Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4058/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 332501-1-38532 saylı “krediti müqaviləsi’nə əsasən xx.xx.2023-cü il tarixinə Banka 9763.22 manat məbləğində əsas borc, 316.22 manat məbləğində faiz üzrə borcu 61.85 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 10141.29 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 120.42 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iləCavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 332501-1-38532 saylı “krediti müqaviləsi”nə əsasən cavabdehə illik 11% hesablanması şərti ilə 59 ay müddətinə 9763.22 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliyini lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin Banka 9763.22 manat məbləğində əsas borc, 316.22 manat məbləğində faiz üzrə borcu 61.85 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 10141.29 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini etiraf etdiyini bildirmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq, onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Kredit Təşkilatlarında olan öhdəliklərin Yenidən Maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”ndən görünür ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında 60 ay müddətinə, illik 21.90 % ödəmək şərti ilə 7554.36 manat məbləğində kreditin verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Kredit borcunun restrukturizasiyasına dair” müqavilədən görünür ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi restrukturizasiya olunaraq illik 11 faiz 59 ay müddətinə 9763.22 manat müəyyən edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdehnın Bank VTB (Azərbaycan) ASC-yə xx.xx.2023-cü il tarixli krediti müqaviləsi üzrə 9763.22 manat əsas, 316.22 manat faiz, 61.85 manat cərimə olmaqla cəmi 10141.29 manat borcu mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Kreditalan məhkəməyə ünvanlandırdığı ərizəsində kredit borcunu etiraf etmişdir. Buna görə də iş üzrə mühasibat ekspertizanın keçirilməsinə də zərurət yoxdur. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 9763.22 manat əsas, 316.22 manat faiz, 61.85 manat cərimə olmaqla cəmi 10141.29 manat və ödənilmiş dövlət rüsumuna görə 120.42 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 9763.22 manat əsas, 316.22 manat faiz, 61.85 manat cərimə olmaqla cəmi 10141.29 manat və ödənilmiş dövlət rüsumuna görə 120.42 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-4058/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4058/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver