Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-406/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cəfərov Kamı̇ l Müzəffər oğluna və Cavabdeh2 Kamı̇ l oğluna qarşı «borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cəfərov Kamı̇ l Müzəffər oğluna və Cavabdeh2 Kamı̇ l oğluna qarşı «borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 mart 2016-cı il tarixli, 6462F saylı kredit müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 29000 (iyirmi doqquz min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.09.2009-ci il tarixli, MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən evin, 115 nömrəli mənzili ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh2 arasında 18 mart 2016-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Bakı şəhəri 6 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 31.03.2016-cu il tarixli, RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********001 saylı, 30.08.2021-ci il tarixli, **********985 saylı, 01.09.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 kredit üzrə cəmi borcu 26495,63 manat təşkil edir. Bundan 16190,17 manat əsas, 6787,48 manat faiz, 3164,73 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 353,25 manat faiz borcu təşkil edir. Göstərilənlərə əsasən cəmi 26495,63 manat– bundan 16190,17 manat əsas, 6787,48 manat faiz, 3164,73 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 353,25 manat faiz borcun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun (xidmət haqqı) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 LPO İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.1339 ha torpaq sahəsində yerləşən 24a nömrəli, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində, 66.44 kv.m ümumi, 46.74 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 115 nömrəli mənzilinə yönəldilməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 LPO İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cəfərov Kamı̇ l Müzəffər oğlu arasında bağlanmış 18 mart 2016-cı il tarixli, 6462F saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cəfərov Kamı̇ l Müzəffər oğluna 60 ay müddətinə, illik 20% olmaqla, 29000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cəfərov Kamı̇ l Müzəffər oğlu və Cavabdeh2 Kamı̇ l oğlu arasında bağlanmış 18.03.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 Kamı̇ l oğlunun mülkiyyətində olan ünvan 1, mənzil 115 öhdəliklərin təminatı kimi İddiaçı ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 70.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 31.03.2016-cı il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Cavabdeh2 Kamı̇ l oğlunun mülkiyyətində olan ünvan 1, mənzil 115 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 1010 nömrəli reyestr kitabının 90829 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cəfərov Kamı̇ l Müzəffər oğlunun banka 25.08.2021-ci il tarixə əsas borcu 16.190,17 manat, müqavilənin bitdiyi tarixə, 18.03.2021-ci il tarixə faiz borcu 6787,48 manat, cərimə borcu 3164,73 manat, müqavilənin bitdiyi tarixdən hazırki vaxtadək 5%-lik faiz borcu 353,25 manat, cəmi 26.495,63 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 24 dekabr 2021-ci il tarixli, 0028 saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1, mənzil 115-in likvid qiyməti 68.000 manat təşkil edir. Qiymətləndiricinin xidmət haqqı 400 manat təşkil etmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Eyni Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, cavabdeh Cəfərov Kamı̇ l Müzəffər oğlu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də borclu Cəfərov Kamı̇ l Müzəffər oğlu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan, Cavabdeh2 Kamı̇ l oğlunun mülkiyyətində olan ünvan 1, mənzil 115ə yönəldilməli, həmin mənzil açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiyməti 68.000 manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq həmin mənzil boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh2 Kamı̇ l oğluna qaytarılmalıdır. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş pandemiya vəziyyətini, həmçinin cavabdehin maliyyə vəziyyətini nəzərə alır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cəfərov Kamı̇ l Müzəffər oğlundan 16.190,17 (on altı min yüz doxsan manat, on yeddi qəpik) manat əsas borc, 6787,48 (altı min yeddi yüz səksən yeddi manat, qırx səkkiz qəpik) manat faiz borcu, 300 (üç yüz) manat cərimə borcu, 353,25 (üç yüz əlli üç manat, iyirmi beş qəpik) manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu, ümumilikdə 23.630,9 (iyirmi üç min altı yüz otuz manat, doxsan qəpik) manat məbləğində pul, habelə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun (xidmət haqqı) və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka qoyulmuş Cavabdeh2 Kamı̇ l oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.1339 ha torpaq sahəsində yerləşən 24a nömrəli, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində, 66.44 kv.m ümumi, 46.74 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 115 nömrəli mənzilə yönəldilməli, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.1339 ha torpaq sahəsində yerləşən 24a nömrəli, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində, 66.44 kv.m ümumi, 46.74 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 115 nömrəli mənzilin ilkin satış qiyməti 68.000 (altmış səkkiz min) manat müəyyən edilməklə, açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh Cəfərov Kamı̇ l Müzəffər oğlunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan kredit borcu ödənilməli, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh2 Kamı̇ l oğluna qaytarılmalı, satışdan əldə olunmuş vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh1 LPO İddiaçı ASC-nin xeyrinə tutulmalı, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.1339 ha torpaq sahəsində yerləşən 24a nömrəli, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində, 66.44 kv.m ümumi, 46.74 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 115 nömrəli mənzilə tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 400 (dörd yüz) manat məbləğində pul cavabdeh Cəfərov Kamı̇ l Müzəffər oğlundan tutularaq "xxxx" MMC-nin "xxxx" ASC, Kod 505141, Müxbir hesab AZ82NABZ********************, VÖEN **********, H/Hesab AZ12PAHA40060AZNHC**********, S.W.İ.F.T. PAHAAZ22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cəfərov Kamı̇ l Müzəffər oğlundan 16.190,17 (on altı min yüz doxsan manat, on yeddi qəpik) manat əsas borc, 6787,48 (altı min yeddi yüz səksən yeddi manat, qırx səkkiz qəpik) manat faiz borcu, 300 (üç yüz) manat cərimə borcu, 353,25 (üç yüz əlli üç manat, iyirmi beş qəpik) manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu, ümumilikdə 23.630,9 (iyirmi üç min altı yüz otuz manat, doxsan qəpik) manat məbləğində pul, habelə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun (xidmət haqqı) və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka qoyulmuş Cavabdeh2 Kamı̇ l oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.1339 ha torpaq sahəsində yerləşən 24a nömrəli, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində, 66.44 kv.m ümumi, 46.74 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 115 nömrəli mənzilə yönəldilsin. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.1339 ha torpaq sahəsində yerləşən 24a nömrəli, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində, 66.44 kv.m ümumi, 46.74 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 115 nömrəli mənzilin ilkin satış qiyməti 68.000 (altmış səkkiz min) manat müəyyən edilməklə, açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait hesabına cavabdeh Cəfərov Kamı̇ l Müzəffər oğlunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan kredit borcu ödənilsin. Satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh2 Kamı̇ l oğluna qaytarılsın. Satışdan əldə olunmuş vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh1 LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.1339 ha torpaq sahəsində yerləşən 24a nömrəli, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində, 66.44 kv.m ümumi, 46.74 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 115 nömrəli mənzilə tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 400 (dörd yüz) manat məbləğində pul cavabdeh Cəfərov Kamı̇ l Müzəffər oğlundan tutularaq "xxxx" MMC-nin "xxxx" ASC, Kod 505141, Müxbir hesab AZ82NABZ********************, VÖEN **********, H/Hesab AZ12PAHA40060AZNHC**********, S.W.İ.F.T. PAHAAZ22 hesabına köçürülməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-406/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-406/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver