Məhkəmə qərarları › İş №e-2(006)-4559/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4559/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4559/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi ilə İddiaçı AAA-nin cavabdeh BBB qızına qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AAA- cavabdeh BBB qızına qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AAA-nin “Yasamal” filialı ilə cavabdeh BBB qızı arasında bağlanmış 12 iyul 2019-cu il tarixli 2542M nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit üzrə cəmi 8956,79 (səkkiz min doqquz yüz əlli altı manat, 79 qəpik) manat, bundan 8879,60 (səkkiz min səkkiz yüz yetmiş doqquz manat 60 qəpik) manat əsas, 77,06 (yetmiş yeddi manat 06 qəpik) manat faiz və 0,13 (0 manat 13 qəpik) manat cərimə və iş üzrə ödənilmiş 110 (bir yüz on) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “Hyundai İX-35” minik markalı (Tip-cip, Buraxılış ili-2014, Ban-KMHJT81EBFU014462) **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait BBB qızının borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin BBB qızından tutularaq, AAA-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AAA- məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə hazırkı işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin, Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı AAA-nin ərizəsi əsasında mülki iş baxılmamış saxlanıldığından, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və 110 (yüz on) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 114.1.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı AAA-nin ərizəsi təmin edilsin. İddiaçı AAA-nin cavabdeh BBB qızına qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu olaraq ödənilmiş 110 (yüz on) manat məbləğində pul iddiaçı AAA-nə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar