Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4765/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı «X2 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı «X2 Azərbaycan» QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4774.85 (dörd min yeddi yüz yetmiş dörd manat səksən beş qəpik) manat əsas məbləğ üzrə borc, 416.98 (dörd yüz on altı manat doxsan səkkiz qəpik) manat faiz borcu, 49.42 (qırx doqquz manat qırx iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 5.241,25 (beş min iki yüz qırx bir manat iyirmi beş qəpik) manat məbləğində kredit borcunun, həmçinin, dövlət büdcəsinə köçürülmüş 72.41 manat dövlət rüsumunun «X2 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «X2 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 298405 nömrəli kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh 36 (otuz altı) ay müddətinə, illik 15 (on beş) faiz dərəcəsi olmaqla istehlak yönümlü 5000 (beş min) manat məbləğində pul ayrılmışdır və cavabdeh hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X2 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Bank tərəfindən borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, o, öhdəliyi icra etməmiş və iddia ərizəsi verilən günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X2 Azərbaycan» QSC-yə əsas məbləğ üzrə 4774.85 (dörd min yeddi yüz yetmiş dörd manat səksən beş qəpik) manat, faiz borcu üzrə 416.98 (dörd yüz on altı manat doxsan səkkiz qəpik) manat, cərimə borcu üzrə 49.42 (qırx doqquz manat qırx iki qəpik) manat olmaqla, cəmi borc 5.241,25 (beş min iki yüz qırx bir manat iyirmi beş qəpik) manat məbləğində təşkil edir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı «X2 Azərbaycan» QSC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclasında iştirakının təmin edilməsinin mümkün olmayacağını və iddia tələbini müdafiə etdiyini qeyd edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək, iddianı tam şəkildə qəbul etdiyini, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi.
5. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və digər ərizələri nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. «X2 Azərbaycan» QSC (Borcverən və/və ya kreditor) ilə Cavabdeh (Borcalan və/və ya Borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 298405 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən Borcalana bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə istehlak yönümlü (istehlak növlü) kredit verir. Borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə Borcverənə qaytarmasını öhdəsinə götürür. Kreditin məbləği 5000 (beş min) manat təşkil edir. Kredit Borcalana 36 ay müddətinə və istifadəsinə görə illik 15% dərəcəsini ödəmək şərtilə verilir. Bu müqaviləyə görə 1 il 360 gündən ibarətdir və kredit üzrə faizlər 360 gününün faktiki saylarının əsasında hesablanır. Bu müqavilə üzrə alınmış kredit Borcalan tərəfindən fərdi ehtiyac (məqsəd və təyinat) üçün istifadə ediləcəkdir. Borcalan götürdüyü krediti təyinatı üzrə istifadə edə bilmədiyi təqdirdə, bu barədə Borcverənə məlumat verməklə kreditin əsas məbləğini və ona hesablanmış faizləri dərhal Borcverənə qaytarmalıdır. Bu halda Borcverən müqavilə ilə müəyyən olunmuş kredit müddəti üçün tam faiz məbləğini tələb etmək hüququnu özündə saxlayır. Borcalan kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və/və ya şərtlərini pozduqda, bu müqavilə üzrə nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz əlavə edilib hesablanmaqla gecikdirilmə faizlərini ödəyir.
7. xx.xx.2024-cü il tarixdə «X2 Azərbaycan» QSC tərəfindən Cavabdeh məxsus +99***-***- **-** mobil nömrəsinə göndərilmiş elektron pretenziyadan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
8. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «X2 Azərbaycan» QSCyə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 4774.85 (dörd min yeddi yüz yetmiş dörd manat səksən beş qəpik) manat əsas məbləğ üzrə borc, 416.98 (dörd yüz on altı manat doxsan səkkiz qəpik) manat faiz borcu, 49.42 (qırx doqquz manat qırx iki qəpik) manat cərimə borcu olmaqla, 5.241,25 (beş min iki yüz qırx bir manat iyirmi beş qəpik) manat borcu vardır.
9. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 72,41 (yetmiş iki manat qırx bir qəpik) manat rüsum ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı «X2 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 36 (otuz altı) ay müddətinə, illik 15 (on beş) faiz ödəmək şərtilə 5000 (beş min) manat məbləğində kredit verilmiş, lakin cavabdeh aylıq ödənişləri gecikdirmişdir.
11. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq olunsa da, cavabdeh aylıq ödənişləri ödəməmiş, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur.
12. Hazırda iddiaçı aralarında olan müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını xahiş edir, cavabdeh isə iddiaçıya borcunun olmasını etiraf edir, lakin digər borcları da olduğundan, borcu tam ödəməyə imkanı olmadığını bildirir.
c) Məhkəmənin mövqeyi:
13. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək, cavabdehə kredit vermiş, cavabdeh isə müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozaraq aylıq ödənişləri gecikdirmişdir.
14. Məhkəmə mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirir. İddia tələbinin əsaslı olmasını və mötəbər sübutlarla (kredit müqaviləsi, maliyyə arayışı və s.) təsdiq olunmasını, eyni zamanda, cavabdehin etirafını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 739.1-739.2. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 740.1-740.2. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 742.5, 742.5.2. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
17. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh iddia tələbini etiraf etmişdir. Onun etirafı məhkəmə tərəfindən tədqiq edilərək, qanuna müvafiq hesab olunduğundan və etiraf üçüncü şəxslərin hüquqlarına xələl gətirmədiyindən, məhkəmə cavabdehin etirafını qəbul edir.
18. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 4.774,85 (dörd min yeddi yüz yetmiş dörd manat səksən beş qəpik) əsas, 416,98 (dörd yüz on altı manat doxsan səkkiz qəpik) faiz, 49,42 (qırx doqquz manat qırx iki qəpik) cərimə borcu olmaqla, cəmi 5.241,25 (beş min iki yüz qırx bir manat iyirmi beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı «X2 Azərbaycan» QSC-yə verilməlidir.
19. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 72,41 (yetmiş iki manat qırx bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Nəticə:
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 4.774,85 (dörd min yeddi yüz yetmiş dörd manat səksən beş qəpik) əsas, 416,98 (dörd yüz on altı manat doxsan səkkiz qəpik) faiz, 49,42 (qırx doqquz manat qırx iki qəpik) cərimə borcu olmaqla, cəmi 5.241,25 (beş min iki yüz qırx bir manat iyirmi beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı «X2 Azərbaycan» QSC-yə verilsin. İş üzrə ödənilmiş 72,41 (yetmiş iki manat qırx bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı «X2 Azərbaycan» QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova