Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4526/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2021ci il tarixində 01/2784 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X3 Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2012-ci il tarixli, 047697 saylı akt əsasında 230,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 281,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 58,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 77,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 399,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 60,40 manat, xx.xx.2017ci il tarixli, ******* saylı akt əsasında 137 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 147,80 manat; xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 514,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 772,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 153,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 234,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 278,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 85,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 501,12 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, cəmi 12091,52 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 12002,42 manat məbləğində zərərin və 126,01 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 12.128,43 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 12002,42 manat məbləğində zərərin və 126,01 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 12.128,43 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 01/2784 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 kub metr üçün 0,1 manat məbləğində, xx.xx.2019-cü ildən təbii qazın pərakəndə satışı illik istehlak həcminin 2200 kubmetrdən çox olan hissəsi üçün 0,20 manat məbləğində müəyyən edilir. İş materiallarında olan **********30000 saylı abonentin saldosundan görünür ki, cavabdehin 12002,42 manat borcu yaranmışdır. Əsaslandırıcı hissə: Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh yaşadığı mənzilində təbii qazdan qeyri-qanuni istifadə etmiş və nəticədə iddiaçı cavabdehdən 12002,42 manat borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı 2012-2022-ci il tarixlərində tərtib edilmiş aktlar üzrə 12002,42 manat borcun hansı qaydada və nəyə əsasən hesablandığını sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, həmin borcun 1080 manat (36 x 30 =1080) hissəsi 3 (üç) il üzrə orta sərfiyyat kimi cavabdehin istehlak etdiyi qaza görə hesablanmış borc olduğuna görə iddia həmin hissədə təmin edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmaqla, Cavabdeh 1080 (bir min səksən) manat borc və 15 (on beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1095 (bir min doxsan beş) manat məbləğində pul alınaraq İddiaçı İB-yə ödənilməli, ödənilmiş 126,01 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 111,01 (bir yüz on bir manat, bir qəpik) manatı isə iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Nəticə hissəsi Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1080 (bir min səksən) manat borc və 15 (on beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1095 (bir min doxsan beş) manat məbləğində pul alınaraq İddiaçı İB-yə ödənilsin. Ödənilmiş 126,01 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 111,01 (bir yüz on bir manat, bir qəpik) manatı isə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-4526/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4526/2022
28.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver