Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4280/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1230,36 manat əsas borc, 367,97 manat faiz borcu olmaqla, cəmi 1598,33 manat pul vəsaitinin və ödənilmiş 35,99 manat dövlət rüsumunun, habelə 0,40 manat xidmət haqqının X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixli BPM**********49 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 20 %-lə, 48 ay müddətinə 2900 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə edilən məlumata əsasən, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2024-cü ilədək banka ödənilməmiş 1230.36 manat əsas, 367.97 manat faiz borcu olmaqla, cəmi 1598.33 manat borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-24708/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 35.99 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, anası rəhmətə getdikdən sonra vərəsə qismində anasına məxsus mənzili qəbul etmişdir. Ona bildirmişlər ki, kredit sığortalı olduğu üçün kredit götürən rəhmətə getdikdən sonra kredit bağlanır. O, da anasının ölməsi barədə sənədi banka təqdim etmiş və həmin gündən sonra bu barədə ona heç kim heçnə deməmişdir. Özü səhhəti ilə əlaqədar işləmir. Həmçinin açıq ürək əməliyyatı olmuşdur. Borcu ödəməkdən imtina etmir. İzahatını sonunda bank tərəfindən yeni cədvəl açılacağı halda borcu ödəyə biləcəyini qeyd etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını, eləcə də xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş, reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış mərhum X2 adına açılmış vərəsəlik işində olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş: - "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********49 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borc alana 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 2.900 manat məbləğində kredit verilmişdir. - Maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli BPM**********49 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə ödənilməmiş əsas borc 1230,36 manat, ödənilməmiş faiz borcu 367,97 manat olmaqla, cəmi 1598,33 manat təşkil edir. - xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 292674 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 08 ayının 22 günündə 484 nömrə ilə qeyd edilmişdir. - 1 saylı Bakı «ASAN xidmət» Mərkəzində Notariat Ofisinin xüsusi notariusu A.F.Hacıyeva tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 adına ünvan 1 ünvanında qeydiyyatda olan oğlu - Cavabdeh ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Vərəsə Cavabdeh xx.xx.2023-cü il tarixdə miras əmlakdan tam hissədə pay almaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunur ki, 1 saylı Bakı «ASAN xidmət» Mərkəzində Notariat Ofisinin xüsusi notariusu A.F.Hacıyeva təsdiq etmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019cu il tarixdə verilmiş **********80-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 923.83 kv.metr olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə mərhum X3 məxsus olan 7/40 hissə paydan ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halı ondan ibarətdir ki, X4 ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, müqavilə əsasında sonuncuya kredit vəsaiti ayrılmışdır. Z.Əliyeva xx.xx.2022-ci il tarixdə vəfat etmiş və mülkiyyətində əmlak müəyyən edildiyinə görə adına vərəsəlik işi açılmışdır. Mərhumənin adına açılmış vərəsəlik işi ilə müəyyən olunur ki, sonuncunun mülkiyyətində olmuş daşınmaz əmlak vərəsəsi olan Cavabdeh tərəfindən miras əmlak qismində qəbul edilmişdir. Bununla da bank məhkəməyə müraciət edib, mərhumə X2 vərəsəsi Cavabdeh müqavilə üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, vəfat etmiş borcalanın vərəsəsi olan Cavabdeh mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras pay həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Bundan başqa, işə məhkəmədə baxıldığı dövrdə iştirakı təmin edilmiş Cavabdeh hesablanmış olan borc məbləğinə etirazını bildirmədiyinə görə məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi zəruri hesab edilməmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 35,99 manat məbləğində dövlət rüsumu, həmçinin 40 qəpik məbləğində xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1230,36 manat əsas borc, 367,97 manat faiz borcu olmaqla, cəmi 1598,33 manat kredit borcu, ödənilmiş 35,99 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı X2 vərəsəsi Cavabdeh tutularaq "xxxx" ASC-yə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1230,36 manat əsas borc, 367,97 manat faiz borcu olmaqla, cəmi 1598,33 manat kredit borcu, ödənilmiş 35,99 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı X2 vərəsəsi Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-4280/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4280/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver