Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-47/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2020-ci il tarixli ***-*******ƏNK280220-01 nömrəli kredit müqaviləsinə əsasən 05 sentyabr 2022-ci il tarixə kredit üzrə cəmi borcu 15596.96 manat olmaqla, bundan 15596.25 manat əsas borc və iş üzrə ödənilmiş 136.79 manat dövlət rüsumunun, 27 aprel 2018-cu il tarixli 270418/105760 nömrəli kredit müqaviləsinə əsasən 05 sentyabr 2022-ci il tarixə kredit üzrə cəmi borcu 6268.82 manat olmaqla, bundan 6268.82 manat əsas borc və iş üzrə ödənilmiş 82.68 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat filialı ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2018-ci il tarixli 270418/105760 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 10924 manat və İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 28 fevral 2020-ci il tarixli ***-*******ƏNK280220-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 45 ay müddətinə, illik 0 faiz dərəcəsi ilə 15596.25 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********882 və **********883 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubları göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 28 fevral 2020-ci il tarixli ***- *******ƏNK280220-01 nömrəli kredit müqaviləsinə əsasən 05 sentyabr 2022-ci il tarixə kredit üzrə cəmi borcu 15596.96 manat təşkil edir. Bundan 15596.25 manat əsas borcu təşkil edir. 27 aprel 2018-ci il tarixli 270418/105760 nömrəli kredit müqaviləsinə əsasən 05 sentyabr 2022-ci il tarixə kredit üzrə cəmi borcu 6268.82 manat təşkil edir. Bundan 6268.82 manat əsas borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il tarixli kredit üzrə xx.xx.2019-cu il tarixində 150 manat məbləğində və 28 fevral 2020-ci il tarixli kredit üzrə isə heç bir ödəniş etməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 270418/105760 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 10.924 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ***- *******ƏNK280220-01 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 45 ay müddətinə, illik 0 faiz dərəcəsi ilə 15.596,25 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixli, 270418/105760 saylı kredit müqaviləsi üzrə 6268 manat borcu mövcuddur. xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli, ***-*******ƏNK280220-01 saylı kredit müqaviləsi üzrə 15.596,25 manat borcu mövcuddur. xx.xx.2022-ci il tarixli Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, bildirişlərdə Cavabdeh hər iki müqavilə üzrə xx.xx.2022-ci il tarixə olan borcu barədə məlumat verilmiş, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə tərəflərindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2023-cü il tarixli, 9/3021 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatlarına əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 270418/105760 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi göstərilmişdir: xx.xx.2022-ci il tarixə: Əsas borc üzrə –6.268,82 manat; Faiz borcu üzrə – 0,00 manat. Lakin hazırki ekspertiza tədqiqatına təqdim edilmiş hesabdan çıxarış məlumatları əsasında Cavabdeh İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixli, 270418/105760 saylı kredit müqaviləsi üzrə olan borcun hesablanmasını aparmaq mümkün olmamışdır. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan maliyyə arayışı məlumatlarına əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 270418/105760 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi göstərilmişdir: xx.xx.2022-ci il tarixə: Əsas borc üzrə - 15.596,25 manat Faiz borcu üzrə - 0,00 manat. Lakin hazırki ekspertiza tədqiqatına təqdim edilmiş hesabdan çıxarış məlumatları əsasında Cavabdeh İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli, ***-*******ƏNK280220-01 saylı kredit müqaviləsi üzrə olan borcun hesablanmasını aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2024-cü il tarixli, 9/5206 saylı rəyindən görünür ki, xx.xx.2018-ci il tarixli, 270418/105760 saylı kredit müqaviləsi: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunna şərtləri əsas götürülməklə, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixli, 270418/105760 saylı kredit müqaviləsi üzrə sualda soruşulan xx.xx.2022-ci il tarixə olan əsas borcunun 6.268,82 manat (10.924 – 4.655,18 manat) olması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, ***-*******ƏNK280220-01 saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli, ***-*******ƏNK280220-01 saylı kredit müqaviləsi üzrə sualda soruşulan xx.xx.2022-ci il tarixə olan əsas borcu 15.596,25 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan kredit müqavilələri üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bununla da bank məhkəməyə müraciət etmək və borcun qaytarılmasını tələb etmək məcburiyyətində qalmışdır. Borcun məbləğinin müəyyən edilməsi məsədilə məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmış, məhkəməyə məsələ dair 18 iyul 2023-cü il tarixli ekspert rəyi daxil olmuşdur. Lakin məhkəmənin əsassızlığına görə ekspert rəyi ilə razı olmaması nəticəsində yenidən ekspertiza təyin edilmiş, cavabdehin borcuna dair ekspertin 13 avqust 2024-cü il tarixli rəyi daxil olmuşdur. Həmin rəyin şübhə altına alınması üçün əsas olmadığından, sübut növü kimi qəbul edilməsi mümkün hesab edilmişdir. Məhkəmənin 18 iyul 2023-cü il tarixli ekspert rəyi ilə razılaşmaması səbəbilə həmin rəyin təqdim edilməsi üçün çəkilmiş xərclər cavabdehdən tutula bilməz. Ödəniş qəbzindən (tapşırığından) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 219,47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2018-ci il tarixli, 270418/105760 nömrəli kredit müqaviləsi üzrə 6.268,82 manat əsas borc və ödənilmiş 82,68 manat dövlət rüsumu; xx.xx.2020-ci il tarixli, ***-*******ƏNK280220-01 nömrəli kredit müqaviləsi üzrə 15.596,25 manat əsas borc və ödənilmiş 136,79 manat dövlət rüsumu Cavabdeh tutularaq LPO İddiaçı ASC-yə ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə onu da vurğulayır edir ki, iddia ərizəsinin “xahiş etdi” adlı hissəsində xx.xx.2020-ci il tarixli, ***-*******ƏNK280220-01 nömrəli kredit müqaviləsi üzrə tələb edilən cəmi məbləğin 15.596,96 manat olması qeyd edilsə də, həmin borcun hansı hissələrdən ibarət olması göstərilmiş və qeyd edilənlərdən məlum olur ki, sözügedən müqavilə üzrə cavabdehin banka yalnız əsas borcu mövcuddur. Əsas borcun məbləği isə 15.596,25 manat təşkil edir. Məhkəmə hesablanmış borcun, yəni 15.596,25 manat tutulmalı olması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli, 270418/105760 nömrəli kredit müqaviləsi üzrə 6.268,82 manat əsas borc və ödənilmiş 82,68 manat dövlət rüsumu; xx.xx.2020-ci il tarixli, ***-*******ƏNK280220-01 nömrəli kredit müqaviləsi üzrə 15.596,25 manat əsas borc və ödənilmiş 136,79 manat dövlət rüsumu Cavabdeh tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-47/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-47/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver