Məhkəmə qərarları › İş №e-2(006)-4049/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4049/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4049/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 1.İşin halları: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********98913 SAMSUNG GALAXY S24 ULTRA, 2 ədəd VİNİL ŞƏFFAF, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, PAKET XXXL xidməütçiün 2599.94 (iki min beş yüz doxsan doqquz manat 94 qəpik) manat ödənilməmiş hissə, 259.99 (iki yüz əlli doqquz manat 99 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********98583 SAMSUNG GALAXY S24+, SAMSUNG CHARGER+CABLE,QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXXL xidməti, SAMSUNG S24+ CAüSçEün 1987 (bi rmin doquqz yüz səksən yeddi) manat ödənilməmiş hissə, 198.70 (yüz doxsan səkkiz manat, 70 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********99684 SAMSUNG GALAXY S23, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XL xidməti, SAMSUNG CHARGEüRçün 1600.04 (bir min altı yüz manat, 4 qəpik) manat ödənilməmiş hissə, 160.00 (yüz altmış) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, PS PLUS ABUNƏSİ xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 1399.96 (bir min üç yüz doxsan doqquz manat, 96 qəpik) manat ödənilməmiş hissə, 140 (yüz qırx) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, ZƏMANƏT + 3 İL xidmətüiçün 1070.16 (bir min yetmiş manat 16 qəpik) manat ödənilməmiş hissə, 107.02 (yüz yeddi manat, 2 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, ZƏMANƏT + 3 İL xidmətüiçün 999.94 (doqquz yüz doxsan doqquz manat, 94 qəpik) manat ödənilməmiş hissə, 99.99 (doxsan doqquz manat, 99 qəpik) manat dəbbə Ümumilikdə 10622.74 manat borc və 121.87 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2ş8.08.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024 -ci il tarixlərindəki müqavilələrə əsasən, İmei kod **********98913 SAMSUNG GALAXY S24 ULTRA, 2 ədəd VİNİL ŞƏFFAF, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, PAKET XXXL xidməti, İmei kod **********98583 SAMSUNG GALAXY S24+, SAMSUNG CHARGER+CABLE,QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XXXL xidməti, SAMSUNG S24+ CASE, İmekod **********99684 SAMSUNG GALAXY S23, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XL xidməti, SAMSUNG CHARGER, PLAYSTATİON 5, PS PLUS ABUNƏSİ xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PLAYSTATİON 5, ZƏMANƏT + 3İL xidməti, PLAYSTATİON 5, ZƏMANƏT + 3 İL xidmətailmış və nəticədə 10622.74 (on min altı yüz iyirmi iki manat, 74 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3619.94 (üç min altı yüz on doqquz manat, 94 qəpik ) manat (18 ay x 173.33 manat + 500 manat ilkin ödəniş) olan İmei kod **********98913 SAMSUNG GALAXY S24 ULTRA, 2 ədəd VİNİL ŞƏFFAF, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, PAKET XXXL xidümçüənti2859.93 (iki min səkkiz yüz əlli doqquz manat, 93 qəpik) manat olmaqla ondan, 2599.94 (iki min beş yüz doxsan doqquz manat 94 qəpik) manat ödənilməmiş hissə, 259.99 (iki yüz əlli doqquz manat 99 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2685 (iki min altı yüz səksən beş) manat (18 ay x 132.5 manat + 300 manat ilkin ödəniş) olan İmei kod **********98583 SAMSUNG GALAXY S24+, SAMSUNG CHARGER+CABLE,QİZİL ZƏMANƏTULTRA2 İL xidməti, PAKET XXXL xidməti, SAMSUNG S24+ CASEüçün 2185.70 ( iki min yüz səksən beş manat 70 qəpik) manat olmaqla ondan 1987 (bi rmin doquqz yüz səksən yeddi) manat ödənilməmiş hissə, 198.70 (yüz doxsan səkkiz manat, 70 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2429.04 (iki min dörd yüz iyirmi doqquz manat, 4 qəpik) manat (12 ay x 194.92 manat + 90 manat ilkin ödəniş) olan İmei kod **********99684 SAMSUNG GALAXY S23, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XL xidməti, SAMSUNG CHARGEüRçün 1760.04 (bir min yeddi yüz altmış manat, 4 qəpik) manat olmaqla ondan 1600.04 (bir min altı yüz manat, 4 qəpik) manat ödənilməmiş hissə, 160.00 (yüz altmış) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1979.56(bir min doqquz yüz yetmiş doqquz manat, 56 qəpik) manat (12 ay x 131.63 manat + 400 manat ilkin ödəniş) olan PLAYSTATİON 5, PS PLUS ABUNƏSİ xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 1539.96 (bir min beş yüz otuz doqquz manat, 96 qəpik) manat olmaqla ondan 1399.96 (bir min üç yüz doxsan doqquz manat, 96 qəpik) manat ödənilməmiş hissə, 140 (yüz qırx) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1391.16 (bi rmin üç yüz doxsan bir manat, 16 qəpik) manat (12 ay x 89.18 manat + 321 manat ilkin ödəniş) olan PLAYSTATİON 5, ZƏMANƏT + 3 İL xidmətüiçün 1177.18 (bir min yüz yetmiş yeddi manat, 18 qəpik) manat olmaqla ondan 1070.16 (bir min yetmiş manat 16 qəpik) manat ödənilməmiş hissə, 107.02 (yüz yeddi manat, 2 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1759.14 (bir min yeddi yüz əlli doqquz manat, 14 qəpik) manat (18 ay x 77.73 manat + 360 manat ilkin ödəniş) olan PLAYSTATİON 5, ZƏMANƏT + 3 İL xidmətüiçün 1099.93 (bir min doxsan doqquz manat, 93 qəpik) manat olmaqla ondan 999.94 (doqquz yüz doxsan doqquz manat, 94 qəpik) manat ödənilməmiş hissə, 99.99 (doxsan doqquz manat, 99 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4206.8 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024 -ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

2. Məhkəmədə tərəflərin verdiyi izahatlar: İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

3.İş materialları: Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərlərini müqavilələrin şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3619.99 (üç min altı yüz on doqquz manat, 99 qəpik ) manat (18 ay x 173.33 manat + 500 manat ilkin ödəniş) olan İmei kod **********98913 SAMSUNG GALAXY S24 ULTRA, 2 ədəd VİNİL ŞƏFFAF almışdır. Cavabdeh "xxxx" MMC-dən dəyərlərini müqavilələrin şərtlərinə uyğun olaraq hissəhissə ödəmək şərti ilə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2684.99 (iki min altı yüz səksən dörd mana 99 qəpik) manat (18 ay x 132.5 manat + 300 manat ilkin ödəniş) olan İmei kod **********98583 SAMSUNG GALAXY S24+, SAMSUNG CHARGER+CABLE,QİZİL ZƏMANƏTULTRA2 İL xidməti, PAKET XXXL xidməti, SAMSUNG S24+ CASE almışdır. Cavabdeh "xxxx" MMC-dən dəyərlərini müqavilələrin şərtlərinə uyğun olaraq hissəhissə ödəmək şərti ilə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2429.04 (iki min dörd yüz iyirmi doqquz manat, 4 qəpik) manat (12 ay x 194.92 manat + 90 manat ilkin ödəniş) olan İmei kod **********99684 SAMSUNG GALAXY S23, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XL xidməti, SAMSUNG CHARGER almışdır. Cavabdeh "xxxx" MMC-dən dəyərlərini müqavilələrin şərtlərinə uyğun olaraq hissəhissə ödəmək şərti ilə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1979.58(bir min doqquz yüz yetmiş doqquz manat, 58 qəpik) manat (12 ay x 131.63 manat + 400 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 almışdır. Cavabdeh "xxxx" MMC-dən dəyərlərini müqavilələrin şərtlərinə uyğun olaraq hissəhissə ödəmək şərti ilə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1391.2(bir min üç yüz doxsan bir manat, 20 qəpik) manat (12 ay x 89.18 manat + 321 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 almışdır Cavabdeh "xxxx" MMC-dən dəyərlərini müqavilələrin şərtlərinə uyğun olaraq hissəhissə ödəmək şərti ilə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1759.2(bir min yeddi yüz əlli doqquz manat, 14 qəpik) manat (18 ay x 77.73 manat + 360 manat ilkin ödəniş) olan PLAYSTATİON 5, ZƏMANƏT almışdır. İş materiallarına əlavə olunmuş Əşyaların təhvil-təslim aktından görünür ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024 -ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Müqavilələrin şərtlərinə görə Cavabdeh alınmış əşyalara görə ilkin ödənişsiz, hər ay müvafiq ödənişlər etməli idi.

4.Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMCdən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müxtəlif əşyalar almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən 10622.74 manat borc məbləği yaranmışdır. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 121 manat 87 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

5. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh oğlu arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən məişət əşyaları almış və alğı-satqı müqaviləsi üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, müqavilələr üzrə ödənilməyən əsas borcların cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər Dəbbə pulunun məbləğinin azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 9657.04 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 965.70 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə ümumilikdə əsas borca münasibətdə 300 manat cərimə pulu tutulmalıdır. Ona görə də məhkəmə bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024 -ci il tarixli müqavilələr üzrə 9657.04 manat ödənilməmiş əsas borca hesablanmış 965.70 manat məbləğində cərimənin azaldılaraq 300 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********98913 SAMSUNG GALAXY S24 ULTRA, 2 ədəd VİNİL ŞƏFFAF, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, PAKET XXXL xidməütçiün 2599.94 manat ödənilməmiş hissəyə münasibətdə 85 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********98583 SAMSUNG GALAXY S24+, SAMSUNG CHARGER+CABLE,QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXXL xidməti, SAMSUNG S24+ CASE üçün 1987 manat ödənilməmiş hissəyə münasibətdə 55 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********99684 SAMSUNG GALAXY S23, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XL xidməti, SAMSUNG CHARGER üçün 1600.04 manat ödənilməmiş hissəyə münasibətdə 45 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, PS PLUS ABUNƏSİ xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 1399.96 manat ödənilməmiş hissəyə münasibətdə 40 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, ZƏMANƏT + 3 İL xidmətüiçün 1070.16 manat ödənilməmiş hissəyə münasibətdə 40 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, ZƏMANƏT + 3 İL xidmətüiçün 999.94 manat ödənilməmiş hissəyə münasibətdə 35 manat dəbbə pulu olmaqla, ümumilikdə 9957 manat 04 qəpik borc və ödənilmiş 121 manat 87 qəpik dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan müqavilələr üzrə müvafiq olaraq 9657 manat 04 qəpik və 300 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********98913 SAMSUNG GALAXY S24 ULTRA, 2 ədəd VİNİL ŞƏFFAF, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, PAKET XXXL xidmət üçün 2599.94 manat ödənilməmiş hissə və 85 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********98583 SAMSUNG GALAXY S24+, SAMSUNG CHARGER+CABLE,QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXXL xidməti, SAMSUNG S24+ CASE üçün 1987 manat ödənilməmiş hissə və 55 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********99684 SAMSUNG GALAXY S23, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XL xidməti, SAMSUNG CHARGER üçün 1600.04 manat ödənilməmiş hissə və 45 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, PS PLUS ABUNƏSİ xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 1399.96 manat ödənilməmiş hissə və 40 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, ZƏMANƏT + 3 İL xidmətüiçün 1070.16 manat ödənilməmiş hissə və 40 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, ZƏMANƏT + 3 İL xidmətüiçün 999.94 manat ödənilməmiş hissəyə münasibətdə 35 manat dəbbə pulu olmaqla, ümumilikdə 9957 manat 04 qəpik borc və ödənilmiş dövlət rüsumu 121 manat 87 qəpik Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim :Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar