Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4621/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Günay Alim qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X2 Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X3 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 5258 (beş min iki yüz əlli səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 16.12.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində “Opel Astra minik” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X3 məxsus olan 1 ədəd 2 çıraqlı “Klassik” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 10258 (on min iki yüz əlli səkkiz) manat dəyərində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər Nizami RPİ-nin İstintaq şöbəsində 23 iyun 2020-ci il tarixdə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərara, Nizami rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən 07.07.2020-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokola əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən "Opel Astra minik” markalı, **- CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X2 bank hesabına 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddianı qanuni və əsaslı sayaraq hesab edirlər ki, 16.12.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 10258 (on min iki yüz əlli səkkiz) manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 5258 (beş min iki yüz əlli səkkiz) manat Cavabdeh tutularaq "xxxx" X3 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün Müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. 23.06.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 16.12.2019-cu il tarixdə saat 07 radələrində Cavabdeh idarə etdiyi **-CO-*** dövlət qeydiyyat nişanlı “OPEL ASTRA" markalı avtomobillə Nizami rayonu, H.Əliyev prospektinin əsas yolun sol hissəsi ilə üzü şəhər istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən səkinin kənarında yolu süpürən X6 ehiyatsızlıqdan avtomobilin ön hissəi ilə vuraraq sonuncuya xəsarət yetirmişdir. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, o, 16.12.2019-cu il tarixdə saat 07 radələrində idarə etdiyi **-CO-*** dövlət qeydiyyat nişanlı “OPEL ASTRA" markalı avtomobillə Nizami rayonu, H.Əliyev prospektinin əsas yolun sol hissəsi ilə üzü şəhər istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən bardurun kənarında yolu süpürən X6 avtomobilin ön hissəi ilə vuraraq xəsarət yetirmiş və avtomobildə idarə etməni itirərək yolun kənar hissəsində olan işıq dirəyinə çırpılmışdı. O, Yeganə Qovayevanı 4-5 metr məsafə qalanda görmüşdür. O, dərhal Yeganə Qocayevaya yardım edərək təcili tibbi yardım çağırmış və hal-hazırda onunla barışmışdır. O, hadisə vaxtı ayıq olmuşdur. Toplanmış materiallar üzrə cinayət hadisəsi müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmiş və "OPEL ASTRA" markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobin sürücüsü Cavabdehin əməlin Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, “OPEL ASTRA" markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobin sürücüsü Cavabdeh hadisə zamanı "xxxx" EŞM-nə məxsus 1 ədəd 2 konsullu “Klassik" tipli işıq dirəyi vurub sıradan çıxarılması əməlində Azərbaycan Respublikası CM-nin 186 və 187-ci maddəsinin tərkibi olmadığından həmin fakt üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. Nizami rayon DYPŞ-nin polis kapitanı X5 tərəfindən tərtib edilmiş 07.07.2020-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, 16.12.2019-cu il tarixdə saat 07 radələrində Cavabdeh idarə etdiyi **-CO-*** dövlət qeydiyyat nişanlı “OPEL ASTRA" markalı avtomobillə AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. 26.11.2019-cu il tarixli etibarnamədən görünür ki, **-CO-*** dövlət qeydiyyat nişanlı “OPEL ASTRA" markalı avtomobilin idarə edilməsi X10 tərəfindən Cavabdeh etibar edilmişdir. PXA********** saylı sığorta aktından görünür ki, 16.12.2019-cu il tarixdə, saat 07:00 radələrində H.Əliyev prospektində sığortalanmış **-CO-*** dövlət qeydiyyat nişanlı “OPEL ASTRA" markalı avtomobilin idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə dəyməsi nəticəsində maddi ziyanın ümumi məbləği 10258 manat müəyyən edilmiş və sığorta ödənişi kimi Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X3 5.000 manat ödənilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X2 TİŞ-in rəisi tərəfindən tərtib olunmuş xərclər smetasından görünür ki, 1 ədəd 2 konsullu “Klassik” tipli dayaq (7905 manat) və 2 ədəd 400 w işıqlandırıcı (1 ədədi 1176,50 manat) 10258 manat məbləğində qiymətləndirilmişdir. 03.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" X3 5.000 manat ödənilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh 16.12.2019-cu il tarixdə saat 07 radələrində etibarnaməyə əsasən idarə etdiyi **-CO-*** dövlət qeydiyyat nişanlı “OPEL ASTRA" markalı avtomobillə Nizami rayonu, H.Əliyev prospektinin əsas yolun sol hissəsi ilə üzü şəhər istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən bardurun kənarında yolu süpürən X6 avtomobilin ön hissəi ilə vuraraq xəsarət yetirmiş və avtomobildə idarə etməni itirərək yolun kənar hissəsində olan işıq dirəyinə çırpılmışdır. Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186, 187 və 263-cü maddələrinin tərkibi olmadığından onun barəsində aparılan cinayət təqibinə Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə xitam verilmiş, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-yə göndərilmişdir. Hazırda Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X7 qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində balansında olan əmlaka dəymiş maddi zərərin sığorta ilə ödənilməmiş hisssinin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilmişdir. Beləliklə, işdə olan materiallara əsasən belə qənaətə gəlinir ki, iddiaçıya 10.258 manat məbləğində maddi ziyan dəymişdir. Sığortaçı tərəfindən iddiaçıya qismən - 5000 manat məbləğində ödəniş edilmişdir. İddiaçı ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququna malik olduğundan, qalan məbləğ (5.258 manat) zərər vurandan – cavabdehdən tutulmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, qeyd edilən tələb üzrə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 5.258 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 5.288 (beş min iki yüz səksən səkkiz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X3 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-4621/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4621/2021
06.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver