Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4721/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 009CASA193470006 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə bağlanmış xx.xx.2021-ci il tarixli, 9050***- *******0R restrukturizasiya müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 5.909,98 (beş min doqquz yüz doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində əsas kredit borcu, 946,17 (doqquz yüz qırx altı manat on yeddi qəpik) manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 275,69 (iki yüz yetmiş beş manat altmış doqquz qəpik) manat məbləğində cərimə, cəmi 7131,84 (yeddi min yüz otuz bir manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 91,32 (doxsan bir manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cuil tarixli 009CASA193470006saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik 24% dərəcəsi ilə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh1 iləxx.xx.2019-cu il tarixli 009FİZAM78619102 saylı və Cavabdeh3 ilə xx.xx.2019-cu il tarixli 009FİZAM78619401 saylı zaminlik müqavilələri bağlanmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Sonradan Cavabdeh2 ərizəsinə, eləcə də öhdəlik üzrə onun zaminləri Cavabdeh1 və Cavabdeh3 razılıqlarına əsasən xx.xx.2019-cu il tarixli 009CASA193470006 saylı kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli 9050***-*******01R restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik 22.43% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 6791.51 manat məbləğində kredit borcunu yenidən tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda buna dair X5 və X3 ilə xx.xx.2021-ci il tarixli yeni zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə,eləcədə öhdəlik üzrə zaminləri Cavabdeh1 və Cavabdeh3 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 5909.98 manat məbləğində əsas kredit borcu, 946.17 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 275.69 manat məbləğində cərimə olmaqla,cəmi 7131.84 manat məbləğində borcu qalmaqdadır. Mülki iş üzrə İddiaçı ASC-nin nümayəndəsi X1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 13 dekabr 2019-cu il tarixli, 009CASA193470006 saylı Kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 24% dərəcəsi ilə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Bu müqavilənin 2.01-ci bəndinə əsasən, güzəşt müddəti ərzində borcalan götürülmüş kreditə görə yalnız müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəməyi, güzəşt müddəti bitdikdən sonra isə borcalan əsas borc, faiz və digər ödənişləri kreditverənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.04-cü bəndinə əsasən, verilən kreditin kreditverənə qaytarılması üçün son müddət tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2021-ci il müəyyən edilmişdir. Mülki işin materiallarında olan 13 dekabr 2019-cu il tarixli, 009FİZAM78619401 saylı Zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, zamin Cavabdeh3 borclu Cavabdeh2 kreditor qarşısındakı kreditor öhdəliyinin tamamilə icra edilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Bu müqavilənin 2.1-ci bəndinə əsasən, zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşımışdır. Mülki işin materiallarında olan 16 dekabr 2019-cu il tarixli, 009FİZAM78619102 saylı Zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, zamin Cavabdeh1 borclu Cavabdeh2 kreditor qarşısındakı kreditor öhdəliyinin tamamilə icra edilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Bu müqavilənin 2.1-ci bəndinə əsasən, zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşımışdır. Mülki işin materiallarında olan 13 dekabr 2019-cu il tarixli Ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc 10.000 manat, faiz borcu 2693,06 manat, aylıq ödəniş isə cəmi 12693,06 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarından görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə ərizə ünvanlayaraq, kredit müqaviləsi üzrə borcunu vaxtında və tam şəkildə yerinə yetirə bilmədiyinə görə kredit müqaviləsi üzrə borcu tam şəkildə ödəmək məqsədilə onunla Restrukturizasiya müqaviləsi bağlayaraq 6791,51 manat məbləğində kreditin restrukturizasiya edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan 05 aprel 2021-ci il tarixli, 9050***-*******01R saylı Restrukturizasiya müqaviləsinə əsasən, kreditverən 6791,51 manat məbləğində illik 22.43% ödəmək şərtilə borcalanın istifadəsinə krediti təqdim etməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli Zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh1 və Cavabdeh3 borclu Cavabdeh2 kreditor qarşısında öhdəliyinin tamamilə icrası üçün birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Mülki işin materiallarında olan 01 iyul 2022-ci il tarixli, 02/401 №-li Bildirişdən görünür ki, Bank tərəfindən borclular Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 borcun olması və müəyyən edilmiş vaxt aralığında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə qabaqcadan xəbərdar edilmişlər. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilənin təminat üsulu kimi Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Sonrada əsas borclu Cavabdeh2 Banka ərizə ilə müraciət edərək, onunla restrukturizasiya müqaviləsinin bağlanmasını xahiş etmiş, həmin müqavilənin də təminat üsulu kimi əlavə olaraq Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Hazırda Bank iddiaçı qismində məhkəməyə müraciət edərək, 5.909,98 manat məbləğində əsas kredit borcu, 946,17 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 275,69 manat məbləğində cərimə, cəmi 7131,84 manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 91,32 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 həm kredit, həm də restrukturizasiya müqavilələri üzrə Cavabdeh2 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliklərin icra edilməsini öz öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 yuxarıda qeyd olunan müqavilələr üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Belə ki, 08 iyul 2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh2 13 dekabr 2019-cu il tarixli, 009CASA193470006 saylı kredit razılaşması və onun tərkib hissəsi olan 05 aprel 2021-ci il tarixli, 9050***-*******01R saylı Restrukturizasiya müqaviləsi üzrə borcu: - əsas borc üzrə – 5909,98 manat; - faiz borcu üzrə – 946,17 manat; - cərimə borcu üzrə - 275,69 manat; - cəmi borc- 7131,84 manat. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh2 və digər cavabdehlər Cavabdeh1 (zamin), Cavabdeh3 (zamin) borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zaminləri xəbərdar etmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi müqavilələrin ləğv edilməsi, həmçinin əsas və faiz borca münasibətdə əsaslıdır. Dəbbə puluna gəldikdə isə aşağıdakıların qeyd edilməsi zəruridir: Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, 275,69 manat məbləğində dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 25 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 009CASA193470006 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə bağlanmış xx.xx.2021-ci il tarixli, 9050***-*******0R restrukturizasiya müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 5.909,98 (beş min doqquz yüz doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində əsas kredit borcu, 946,17 (doqquz yüz qırx altı manat on yeddi qəpik) manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 25 (iyirmi beş) manat məbləğində cərimə, cəmi 6.881,15 (altı min səkkiz yüz səksən bir manat on beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 91.32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, dövlət rüsumu olaraq ödənilmiş 91.32 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MülkiProsessualMəcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 009CASA193470006 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə bağlanmış xx.xx.2021-ci il tarixli, 9050***-*******0R restrukturizasiya müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 5.909,98 (beş min doqquz yüz doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində əsas kredit borcu, 946,17 (doqquz yüz qırx altı manat on yeddi qəpik) manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 25 (iyirmi beş) manat məbləğində cərimə, cəmi 6.881,15 (altı min səkkiz yüz səksən bir manat on beş qəpik) manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 91,32 (doxsan bir manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4721/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4721/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver