Məhkəmə qərarları › İş №e-2(006)-4231/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4231/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4231/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 iyun 2021-ci il tarixli, YSKRK-01677 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən əsas borcuna görə 3314,34 (üç min üç yüz on dörd manat 34 qəpik) manat, faiz borcuna görə 213,86 (iki yüz on üç manat 86 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 3528,2 (üç min beş yüz iyirmi səkkiz manat 20 qəpik) manat məbləğində pulun və 55,29 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASCnin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün İddiaçı ASC tərəfindən 55,29 manat məbləğində dövlət rüsumu ödənilmişdir xx.xx.2023-cü il tarixdə İddiaçı ASC tərəfindən məhkəməyə iddia tələbini həcminin azaldılmasına dair ərizə göndərərək, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair e- 2(006)-4231/2023 saylı mülki iş üzrə məhkəmə gedişatı zamanı cavabdeh tərəfindən əsas və faiz borcu ödənilmişdir. İş üzrə iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərkən İddiaçı ASC tərəfindən 55,29 manat məbləğində dövlət rüsumu ödənildiyindən həmin rüsumun geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan – xx.xx.2023-cü il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə İddiaçı ASC tərəfindən ərizə göndərilərək, işin baxılmamış saxlanılmasını, dövlət rüsumu və iş materiallarına əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanıldığına görə İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 55,29 manat məbləğində (xx.xx.2023-cü il tarixli, ********** saylı qəbz üzrə) dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 55,29 manat məbləğində (xx.xx.2023-cü il tarixli, ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar