Məhkəmə qərarları › İş №e-2(006)-470/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-470/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-470/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO QSC "xxxx" KB-nin Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə cavabdehdən 2820 (iki min səkkiz yüz iyirmi) manat məbləğində əsas borc, 7000.82 (yeddi min manat, səksən iki qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1288.58 (min iki yüz səksən səkkiz manat, əlli səkkiz qəpik) manat məbləğində cərimə borcu, 1734.33 (min yeddi yüz otuz dörd manat, otuz üç qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 12843.73 (on iki min səkkiz yüz qırx üç manat, yetmiş üç qəpik) manat məbləğində pulun, 128.53 (yüz iyirmi səkkiz, əlli üç qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO QSC "xxxx" KB iddia ərizəsini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB) ilə Cavabdeh arasında xx.xx.2008- ci il tarixində kredit verilməsi haqqında ********** saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2975 (iki min doqquz yüz yetmiş beş) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 2820 (iki min səkkiz yüz iyirmi) manat məbləğində əsas borc, 7000.82 (yeddi min manat, səksən iki qəpik) manat müqavilə müddəti üçün tələb olunan faizlər, 1288.58 (min iki yüz səksən səkkiz manat, əlli səkkiz qəpik) manat məbləğində cərimə borcu, 1734.33 (min yeddi yüz otuz dörd manat, otuz üç qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 12843.73 (on iki min səkkiz yüz qırx üç manat, yetmiş üç qəpik) manat məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanması qeyd olunan xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə istinad etsə də, müqavilənin əslini, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsinə məhkəmə iclasında qeyd olunan müqavilənin əslinin, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi təklif edilərək, vaxt verilməklə məhkəmə iclası təxirə salınsa da, iddiaçının nümayəndəsi kredit müqaviləsinin əslini, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilmədiklərini, müqavilənin aşkar edilmədiyini bildirdi. Belə olduğu təqdirdə, hazırkı iddianın təmin edilməsi qeyri-mümkündür. Məhkəmə qeyd edir ki, müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edən müqavilənin əsli, yaxud onun notarial qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmədiyindən, iş materiallarına əlavə olunmuş maliyyə arayışı və digər sənədlərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 128,53 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar