Məhkəmə qərarları › İş №e-2(006)-4306/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4306/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4306/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəm iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nağd kredit üzrə 775 manat 35 qəpik əsas borc, borclunun vəfat etdiyi tarixə qədər hesablanmış 0,02 manat faiz olmaqla, cəmi 775 manat 37 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət (bank xidməti) haqqının mərhum X4 mirası qəbul etmiş vərəsələri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə X8 arasında bağlanmış 12-xx.xx.2018-003003 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X5 illik 27 faizlə 60 ay müddətinə 2.250 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 089651 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 2378 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 X4 vərəsələri kimi tanınmışlar və onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Gənclik filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X4 xx.xx.2024cü ilədək Banka ödənilməmiş nağd krediti üzrə 775,35 manat əsas borc və vəfat tarixinə qədər hesablanmış 0,02 manat faiz olmaqla, cəmi 775,37 manat borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixdə 6-2-22/2-35945/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: "xxxx" ASC ilə X8 arasında xx.xx.2018-ci il tarixli 12-xx.xx.2018-003003 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə 1 nömrəli əlavənin surətindən görünür ki, X5 illik 27 %-lə 60 ay müddətinə 2.250 manat məbləğində kredit verilmişdir. 02 aprel 2020-ci il tarixdə vətat etmiş - X2 miras qalmış əmlaka dair Azərbaycan Respublikasının vətəndaşları Abşeron rayonu, Məmmədli kəndi, Ə.Vahid küçəsi, ev 52-də qeydiyyatda olan arvadı - Cavabdeh1 (ŞV:AZE 15028996, xx.xx.2015, ASAN1- Sumqayıt; FİN: xxxxxxx; d/t: xx.xx.1958), Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 168, mənzil 26-da qeydiyyatda olanlar oğlu - Cavabdeh2 (ŞV:AZE ********, xx.xx.2017, ASAN3; FİN: xxxxxxx; d/t:xx.xx.1992); oğlu- Cavabdeh3 (ŞV: AA*******. xx.xx.2019, ASAN2; FİN: xxxxxxx; d/t:xx.xx.1984) və oğlu - Cavabdeh4 (ŞV: AA1577386, xx.xx.2020, ASAN- Sumqayıt; FİN: xxxxxxx; d/t: xx.xx.1985) notariat ofisinə müraciət edilmiş, 29 mart 2021-ci ildə vərəsəlik işi açılmışdır (V-20/2021). Vərəsələrə Cavabdeh1 miras əmlakdan 1/4 hissədə, Cavabdeh2 miras əmlakdan 1/4 hissədə, Cavabdeh3 miras əmlakdan 1/4 hissədə və Cavabdeh4 miras əmlakdan 1/4 hissədə 07 aprel 2021-ci ildə 2V-59 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə notarius tərəfindən verilmişdir. Vərəsələr Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mirasdan onlara düşən ¼ hissədəki payı 07 aprel 2021-ci il tarixdə 3M-397 reyestr nömrəsi ilə təsdiq edilmiş miras payın bağışlanması müqavilə ilə vərəsə arvadı - Cavabdeh1 bağışlamışlar. Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 089651 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə, Bakı şəhərində, ağ ciyər vərəmindən (histoloji təsdiq edilmiş) vəfat etmiş, xx.xx.2020-ci il tarixdə müvafiq akt qeydləri kitabında ölüm haqqında 174 saylı akt qeydi aparılmışdır. Maliyyə arayışında qeyd olunmuşdur ki, mərhum borc alanın banka xx.xx.2018-ci il tarixli 12-xx.xx.2018-003003 nömrəli kredit müqaviləsinə əsasən 775 manat 35 qəpik əsas borc, borclunun vəfat etdiyi tarixə qədər hesablanmış 0,02 manat faiz olmaqla, cəmi 775 manat 37 qəpik borcu mövcuddur. 25 dekabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə müraciət olunaraq, borcalanın vərəsələri kimi mövcud borcun ödənilməsi onlardan tələb edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. xx.xx.2021-ci il tarixli 2V-59 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, X4 vərəsələri – Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dur. Barəsində şəhadətnamə verilən miras əmlak ASC “Xalq” Bankının "xxxx" filialının xx.xx.2021-ci il tarixli 143№li məktubuna əsasən ASC “Xalq” Bankının Mərkəz filialında mərhum X4 adına fiziki şəxs kimi Azərbaycan manatında kart hesabında 351,90 (üç yüz əlli bir manat doxsan qəpik) manat və bu qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə banka təqdim edildiyi tarixə göstərilən kart hesabındakı hesablanmış əlavə faizlər miqdarında pul vəsaitindən ibarətdir. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1151-ci maddəsinə müvafiq olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X3 illik 27 faiz hesablanmaqla 60 ay müddətinə 2250 manat məbləğində borc verilmişdir. X6 xx.xx.2020-ci ildə vəfat etmiş, ona məxsus miras əmlak vərəsələri tərəfindən qəbul edilmişdir. Hazırda iddiaçı bank, vəfat etmiş borclunun banka olan borcunun onun vərəsələri olmuş şəxslərdən birgə qaydada tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, mərhum X8 ilə bank arasında öhdəlik münasibətləri olduğundan və hazırda mərhum borclu X8 miras qalmış əmlakı-kart hesabında yerləşən pulu vəsiyyətnamə üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qəbul etdiyindən hazırda bankın tələb etdiyi borc məbləği müştərək qaydada borclunun vərəsələrdən tutulmalıdır. Göründüyü kimi, vəfat etmiş borcalanın varisi olan cavabdehlər mərhum borcalanın kart hesabında olan 351,90 manat pul vəsaitindən ibarət olan mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli 12-xx.xx.2018-003003 nömrəli kredit müqaviləsi üzrə mərhum X4 mirası qəbul etmiş vərəsələri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras əmlakı təşkil edən həddə – qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilən 351 manat 90 qəpik müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, cavabdehlərin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə qəbul etdikləri miras - 351 manat 90 qəpik pul vəsaitindən ibarətdir. Həmin məbləğdən artıq pul vəsaitinin cavabdehlərdən bankın xeyrinə tutulması üçün qanuni əsas mövcud deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli 12-xx.xx.2018-003003 nömrəli kredit müqaviləsi üzrə mərhum X4 mirası qəbul etmiş vərəsələri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras əmlakı təşkil edən həddə – qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilən 351,90 (üç yüz əlli bir manat, doxsan qəpik) manat müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar