Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4736/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6636.44 manat əsas borc, vəfat etdiyi tarixə 122.15 manat faiz borcu olmaqla, cəmi 6758.59 manat məbləğində kredit borcunun və ödənilmiş 87.59 manat dövlət rüsumunun, habelə 0.8 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2021-ci il tarixli BPM**********04 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 24 %-lə, 36 ay müddətinə 7000 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 222185 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Nəsimi filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 6636.44 manat əsas borc, vəfat etdiyi tarixə 122.15 manat faiz borcu olmaqla, cəmi 6758.59 manat borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-19519/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini etiraf edərək, onun təmin olunmasına etirazının olmadığını bildirdi. Həmçinin izahatında qeyd etdi ki, borcu birdəfəlik ödəmək iqtidarında deyildir. Məhkəmə, cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********04 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə sonuncuya bank tərəfindən 48 ay müddətinə illik 24 faiz olmaqla 7000 manatın verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X6 müqavilə əsasında götürdüyü 7000 manat pulu 48 ay müddətinə ayda 228.22 manat, sonuncu ay 227.47 manat olmaqla hissə-hissə qaytarıması barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə X3 iddiaçı qarşısında 6636.44 manat əsas, 122.15 manat faiz ödənilməmiş öhdəliyi vardır. İş materiallarında olan AZ-İİ 222185 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 vərəsəsi Cavabdehdır. Cavabdeh X1 miras qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 214.7 kv.m 5 otaqlı fərdi yaşayış evinin miras qoyana məxsus “B" tikilisi 2 otaq (ü/s-93.4 kv.m, y/s-47.6 kv.m) olan tam hissəsini və İsmayıllı rayonu, Mican kəndi ünvanda yerləşən ümumi sahəsi 77 kv.m fərdi yaşayış evini, 0.09 ha olan torpaq sahəsini irs almalıdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə X6 arasında 7000 manat pulun 24% dərəcəsi ilə 48 ay müddətinə sonuncuya verilməsi barədə müqavilə bağlanmış, X6 xx.xx.2021-ci il tarixdə ölmüş, onun iddiaçı qarşısında həmin müqavilə üzrə yerinə yetirilməmiş kredit borcu öhdəliyi yaranmış, onun vərəsəsi kimi Cavabdeh tanınmışdır. Cavabdeh yaranmış kredit borcunun ödənilməsi tələb olunmuş, lakin o, müvafiq qanunvericilikdə nəzərdə tutulduğu qaydada vərəsə kimi kreditor qarşısında öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan müəyyən olunur ki, "B" tikilisi 2 otaq (ü/s-93.4 kv.m, y/s-47.6 kv.m) Cavabdeh xüsusi mülkiyyətindədir. Qeyd olunan qanunvericliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh mərhum ərinin vərəsəsi kimi onun əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrilib və onun (ərinin) "xxxx" ASC qarşısında yaranmış öhdəliyinin icrasına görə məsuliyyət daşıyır. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı). Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, istər Mülki Məcəllənin tələbi baxımından, istərsə də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe baxımından Cavabdeh mərhum ərinin vərəsəsi kimi onun əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrilib və onun (ərinin) bank qarşısında yaranmış öhdəliyinin icrasına görə məsuliyyət daşıyır. Hazırda cavabdeh olan vərəsənin miras aktivini qəbul etdiyindən, onun həcmi isə öhdəliyin məbləğindən artıq olduğundan, həmin məbləği ödəməyə ohdəliyi yaranır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf iddia tələbini etiraf etməklə, onun təmin olunmasına etiraz etməmişdir. İşin müəyyən edilmiş hallarını nəzərə alaraq cavabdehdən 6636.44 manat əsas, 122.15 manat faiz borcunun tutulması hissəsində məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla həmin hissədə tam təmin edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 87.59 manat məbləğində dövlət rüsumu və 0.8 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh 6636.44 manat əsas, 122.15 manat faiz borcu, ödənilmiş 87.59 manat dövlət rüsumu və 0.8 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 6636.44 manat əsas, 122.15 manat faiz borcu, ödənilmiş 87.59 manat dövlət rüsumu və 0.8 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-4736/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4736/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver