Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4165/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə "müqavilənin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə "müqavilənin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış 29.05.2018-ci il tarixli müqavilənin ləğv edilməsi, İddiaçı tərəfindən ödənilmiş maddi zərərin əvəzi 10000 (on min) manat, mənəvi zərəin əvəzi 5000 (beş min) manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil vəsatətlə məhkəməyə müraciət edərək hazırki mülki işin aiddiyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndrilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 29.05.2018-ci il tarixli müqavilənin 11.4-cü bəndinə görə tərəflər arasında yaranan mübahisələrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılması müəyyən edilmişdir. Odur ki, aidiyyat qaydalarına riayət edilməsi məqsədilə mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi zəruridir. Vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh nümayəndəsi X2 mülki işin aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, vəsatəti nəzərdən keçirib hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 31.1-ci maddəsində göstərilmişdir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki-Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Mülki-Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki-Prosessual Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Mülki-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun. Mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 29.05.2018-ci il tarixli 1785 №-li əşyanın nisyə alqı-satqısı müqaviləsinin 11.4-cü bəndində qeyd edilmişdir ki, şərtlərlə bağlı mübahisəli hallar yarandıqda, məsələnin həllinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasına satıcı və alıcı tərəflər razıdırlar. Məhkəmə araşdırmaları zamanı tərəflərin verdikləri izahatlardan və işin materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, müqavilə ilə mübahisəli halların yarandığı halda, məsələnin həllinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasına dair müqavilədə öz əksini tapmış, tərəflər arasında bu müddəaya dair mübahisə olmamışdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinin tələbinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim əsaslandırılmış qərardad çıxarır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında şərtlərlə bağlı mübahisəli hallar yarandığı halda mübahisənin Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasına dair bağlanmış 29.05.2018-ci il tarixli 1785 №-li əşyanın nisyə alqısatqısı müqaviləsi bağlandığından, İddiaçı vəkili-nümayəndəsi Vəkil vəsatəti təmin edilməli, hazırki mülki iş aiddiyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndrilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı vəkili-nümayəndəsi Vəkil vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə "müqavilənin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-4165/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4165/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver