Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4645/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45.000 (qırx beş min) manat məbləğində maddi ziyanın tam həcmdə tutulması və məhkəmə xərclərinin cavabdehin üzərinə həvalə edilməsi barədə qətnamə verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, hazırki mülki işin məhkəmənin icraatında olan eyni tərəflər və eyni məzmunu özündə əks etdirən e-2(006)-3425/2025 saylı mülki işlə birləşdirilməsinə dair vəsatət verdi. Tərəf bildirdi ki, 31.500 manat kredit ailə ehtiyacları üçün nikah dövründə götürülmüşdür. Artıq aramızda nikah dövründə əldə olunmuş əmlakın bölgüsü ilə bağlı məhkəmə işi olduğundan, bu mübahisə həmin icraat çərçivəsində baxılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçının vəsatətinə etiraz etmədi. Məhkəmə mülki işlərin birləşdirilməsi barədə vəsatəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işlə, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə olunuş əmlakın bölünməsi tələbinə dair iddiası əsasında olan digər mülki işin biri-biri ilə əlaqəli olmasını, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmasını nəzərə alaraq həmin mülki işlərin bir icraatda birləşdirilməsini daha məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair e-2(006)-4645/2025 saylı mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə olunuş əmlakın bölünməsi tələbinə dair e-2(006)-3425/2025 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair e-2(006)-4645/2025 saylı mülki iş, e-2(006)-3425/2025 saylı mülki işlə bir icraatda birləşdirilməklə, həmin işlərə bir icraatda baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-4645/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4645/2025
02.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver