Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-451/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" KB QSC Cavabdeh qarşı 29 aprel 2014- cü il tarixli 141/14/460/14 saylı kredit müqaviləsi üzrə 34933.95 manat məbləğində əsas borc, 3285.60 manat məbləğində faiz borcu, ümumilikdə isə 38219.55 manat pulun, 204.66 (iki yüz dörd manat, 66 qəpik) manat dövlət rüsümunun və 45 (qırx beş) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 249.66 (iki yüz qırx doqquz manat, 66 qəpik) manat pulun Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına, tutmanın Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 160 saylı mənzilə yönəldilməsinə və həmin mənzilin açıq hərracdan satılması və satıldıqdan sonra boşaldılmasına; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 29 aprel 2014- cü il tarixli 141/14/460/14 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh illik 12.5 (on iki tam onda beş) faiz ödənilməsi şərti ilə 120 (yüz iyirmi) ay müddətinə 63000 (altmış üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanında yerləşən 160 saylı mənzil 29 aprel 2014-cü il tarixli 141/14/460/14 saylı alqısatqı və ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış; seriya RX № 0387156, 1732 № reyestr kitabında, 159169 № vərəqdə, reyestr nömrəsi: **********86-05301-093226, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014-cü il). Lakin, cavabdeh öz üzərlərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 34933.95 (otuz dörd min doqquz yüz otuz üç manat, 95 qəpik) manat məbləğində əsas borc, 3285.60 (üç min iki yüz səksən beş manat, 60 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 38219.55 (otuz səkkiz min iki yüz on doqquz manat, əlli beş qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin, bundan sonra da kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür. 29 aprel 2014-cü il tarixli 141/14/460/14 saylı alqı-satqı və ipoteka müqaviləsinin 1.8-ci bəndinə əsasən “X6” MMC tərəfindən tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına müvafiq olaraq ipoteka predmetinin dəyəri 90000 (doxsan min) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən, 29 aprel 2014-cü il tarixli 141/14/460/14 saylı kredit müqaviləsi üzrə 34933.95 (otuz dörd min doqquz yüz otuz üç manat, 95 qəpik) manat məbləğində əsas borc, 3285.60 (üç min iki yüz səksən beş manat, 60 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 38219.55 (otuz səkkiz min iki yüz on doqquz manat, 55 qəpik) manat məbləğində pulun, 204.66 (iki yüz dörd manat, 66 qəpik) manat dövlət rüsümunun və 45 (qırx beş) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 249.66 (iki yüz qırx doqquz manat, 66 qəpik) manat pulun Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına, tutmanın Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 160 saylı mənzilə yönəldilməsinə və həmin mənzilin açıq hərracdan satılması və satıldıqdan sonra boşaldılmasına; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 aprel 2014-cü il tarixli, 141/14/460/14 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən QSC "xxxx" KB ünvan 1, mənzil 160 ünvanında yerləşən mənzilin alınması məqsədilə 120 (yüz iyirmi) ay müddətinə illik 12.5 (on iki tam onda beş) % ödəmək şərtilə borcalan Cavabdeh 63.000 (altmış üç min) manat məbləğində kredit vermiş, borcalan Cavabdeh bu müqaviləyə əsasən krediti qəbul etməyi və həmin kreditə görə hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29 aprel 2014-cü il tarixli, 141/14/460/14 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X2 özünə məxsus 1 otaqlı ümumi sahəsi 62.03 kv.m, o cümlədən yaşayış sahəsi 22.0 kv.m, ünvan 1 ünvanında yerləşən 160 nömrəli mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verməyi, alıcı-ipoteka qoyan isə satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla, borcalanla və kreditor-ipoteka saxlayan arasında bağlanmış 29 aprel 2014cü il tarixli, 141/14/460/14№-li kredit müqaviləsi üzrə yaranmış borcalanın öhdəliklərinin və öz öhdəliyinin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanan 17 dekabr 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdeh K.Natiqə borcunu ödəməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, 0387156№-li Çıxarışdan görünür ki, Cavabdeh məxsus ünvan 1, mənzil 160 QSC "xxxx" KB-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 1732 nömrəli reyestr kitabının 159169 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanan 09 sentyabr 2022-ci il tarixli “kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair” bildirişdən görünür ki, cavabdeh K.Natiq borcunun olması, eyni zamanda ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli “kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair” bildirişin qeydiyyata alınması barədə ərizədən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə olan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. İş materiallarında olan LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilən 08 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixinə yaranmış tələb:müqavilə üzrə əsas borc 34933.95 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 3285.60 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 38.219,55 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 10/208№-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 160 saylı mənzilin likvid dəyərinin təqribən 116.000 manat məbləğində olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli, 9/259№-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 29 aprel 2014-cü il tarixdə bağlanmış 141/14/460/14 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı LPO "xxxx" KB QSC-yə olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: xx.xx.2022-ci il (maliyyə arayışı tarixinə) borcu 38.231,78 manat. əsas borc üzrə- 34.969,83 manat, faiz borcu üzrə-3.261,95 manat. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. Mülki işin materiallarında olan mədaxil qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 204,66 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, bildirişlərin qeydə alınması ilə əlaqədar olaraq 45 (qırx beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - Cavabdeh üzərinə düşür. Lakin, mülki işdə cavabdehin öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası MM-nin 385, 425, 427, 439, 442, 443, 445, 448, 462-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə «əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi». Həmin Qanununun 33-cü maddəsinə «əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər». “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərlərinə düşən öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı LPO "xxxx" KB QSC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Məhkəmə iddia tələbinin “29 aprel 2014-cü il tarixli 141/14/460/14 saylı kredit müqaviləsi üzrə 34.933,95 manat məbləğində əsas borc, 3285.60 manat məbləğində faiz borcu, ümumilikdə isə 38219.55 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan hesabdan çıxarış və xx.xx.2023-cü il tarixli ekspert rəyi əsasında müəyyən edilir ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən də iddiaçının iddia tələbi əsas və faiz borcuna münasibətdə haqlı olmuşdur və məhkəmənin qənaətinə görə, iddia əsas və faiz borca münasibətdə təmin edilməlidir. Bundan əlavə, iş materiallarından göründüyü kimi ekspert rəyində Cavabdeh banka 34.969,83 manat əsas borcu, 3261,95 manat faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində 34.933,95 manat əsas borc və 3285,60 manat faiz borcu tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, Cavabdeh iddia ərizəsində göstərilən məbləğdə, yəni 34.933,95 manat əsas borc və 3.285,60 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən, iddia tələbi “29 aprel 2014-cü il tarixli 141/14/460/14 saylı kredit müqaviləsi üzrə 34.933,95 (otuz dörd min doqquz yüz otuz üç manat, doxsan beş qəpik) manat məbləğində əsas borc, 3.285,60 (üç min iki yüz səksən beş manat, altmış qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 38.219,55 (otuz səkkiz min iki yüz on doqquz manat, əlli beş qəpik) manat məbləğində pulun” hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 160 saylı mənzilə yönəldilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, tələb ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 160 saylı mənzilə yönəldilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Belə Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Məhkəmə iddia tələbinin “həmin mənzilin açıq hərracdan satılması və satıldıqdan sonra boşaldılmasına, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, ipoteka predmeti olan mənzil açıq hərracdan satılmalı, satışdan əldə edilən vəsait iddiaçıya ödənilməli və satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılmalıdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə görə, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Beləliklə, işin faktiki hallarında göründüyü kimi iddiaçının tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına iddia tələbinin ödənilməsinə dair tələbi əsaslı oldluğuna görə təmin edilməlidir. İddia tələbinin “mənzilin satıldıqdan sonra boşaldılması” tələbi ilə bağlı məhkəmə qeyd edir ki: Azərbaycan Respublikası “İpoteka haqqında Qanunun” 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: həmin Qanunun 59.3.1. yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2-cü maddəsinə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından göründüyü kimi, cavabdehlər Qanunun həmin tələblərinə riayət etməklə iddiaçıya notariat qaydada təsdiq edilmiş ərizələr vermişlər. Lakin, məhkəmə belə hesab edir ki, iddiaçının həmin tələbi təmin edilə bilməz. Belə ki, Qanunun tələblərindən göründüyü kimi, mülkiyyətlə bağlı yeni mülkiyyətiçinin tələb etmə hüququ (mənzilin boşaldılması, istifadə hüququna xitam verilməsi və s.) mənzil satıldıqda əmələ gəlir. Nə qədər ki, mənzil satılmayıb, iddiaçı bu tələblə məhkəmədə çıxış edə bilməz. Odur ki, iddiaçının həmin tələbi rədd edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin Cavabdeh tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 29 aprel 2014-cü il tarixli 141/14/460/14 saylı kredit müqaviləsi üzrə 34933.95 (otuz dörd min doqquz yüz otuz üç manat, doxsan beş qəpik) manat məbləğində əsas borc, 3285.60 (üç min iki yüz səksən beş manat, altmış qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 38219.55 (otuz səkkiz min iki yüz on doqquz manat, əlli beş qəpik) manat məbləğində pul Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmalı; Tutma Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 160 saylı mənzilə yönəldilməli və həmin mənzil açıq hərracdan satılmalı, satıldıqdan sonra boşaldılmalı; Satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməli və satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “ekspertiza tədqiqatının dəyəri olan 200 manat və dövlət rüsumu kimi ödənilmiş 204,66 manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 45 manat məbləğində pulun iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilən 204,66 manat məbləğində dövlət rüsumu, həmçinin ipotekanın qeydə alınması üçün ödənilmiş 45 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilməli, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğ Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 29 aprel 2014-cü il tarixli 141/14/460/14 saylı kredit müqaviləsi üzrə 34933.95 (otuz dörd min doqquz yüz otuz üç manat, doxsan beş qəpik) manat məbləğində əsas borc, 3285.60 (üç min iki yüz səksən beş manat, altmış qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 38219.55 (otuz səkkiz min iki yüz on doqquz manat, əlli beş qəpik) manat məbləğində pul, 204.66 (iki yüz dörd manat, altmış altı qəpik) manat dövlət rüsumu və 45 (qırx beş) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 249.66 (iki yüz qırx doqquz manat, altmış altı qəpik) manat pul Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 160 saylı mənzilə yönəldilsin və həmin mənzil açıq hərracdan satılsın. Satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin və satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğ Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-451/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-451/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver