Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-447/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə (İnfrastruktur Departamentinə) qarşı «qeyri-yaşayış sahəsinin sökülməsinə görə maddi ziyanın, əldən çıxmış faydanın, icarəyə götürülmüş obyektin təmir və tikintisinə xərclənən vəsaitin tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" QSC-yə (İnfrastruktur Departamentinə) qarşı «qeyri-yaşayış sahəsinin sökülməsinə görə maddi ziyanın, əldən çıxmış faydanın, icarəyə götürülmüş obyektin təmir və tikintisinə xərclənən vəsaitin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 30.000 manat, əldən çıxmış faydaya görə 20.000 manat olmaqla, cəmi 50.000 manat pul vəsaitinin cavabdeh "xxxx" QSC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum X5nın qanun üzrə vərəsəsidir. Bildirmək istəyir ki, mərhum babası X22 "xxxx" QSC-nin fəxri dəmiryolçu işiçisi olmuşdur. Anası isə həmin idarədə 1992-ci ildən müəyyən vəzifələrdə işləmişdir. Bildirmək istəyir ki, X5 01 sentyabr 1994-cü il tarixdə Azərbaycan Dəmir Yolunun Maliyə Xidmətininin rəisi R.B.Abbasova ərizə ilə müraciət etmiş, həmin ərizədə analıq məzuniyyətində olduğunu, həm də Şirvan stansiyasında işlədiyini, eyni zamanda həyat yoldaşının heç bir yerdə işləmədiyini və 3 körpə uşağı saxlaya bilməməsini nəzərə alaraq atasının köməkliyi ilə bufet-çayxana iaşə obyektinin tikilməsinə icazə verilməsini xahiş etmiş, həmçinin icarə pulunu da vaxtı-vaxtında ödəyəcəyini bildirmişdir. Anasının müraciəti əsasında göndərilmiş 5 sentyabr 1994-cü il tarixli, 38 saylı məktub ilə Sumqayıt şəhəri X14 adına stansiyanın rəisi Hacıyev C.H. Azərbaycan Dəmir Yollarının rəisinin müavininə müraciət etmiş və həmin məktubda dəmiryolçulara və sərnişinlərə xidmət üçün stansiya ərazisində eni 5, uzunluğu 5 metr olan sahədə bufet-çayxana tikilməsinə icazə verilməsini xahiş etmişdir. 01 yanvar 1995-ci il tarixdə icarəyə verən Dəmir Yollar İdarəsinin nümayəndəsi qismində Maliyə Xidmətininin rəisi R.B.Abbasov digər tərəfdən isə icarəçi «Azəri» kiçik müəssisənin direktoru M.A.Cəlilov H.Z.Tağıyev stansiyasında yerləşən 15 kv.m sahəni bufet kimi istifadəyə verilməsinə dair qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair tərəflər arasında müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2-ci bəndinə əsasən icarəçi bir kvadrat metrə görə 4.000 manat icarə haqqı ödəyəcəkdir. Müqavilənin 3-cü bəndində isə müqavilənin müddəti 1 il göstərilmişdir. Həmçinin icarəçinin müqaviləni yeniləmək hüququ vardır, lakin müqaviləyə dəyişiklik və ya xitam verilməsinin ancaq tərəflərin razılığı ilə mümkün olması nəzərdə tutulmuşdur. 01 yanvar 1995-ci il tarixli qiymətlərin müəyyən edilməsi haqqında Protokoldan görünür ki, tərəflər arasında illik icarə haqqı 72.000 manat təşkil etmişdir. Əldə olan sənədlərdən görünür ki, hər kvartal icarəyə verən icarəçi «Azəri» kiçik müəssisəyə icarə haqqının ödənilməsinə dair qəbzlər ünvanlamışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, kiçik müəssisələrinin yaradılması və inkişafı tədbirləri haqqında Azərbaycan Respublikasının 12 oktyabr 1990-ci il tarixli, 480 nömrəli Qərarı ilə Dəmir Yolları fiziki şəxslər ilə icarə müqavilə bağlamırdı, ona görə də onların və digər faktiki stansiyalarda obyektlərin icarəçilərinin adından kiçik müəssisə «Azəri» sənəd üzrə iştirak edirdi. Buna dair Xızı rayonu Yaşma stansiyası ərazisində yerləşən obyektin bufetçayxana kimi işlədilməsinə dair icazə verilməsini məhz kiçik müəssisə «Azəri» Azərbaycan Dəmir Yolunun maliyyə xidmətinin rəisi R.B.Abbasova ünvanlanmış 1994-cü ilə məktubdan görmək olar. Lakin, sonradan anası bir nəfər təsisçi ilə, yəni X18 «Səbinə» istehsalat-ticarət kiçik müəssisi yaratmışdır. Nizamnaməyə əsasən əsas fəaliyyət növlərindən biri kommersiya fəaliyyəti təşkil edirdi. Beləliklə məktublardan görünür ki, mərhum babası X22 öz vəsaiti hesabına sahəsi 25 kv.m olan (faktiki 50 kv.m) bufetçayxana ictimai iaşə obyekti tikmişdir. Bütün tikinti avadanlıqları, eləcə də içərisində olan əşyaların ödənişləri məhz anası tərəfindən təmin edilmişdir. Qeyd edir ki, həmin stansiyada gündəlik 50 nəfər şəxsə ictimai iaşə xidmətləri göstərilirdi. 01 yanvar 1995-ci il tarixdən 2001-ci il tarixədək anası və atası birgə bufet çayxananın icarə haqqını vaxtıvaxtında ödəyərək işlətmişlər. Lakin, 2001-ci il tarixdə onların nikahına xitam verilməsi səbəbindən təxminən 1 il müddətinə sözügedən obyekt işlədilməmişdir. Təxminən 1 ildən sonra anası yenidən həmin çayxananı işlətmək qərarına gəlmiş, ora gedən zaman isə tanımadığı şəxslər tərəfindən təmir işlərinin aparıldığını görmüşdür. Bu zaman anası özünün Azərbaycan Dövlət Dəmir Yolları İdarəsi ilə müqaviləsi olduğunu bildirmiş və tikintini tərk etməsini tələb etmişdir, eyni zamanda 21 avqust 2002-ci il tarixdə həm Azərbaycan Dövlət Dəmir Yolu rəhbərliyinə, həm də 1 saylı Ərazi Vergilər İdarəsinə şikayət ərizəsi ünvanlamışdır. 16 sentyabr 2002-ci il tarixdə Azərbaycan Dövlət Dəmir Yolu rəhbərliyi cavab məktubunda qeyd etmişdir ki, «Azərbaycan Dövlət Dəmir X21 adına dəmiryolu stansiyası ərazisində yerləşən 50 m2 sahəsi olan çayxana «X13 Müəssisə» rəhbərliyi ilə Dəmiryolu stansiya rəisi T.Hümbətəliyevin razılıq dərkanarı və çayxananın sxemi əsasında xx.xx.2002-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Çayxana dəmiryolu stansiyası ərazisində heç bir əsası olmadan tikilmiş və dəmiryolu müəssisənin balansına götürülməmişdir. Bunları əsas tutaraq dəmir yolu stansiyasının "xxxx" MMM-nin və "xxxx" X6 X8 Müəssisənin işçilərinin iştirakı ilə həmin müqavilənin ləğv edilməsi haqda akt tərtib olunmuş və xx.xx.2002-ci il tarixdə müqaviləyə xitam verilmişdir». Bu cavab məktubundan görünür ki, Azərbaycan Dövlət Dəmir Yolu bir tərəfdən göstərir ki, xx.xx.2002-ci il tarixdə rəhbərlik və MMC tərəfindən icarə müqaviləsi bağlanmışdır. Digər tərəfdən isə qeyd edir ki, çayxana heç bir əsası olmadan tikilib və dəmiryolu müəssisənin balansına götürülməmişdir. Ortaya bir sual çıxır ki, onda nə əsasla Azərbaycan Dövlət Dəmir Yolu qeyri-yaşayış sahəsinə, yəni çayxanaya dair sərəncam verir və müqavilələr bağlayır? Bu suala anasının şikayət ərizəsi əsasında araşdırma aparmış Azərbaycan Respublikası Vergilər Nazirliyi 1 Saylı Ərazi Vergilər İdarəsi 23 oktyabr 2002-ci il tarixli cavab məktubu ilə aydınlıq gətirmişdir ki: «Araşdırma zamanı müəyyən olundu ki, Z.Tağıyev stansiyası ərazisində yerləşən çayxana X10 atası X19 şəxsi mülkiyyətində deyil, Azərbaycan Dəmiryol İdarəsinin balansındadır. Azərbaycan Dəmiryol İdarəsi çayxananı işlətmək üçün müqavilə əsasında ünvan 1 ünvanda yaşayan X12 vermişdir. R.R.Talıbov həmin çayxananı işlətmək məqsədi ilə təmir işlərinə başlamışdır. X10 şikayətindən sonra təmir işlərini yarımçıq saxlayaraq müqavilə pozulmuşdur. Hal-hazırda çayxana şikayətçi X10 istifadəsindədir». Göründüyü kimi də, çayxananı 1994-cü ildə Azərbaycan Dövlət Dəmir Yolu icazəsi ilə mərhum babası X22 anasının bufet-çayxana işlətməsi üçün tikdirmişdir. İcazəsi tələb olunan sahə isə dəmiryolu müəssisənin balansındadır. Şikayət ərizəsindən sonra, yenidən çayxananın işləməsi üçün 2002-ci il tarixdən artıq ölkədə baş verən islahatlardan sonra, həmçinin Azərbaycan Dövlət Dəmir Yolunun rəhbərliyi dəyişdirildiyinə görə yenidən X18 onların ünvanına ərizə ünvanlamışdır. Ərizənin mətni bundan ibarətdir: «Yazıb Sizdən xahiş edirəm ki, H.Zeynalabdin Tağıyev stansiyası ərazisində yerləşən çayxananı işlətməyimə icazə verəsiniz. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu çayxananı 1994-cü ildə mənim dəmiryolunda işləməyim ilə əlaqədar atam X22 tikdirib. Atam Az.DDYnun fəxri dəmiryolçusu olub. Müəyyən səbəblər üzündən çayxana işlədilməyib. Halhazırda özüm maddi vəziyyətim ilə əlaqədar olaraq çayxananı işlətmək istəyirəm. İcarə pulunu vaxtı-vaxtında nağd pulla ödəməyə təminat verirəm». 12 avqust 2002-ci il tarixdə Dəmiryolu stansiya rəisi T.Hümbətəliyev çayxananın işlətməsinə etiraz etmədiyinə dair həmin ərizəni imzası ilə təsdiq etmişdir. Anası iş yerinə, yəni çayxanaya yaxın olmasına görə H.Z.Tağıyev d/y stansiyası ərazisində 95 nömrəli fərdi ev almışdır. Orada anası, o və iki azyaşlı bacısı ilə birgə qalmışlar. Bundan sonra anasına 19 avqust 2003-cü il tarixdə 2 saylı ərazi vergilər idarəsində vergi ödəyicisi kimi uçota alınması barədə FŞ ********* nömrəli şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən VÖEN 290105136, əsas fəaliyyət növü ictimai iaşə o cümlədən səyyar qaydada qeyd edilmişdir. Qeyd etmək istəyir ki, o, 10 yaşından həmin çayxananı işlətməsi üçün anasına köməklik etmişdir. X5 və Azərbaycan Dövlət Dəmir Yolu arasında bağlanmış icarə müqaviləsini hal-hazırda onlar təqdim edə bilmirlər, lakin iş üçün digər zəruri sənədlər saxlanmışdır və iddia ərizəsinə əlavə ediləcəkdir. Yuxarıda da qeyd etdiyi kimi, Azərbaycan Dövlət Dəmir Yolu məktubunda qeyd edir ki, çayxana onların balansında deyil, lakin: - 05 iyul 1996-cı il tarixdə Azərbaycan Dəmir Yolların Bakı sanitar müfəttişliyi çayxanaya baxış keçirilməsi ilə bağlı atasının iştirakı ilə akt tərtib etmişlər; - 27 noyabr 2003-cü il tarixli Azərbaycan Dəmir yolu yanğından mühafizə xidmətinin yanğın profilaktikası üzrə anasına təlimat keçirilməsi ilə bağlı təkliflər aktı tərtib edilmişdir; - 29 dekabr 2003-cü il tarixli eyni qurum yol rəhbərliyinin xx.xx.2003-cü il tarixli, 607 saylı göstərişinə əsasən çayxanada əsaslı yanğın texniki müayinəsi aparılması ilə bağlı akt tərtib edilmişdir. Bundan başqa mövcud olan qəbzlərdən də görünür ki, anası 2003-cü il tarixdən 2011-ci il tarixədək "xxxx" QSC-nin bank hesabına icarə haqqı ödəmişdir. Həmçinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən çayxananın elektrik enerjisi ilə təchiz olunması haqqında anası xx.xx.2003-cü il tarixdə "xxxx" MMC-ilə müqavilə bağlamışdır. Eyni zamanda 1994-cü ildən çayxana su və qaz ilə bu günə kimi təchiz edilmişdir. Yuxarıda qeyd olunan hallara əsaslanaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Uşaqlığı və bütün gəncliyi həmin çayxananı işlətməklə keçmişdir. Çayxana ilə gündəlik dolanışıqlarını təmin etmişlər. 2017-ci ilin yanvar ayında AR-sı MN-də işləməyə başlamışdır. Ona görə də, çayxananı anası təkbaşına idarə edirdi. 29 sentyabr 2020-ci il tarixdə o, Müdafiə Nazirliyində işləyən bacısı X9 iştirak etmiş və onlara müharibə veteranı adı verilmişdir. Lakin anası xx.xx.2021ci il tarixdə vəfat etmiş və nəticədə çayxana fəaliyyətini dəyandırmışdır. "xxxx" QSC anasının rəhmətə getməsini fürsət bilib çayxananı 2022-ci ildən qanunsuz tikiliyə daxil etməklə özünə uyğun dəyişikliklər etmişdir. 2023-cü ildə isə o, mütəmadi olaraq evinə döndükdə çayxanaya baxış keçirən zaman müəyyən etmişdir ki, çayxanaya aid heç bir əsər əlamət qalmamışdır. Qonşulardan nələr baş verdiyini soruşduqda ona "xxxx" QSCnin onların obyektini DEPO kimi istifadə edilməsi üçün təmir işlərinə başladığını bildirmişlər. O və ailəsi işləri ilə əlaqədar tikintinin hansı mərhələdə olmasına nəzarət edə bilməmişlər. Buna baxmayaraq dəfələrlə "xxxx" QSC-yə qanunsuz hərəkətlərinin dayandırılması barədə xəbərdarlıq etmişdir. Lakin bu günə kimi artıq heç bir xəbərdarlıq edilmədən ona aid çayxananın hasarları və qapıları dəyişdirilmiş, içəridə ona və ailəsinə məxsus olan əşyaları götürmüşlər. Həmçinin, "xxxx" QSC qanunsuz hərəkəti nəticəsində 2021-ci ildə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsi, yəni dam örtüyü, ümumi giriş hissəsi, hasarı və s. hissəsi sökülmüşdür. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona məxsus iaşə obyektinin bir hissəsinin sökülməsindən sonra onun təmiri ilə bağlı, təmir xərclərinin kompensasiyası üçün, vurulmuş maddi ziyan 30.000 manat müəyyən edilmişdir. Ona aid olan iaşə obyekti cavabdeh tərəfindən qanunsuz şəkildə sökülənədək 1995-ci ildən 2021-ci ilədək icarə müqaviləsi əsasında 25 il müddətinə, ayda 300 manat icarə haqqı ödənilməklə istifadə edilmişdir. Söküntü işlərindən sonra obyektin qeyri-işlək vəziyyətə düşməsi səbəbindən icarə verən, "xxxx" QSC icarə müqaviləsinə tam əsassız şəkildə icarə obyektində dəyişikliklər etmiş, obyektdə onun razılığı olmadan özbaşına təmir və yenidən qurma işləri aparmışdır. Cavabdehin qanunsuz hərəkətlərini nəticəsində 3 ildir ki, çayxanadan gəlir ala bilmirlər. Ona görə də, əldən çıxmış fayda kimi ötən müddət ərzində ala bilmədiyi gəlirin cavabdehdən tutulmasını məqsədəuyğun hesab edir. Qeyd etmək istəyir ki, təqdim etdikləri icarə haqqı qəbzlərindən də görünür ki, icarə haqqı anası tərəfindən ödənilmişdir (məsələn 2003-cü il tarixdə anası cavabdehin bank hesabına 50.000 manat ödəmişdir). Bu isə 15 iyul 1992-ci il tarixli «Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında» Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli, 910 nömrəli Fərmanı ilə minimum aylıq əmək haqqının məbləği artırılaraq, mövcud 27.500 manatdan 2003-cü il sentyabrın 1-dən 45.000 manata, 2004-cü il yanvarın 1-dən isə 60.000 manata çatdırılmışdır. Bu isə o deməkdir ki, qəbzlərdə yer alan icarə haqqı 50.000- 60.000 manat bugünkü gündə 300-350 manatdır. Belə olan halda müəyyən etmək olar ki, orta aylıq gəlirləri 25 il ərzində 1000 manat təşkil edirdi. Cavabdehin isə qanunsuz çayxananaya ziyan vurması nəticəsində o, həmin çayxananı 3 ildir ki, işlədə bilmir. Ona görə də, əldən çıxmış fayda olaraq 20.000 manat tələb edir. Hesab edir ki, məhkəmə tərəfindən qeyd edilən hallar tam, ədalətli və obyektiv araşdırılmalı və cavabdeh "xxxx" QSC-dən ona dəymiş maddi ziyana görə 30.000 manat, əldən çıxmış faydaya görə isə 20.000 manat, eləcə də 300 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmalıdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil izahatında bildirmişdir ki, təmsil etdiyi şəxsin anasının atası Dəmir Yolları QSC-də uzun illər işlədiyi üçün ona ailə vəziyyəti ilə əlaqədar həmin sahə icarəyə verilmiş və ailələri uzun müddət həmin bufetçayxananı işlədərək qazanc əldə etmişlər. Anası ölən günə qədər həmin yerdə işləmiş, anasının vəfatından sonra isə iddiaçının özünün hərbçi olması ilə əlaqədar həmin obyektlə maraqlana bilməmiş, bir müddət sonra isə Dəmir Yolları idarəsi həmin tikilidə olan və onlara məxsus əşyaları oradan çıxarmışlar və özləri depo kimi istifadə etməyə başlamışlar. Bununla da onların icarəyə götürərək istifadə etdikləri əmlakı onlardan əsassız olaraq alınmış, onların əmlakına ziyan dəymiş, çayxananın istifadələrindən çıxması nəticəsində əldə etdikləri gəlirdən məhrum olmuşlar. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddiaya etiraz təqdim edərək göstərmişdir ki, iddianı qəbul etmir və hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd olunmalıdır. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) H.Zeynalabdin adına dəmir yol stansiyasında yerləşən 15 m2-lik qeyri-yaşayış sahəsi (tikili) ADY-nin mühafizə zolağında yerləşir. 10 ildən artıqdır ki, qeyd olunan tikili yararsız vəziyyətdə olduğundan istifadə edilmir. İddiaçı ərizəsində qeyd edir ki, vəfat etmiş anası - X18 ilə ADY arasında icarə müqaviləsi bağlanmışdır, lakin iddiaçı müqaviləni təqdim edə bilmir. Qeyd olunmalıdır ki, yazılanlar həqiqəti əks etdirmir. ADY nə X18, nə onun atası X22, nə də iddiaçının özü ilə heç bir müqavilə bağlamamışdır. Qeyd olunmalıdır ki, iddiaçının ümumiyyətlə ADY-yə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. ADY ilə X18 arasında icarə müqaviləsinin mövcudluğu fərz olunsa belə, icarəyə götürənin ölümü ilə bağlı icarə münasibətlərinə xitam verilir və icarə müqaviləsi üzrə vərəsəlik hüququnun yaranması barədə iddiaçı tərəfindən hər hansı bir sənəd təqdim olunmamışdır. İddiaçı qeyd edir ki, tikilinin hasarı və qapıları dəyişmiş, içəridə ona məxsus əşyalar götürülmüşdür. Qeyd olunmalıdır ki, həmin tikilinin hasarı heç vaxt olmamışdır, iddiaçı və onun ailəsinə məxsus əşyalar da mövcud olmamışdır. Əks halda iddiaçının ADY-yə və ya hüquq mühafizə orqanlarına ən azı bir müraciəti olmuş olardı, lakin belə bir müraciət nə iddiaçıdan, nə də onun ailə üzvlərindən daxil olmamışdır. İddiaçı iddia ərizəsində yazır ki, «mənə məxsus obyekt», sonra qeyd edir ki, «icarə müqaviləsinə uyğun icarə haqqı» və s., lakin maraqlısı odur ki, bununla bağlı tikilinin iddiaçıya məxsus olması barədə nə mülkiyyətini təsdiq edən sənəd, nə də icarə müqaviləsi təqdim olunmamışdır. Təqdim oluna da bilməz, çünki iddiaçının iddiası absurd və uydurmadır. İddiaçı qeyd edir ki, onun anası 2021-ci ilə qədər həmin tikilini işlədib və hər ay icarə haqqı ödəyib, lakin bununla bağlı heç bir ödəniş qəbzini təqdim edə bilməyib. İddiaçının tələbi, yəni vurulmuş maddi ziyanın (30.000 manat) və əldən çıxmış faydanın (20.000 manat) ümumiyyətlə haradan və necə yarandığı aydın deyildir. İddiaçı qeyd edir ki, ona məxsus tikili söküldükdən sonra təmir xərcləri 30.000 manat təşkil etmiş, lakin hansı və nəyin təmirindən söhbət getdiyi naməlumdur. Tikilinin 2019-cu ildə çəkilən fotoşəkli və 2024-cü ildə çəkilən fotoşəkli arasında heç bir fərq yoxdur. 2019-cu ildə də tikili istifadəyə yararsız olub, 2024-cü ildə də eyni vəziyyətdədir. Beləliklə, ADY tərəfindən iddiaçıya heç bir ziyan vurulmayıb, iddiaçının iddiası yalan və böhtanlardan ibarətdir. Yuxarıda qeyd olunanları əsas tutaraq, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «qeyri-yaşayış sahəsinin sökülməsinə görə maddi ziyanın, əldən çıxmış faydanın, icarəyə götürülmüş obyektin təmir və tikintisinə xərclənən vəsaitin tutulması» tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin iddiaçı tərəfindən üzürsüz səbəblərdən ötürüldüyünü bildirmiş və məhkəmədən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasnda dindirilmiş Şahid Cəmaləddin oğlu ifadəsində göstərmişdir ki, mübahisə edilən çayxananın yaxınlığında yaşayır. İsmayılı uşaqlıqdan bəri tanıyır. Bir yerdə böyümüşlər. 1999-cu ildə 6 yaşları olanda məktəbə getmişlər. 7-8 yaşları olanda İsmayılın anası çayxana işlətməyə başlamışdı. Özüdə orada işləmiş və kömək etmişdir. Dərsdən sonra çayxanaya kömək etməyə gedirdi. 2010-cu ildə o, universitetə qəbul olunmuş, İsmayıl isə həqiqi hərbi xidmətə yollanmışdır. 2021-ci ildə İsmayılın anası rəhmətə getmişdir. 2022-ci ilin əvvəlləri çayxana bağlandı. O, işə gedərkən görmüşdür ki, çayxananın içərisində olan avadanlıqlar bayıra atılmışdır. Əməldaşlara yaxınlaşıb soruşanda isə ona bildirildi ki, bu obyekt Azərbaycan Dəmir Yollarına məxsusdur. Elə 2022-ci ilin əvvəlində hadisə ilə bağlı İsmayıla məlumat vermişdir ki, dəmir yolu işçiləri geyimini geyinmiş şəxslər çayxananı bağlamışlar. İsmayıl isə bildirmişdi ki, özü gəlib çayxanaya baxacaq. 2022-ci ilin ortalarında gələndə görmüşdür ki, çayxana tam bağlanıb. Sonradan isə öyrənmişdir ki, İsmayıl məhkəməyə müraciət etmişdir. Həmişə elə bilmişdir ki, çayxana İsmayılın anasına məxsus olmuşdur. Çayxana bağlandıqdan sonra Azərbaycan Dəmir Yolları tərəfindən təmir edilmişdir.X15 işçiləri oradan istifadə edir. İş materialları: 05 sentyabr 1994-cü il tarixli məktubdan görünür ki, H.Z.Tağıyev stansiyasının rəisi Azərbaycan Dəmiryolu İdarəsinin rəisinin müavininə məktubla müraciət edərək, dəmiryolçulara və sərnişinlərə xidmət etmək üçün stansiya ərazisində özləri tikmək şərti ilə eni 5, uzunu 5 metr sahədə bufet-çayxana tikilməsinə icazə verilməsini xahiş etmişdir. 05 sentyabr 1994-cü il tarixli məktubdan görünür ki, Xızı rayonu Yaşma stansiyası ərazisində yerləşən «Azəri M» kiçik müəssisəsinin direktoru M.A.Cəlilov Azərbaycan Dəmir Yolunun Maliyyə Xidmətinin rəisinə müraciət edərək, sərnişinlərə və dəmiryolçulara xidmət etmək məqsədi ilə stansiya ərazisində yerləşən 5-5 ölçüdə istifadə üçün gərəksiz olan və əsaslı təmirə ehtiyacı olan boş sahənin bufet-çayxana üçün həmin müəssisəyə verilməsini xahiş etmiş, icarə pulunun vaxtlı-vaxtında nağd pulla ödənilməsinə təminat verilmişdir. X10 Azərbaycan Dəmir Yolunun Maliyyə Xidmətinin rəisi R.B.Abbasova yazdığı 01 sentyabr 1994-cü il tarixli ərizədən görünür ki, X1 işləməsi, analıq məzuniyyətində olmasını, ərinin heç bir yerdə işləməməsini nəzərə alaraq, atasının köməkliyi ilə eni 5, uzunu 5 metr olan bir sahədə bufet-çayxana tikilməsinə icazə verilməsini xahiş etmişdir. İcarə pulunun vaxtlı-vaxtında nağd pulla ödənilməsinə təminat verilmişdir. 01 yanvar 1995-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarədar qismində Maliyyə xidmətinin rəisi R.B.Abbasov tərəfindən Z.Tağıyev stansiyasında yerləşən 15 m2 yararlı sahəsi olan ərazi bufet kimi istifadə edilməsi üçün 1 m2 sahəyə görə illik 4.000 manat (həmin dövrdə istifadə olunan pul nominalına uyğun) icarə haqqı ödənilməklə bir il müddətinə icarəçi «Azəri» kiçik müəssisəsinə icarəyə verilmişdir. xx.xx.1996-cı il tarixli Sanitar müayinə aktından müəyyən edilir ki, Azərbaycan Dəmir yolları Bakı sanitar müfəttişliyinin nümayəndələri və çayxananın müdiri Ə.Şahbazovun iştirakı ilə H.Z.Tağıyev stansiyasında yerləşən bufet-çayxanaya baxış keçirilməklə müfəttişliyin qərarına əsasən çayxananın fəaliyyətinin dayandırılması qərara alınmış və çayxananın qapısı SES tərəfindən plomblanmışdır. Təkliflər adlı sənəddən müəyyən edilir ki, Zeynalabdin Tağıyev stansiyası özəl çayxananın müdirəsi Ağayeva Xatirənin iştirakı ilə Mühafizə Xidmətinin yanğın profilaktikası üzrə təlimatçısı Mədəd Kazımov çayxanada xx.xx.2004-cü il tarixdə əsaslı müayinə aparmışdır.Müayinə əsasında yanğın təhlükəsizliyi ilə əlaqədar bir sıra təkliflər qeyd edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, X18 tərəfindən sadələşdirilmiş vergi təyinatı ilə xx.xx.2003-cü il tarixdə 14.000 AZM, xx.xx.2003-cü il tarixdə 7.000 AZM, xx.xx.2004-cü il tarixdə 14.000 AZM, xx.xx.2004-cü il tarixdə 7.000 AZM, xx.xx.2004-cü il tarixdə 50.000 AZM, xx.xx.2005-ci il tarixdə 50.000 AZM, xx.xx.2011-ci il tarixdə isə ADY QSC Dəmiryol və Tex.Tam Tikinti departamentinin hesabına icarə haqqı təyinatı ilə 15 manat (AZN) ödəniş edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 1 saylı Ərazi Vergilər İdarəsinin 23 oktyabr 2002-ci il tarixli 14/01-26/09 saylı məktubundan görünür ki, X10 xx.xx.2002-ci il tarixli 26/1322 saylı ərizəsi yerində araşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Z.Tağıyev stansiyası ərazisində yerləşən çayxana X10 atası X19 şəxsi mülkiyyətində deyil, Azərbaycan Dəmiryol İdarəsinin balansındadır. Azərbaycan Dəmiryol İdarəsi çayxananı işlətmək üçün müqavilə əsasında ünvan 1 ünvanda yaşayan X11 verilmişdir. R.R.Talıbov həmin çayxananı işlətmək məqsədi ilə təmir işlərinə başlamışdır. X10 şikayətindən sonra təmir işlərini yarımçıq saxlayaraq müqavilə pozulmuşdur. Halhazırda çayxana şikayətçi X10 istifadəsindədir. Məlumat üçün bildirilmişdir ki, araşdırma X.P.Ağayevanın iştirakı ilə aparılmışdır. Azərbaycan Respublikası Dövlət Dəmiryolunun xx.xx.2002-ci il tarixli məktubundan görünür ki, X10 xx.xx.2002-ci il tarixli ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət X7 adına dəmiryolu stansiyası ərazisində yerləşən 50 m2 sahəsi olan çayxana "xxxx" MMM rəhbərliyi ilə Dəmiryolu stansiya rəisi T.Hümbətəliyevin razılıq dərkənarı və çayxananın sxemi əsasında xx.xx.2002-ci il tarixdən icarə müqaviləsi bağlanmışdır. Çayxana dəmiryolu stansiyası ərazisində heç bir əsası olmadan tikilmiş və dəmiryolu müəssisəsinin balansına götürülməmişdir. Bunları əsas tutaraq dəmir yolu stansiyasının "xxxx" MMM və "xxxx" X6 X8 Müəssisəsinin işçilərinin iştirakı ilə həmin müqavilənin ləğv edilməsi haqda akt tərtib olunmuş, xx.xx.2002-ci il tarixdə müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi 95A ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında X3 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində 8 saylı reyestr kitabının 58 saylı vərəqində qeydiyyata alınmışdır. X10 Azərbaycan Dəmir Yolu İdarəsinin NQÇ-nin rəisi Ç.Məmmədova yazdığı 12 avqust 2002-ci il tarixli ərizədən görünür ki, X18 H.Zeynalabdin stansiyası ərazisində yerləşən çayxananı işlətməyə icazə verilməsini xahiş etmişdir. İcarə pulunun vaxtlıvaxtında nağd pulla ödənilməsinə təminat verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, həmin çayxananı 1994-cü ildə atası X22 inşa etmişdir. Atası Azərbaycan Dövlət Dəmir Yolunun fəxri dəmiryolçusu olmuşdur. Müəyyən səbəblərdən çayxana işlədilməyib. Hal-hazırda özü dolanışığı ilə əlaqədar olaraq çayxananı işlətmək istəyir. Ərizəyə dərkənardan görünür ki, stansiya ərazisində olan çayxananın X18 tərəfindən təyinatı üzrə işlədilməsinə etiraz edilməmişdir. X17 Su Cəmiyyəti SÖCİT və SSM su satışı üçün mədaxil qəbzlərindən görünür ki, Ağayeva Xatirə tərəfindən st.Tağıyev ünvanı üçün xx.xx.2002,xx.xx.2002, xx.xx.2003 -cü il tarixlərdə ödənişlər edilmişdir. xx.xx.2004-cü il tarixdə bağlanmış müqaviləyə əsasən təchizatçı "xxxx" MMC istehlakçı H.Z.Tağıyev qəsəbəsi, stansiya ərazisində yerləşən çayxananı elektrik enerjisi ilə təmin etməyi üzərinə götürmüşdür.İstehlakçı qismində müqaviləni X18 imzalamışdır. Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC VÖEN 150091693- AXU №338576 kassa mədaxil orderinin qəbzindən görünür ki, Ağayeva Xatirə xx.xx.2004-cü il tarixdə Z.Tağıyev çayxanada enerji sərfi üçün 50.000 manat ödəniş etmişdir. xx.xx.2004-cü il tarixli H.Z.Tağıyev qəsəbəsində yerləşən ictimai iaşə obyektinə 000668320№li hesab ödəniş vərəqinə əsasən yanvar ayı istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün vergi-hesab fakturası tərtib edilmişdir. 2 saylı ərazi vergilər idarəsinin vergi ödəyicisinin uçota alınması haqqında FŞ309007129 nömrəli şəhadətnamə adlı sənəddən görünür ki, X18 xx.xx.2003-cü il tarixdə H.Z.Tağıyev D/Y stansiyası ev 95A ünvanında fəaliyyət növü ictimai iaşə, o cümlədən səyyarı qaydada olmaqla qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 Saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi müəyyən edilmiş və ona miras əmlakdan tam pay müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2022-ci il tarixli 35 saylı arayışına əsasən təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə 1617.18(bir min altı yüz on yeddi manat on səkkiz qəpik) kompensasiya məbləğindən ibarətdir. N nömrəli hərbi hissə komandirinin Sumqayıt Regional Asan Xidmətinin notariat ofisinə ünvanladığı məktubda göstərilmişdir ki, X18 xx.xx.2014-cü il tarixdən N nömrəli hərbi hissədə mülki işçi kimi mühasib vəzifəsində işləyib və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən mərhum X10 orta aylıq əmək haqqının üç misli miqdarında 1617,18 manat pul müavinəti hesablanmışdır. Hesablanmış pul müavinəti N nömrəli hərbi hissə tərəfindən nağd şəkildə vərəsəliklə təyin olunmuş şəxsə ödəniləcək. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X19 əmək və digər fəaliyyəti barədə heç bir məlumat aşkarlanmamış, fəxri dəmiryolçular siyahısında da adı qeyd olunmamışdır. "xxxx" MMC tərəfindən tərtib olunmuş 14 yanvar 2025-ci il tarixli QY 01-011/25 saylı hesabatdan görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin yekun bazar dəyəri 28.300 manat təşkil edir. 10 mart 2024-cü il tarixdə verilmiş M/V seriyalı 143375 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 09 yanvar 2025-ci il tarixli 3-21-2-9/2-4103/2025 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin vergi ödənişi barədə məlumat verilməsi haqqında xx.xx.2024-cü il tarixli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, X10 (VÖEN: 2********) şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2003-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 36,0 manat vergi ödənişi olmuşdur. Əlavə olaraq bildirilmişdir ki, Xəzinədarlıq orqanlarından daxil olmuş ödəniş sənədlərinin saxlanma müddəti 5 il olduğu üçün ödəniş sənədlərinin təqdim edilməsi mümkün olmamışdır. Təqdim edilmiş xx.xx.2019-cu il tarixli fotoşəkildən dəmiryol stansiyasının yaxınlığında yararsız vəziyyətdə olan tikili aydın olur. Təqdim edilmiş elektron daşıyıcıda (yaddaş kartında) olan videogörüntüdə həmin tikilinin içərisinin vəziyyəti lentə alınmışdır.Tikilinin daxilində əhəmiyyətli hər hansı əmlak görünmür. Təqdim edilmiş fotoşəkillərdən mübahisəli tikiliyə aid olması güman edilən sahənin içərisində bəzi əşyalar (masa, oturacaqlar, divarda xalçalar) olması aydın olur.Fotoşəkillərin hansı tarixə aid olması müəyyən edilmir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə dəymiş maddi ziyana dair akt (siyahı) təqdim etmişdir və həmin aktda qeyd olunmuşdur ki, iş üzrə maddi ziyanın hansı hissədə dəymiş olduğunu, yəni iddiaçıya məxsus iaşə obyektinin bir hissəsini sökülməsindən sonra onun təmiri ilə bağlı, təmir xərclərinin kompensasiyası üçün və eyni zamanda iş materiallarına əlavə edilmiş noyabr ayının 2023-cü il tarixinə aid foto və video materiallarından tədqiq edilmiş əşyaların siyahısının tərtib edilməsi zərurəti yaranmışdır. Siyahıda göstərilən əşyalar cavabdeh tərəfindən iddiaçıya məlumat verilmədən atılıb və məhv edilmişdir. İddiaçı hərbçi olduğundan siyahıda qeyd edilən əşyaların yarısının obyektdə olmamasını 2023-cü il tarixdə aşkar etmişdir. Ondan sonra fotoşəkillər çəkmişdir. Bir il ərzində isə cavabdeh qanunsuz olaraq digər əşyaları çıxartmış, razılıq olmadan özbaşına təmir və yenidənqurma işləri aparmışdır. Eyni zamanda obyektdə mühafizə təyin edilmişdir. Məlumat üçün bildirir ki, iddiaçıya aid olan iaşə obyekti cavabdeh tərəfindən qanunsuz şəkildə sökülənədək 1995-ci ildən 2021-ci ilədək icarə müqaviləsi əsasında 25 il müddətinə, ayda 300 manat icarə haqqı ödənilməklə istifadə edilirdi. Söküntü işlərindən sonra obyektin qeyri-işlək vəziyyətə düşməsi səbəbindən icarə verən, "xxxx" QSC icarə müqaviləsinə tam əsassız şəkildə icarə obyektində dəyişikliklər etmiş, obyektdə razılıq olmadan özbaşına təmir və yenidənqurma işləri apramışdır. Cavabdehin qanunsuz hərəkətlərini nəticəsində iddiaçıgil 3 ildir ki, çayxanadan gəlir ala bilməmişlər. Ona görə də, iddiaçı əldən çıxmış fayda kimi ötən müddət ərzində ala bilmədiyi gəlirin cavabdehdən tutulmasını tələb edir. Təqdim olunmuş icarə haqqı qəbzlərdən də görünür ki, icarə haqqı iddiaçının anası tərəfindən ödənilmişdir (məsələn 2003-cü il tarixdə anası cavabdehin bank hesabına 50.000 manat ödəmişdir). Bu isə 15 iyul 1992-ci il tarixli «Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında» Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli, 910 nömrəli Fərmanı ilə minimum aylıq əmək haqqının məbləği artırılaraq, mövcud 27.500 manatdan 2003-cü il sentyabrın 1-dən 45.000 manata, 2004-cü il yanvarın 1-dən isə 60.000 manata çatdırılmışdır. Bu isə o deməkdir ki, qəbzlərdə yer alan icarə haqqı 50.000-60.000 min manat bu günkü gündə 300-350 manatdır. Belə olan halda müəyyən etmək olar ki, iddiaçıgilin orta aylıq gəliri 25 il ərzində 1.000 manat təşkil edirdi. Cavabdehin isə qanunsuz olaraq çayxanaya ziyan vurması nəticəsində iddiaçı həmin çayxananı 3 ildir ki, işlədə bilməyəmiş və ya digər şəxslərə icarəyə verməmişdir. Ona görə də, iddiaçı əldən çıxmış fayda olaraq 20.000 manat tələb edir. İddiaçı hesab edir ki, məhkəmə tərəfindən qeyd edilən hallar tam, ədalətli və obyektiv araşdırmalı və cavabdeh "xxxx" QSC-dən iddiaçıya dəymiş maddi ziyana görə 30.000 manat, əldən çıxmış faydaya görə isə 20.000 manat tutulması barədə qətnamə çıxarılmalıdır. İddiaçı hesab edir ki, adları və sayları sadalanan əşyaların dəyərləri aşağıdakı kimidir: 1) 5 masa və 10 uzun oturacaq dəsti (sıra), 15 ədəd, 3.000 manat; 2) Mətbəx mebeli, 3 ədəd, 2.000 manat; 3) Xalça və örtüklər, 5 ədəd, 1.000 manat; 4) Soyuducu, 1 ədəd, 1.000 manat; 5) Qaz plitəsi, 1 ədəd, 500 manat; 6) Kombi (pyatiminutka isti su), 1 ədəd, 500 manat; 7) Moyka, 1 ədəd, 1.000 manat; 8) Vitrin, 1 ədəd, 1.000 manat; 9) Unitaz (moydadır), 1 ədəd, 500 manat; 10) Çaydan dəsti, 20 ədəd, 1.000 manat; 11) Kiçik hamam əşyaları, dəsmallar, 5 ədəd, 500 manat; 12) Mətbəx əşyaları (metal çörək dolabı, su qabı, qazan dəsti, külqabı və s.), 50 ədəd, 3.000 manat; 13) Hasar, 3.000 manat; 14) Sökülmüş divarlar, arakəsmələr, 10.000 manat; 15) Elektrik xətləri, 2.000 manat. Cəmi 30.000 manat. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qüvvədən düşmüş Mülki Məcəllənin: 153-cü maddəsinə əsasən tərəflər müqaviləni müəyyən formada bağlamağı şərtləşiblərsə, qanun üzrə həmin müqavilə növü üçün bu forma tələb edilməsə də, müqavilə, bu formada tərtib edildikdən sonra bağlanmış hesab olunur.Qanuna və ya tərəflərin razılığına əsasən müqavilə yazılı formada bağlanmalıdırsa, o həm tərəflərin imzaladığı sənədin tərtib edilməsi yolu ilə, həm də göndərən tərəfin imzaladığı məktub, teleqram, telefonoqram və sairənin mübadiləsi yolu ilə bağlana bilər.Qanunda nəzərdə tutulan hallarda müqavilə, sifarişi və ya naryadı icra üçün qəbul etmək yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 704.1-cü maddəsinə əsasən əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır.Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur:- törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir;- əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir;- törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır;- zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçının dəlilləri mərhum anası və cavabdeh arasında cavabdehin balansında olan çayxana-bufetin anasına icarəyə verilməsindən irəli gələn icarə münasibətlərinin mövcudluğu, iddiaçının mərhum anasının vergi ödəyicisi kimi qeydiyyata alınaraq həmin çayxana-bufetdə sahibkarlıq fəaliyyəti göstərməsi, sonradan isə cavabdeh tərəfindən həmin tikilinin əsassız olaraq ələ keçirilməsi nəticəsində ona maddi ziyan dəyməsindən ibarətdir.İş üzrə toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçının mərhum X5nın cavabdehə məxsus dəmiryol stansiyasının ərazisində yerləşən tikili-sahəni ictimai iaşə obyekti kimi istifadəyə götürməsi istisna edilmir. Belə ki, dəqiq forma və məzmun baxımından qəbul edilmiş qaydaya uyğun olaraq tərəflər arasında kağız daşıyıcıda tərtib edilmiş müqavilə özü faktiki mövcud olmasa da, iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş məktublara və həmin məktublara edilmiş dərkənarlara, habelə işin faktiki hallarına, ödənilmiş kommunal xidmət haqlarına, dindirilmiş şahid ifadəsinə əsasən tərəflər arasında yaranan münasibətləri qiymətləndirmək çətinlik yaratmır.Görünən odur ki, mərhum Xatirə Ağayeva hələ 1995-ci ildən cavabdehin həmin dövrdə müvafiq səlahiyyətli idarəsinin rəhbərliyinin razılığı ilə Tağıyev stansiyasında olan tikilidə ictimai iaşə fəaliyyəti göstərməyə başlamışdır. Xatirə Ağayeva həmin ictimai iaşə obyekti üzrə su və elektrik enerjisi sərfiyyatına görə müəyyən illərdə ödənişlər də etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş müvafiq kommunal xidmət ödənişlərinin qəbzlərinə görə bu hal öz təsdiqini tapır.Lakin məhz elə həmin kommunal xidmət haqlarının ödənilməsini təsdiq edən qəbzlərin sonuncusunun tarixini (Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC VÖEN 150091693- AXU №338576 kassa mədaxil orderinin qəbzi xx.xx.2004-cü il; X17 Su Cəmiyyəti SÖCİT və SSM su satışı üçün mədaxil qəbzi xx.xx.2003-cü il) nəzərə almaqla tərəflər arasında münasibətlərin hansı tarixədək davam etməsi ciddi sual doğurur. İddiaçının X10 vergi ödəyicisi kimi qeydiyyata alınaraq sahibkarlıq fəaliyyəti göstərməsini əsas gətirərək məhz həmin çayxana-bufetdə fəaliyyət göstərməsini əsaslandırması əsaslı hesab edilə bilməz. Belə ki, vergi orqanında aparılmış araşdırma nəticəsində Xatirə Ağayevanın xx.xx.2003-cü il tarixdən xx.xx.2025-ci il tarixədək cəmi 36 manat vergi ödənişi etməsinə dair hal müəyyən edilmişdir. Bu hal isə tam şəkildə onu deməyə əsas verir ki, Xatirə Ağayeva heç də həmin çayxana-bufetdə sahibkarlıq fəaliyyətini davam etdirməmişdir. Təxminən 20 ildən artıq müddətdə vergi ödəyicisinin cəmi 36 manat vergi ödənişi etməsi artıq həmin şəxsin sahibkarlıq fəaliyyətinə qiymət verilməsinə kifayətdir. Məhkəmə iddiaçının bu dəlilini X.Ağayeva və iş üzrə cavabdeh arasında icarə münasibətlərinin davamlı olmasına dəlalət edən əsas kimi qəbul etmir. İddiaçı tərəfindən istinad edilən digər dəlilləri isə məhz X.Ağayeva və cavabdeh arasında icarə münasibətlərinin davamlılığından irəli gəldiyindən məhkəmə X.Ağayeva və cavabdeh arasında X.Ağayeva vəfat edən günə qədər icarə münasibətlərinin mövcud olmadığını müəyyən etdiyindən qəbul etmir. Belə ki, obyektiv həqiqət naminə onu da qeyd etmək lazımdır ki, məhz elə iddiaçının özünün təqdim etdiyi N nömrəli hərbi hissə komandirinin müvafiq notariat orqanına ünvanlanmış məktubunda qeyd edilir ki, X18 xx.xx.2014-cü il tarixdən vəfat etdiyi günədək həmin hərbi hissədə mülki işçi kimi mühasib işləyib. Bütün bunlar onu deməyə əsas verib ki, təxmini 1995-ci ildən Xatirə Ağayeva hazırki iş üzrə cavabdehin balansında olan ərazidə yerləşən çayxanada sahibkarlıq fəaliyyəti həyata keçirməyə başlamışdır və şəxsin müəyyən illər ərzində orda sahibkarlıq fəaliyyəti göstərməsi inkar edilmir. Lakin müəyyən dövrdən sonra tərəflərin bu münasibətlərinin davam etməsinə əsas verən heç bir faktiki və rəsmi əsas yoxdur. Hər nə qədər də iddiaçı anasının ölümünə qədər orada çayxana-bufet xidməti göstərilməsini iddia etsə də, iş üzrə dindirilmiş şahid bu halları təsdiq etsə də, işin araşdırılmış halları ilə bu hal nəinki təsdiqini tapmamış,əskinə elə iddiaçının özünün anasının hərbi hissədə mühasib işləməsinə dair təqdim etdiyi sənədlə təkzib olunmuşdur. İddiaçının iddia tələbi dəymiş maddi ziyana görə 30000 manat, əldə çıxmış fayda görə isə 20000 manat pulun tutulmasından ibarət olmaqla, iddiaçı bu tələblərini qiymətləndirmə şirkətinin təqdim etdiyi əmlakın qiymətləndirilməsi haqqında hesabatla, özünün də tərtib etdiyi dəymiş maddi ziyan aktında əmlakın sökülməsi, onlara məxsus əşyaların cavabdeh tərəfindən məhv edilməsi ilə, habelə həmin dövrdə ödənilmiş icarə haqqı nəzərə alınmaqla, son üç ildə həmin çayxanadan gəlir götürə bilməmələrinə görə əldən çıxmış fayda ilə əsaslandırmış, şahid ifadəsində həmin yerdə çayxana-bufet xidməti ilə əlaqədar iddiaçının ailəsinə məxsus avadanlıqların olmasını göstərmişdir. İddiaçının təqdim etdiyi qiymətləndirmə hesabatına əsasən həmin tikilinin orta bazar qiyməti dəyərləndirilmiş və iddiaçı hesab edir ki, həmin tikili onun mərhum anası və ailəsi tərəfindən inşa edildiyindən həmin dəyər cavabdehdən tutulmalıdır.Habelə iddiaçının həmin çayxanadan faydalana bilməməsi nəticəsində dəymiş zərər anasının ölümündən sonrakı üç il üçün hesablanmaqla 20000 manat dəyərləndirilmişdir. İddiaçının qeyd edilən dəlilləri işin faktiki halları ilə uzlaşmadığından və mötəbər sübutlarla təsdiq edilmədiyindən, cavabdehin əməllərində iddiaçıya və onun anasına zərər dəyməsi ilə nəticələnən təqsirli hərəkətlər müəyyən edilmədiyindən iddia tələbi tamamilə əsassızdır.Belə ki, həmin tikilinin iddiaçının anası tərəfindən tikilməklə hansı məbləğdə vəsait xərclənməsinə, habelə tikilinin sonrakı illərdə təmir edilməsinə vəsait sərf olunmasına dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Xatirə Ağayevanın vəfat etdiyi məqamadək və ya ondan daha qısa bir müddət əvvəldə hazırki iş üzrə cavabdehlə faktiki müqavilə münasibətlərində olması müəyyən edilmədiyindən və ona hər hansı maddi ziyan dəyməsi faktı öz təsdiqini tapmadığından hazırki iş üzrə iddiaçının da belə bir tələb irəli sürməsinə subyektiv hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi özlüyündə əsassız olduğundan və sübuta yetmədiyindən cavabdeh tərəfindən təqdim edilmiş iddia tələbi üzə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirilməsinə zərurət yoxdur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə (İnfrastruktur Departamentinə) qarşı «qeyri-yaşayış sahəsinin sökülməsinə görə maddi ziyanın, əldən çıxmış faydanın, icarəyə götürülmüş obyektin təmir və tikintisinə xərclənən vəsaitin tutulması» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə (İnfrastruktur Departamentinə) qarşı «qeyri-yaşayış sahəsinin sökülməsinə görə maddi ziyanın, əldən çıxmış faydanın, icarəyə götürülmüş obyektin təmir və tikintisinə xərclənən vəsaitin tutulması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-447/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-447/2025
14.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver