. Nəticə etibarilə isə cavabdehin əldə etdiyi 15 m2 sahənin hazırki iş üzrə iddiaçıya vərəsəlik hüququ əsasında məxsus olan sahəyə aid olduğu müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsinin tərəflər arasında olan mübahisənin həllinə dair qəbul etdiyi yekun qərardan da göründüyü kimi, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2- V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli və 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri etibarsız hesab edilmiş, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarış Cavabdeh1 aid hissədə ləğv edilmişdir. Hazırda isə iddiaçı əsaslı olaraq cavabdehdən onun mülkiyyət hüquqlarına aid olan 15 m2 sahənin dəyərini tələb edir. Məhkəmə iddia tələbinin ilkin həmin sahənin ayrılaraq ona verilməsi hissəsi bağlı bildirir ki, əlbəttə hazırki məqamda həmin hissənin natura şəklində ayrılaraq iddiaçıya verilməsinin mümkünsüzlüyü hamıya aydın olan haldır, odur ki, məhkəmə iddia tələbinin həmin hisəssi ilə bağlı əlavə olaraq araşdırma aparılmasına zərurət görmür. İddia tələbinə məhz sahənin dəyərinin ödənilməsi aspektindən baxılaraq qiymət verilməlidir. Məhkəmə yuxarıda qeyd edilən hallarla bağlı onu qeyd edir ki, məhz həmin hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-390/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Məhkəmə xatırladır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən faktlar hamıya bəlli olan haldır və sübut edilməsinə ehtiyac yoxdur. Məhkəmə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və qərardad icra olunaraq məhkəməyə müvafiq qiymətləndirmə hesabatı təqdim edilmişdir. Qiymətləndirmə hesabatından müəyyən edilmişdir ki, 2019-cu ildə mübahisə predmetini təşkil edən ünvan üzrə hər 1 m2 sahənin dəyəri 1.600 manat təşkil etmişdir. Mübahisəli sahənin 15 m2 olması nəzərə alınmaqla, məbləğ 24.000 (15*1.600=24.000) manat olması müəyyən edilir. Məhkəmə iddiaçının həmin sahələrin dəyərinin hazırki bazar qiyməti ilə müəyyən edilməsi ilə bağlı dəlillərinə münasibətdə bildirir ki, bu dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh 2019-cu il tarixdə bağlanmış müqavilə əsasında sahə əldə etmişdir və onun əsassız olaraq varlanması həmin dövrə aid olduğundan həmin dövrdə mövcud olan real bazar qiymətlərinə uyğun olaraq müvafiq məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh1 24.000 manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 24.000 (iyirmi dörd min) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-4010/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4010/2025
24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver