Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4669/2025 15.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı QSC bank olmayan kredit təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh4 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı kredit borcunun cavabdehlərdən tutulması, cavabdehin mənzil üzərində hüquqlarına xitam verilməsi və həmin hüquqların iddiaçıya keçirilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh4 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Mənzil Tikinti Kooperativindən müştərək qaydada 18 mart 2015-ci il tarixli nömrəli kredit müqaviləsi üzrə 130642,19(bir yüz otuz min altı yüz qırx iki manat on doqquz qəpik) manat əsas borc, 48359,40 manat faiz borcu olmaqla,cəmi 179.001,59 ( bir yüz yetmiş doqquz min bir manat əlli doqquz qəpik) manat borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması, ünvan 1 ünvanında yerləşən sahəsi 109 kv.m olan 1189 saylı 3 otaqlı mənzil üzərində Cavabdeh3 hüquqlarına xitam verilməsi, cavabdehin həmin mənzil üzərində olan hüquqlarının İddiaçı QSC-yə keçirilməsi, iddianın verilməsi üçün ödənilmiş 469,0 (dörd yüz altmış doqquz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemliaktivləri (borcları) üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı Cavabdeh3 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2018- ci il tarixli S-DİPK-340 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 18 mart 2015-ci il tarixli 2-18- 03-2015-QA MTK CA nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 ünvan 2 ünvanında yerləşən sahəsi 109,0 kv.m olan 1189 saylı mənzilin alınması üçün 120 ay müddətinə illik 12 faizlə 133.349,0 (bir yüz otuz üç min üç yüz qırx doqquz) manat kredit verilmişdir. Kredit borcunun təminatı kimi "xxxx" ASC ilə Cavabdeh1 MMC və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 2-xx-xx-2015-QA MTK CA nömrəli zaminlik müqavilələri bağlanmış və borc borcalan Cavabdeh3 tərəfindən ödənilmədiyi təqdirdə Cavabdeh1 MMC və Cavabdeh2 həmin borcun ödənilməsinə zəmanət vermişlər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüququ şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli **********451100 nömrəli Çıxarışına əsasən Cavabdeh1 MMC-nin Cavabdeh4 Mənzil Tikinti Kooperativinə qoşulması nəticəsində Cavabdeh4 Mənzil Tikinti Kooperativi yenidən təşkil olunmuş və Cavabdeh1 MMC-nin hüquqi varisidir. "xxxx" ASC ilə Cavabdeh3arasında bağlanmış 18 mart 2015-cü il tarixli 2-xx-xx-2015-QA MTK CA nömrəli kredit müqaviləsinin 12.1-ci bəndinə əsasən borcalan bu müqavilənin tələblərini vaxtında və lazımı qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 12.2-ci bəndinə görə Borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Kredit borcu müqaviləyə uyğun qaytarılmalı olduğu halda, Cavabdeh3 tərəfindən müqavilənin şərtlərinə əməl olunmamışdır. Cavabdeh3 İddiaçı QSC-yə olan əsas borcu 130642,19 manat, faiz borcu 48359,40 manat,cəmi borcu 179.001,59 ( bir yüz yetmiş min bir manat əlli doqquz qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı aidiyyət qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 13-cü bəndində göstərilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Həmin qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. İş materiallarından məlum olur ki, hazırkı iş üzrə cavabdehlərə qarşı qaldırılmış iddia tələbləri iki müqavilədən, yəni: 1) bankla Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsindən və 2) bankla Cavabdeh1 MMC (hazırda hüquqi varisi Cavabdeh4 MTKdır) arasında bağlanmış zaminlik müqaviləsindən irəli gəlir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış vergi məlumatlarına əsasən, İddiaçı QSC (VÖEN **********), Cavabdeh4 Mənzil Tikinti Kooperativi (VÖEN **********) kommersiya hüquqi şəxsləri, cavabdehlərdən Cavabdeh3 (VÖEN **********) və Cavabdeh2 isə (VÖEN **********) qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanında uçota alınmışlar, fərdi sahibkar statusuna malik olan vergi ödəyicisidirlər. Göründüyü kimi, hazırkı iş üzrə hər iki tərəf – İddiaçı QSC və cavabdehlərdən Cavabdeh4 Mənzil Tikinti Kooperativi hüquqi şəxs olmaqla fəaliyyət istiqamətlərini yalnız sahibkarlıq fəaliyyətindən irəli gələn hallar təşkil etdiyindən, Plenum qərarında ifadə edilmiş hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılmasının şübhə doğurmaması təsbit edildiyindən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Cavabdeh3 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təyinatının mənzilin alınması (şəxsi istehlak məqsədi ilə) ilə bağlı olmasına münasibətdə məhkəmə qeyd edir ki, MPM-nin 30-cu maddəsinin tələbinə əsasən ona qarşı tələbə də digər tələblərlə birlikdə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.3, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı QSC bank olmayan kredit təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh4 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı kredit borcunun cavabdehlərdən tutulması, cavabdehin mənzil üzərində hüquqlarına xitam verilməsi və həmin hüquqların iddiaçıya keçirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən (“Hökumət ödəniş portalı, qəbz nömrəsi **********, tarix: xx.xx.2023, saat: 16:55:29) ödənilmiş 502,64 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı QSC bank olmayan kredit təşkilatına geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4669/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4669/2025
15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver