Məhkəmə qərarları › İş №e-2(006)-4017/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4017/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4017/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 04 mart 2022-ci il tarixli, VİM289-0061-22 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 19 ay müddətinə, 6642 (altı min altı yüz qırx iki) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya 21 avqust 2023-cü il tarixinə 2346.03 AZN (ikimin üç yüz qırx altı manat, üç qəpik) əsas kredit borcu, 95.38 AZN (doxsan beş manat, otuz səkkiz qəpik) cərimə borcu, cəmi 2441.41 AZN (ikimin dörd yüz qırx bir manat, qırx bir qəpik) borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Göstərilənlərə əsasən cavabdeh ilə iddiaçı arasında bağlanmış 04 mart 2022ci il tarixli, VİM-289-0061-22 saylı Kredit müqaviləsinə əsasən cavabdehdən 2346.03 AZN (iki min üç yüz qırx altı manat, üç qəpik) əsas kredit borcu, 95.38 AZN (doxsan beş manat, otuz səkkiz qəpik) cərimə borcu, cəmi 2441.41 AZN (iki min dörd yüz qırx bir manat, qırx bir qəpik), həmçinin 44.41 AZN (qırx dörd manat, qırx bir qəpik) ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 04 mart 2022-ci il tarixli, VİM289-0061-22 saylı kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 19 ay müddətinə, 6642 (altı min altı yüz qırx iki) AZN məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 04 mart 2022-ci il tarixli, VİM289-0061-22 saylı müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən, cavabdeh hər ay 369 manat olmaqla 19 ay müddətinə kredit borcunu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışa əsasən, cavabdehin 21 avqust 2023-cü il tarixinə 2346.03 AZN (iki min üç yüz qırx altı manat, üç qəpik) əsas kredit borcu, 95.38 AZN (doxsan beş manat, otuz səkkiz qəpik) cərimə borcu olmaqla, ümumilikdə 2441.41 AZN (ikimin dörd yüz qırx bir manat, qırx bir qəpik) borcu yaranmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023cü il tarixli bildirişdən aydın olur ki, iddiaçı öz öhdəliklərini yerinə yetirməsi üçün cavabdehə yazılı xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 04 mart 2022-ci il tarixli, VİM289-0061-22 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 19 ay müddətinə, 6642 (altı min altı yüz qırx iki) AZN məbləğində kredit verilmişdir, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka ümumilikdə 2346.03 AZN (iki min üç yüz qırx altı manat, üç qəpik) əsas kredit borcu, 95.38 AZN (doxsan beş manat, otuz səkkiz qəpik) cərimə borcu olmaqla, ümumilikdə 2441.41 AZN (iki min dörd yüz qırx bir manat, qırx bir qəpik) məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2346.03 AZN (iki min üç yüz qırx altı manat, üç qəpik) əsas kredit borcu, 95.38 AZN (doxsan beş manat, otuz səkkiz qəpik) cərimə borcu olmaqla, ümumilikdə 2441.41 AZN (iki min dörd yüz qırx bir manat, qırx bir qəpik) borcu alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi tam təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 44.41 AZN (qırx dörd manat, qırx bir qəpik) məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh bağlanmış 04 mart 2022-ci il tarixli, VİM289-0061-22 saylı kredit müqaviləsi üzrə 2346.03 AZN (iki min üç yüz qırx altı manat, üç qəpik) əsas kredit borcu, 95.38 AZN (doxsan beş manat, otuz səkkiz qəpik) cərimə borcu olmaqla, ümumilikdə 2441.41 AZN (iki min dörd yüz qırx bir manat, qırx bir qəpik) kredit borcu və ödənilmiş 44.41 AZN (qırx dörd manat, qırx bir qəpik) dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar