Məhkəmə qərarları › İş №e-2(006)-4343/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4343/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4343/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Fərəcova Gülşən Sabit qızı, İddiaçı, Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli borc öhdəliyinin tanınması və ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli borc öhdəliyinin tanınması və ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixində qarşılıqlı razılaşma əsasında 2700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaiti verdiyini,bu borc məbləğinin müəyyən edilmiş müddət ərzində qaytarılmalı olduğunu, lakin bu günədək cavabdeh tərəfindən geri qaytarılmadığını, Verilən pul vəsaitinin dostluq münasibətləri və qarşılıqlı etimad əsasında təqdim olunduğunu, bu halın WhatsApp yazışmaları, borc haqqında izahatlar və digər sənədlərlə sübut olunduğunu. Borcun qaytarılmamasının ona maddi zərər vurlduğunu qeyd edərək Cavabdeh ona olan 2700 manat məbləğində borcunun mövcudluğunun tanınması və həmin məbləğin ödənilməsinə dair qərar verilməsini məhkəmədn xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli borc öhdəliyinin tanınması və ödənilməsi tələbinə dair iddia ərizəsi prosessual normalara riayət edilmədən verildiyindən, geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ərizəçi İddiaçı tərəfindən müvəqqəti təminat tədbirinə dair ərizənin verilməsi ilə bağlı dövlət rüsumu ödənilməmişdir. Məhkəmə qeyd edir ki, ərizəçinin xx.xx.2025-ci il tarixli ərizəsinə əlavə etdiyi dövlət rüsumunun ödənilməsi barədə qəbzi daha əvvəl, xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəyə əlavə etdiyi qəbzlə eynidir (hər ikisinin nömrəsi **********). Qeyd olunan qəbzdə göstərilən rüsum isə Nəsimi Rayon Məhkəməsinin № 2(006)- 4177/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadında geri qaytarılması nəzərdə tutulmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən,müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz) əlavə olunmadığından, ərizə İddiaçı geri qaytarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, tələbinə dair ərizə ilə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli borc öhdəliyinin tanınması və ödənilməsi tələbinə dair ərizə geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar