Məhkəmə qərarları › İş №e-2(006)-4206/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4206/2024

31.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4206/2024 31.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, iddiaçı «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Kapital Bank ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BRCB5955618A207 saylı kredit müqaviləsinə əsasən, 1500 manat əsas, 273.71 manat faiz, cəmi 1773.71 manat borcu, xx.xx.2024-cü il tarixli BUMM6312487B299 saylı kredit müqaviləsinə əsasən, 395.2 manat əsas, 56.58 manat faiz, cəmi 451.78 manat borcu, xx.xx.2024-cü il tarixli GTZK6281735B299 saylı kredit müqaviləsinə əsasən, 600 manat əsas, 151.49 manat faiz, cəmi 751.49 manat pul vəsaitinin, ümumilikdə 2976.98 manat borcun və 49.77 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BRCB5955618A207 saylı kredit müqaviləsinə əsasən ona debet kart verilmişdir. Daha sonra İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli BRCB5955618A207 saylı Kredit müqaviləsinə xx.xx.2023-cü il tarixində elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış əlavə razılaşmaya əsasən onun kartına 60 ay müddətinə 1500 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiq vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli BUMM6312487B299 saylı kredit müqaviləsinə əsasən onun kartına 59 ay müddətinə illik 27 % dərəcəsi ilə 400 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiq vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli GTZK6281735b299 saylı kredit müqaviləsinə əsasən onun kartına 12 ay müddətinə illik 28.5 % dərəcəsi ilə 600 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiq vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri öəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, cari hesabdan çıxarış, kartın cavabdehə verilməsini təsdiq edən Balansdankənar Məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanan bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, BRCB5955618A207 saylı kredit müqaviləsinə əsasən 1500 manat əsas, 273.71 manat faiz, cəmi 1773.71 manat borcu, xx.xx.2024-cü il tarixli BUMM6312487B299 saylı kredit müqaviləsinə əsasən 395.2 manat əsas, 56.58 manat faiz, cəmi 451.78 manat borcu, xx.xx.2024-cü il tarixli GTZK6281735B299 saylı kredit müqaviləsinə əsasən 600 manat əsas, 151.49 manat faiz, cəmi 751.49 manat, ümumilikdə 2976.98 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “X1 Kart” müqaviləsindən və BRCB5955618A207 saylı kredit kartına dair müqavilə üzrəkredit xəttinin yenilənməsinə dair xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, bank tərəfindən borcluya debet kart verilmiş və kredit xəttinin limiti 1500 manat müəyyən olunmuşdur. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BUMM6312487B299 saylı “Kredit və Hesab” müqaviləsindən görünür ki, bank tərəfindən borcluya 400 manat məbləğində kredit xətti müəyyən edilməklə hesab açılmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli GTZK6281735B299 saylı Kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya 600 manat məbləğində kredit xətti müəyyən edilməklə hesab açılmışdır. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, BRCB5955618A207 saylı kredit müqaviləsinə əsasən 1500 (min beş yüz) manat əsas, 273.71 (iki yüz yetmiş üç manat yetmiş bir qəpik) manat faiz, cəmi 1773.71 (min yeddi yüz yetmiş üç manat yetmiş bir qəpik) manat borcu, xx.xx.2024-cü il tarixli BUMM6312487B299 saylı kredit müqaviləsinə əsasən 395.2 (üç yüz doxsan beş manat iyirmi qəpik) manat əsas, 56.58 (əlli altı manat əlli səkkiz qəpik) manat faiz, cəmi 451.78 (dörd yüz əlli bir manat yetmiş səkkiz qəpik) manat borcu, xx.xx.2024-cü il tarixli GTZK6281735B299 saylı kredit müqaviləsinə əsasən 600 (altı yüz) manat əsas, 151.49 (yüz əlli bir manat qırx doqquz qəpik) manat faiz, cəmi 751.49 (yeddi yüz əlli bir manat qırx doqquz qəpik) manat, ümumilikdə 2976.98 (iki min doqquz yüz yetmiş altı manat doxsan səkkiz qəpik) manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Eldar oğlunun xx.xx.2024-cü il tarixə, Kapital Bank ASC-yə xx.xx.2022-ci il tarixli, BRCB5955618A207 saylı kredit müqaviləsinə əsasən 1500 manat əsas, 273.71 manat faiz, cəmi 1773.71 manat borcu, xx.xx.2024-cü il tarixli BUMM6312487B299 saylı kredit müqaviləsinə əsasən 395.2 manat əsas, 56.58 manat faiz, cəmi 451.78 manat borcu, xx.xx.2024-cü il tarixli GTZK6281735B299 saylı kredit müqaviləsinə əsasən 600 manat əsas, 151.49 manat faiz, cəmi 751.49 manat, ümumilikdə 2976.98 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli, 16/MH17851 saylı sonuncu bildirişdən görünür ki, onun banka olan xx.xx.2022-ci il tarixli, BRCB5955618A207 saylı kredit müqaviləsinə əsasən 1500 manat əsas, 273.71 manat faiz, cəmi 1773.71 manat borcunun və gecikmə günü 101 gün olmaqla 456.88 manat məbləğində gecikmənin, xx.xx.2024-cü il tarixli BUMM6312487B299 saylı kredit müqaviləsinə əsasən 395.2 manat əsas, 56.58 manat faiz, cəmi 451.78 manat borcunun və gecikmə günü 120 gün olmaqla 119.96 manat məbləğində gecikmənin, xx.xx.2024-cü il tarixli GTZK6281735B299 saylı kredit müqaviləsinə əsasən 600 manat əsas, 151.49 manat faiz, cəmi 751.49 manat borcunun və gecikmə günü 135 gün olmaqla 378.15 manat məbləğində gecikmənin tam ödənilməsinin təmin edilməsi bildirilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 50.17 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BRCB5955618A207 saylı kredit müqaviləsinə əsasən cavabdehə debet kart verilmişdir. xx.xx.2022-ci il tarixli BRCB595618A207 saylı Kredit müqaviləsinə xx.xx.2023-cü il tarixində elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış əlavə razılaşmaya əsasən 60 ay müddətinə 1500 manat olan kredit vəsaiti, xx.xx.2024-cü il tarixli BUMM6312487B299 saylı Kredit müqaviləsinə əsasən 59 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 400 manat, xx.xx.2024-cü il tarixli GTZK6281735B299 saylı Kredit müqaviləsinə əsasən 12 ay müddətinə, illik 28.5 faiz dərəcəsi ilə 600 manat olan kredit vəsaiti cavabdehin kart hesabına mədaxil edilmişdir. Cavabdeh İddiaçı ASCdən kredit müqaviləsi üzrə müəyyən edilmiş kredit məbləğini qəbul etmiş və həmin kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Yuxarıda sadalanan normaların tələblərindən və iş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Borcalan onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yəni, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2495.20 manat əsas, 481.78 manat faiz, cəmi 2976.98 manat pul vəsaiti və 49.77 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BRCB5955618A207 saylı kredit müqaviləsinə əsasən 1500 (min beş yüz) manat əsas, 273.71 (iki yüz yetmiş üç manat yetmiş bir qəpik) manat faiz, cəmi 1773.71 (min yeddi yüz yetmiş üç manat yetmiş bir qəpik) manat borcu, xx.xx.2024-cü il tarixli BUMM6312487B299 saylı kredit müqaviləsinə əsasən 395.2 (üç yüz doxsan beş manat iyirmi qəpik) manat əsas, 56.58 (əlli altı manat əlli səkkiz qəpik) manat faiz, cəmi 451.78 (dörd yüz əlli bir manat yetmiş səkkiz qəpik) manat borcu, xx.xx.2024-cü il tarixli GTZK6281735B299 saylı kredit müqaviləsinə əsasən 600 (altı yüz) manat əsas, 151.49 (yüz əlli bir manat qırx doqquz qəpik) manat faiz, cəmi 751.49 (yeddi yüz əlli bir manat qırx doqquz qəpik) manat, ümumilikdə 2976.98 (iki min doqquz yüz yetmiş altı manat doxsan səkkiz qəpik) manat borcu və 49.77 (qırx yeddi manat yetmiş yeddi qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar