Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4174/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 11827.76 (on bir min səkkiz yüz iyirmi yeddi manat yetmiş altı qəpik) manat əsas, 1161.02 (min yüz altmış bir manat iki qəpik) manat faiz, cəmi 12988.78 (on iki min doqquz yüz səksən səkkiz manat yetmiş səkkiz qəpik) manat, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 11827.76 (on bir min səkkiz yüz iyirmi yeddi manat yetmiş altı qəpik) manat əsas, 1105.42 (bir min yüz beş manat qırx iki qəpik) manat faiz, cəmi 12933.18 (on iki min doqquz yüz otuz üç manat on səkkiz qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 168.17 (bir yüz altmış səkkiz manat on yeddi qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 15000 (on beş min manat) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2022-ci il tarixli, 1111215/31139 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə görə Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək Zaminlər, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixinə əsas borcu 11827.76 (on bir min səkkiz yüz iyirmi yeddi manat 76 qəpik) manat, faiz borcu 1161.02 (bir min yüz altmış bir manat 02 qəpik) manat, cəmi 12988.78 (on iki min doqquz yüz səksən səkkiz manat 78 qəpik) manat təşkil edir. Həmçinin, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 15000 (on beş min manat) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 xx.xx.2024-cü il tarixinə əsas borcu 11827.76 (on bir min səkkiz yüz iyirmi yeddi manat 76 qəpik) manat, faiz borcu 1105.42 (bir min yüz beş manat 42 qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh1 götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər Krеdit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehlərin xx.xx.2022-ci il tarixli, ******* saylı Krеdit Müqaviləsinə əsаsən «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 12988.78 (on iki min doqquz yüz səksən səkkiz manat yetmiş səkkiz qəpik) manat, xx.xx.2022-ci il tarixli, ******* saylı Krеdit Müqaviləsinə əsаsən «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 12933.18 (on iki min doqquz yüz otuz üç manat on səkkiz qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iştirak edərək bildirmişdir ki, həqiqətən də iddia ərizəsində göstərilən məbləğlərdə kredit götürmüşdür. Borcunu bir müddət ödəmiş, lakin sonradan şəxsi problemləri ilə əlaqədar ödəmələrdə gecikmə yaranmışdır. Hazırda borcu birdəfəyə ödəməyə imkanı yoxdur. Lakin borcu ödəməkdən yayınmır. Ona borcun hissəhissə ödənilməsi üçün köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında digər Cavabdeh2 iştirak edərək bildirmişdir ki, həqiqətən də Cavabdeh1 zamin durmuşdur. Lakin hazırda borcu ödəməyə imkanı yoxdur. İş materialları: Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi”nə əsasən bank borcluya 48 ay müddətinə illik 16% olmaqla 15000 manat məbləğində kredit vermişdir. xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən 48 ay üzrə hər ay 425.1 manat məbləğində ödəniş edilməklə kreditin qaytarılması nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli, ********** və ********** saylı qəbzlərdən görünür ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən verilmiş 15000 manat məbləğində krediti iki dəfəyə (11000 manat + 4000 manat) nağdlaşdırmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə Banka 538.36 manat əsas və 262.68 manat faiz borcu mövcuddur. Həmin borcu ödəmədiyi təqdirdə 11827.76 manat əsas və ona hesablanmış digər məbləğlərlə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləyə əsasən onun İddiaçı ASC-yə 11827.76 manat əsas və 1105.42 manat faiz borcu vardır. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi”nə əsasən bank borcluya 48 ay müddətinə illik 16% olmaqla 15000 manat məbləğində kredit vermişdir. xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən 48 ay üzrə hər ay 425.1 manat məbləğində ödəniş edilməklə kreditin qaytarılması nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən verilmiş 15000 manat məbləğində krediti nağdlaşdırmışdır. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1111215/31139-1 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Bоrcalan Bank qarşısında xx.xx.2022-ci il tarixli, ******* saylı öhdəliklərini tam yеrinə yеtirənədək Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, onların xx.xx.2024-cü il tarixə Banka 538.36 manat əsas və 318.28 manat faiz borcu mövcuddur. Həmin borcu ödəmədikləri təqdirdə 11827.76 manat əsas və ona hesablanmış digər məbləğlərlə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləyə əsasən onların İddiaçı ASC-yə 11827.76 manat əsas və 1161.02 manat faiz borcu vardır. xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 167.77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə kredit məbləğini almış, ayrılmış kredit məbləğinin ödəniş cədvəlinə əsasən qaytarılmasını təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməmişdir. Hazırda iddiaçının borcalan tərəfindən lazımi qaydada icra edilməyən öhdəlik üzrə pulu tələb etməsi əsaslıdır. Odur ki, məhkəmə iddiaçının tələbini əsaslı hesab edir. Lakin, məhkəmə iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən əsas və faiz borcunun məbləğlərinə münasibətdə qanunvericiliyin tələblərinin nəzərə alınmasını da vurğulayır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişində cavabdehin xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə 262.68 manat məbləğində faiz borcunun yaranması qeyd edilmişdir. Odur ki, faiz borcu xəbərdarlıq bildirişində müəyyən edilmiş məbləğdə tutulmalıdır. Həmçinin, iş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə kredit məbləğini almış, ayrılmış kredit məbləğinin ödəniş cədvəlinə əsasən qaytarılmasını təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməmişdir. Cavabdeh2 zaminlik müqaviləsinə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh1 zamin olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablandığından və cavabdehlərə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişində cavabdehlərin xx.xx.2024-cü il tarixə 318.28 manat məbləğində faiz borcunun yaranması qeyd edildiyindən faiz borcu xəbərdarlıq bildirişində müəyyən edilmiş məbləğdə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 11827.76 manat əsas borc, 262.68 manat faiz borcu olmaqla, cəmi 12090.44 manat məbləğində borc Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Həmçinin, xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 11827.76 manat əsas borc, 318.28 manat faiz borcu olmaqla, cəmi 12146.04 manat məbləğində borc, həmçinin 162.71 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 5.06 manat hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 11827.76 (on bir min səkkiz yüz iyirmi yeddi manat yetmiş altı qəpik) manat əsas borc, 262.68 (iki yüz altmış iki manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 12090.44 (on iki min doxsan manat qırx dörd qəpik) manat məbləğində borc Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulsun. xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 11827.76 (on bir min səkkiz yüz iyirmi yeddi manat yetmiş altı qəpik) manat əsas borc, 318.28 (üç yüz on səkkiz manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 12146.04 (on iki min yüz qırx altı manat dörd qəpik) manat məbləğində borc, həmçinin 162.71 (yüz altmış iki manat yetmiş bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 5.06 (beş manat altı qəpik) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-4174/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4174/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver