Məhkəmə qərarları › İş №e-2(006)-4243/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4243/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4243/2025 01.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, İddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cı ildə «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh 300 (üç yüz) manat məbləğində, 59 (əlli doqquz) ay müddətinə kredit kartı limiti ayrılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən banka olan borcu əsas məbləğ üzrə: 272,74 AZN (iki yüz yetmiş iki manat, yetmiş dörd qəpik), hesablanmış və ödənilməmiş faiz borcu: 27,74 AZN (iyirmi yeddi manat, yetmiş dörd qəpik), cərimə borcu: 5,22 (beş manat, iyirmi iki qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 0,00 AZN (sıfır manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 0,00 AZN (sıfır manat), cəmi borc: 305,70 AZN (üç yüz beş manat, 70 qəpik) borcu mövcuddur. Göstərilənlərə əsasən, Cavabdeh əsas məbləğ üzrə: 272,74 AZN (iki yüz yetmiş iki manat, yetmiş dörd qəpik), hesablanmış və ödənilməmiş faiz borcu: 27,74 AZN (iyirmi yeddi manat, yetmiş dörd qəpik), cərimə borcu: 5,22 AZN (beş manat, iyirmi iki qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 0,00 AZN (sıfır manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 0,00 AZN (sıfır manat), cəmi borc: 305,70 AZN (üç yüz beş manat, yetmiş qəpik) məbləğində kredit borcunun və dövlət büdcəsinə köçürülmüş 30 AZN (otuz manat) dövlət rüsumunun «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «X3» QSC ilə X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin 4.27-ci bəndinə əsasən bank Cavabdeh 59 ay müddətinə 300 manat məbləğində kredit kartı limiti açılmışdır. İşdə olan «X3» QSC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka əsas məbləğ üzrə: əsas məbləğ üzrə: 272.74 AZN (iki yüz yetmiş iki manat, yetmiş dörd qəpik), hesablanmış və ödənilməmiş faiz borcu: 27.74 AZN (iyirmi yeddi manat, yetmiş dörd qəpik), cərimə borcu: 5.22 (beş manat, iyirmi iki qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 0,00 AZN (sıfır manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 0,0 AZN (sıfır manat), cəmi borc: 305,70 AZN (üç yüz beş manat, yetmiş qəpik) məbləğində borcu qalmışdır. İş materiallarında olan «X3» QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən (pretenziya məktubu) görünür ki, cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, «X3» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 59 ay müddətinə 300 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka 305,70 AZN məbləğində borcu yaranmışdır. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh banka olan borcu əsas məbləğ üzrə: 272,74 AZN (iki yüz yetmiş iki manat, yetmiş dörd qəpik), hesablanmış və ödənilməmiş faiz borcu: 27,74 AZN (iyirmi yeddi manat, yetmiş dörd qəpik), cərimə borcu: 5,22 AZN (beş manat, iyirmi iki qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 0,00 AZN (sıfır manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 0,00 AZN (sıfır manat) və dövlət büdcəsinə köçürülmüş 30 (iyirmi) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 335,70 AZN (üç yüz otuz beş manat, yetmiş qəpik) məbləğində pul alınaraq «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh banka olan borcu əsas məbləğ üzrə: 272,74 (iki yüz yetmiş iki manat, yetmiş dörd qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu: 27,74 (iyirmi yeddi manat, yetmiş dörd qəpik) manat, cərimə borcu: 5,22 (beş manat, iyirmi iki qəpik) manat və dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 335,70 (üç yüz otuz beş manat, yetmiş qəpik) manat məbləğində pul alınaraq «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar