Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-418/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 iştirakı ilə, İddiaçı Cavabdeh (X14, X35 və X51 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «əmlakın qanunsuz sahiblikdən alınaraq iddiaçının istifadəsinə qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh (X14, X35 və X51 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən arvadı X2 yeganə vərəsəsi olaraq ona miras qalmış, mülkiyyəti sayılan ünvan 1 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65.3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinin Cavabdeh və digərlərinin qanunsuz sahibliyindən alınması, həmin hissənin onun istifadəsinə verilməsi və buna maneənin cavabdehə və digərlərinə qadağan edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: ünvan 1 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65.3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsi vəfat etmiş arvadı X2 miras qalıb və uzun sürən məhkəmə mübahisələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X52 (sədrlik edən və məruzəçi), X73 və X15 ibarət tərkibdə) 2(103)-1302/2024 №-li, xx.xx.2024-cü il tarixli qərardadı ilə yekun qanuni qüvvəsini almış nəticə belədir ki, ....Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 26 dekabr 2023-ci il tarixli Qərarı qəbul olunan zaman hazırki mübahisə məhkəmənin icraatında olduğundan bu mübahisəyə tətbiq edilir və həmin qərarda gəlinən nəticə ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilir. Yəni, vərəsə miras payından imtina etmədiyi halda, mirası faktiki qəbul edib – etməməsindən və ya notariat kontoruna ərizə verib – verməməsindən asılı olmayaraq vərəsə hesab olunur. Hazırkı mübahisənin əsasını mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzürlü hesab edilməsi təşkil edir. Lakin yuxarıda qeyd olunduğu kimi artıq iddiaçı 1-ci dərəcə vərəsə hesab olunur. Mübahisə predmeti olan əmlaka qanuna uyğun olaraq miras qoyanın hüquqlarının mövcudluğu təsdiqləndiyi təqdirdə, iddiaçının məhkəməyə müraciət etməsinə zərurət qalmır. İddia əsaslarından çıxış edərək Cavabdeh arvadı X2 ona miras qalmış, ünvan 2 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65.3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsini onun iradə və istəyinə zidd olaraq qanunsuz şəkildə zəbt edib özünün qanunsuiz sahibliyində saxlayıraq, ona aid mülkiyyətə daxil olmağına, sahibliyinə mane olur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin birinci hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X42 iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, guya iddiaçının Gülnaz Baladadaşeva ilə 2006-cı ildən nikahları var. Mübahisəli əmlakla bağlı 2006-cı ildə iddia qaldırılır. Gülnaz Baladadaşevanın iddiası əsasında İddiaçı evdən istifadə hüququ itirilir. 2 il müddətində işə baxılır. Sonra qətnamə çıxarılır, iş Bakı Apellyasiya Məhkəməsinə, sonra isə Ali Məhkəməyə göndərilir. Sonra yenidən Ali Məhkəmə tərəfindən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılır, baxıldıqdan sonra yenidən iş Ali Məhkəməyə göndərilir. Ali Məhkəmə yekun qərar çıxarır. İşə baxılan 4- 5 il ərzində nəyə görə İddiaçı Gülnazla nikahda olduğunu demir? Hesab edir ki, nikahları saxtadır. Odur ki, məhkəmədən iddianın rədd edlməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 izahat verərək bildirmişdir ki, o, evi internet saytlarının birində görmüşdür, bəyənmişdir. Elşən adlı bəydən evi almışdır. Sənədləşmə işləri rəsmi qaydada notariusda olmuşdur. Notariusda evin girovda olub-olmamasını soruşduqda ona girovda deyil dedilər. Bir müddət həmin evdə yaşadıqdan sonra Cavabdeh onu narahat etməyə başlamışdır. Tez-tez gəlib deyirdi ki, bura söküləndə ona xəbər versin. Sonra İddiaçı gəldi ki, bu evdən çıxmalıdır. O, evi 2020-ci ildə almışdır. Bir mərtəbəli evdir. 1 otağı var. Orada hal-hazırda nə iddiaçı, nə də cavabdeh yaşamır. Ümumiyyətlə, orada boş ev yoxdur. Evin hərəsində başqa adamlar yaşayır. Cavabdeh orada 1/12 payı olduğunu bilmirdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35 izahat verərək bildirmişdir ki, evi 2020-ci ildə anası almışdır. Sonra onun adına keçirtmişdir. Sənədləşmə işləri rəsmi qaydada notariusda olmuşdur. Ev 1 otaqlı, 14 kv. metrlik evdir, evin pulunu da banka köçürmüşlər. Evi Vəzir bəy adlı şəxsdən almışdır. Cavabdeh ümumiyyətlə tanımır, onun orada evi yoxdur, sənəd üzərində payının olmasından da xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X51 izahat verərək bildirmişdir ki, o, 5 ildir ki, həmin evdə yaşayır. İndiyə kimi bütün kommunal xərcləri özü ödəmişdir. Cavabdehin həmin həyətdə evi yoxdur, onu heç vaxt görməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Nəsimi Rayon (VVADQ) Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2006cı il tarixli nikah haqqında şəhadətnaməsinin surətinə əsasən İddiaçı ilə X13 arasında olan nikah xx.xx.2006-cı il tarixdə 492 sayla bağlanmışdır. Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2012-ci il tarixli arayışın surətinə əsasən İddiaçı ilə X16 arasında olan nikah xx.xx.2006-cı il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına «İsmayılova» soyadı verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(006)-11/2008 saylı qətnaməsinə əsasən X43, X36, X31, X7, X12 və X9 hər birinin ünvan 1 ünvanda yerləşən tərəflərə aid olan və miras kütləsinə daxil olan ümumi sahəsi 92,6 kv.m təşkil edən evə ½ hissədə, X4 və X37 hər birinin 3/12 hissəsində vərəsəlik hüquqlarının tanınması və onlara qeyd edilən paylarına uyğun olaraq mülkiyyət hüququna dair reyestrdən çıxarışların verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi, X44, X53, X54, X22, X45, X23, X38, X24, İddiaçı, X3 və X17 ünvan 1 ünvanda yerləşən evə istifadə hüquqlarının itirilməsi və onların həmin ünvandan pasport qeydiyyatından çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 2(103)-178/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(006)-11/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanlmışdır. Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin 364 saylı xx.xx.2012-ci il tarixli arayışın surətinə əsasən X13 beyin insultundan xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri 13 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2015-ci il tarixli şəhadətnamənin surətinə əsasən X4 mülkiyətində olan ünvan 1 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65.3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsini İddiaçı pay almışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-1279/2012 nömrəli qətnaməsinə əsasən ərizəçi İddiaçı buraxılmış müddətin üzrlü hesab edilməsi, vərəsəlik hüququ əsasında payın tanınması və həmin hüquqlar əsasında miras əmlaka müvafiq pay həcmində mülkiyyət hüququnun dövlət qeydiyyatının həyata keçirilməsi vəzifəsinin müvafiq orqanın üzərin qoyulması barədə ərizəsi təmin edilmiş, İddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi, ünvan 1 saylı evin 3/2 hissəsini miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, ünvan 1 saylı evin 3/2 hissəsinə miras qoyan X5 ölümündən sonra İddiaçı mülkiyyət hüququnun tanınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla onların adına müvafiq çıxarışın verilməsinin DƏDRX Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(103)- 4598/2012 nömrəli qərardadına əsasən maraqlı şəxs Ağayeva X34 qanuni nümayəndəsi Cavabdeh apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-1279/2012 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı ərizəsi hüquq haqqında mübahisənin olması əsası ilə baxılmamış saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)-2019/2013 nömrəli qərarına əsasən İddiaçı Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı mirası qəbul etmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notarait kontoruna həvalə edilməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı xx.xx.2009-cu il tarixdə vəfat etmiş arvadı X2 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsində olan 0.0255 ha torpaq sahəsində yerləşən 3 ədədbirmərtəbəli 6 otaqlı, 97 kvm yaşayış sahəsi, 65,3 kvm köməkçi sahədən ibarət olan 54 nömrəli fərdi yaşayış evini paylı mülkiyyət hüququ üzrə V tikilidən 3/12 hissəsinə dair İddiaçı tərəfindən qəbul edilməsi müddətinin uzadılaraq həmin hissəyə dair İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 13 saylı Notariat kontoruna həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2016-cı il tarixli 2- 1(103)-1290/2016 nömrəli qərarı ilə üçüncü şəxs X28 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)- 2019/2013 nömrəli qərarı ləğv edilmiş, İddiaçı Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı mirası qəbul etmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notarait kontoruna həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(102)-1658/2016 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2016cı il tarixli 2-1(103)-1290/2016 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən özünə məxsus 3/12 hissəni X25 bağışlamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2246/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X108 Baxış Əli qızının hüquqi varisi Cavabdehləır DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə, İddiaçı və qeyrilərinə qarşı çıxarışların və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında 07 fevral 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın, X26 adına verilmiş 29 aprel 2015-ci il tarixli 186712 nömrəli bağşlama müqaviləsi və bunun əsasında verilən 05 iyun 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-968/2021 nömrəli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 13 saylı Notariat kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasa vərəsəlik hüququnun alınması, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 7932/2021 nömrəli qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-968/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-2556/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-7932/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1302/2024 saylı qərardadına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-714/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Bakı şəhəri 13 Saylı Notariat Ofisinə qarşı (Cavabdeh mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi üçun qanunla nəzərdə tutulmuş müddətin ötürülməsini üzrlü sayılaraq uzadılması” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmış, işdə iştirak edən şəxslərə qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqanlara müraciət etmək hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-8/4-17-8785/2024 saylı məktubuna əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X85 (xx.xx.1969-cu ildə vəfat etmişdir) və Lətifə Əlirəhman qızı (xx.xx.1987-ci ildə vəfat etmişdir) olan xx.xx.1952-ci il təvəllüdlü Gülnaz Baladadaşevanın, xx.xx.1950-ci il təvəllüdlü Akif Baladadaşevin (xx.xx.1951 -ci ildə vəfat etmişdir) və xx.xx.1953-cü il təvəllüdlü Ramiz Baladadaşevin (xx.xx.1998-ci ildə vəfat etmişdir) doğumunun qeydiyyatı haqqında məlumat aşkar edilmişdir. Gülnaz Baladadaşeva xx.xx.2006-cı ildə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində İddiaçı ilə nikaha daxil olmuş, xx.xx.2009-cu ildə onun ölümü ilə nikaha xitam verilmişdir. Bildirilir ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində G.Baladadaşevanın adından vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, mərhumun adına xx.xx.2015-ci il tarixdə Bakı şəhər 13 saylı notariat ofisində vərəsəlik işi açılmış, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq müvafiq sənədlər Dövlət notariat arxivindən əldə oluna bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdrəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən: Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, 54 saylı ev tarixsiz olaraq X93, X61, X74, X75, X47, Xədicə Ələsgər qızının, X99 və X94 adlarına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 1 saylı DNK-nın 2 KN “N”-3256 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/16 hissəsi X62 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 1 saylı DNK-nın 2KN “N”-3257 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/16 hissəsi X62 adına qeydiyyatdan keçmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-11/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən evin V tikilisindən 1/12 hissəsi X43, V tikilisindən 1/12 hissəsi X36, V tikilisindən 1/12 hissəsi X31, V tikilisindən 1/12 hissəsi X7, V tikilisindən 1/12 hissəsi X18, V tikilisindən 1/12 hissəsi X10, V tikilisindən 3/12 hissəsi X11 və V tikilisindən 3/12 hissəsi X37 adlarına qeydiyyatdan keçmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-3678/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən evin V tikilisindən 3/12 hissəsi X29 adına qeydiyyatdan keçmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-1614/2010 nömrəli xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən evin A və B tikilisindən 4/6 hissəsi X62 adına adına qeydiyyatdan keçmişdir. 1 saylı İnzibati-lqtisadi Məhkəməsinin 2-1(81)-2756/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən evin V tikilisindən 3/12 hissəsi X11 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı DNK-nın 2V-15 reyestr nömrəli xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin V tikilisindən 3/12 hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 3 saylı NK-nın 4Ə-157 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən evin V tikilisindən 3/12 hissəsi X26 adma qeydiyyatdan keçmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)-2246/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı və X26 adlarına verilmiş çıxarışlar etibarsız hesab edilmişdir. Bakı şəhəri 13 saylı DNK-nın 2V-40 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin V tikilisindən 3/12 hissəsi Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin 4Ə-310 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən evin V tikilisindən 1/24 hissəsi X46, V tikilisindən 1/24 hissəsi X32 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin 4Ə-669 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən evin V tikilisindən 1/24 hissəsi X19 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin 4Ə-741 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən evin V tikilisindən 1/12 hissəsi X20 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin 4Ə-967 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən evin V tikilisindən 1/24 hissəsi X30 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin 4Ə-1151 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin V tikilisindən 1/12 hissəsi X8 adına qeydiyyatdan keçmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-1929/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən evin A və B tikililəri X62 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 29 saylı notariat ofisinin 4Ə-325 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən evin V tikilisindən 1/24 hissəsi X21 adına qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, 54 saylı evin V tikilisindən 1/12 hissəsi X36, V tikilisindən 1/12 hissəsi X31, V tikilisindən 1/12 hissəsi X7, V tikilisindən 1/12 hissəsi X18, V tikilisindən 1/12 hissəsi X10, V tikilisindən 1/12 hissəsi X43, V tikilisindən 3/12 hissə (açıq qalır) X6, V tikilisindən 1/12 hissəsi Cavabdeh, V tikilisindən 1/24 hissəsi X30, V tikilisindən 1/12 hissəsi X8, V tikilisindən 1/24 hissəsi X21, A və B tikililəri X62 mülkiyyətlərindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin xx.xx.2024cü il tarixli 3-16-5/6-11-1163/24 saylı məktubuna əlavə edilmiş notariat işinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda təsdiq olunmuş şəhadətnaməyə əsasən X11 vərəsəsi İddiaçı olmuşdur və onun vərəsəliyi ünvan 1 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65.3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinə vərəsəliyi tanınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı mərhum X13 ilə xx.xx.2006cı il tarixdə nikaha daxil olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(006)-11/2008 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanda yerləşən və miras kütləsinə daxil olan ümumi sahəsi 92,6 kv.m təşkil edən evə X4 (hazırkı iş üzrə iddiaçının mərhum arvadı) və X37 (hazırkı iş üzrə cavabdehin mərhum anası) hər birinin 3/12 hissəsində vərəsəlik hüquqlarının tanınması və onlara qeyd edilən paylarına uyğun olaraq mülkiyyət hüququna dair reyestrdən çıxarışların verilməsi, eyni zamanda X4 və X37 qarşılıqlı iddiası əsasında İddiaçı ünvan 1 ünvanda yerləşən evə istifadə hüququnun itirilməsi və onların həmin ünvandan pasport qeydiyyatından çıxarılması qət edilmişdir. X13 xx.xx.2009-cu ildə vəfat etmiş və onun ölümü ilə iddiaçı ilə aralarında bağlanmış nikaha xitam verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-1279/2012 nömrəli qətnaməsinə əsasən İddiaçı tərəfindən mirasın qəbul edilməsi müddəti bərpa edilmiş, ünvan 1 saylı evin 3/2 hissəsini miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuş, evin 3/2 hissəsinə miras qoyan X5 ölümündən sonra İddiaçı mülkiyyət hüququ tanınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla onun adına müvafiq çıxarış verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(103)-4598/2012 nömrəli qərardadına əsasən maraqlı şəxs Ağayeva X40 qanuni nümayəndəsi Cavabdeh apellyasiya şikayəti əsasında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı ərizəsi hüquq haqqında mübahisənin olması əsası ilə baxılmamış saxlanılmışdır. Daha sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)- 2019/2013 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2009-cu il tarixdə vəfat etmiş arvadı X2 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsində olan 0.0255 ha torpaq sahəsində yerləşən 3 ədəd birmərtəbəli 6 otaqlı, 97 kvm yaşayış sahəsi, 65,3 kvm köməkçi sahədən ibarət olan 54 nömrəli fərdi yaşayış evini paylı mülkiyyət hüququ üzrə V tikilidən 3/12 hissəsinə dair İddiaçı tərəfindən qəbul edilməsi müddətinin uzadılaraq həmin hissəyə dair İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 13 saylı Notariat kontoruna həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin həmin qərarı əsasında Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərək X11 vərəsəsi kimi evin 3/12 hissəsində payı tanınmışdır. Həmin şəhadətnamə əsasında da evin V tikilisindən 3/12 hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2016cı il tarixli 2-1(103)-1290/2016 nömrəli qərarı ilə üçüncü şəxs X28 apellyasiya şikayəti əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)- 2019/2013 nömrəli qərarı ləğv edilmiş, İddiaçı iddiası, iddia tələbinə inzibati icraat qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olması əsası ilə mümkün sayılmamışdır, həmin qərar kassasiya instansiyası tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçının xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsinə əsas olmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ləğv edildiyindən, iddiaçının iddia ərizəsinə əlavə etdiyi şəhadətnamənin hüquqi qüvvəsinin olmadığı müəyyən edilir. Həmin şəhadətnamə əsasında iddiaçının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında 07 fevral 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış da Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2246/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-968/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 13 saylı Notariat kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasa vərəsəlik hüququnun alınması, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, müəyyən edilir ki, İddiaçı bundan əvvəl 3 dəfə - 2012, 2021 və 2023-cü illərdə arvadından miras qalmış əmlaka dair vərəsəlik hüququnun tanınması ilə bağlı iddialar qaldırmış və həmin icraatlar çərçivəsində baxılan tələbləri uğursuz olmuşdur və vərəsəliyinin tanınması istiqamətində hər hansı nəticə əldə etməmişdir. Hazırda isə iddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1302/2024 saylı qərardadında ifadə edilmiş mövqeyə (Vərəsə miras payından imtina etmədiyi halda, mirası faktiki qəbul edib – etməməsindən və ya notariat kontoruna ərizə verib – verməməsindən asılı olmayaraq vərəsə hesab olunur. Hazırkı mübahisənin əsasını mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzürlü hesab edilməsi təşkil edir. Lakin yuxarıda qeyd olunduğu kimi artıq iddiaçı 1-ci dərəcə vərəsə hesab olunur.) istinad edərək, birinci dərəcə vərəsə kimi arvadı X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 3/12 hissəsinin onun mülkiyyətinə daxil olduğunu və bu əsasla Cavabdeh və digərlərinin onun mülkiyyətində olan əmlakı zəbt edərək qanunsuz sahiblikdə saxladıqlarını və mülkiyyətinə daxil olmağa və sahibliyinə mane olduqlarını iddia edir. Məhkəmə qeyd edir ki, iddiaçının vərəsəlik hüququnun olmaması qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edildiyindən həmin hallar yenidən sübut olunmayaraq onlara hüquqi qiymət verilmir. Hazırda isə iddiaçı vərəsəlik hüququndan irəli gələn hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmasını təsdiq edəcək nə qanuni qüvvəyə minmiş məhkəmə aktı, nə də digər hər hansı sübutu təqdim etməmişdir. Əksinə qanuni qüvvəsini almış məhkəmə aktı əsasında İddiaçı arvadının sağ olduğu dövrdə sonuncunun iddiası əsasında İddiaçı mübahisəli evə istifadə hüququnun itirilməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iş üzrə iddia predmeti ilə bağlı mülkihüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququ yoxdur. İşin hallarından mübahisəsiz qaydada müəyyən olunur ki, İddiaçı mübahisəli əmlak üzərində hər hansı əşya və s. digər əmlak hüquqları yaranmamışdır. Qeyd edilməlidir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Qeyd edilməlidir ki, vindikasiya iddiası mülkiyyətçinin (digər qanuni sahibin) öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər məcmu halda mövcud olmalıdır, əks halda iddia təmin oluna bilməz. Baxılan işdə iddiaçının mübahisəli evə dair hazırkı tələbi o halda qorunmağa layiq mənafe hesab olunar ki, daşınmaz əmlakın ona məxsus olduğunu, yəni, ona münasibətdə faktiki olaraq “mülkiyyətçi” kimi davrandığını sübuta yetirmiş olsun. Hazırkı işin hallarından isə qeyd edilənlər məcmu halda müəyyən edilmir. Beləliklə, işin faktiki halları, toplanmış sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının cavabdehə qarşı tələbinin qanuni və faktiki əsasları mövcud deyildir. İddiaçı özünə məxsus olmayan (üzərində hər hansı əşya hüquqları yaranmamış) əmlakdan cavabdehin və digər şəxslərin çıxarılmasını tələb etməkdə müvafiq subyektiv hüquqlara malik deyildir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə rədd olunmalıdır. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, iddiaçının subyektiv hüququ olsaydı belə, iddia əsaslı sayıla bilməzdi. Belə ki, iddiaçı, Cavabdeh və qeyrilərinə qarşı tələb irəli sürərək onların mübahisəli əmlakı zəbt etdiklərini iddia edir. Halbuki məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X59 (X11 bacısı) vəfat etdiyindən Bakı şəhəri 13 saylı DNK-nın 2V-40 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X33 miras qalmış evin V tikilisindən 3/12 hissəsi oğlu Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, Cavabdeh anasından miras qalmış və mülkiyyətinə keçmiş əmlak üzərində sərəncam verərək V tikilinin 3/12 hissəsindən 1/24 hissəni X55, 1/24 hissəsi X39, 1/12 hissəsi X1, qalan 1/12 hissəsi öz mülkiyyətində qalmışdır. Proses iştirakçılarının izahatları əsasında müəyyən olundu ki, cavabdehin həmin tikilidə 1/12 hissədə payı olsa belə, faktiki olaraq orada yaşamır. Ona görə onun iddiaçıya məxsus olduğu iddia edilən əmlakı zəbt etməsi ehtimalı da istisna olunur. Bunun əksini təsdiq edən sübutları isə iddiaçı məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddia tələbinin əmlakın digər şəxslərin qanunsuz sahibliyindən alınması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, digər şəxslərin kimliyi konkret olaraq göstərilmədiyindən, bu baxımdan qeyri-müəyyən tələb üzrə qətnamə çıxarılması yolverilən olmadığından iddia tələbinin həmin hissədə təmin edilməsi mümkün deyildir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (X14, X35 və X51 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «əmlakın qanunsuz sahiblikdən alınaraq iddiaçının istifadəsinə qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-418/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-418/2025
10.03.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver