Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4295/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “X1 Azərbaycan” QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, əsas borc üzrə 639,35 manat, faiz borcu üzrə 76,41 manat, cərimə borcu üzrə 65,64 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 4,08 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri üzrə 1,50 manat, cəmi 786,98 manat məbləğində borcun və ərizə üzrə dövlət büdcəsinə köçürülmüş 30,98 manat dövlət rüsumunun Cavabdeh «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci ildə «X1 Azərbaycan» QSC ilə Cavabdeh arasında “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” bağlanmışdır. Kredit müqaviləsinin 4.26 maddəsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 800.00 AZN ( səkkiz yüz manat ) məbləğində kredit kartı limiti ayrılmışdır. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredifin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X1 Azərbaycan» QSC-yə olan borcu: əsas məbləğ üzrə borc : 639.35 AZN ( altı yüz otuz doqquz manat otuz beş qəpik ) hesablanmış və ödənilməmiş faiz borcu : 76.41 AZN ( yetmiş altı manat qırx bir qəpik ) cərimə borcu : 65.64 AZN ( altmış beş manat altmış dörd qəpik ) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc : 4.08 AZN ( dörd manat səkkiz qəpik ) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri : 1.50 AZN ( bir manat əlli qəpik ) cəmi borc : 786.98 AZN ( yeddi yüz səksən altı manat doxsan səkkiz qəpik ) borcu vardır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdehlər yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyırlar. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqaviləyə əsasən borc verən (iddiaçı) borc alana (cavabdehə) 15 il müddətinə 800 AZN məbləğində “kart/əlavə kart sahibin”ə kredit kartı limitini açmağı, “kart/əlavə kart sahibi isə, həmin kredit kartı limiti üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komissiyaları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.15-ci bəndində faiz dərəcələri ilə komisyon (xidmət haqları) məbləğlərinin (kredit kartının limitinin/kredit xəttinin istifadəsi ilə bağlı) hansı qaydada tənzimləndiyi göstərilmişdir. Həmçinin həmin müqavilənin 4.15-ci bəndinə əsasən müəyyən edilir ki, müqavilədən yaranan borcların “kart/əlavə kart sahibi” tərəfindən vaxtında və lazımı qaydada geri qaytarılmasına görə “Bank” “kart/əlavə kart sahibi”nə qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa, “kart/əlavə kart sahibi” bununla bağlı “Bank”ın çəkəcək hər cür xərclərinin (vəkil/hüquq xidmət ilə bağlı xərclər daxil olmaqla “Bank”a ödənilməsini qəbul, bəyan və təsdiq edir. “X1 Azərbaycan” QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, o, borclu olduğu barədə xəbərdar edilmişdir. “Qumru-D express” sürətli poçt vasitəsilə Cavabdeh adına bildirişlərin göndərilməsinə dair tərtib olunmuş qaimədən görünür ki, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 1,50 manat təşkil edir. “X1 Azərbaycan” QSC–nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə həmin tarixə “X1 Azərbaycan” QSC–yə əsas borc üzrə 639,35 manat, ödənilməmiş faiz borcu üzrə 76,41 manat, cərimə borcu üzrə 65,64 manat, müqavildə nəzərdə tutulmuş xərclər və və komissyalar üzrə 4,08 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 1,50 manat, cəmi 786,98 manat məbləğində borcu yaranmışdır. Ödəniş qəbzi (№9********) və ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlar əsasında müəyyən edildiyi kimi “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqaviləyə əsasən Bank tərəfindən borcalan Cavabdeh 15 il müddətinə 800 AZN (beş yüz manat) məbləğində kredit kartı limitini açmışdır. Göründüyü kimi, iddiaçı “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğinin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmiş və nəticədə onun xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən iddiaçıya əsas borc üzrə 639,35 manat, ödənilməmiş faiz borcu üzrə 76,41 manat, cərimə borcu üzrə 65,64 manat, müqavildə nəzərdə tutulmuş xərclər və və komissyalar üzrə 4,08 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 1,50 manat, cəmi 786,98 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 65,64 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, əsas borc üzrə 639,35 manat, ödənilməmiş faiz borcu üzrə 76,41 manat, cərimə borcu üzrə 65,64 manat, müqavildə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 4,08 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 1,50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat, cəmi 817,38 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “X1 Azərbaycan” QSC–yə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30,40 manat məbləğində pul ödəmişdir. Qeyd edilən ərizə və ona əlavə edilən sənədlər araşdırılaraq həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qoşma hissəsində 30,98 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edilməsi göstərilsə də, həmin qəbzin iddia ərizəsinə əlavə edilməsi aşkar edilməmişdir. İddiaçının tələbi tam təmin edildiyindən 30,40 manat məbləğində ödənilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 639,35 manat, faiz borcu üzrə 76,41 manat, cərimə borcu üzrə 65,64 manat, müqavildə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 4,08 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 1,50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat, cəmi 817,38 manat (səkkiz yüz on yeddi manat, otuz səkkiz qəpik) məbləğində pul Cavabdeh tutularaq “X1 Azərbaycan” QSC–yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-4295/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4295/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver