Məhkəmə qərarları › İş №e-2(006)-4660/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4660/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4660/2023 21.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 9679.98 (doqquz min altı yüz yetmiş doqquz manat 98 qəpik) AZN olmaqla, bundan 2883.71 (iki min səkkiz yüz səksən üç manat 71 qəpik) AZN əsas, 2270.96 (iki min iki yüz yetmiş manat, 96 qəpik) AZN faiz, 4104.11 (dörd min yüz dörd manat 11 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 421.20 (dörd yüz iyirmi bir manat 20 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 116.80 (yüz on altı manat 80 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli D/T 538 AZN nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə (“Dəmir Taksit” kredit kartı) əsasən bank müştəri üçün 36 ay müddətinə 300 (üç yüz) AZN məbləğində kredit xətti açmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədilə 30 ay müddətinə illik 24% dərəcəsi ilə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 430005308-ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə və kredit müqaviləsi üzrə bağlanmış 20 oktyabr 2017-ci il tarixli 01 saylı Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2848.78 (iki min səkkiz yüz qırx səkkiz manat, 78 qəpik) AZN təşkil edən əsas borc, xx.xx.2014-cü il tarixli D/T 538 AZN nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə 327.20 (üç yüz iyirmi yeddi manat, 20 qəpik) AZN təşkil edən əsas borc məbləğlərinin qalıqları bu Saziş üzrə birləşdirilmişdir. Bu Saziş üzrə borcalanın kreditor qarşısında olan kredit öhdəliklərinin əsas borc məbləğlərinin qalıqları cəmi (restrukturizasiya edilmiş kredit) 3175.98 (üç min yüz yetmiş beş manat, 98 qəpik) AZN hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar kreditə hesablanmış faizlər, cərimə və bu Müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh1 müqavilə üzrə cəmi borcu 9679.98 (doqquz min altı yüz yetmiş doqquz manat, 98 qəpik) AZN təşkil edir. Bundan 2883.71 (iki min səkkiz yüz səksən üç manat, 71 qəpik) AZN əsas, 2270.96 (iki min iki yüz yetmiş manat, 96 qəpik) AZN faiz, 4104.11 (dörd min yüz dörd manat, 11 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 421.20 (dörd yüz iyirmi bir manat, 20 qəpik) AZN faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********830 nömrəli xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 ölümü haqqında Vİİ-ИК seriyalı 538890 nömrəli şəhadətnamə məhkəməyə daxil olmuşdur. Şəhadətnamə əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 xx.xx.2018-ci ildə Rusiya Federasiyasının Moskva əyalətinin Dzerjinski şəhərində ölmüşdür. Onun ölümü xx.xx.2018-ci ildə Moskva əyalətinin Dzerjinski şəhərinin VVAQ Agentliyinin dövlət qeydiyyatının ərazi dairəsində 248 № ilə qeydə alınmışdır. Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, iddia müddətinin tələblərinin kobud surətdə pozulduğunu, iddia müddətinin keçdiyini bildirmiş və iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, ərizə təqdim edərək, Cavabdeh1 vəfat etdiyi üçün Bakı şəhərinin Nəsimi rayonu üzrə notariat ofislərinə onun vərəsələrinin müəyyən edilməsi ilə bağlı müvafiq sorğular verildiyini, lakin sorğulara hələ cavab əldə edilmədiyini bildirmiş, buna görə də məhkəmə baxış iclasının müəyyən müddətə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4660/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə iddia ərizəsinin “Cavabdeh1 qarşı “pul” tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı1 ASC (kreditor) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış kredit kartın verilməsi və istifadəsi üzrə (“Dəmir Taksit” kredit kartı) xx.xx.2014-cü il tarixli D/T 538 AZN nömrəli müqavilənin: 1.1-ci yarımbəndindən görünür ki, bu müqavilənin predmeti bank tərəfindən buraxılmış “Dəmir Taksit” kredit kartının müştəriyə verilməsi, kart vasitəsilə kredit xəttinin açılması, müştəri tərəfindən isə kart vasitəsi ilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə əməliyyatların həyata keçirilməsi barədə öhdəlikdir. 2.1-ci yarımbəndindən görünür ki, bank müştəri üçün 24 (iyirmi dörd) ay müddətinə kart buraxır, bank tərəfindən buraxılmış kart bankın xüsusi mülkiyyətidir. 2.2-ci yarımbəndindən görünür ki, kart üzrə bərpa olunan kredit xətti açılır. Bərpa olunan kredit xəttində kredit xəttinin limiti tranşlar ilə istifadə oluna bilər və bu halda ssuda borcu üzrə ödənişlər kredit xəttinin limitini bərpa ediir. 3.1-3.2-ci yarımbəndlərindən görünür ki, bank müştəriyə 300 (üç yüz yeni Azərbaycan manatı 00 qəpik) məbləğində kredit xətti açır. Həmin xətt üzrə müştərinin birinci ayda nağdlaşdıra biləcəyi maksimum məbləğ ümumi limitin 70 (yetmiş) faizini təşkil edir. Birinci ayda nağdlaşmadan sonra kartda qalan məbləğ növbəti aylarda nağdlaşdırıla bilər. Kredit xətti 36 (otuz altı) ay müddətinə açılır. Kredit müddətinin son günü daxil olmaqla, kredit xəttindən istifadə etmək mümkündür. İddiaçı1 ASC (kreditor) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış xx.xx.2014cü il tarixli ********* nömrəli kredit müqaviləsinin: 1.1-ci yarımbəndindən görünür ki, bu müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. 2-ci bəndində qeyd edilmişdir ki, bu müqaviləyə əsasən kreditor borcalana şəxsi istehlak məqsədilə 30 (otuz) ay müddətinə olmaqla illik 24% ödəmək şərtilə 5000 (beş min) AZN məbləğində kredit verir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən 5000 (beş min) manat İddiaçı1 ASC-dən təhvil alınmışdır; İddiaçı1 ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 430005308/ZM nömrəli zaminlik müqaviləsinin: 1.1-ci yarımbəndindən görünür ki, bu müqavilənin predmeti ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və zaminlərin öz üzərinə götürməsidir. 4.1-ci yarımbəndindən görünür ki, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci yarımbəndindən görünür ki, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni məsuliyyət daşıyır. İddiaçı1 ASC (kreditor) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və D/T 538 AZN nömrəli xx.xx.2014cü il tarixli “Dəmir Taksit” kredit kartı müqaviləsi üzrə öhdəliklərin birləşdirilməsinə, digər əlavə və dəyişikliklərə dair xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə Sazişdən görünür ki, borcalanın kreditor qarşısında ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2848,78 (iki min səkkiz yüz qırx səkkiz manat, yetmiş səkkiz) AZN təşkil edən əsas borc, D/T 538 AZN saylı, xx.xx.2014-cü il tarixli “Dəmir Taksit” kredit kartı müqaviləsi 327.20 (üç yüz iyirmi yeddi manat iyirmi qəpik) AZN təşkil edən əsas borc məbləğlərinin qalıqları bu Saziş üzrə birləşdirilir. ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2848,78 (iki min səkkiz yüz qırx səkkiz manat, yetmiş səkkiz) AZN əsas borc, 1595,99 (bir min beş yüz doxsan beş manat doxsan doqquz qəpik) AZN faiz borc və 823,37 (səkkiz yüz iyirmi üç otuz yeddi qəpik) AZN cərimə borcu təşkil edir. D/T 538 AZN saylı, xx.xx.2014-cü il tarixli “Dəmir Taksit” kredit kartı müqaviləsinə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 327.20 (üç yüz iyirmi yeddi manat iyirmi qəpik) AZN əsas borc, 22.40 (iyirmi iki manat qırx qəpik) AZN faiz borc və 258.31 (iki yüz əlli səkkiz manat otuz bir qəpik) AZN cərimə borcu təşkil edir. Bu Saziş üzrə borcalanın kreditor qarşısında olan kredit öhdəliklərinin əsas borc məbləğlərinin qalıqları cəmi (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3175.98 (üç min bir yüz yetmiş beş manat doxsan səkkiz qəpik) AZN təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabla dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və müqavilə müddəti ərzində növbəti 36 (otuz altı) ay üzrə ümumi gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda dondurulmuş faiz və cərimə borcları müddətin sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə müqavilə müddəti ərzində növbəti 36 (otuz altı) ay üzrə ümumi gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, dondurulmuş faiz və cərimə borcları müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 % ödənilir; İddiaçı1 ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında bağlanmış xx.xx.2017-ci il tarixli ZM1/036T10170034 nömrəli zaminlik müqaviləsinin: 1.1-ci yarımbəndindən görünür ki, bu müqavilənin predmeti 20 oktyabr 2017-ci il tarixli 036T10170034 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və zaminlərin öz üzərinə götürməsidir. 4.1-ci yarımbəndindən görünür ki, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci yarımbəndindən görünür ki, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni məsuliyyət daşıyır. Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli 2-1(103)-3194/17 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsinin təmin edilməsi, İddiaçı1 ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanılması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı1 ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır; xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixli KM036T10170034S01 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi səbəbindən ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xəbərdar edilmişdir; xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixli KM036T10170034S01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə İddiaçı1 ASCyə 2883.71 AZN əsas, 2270.96 AZN faiz, 4104.11 AZN cərimə, AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 421.20 AZN faiz borcu olmaqla, cəmi 9679,98 AZN borcu mövcuddur. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 116.80 manat rüsum ödənilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 noyabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Barəsində sorğu edilmiş şəxs Cavabdeh1 (FİN: xxxxxxx) ilə ləğv prosesində olan İddiaçı1 ASC arasında bağlanmış hər hansı kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşməmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı1 ASC ilə cavabdeh qismində cəlb edilmiş Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən bank ona 36 ay müddətinə 300 AZN məbləğində kredit xətti açmışdır. İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən isə ona şəxsi istehlak məqsədilə 30 ay müddətinə illik 24% dərəcəsi ilə 5000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 öhdəliyin icrasını öz zaminliyi ilə təmin etmiş və onunla İddiaçı1 ASC arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, müqavilədə onun Cavabdeh1 ilə birgə məsuliyyət daşıması qeyd edilmişdir. xx.xx.2017-ci il tarixdə İddiaçı1 ASC ilə cavabdeh qismində cəlb edilmiş Cavabdeh1 arasında bağlanmış Əlavə Saziş ilə yuxarıda qeyd olunan hər iki müqavilə üzrə öhdəliklər birləşdirilərək, qalıq kredit məbləği restrukturizasiya edilmiş, ona 3175.98 manat kredit verilmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, illik 20 % ödənilməsi barədə razılığa gəlinmişdir. Cavabdeh Sadıqlı X2 Mir Həmidin Saziş üzrə də olan öhdəliyinin icrasını öz zaminliyi ilə təmin etmiş və onunla İddiaçı1 ASC arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, müqavilədə onun Cavabdeh1 ilə birgə məsuliyyət daşıması qeyd edilmişdir. İddiaçı1 ASC Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı1 ASC-nin ləğvedicisi təyin edilmişdir. Cavabdeh1 xx.xx.2018-ci ildə Rusiya Federasiyasının Moskva əyalətinin Dzerjinski şəhərində vəfat etmişdir. Bundan sonra – xx.xx.2023-cü ildə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi borcu 9679.98 (doqquz min altı yüz yetmiş doqquz manat. 98 qəpik) AZN olmaqla, bundan 2883.71 (iki min səkkiz yüz səksən üç manat, 71 qəpik) AZN əsas, 2270.96 (iki min iki yüz yetmiş manat, 96 qəpik) AZN faiz, 4104.11 (dörd min yüz dörd manat, 11 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 421.20 (dörd yüz iyirmi bir manat, 20 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun tulularaq ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırmaları zamanı Cavabdeh1 iddia ərizəsi məhkəməyə verilənədək ölməsi müəyyən edilmiş, buna görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4660/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin “Cavabdeh1 qarşı “pul” tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırda baxılan tələb “Cavabdeh2 həmin müqavilə üzrə ödənilməmiş 2883.71 manat əsas, 2270.96 manat faiz, 4104.11 manat cərimə, 421.20 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun və ödənilmiş dövlət rüsumunun tulularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi” məzmunundadır. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, kreditorla borclu arasında bağlanmış müqavilə üzrə ödəniş cədvəli ilə müəyyən edilir ki, sonuncu ödəniş xx.xx.2020-ci ildə edilməli imiş. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı zamin Cavabdeh2 qarşı xx.xx.2021-ci ilədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, yəni əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı 1 il müddətində onlara qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Buna görə də məhkəmə hesab edir ki, hazırki iddia təmin edilməməlidir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir (kəsici müddətdir), bu müddətin tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0, 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4660/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərardadında iddiaçının nümayəndəsinin sorğulara cavab olaraq Cavabdeh1 vərəsələrini müəyyən edə bildiyi təqdirdə, Cavabdeh1 qarşı olan hazırki tələbini onun vərəsələrinə qarşı irəli sürməklə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malik olması iddiaçı tərəfin diqqətinə çatdırılmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar