Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-478/2025 07.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Birinci iddia üzrə iddiaçının (ikinci iddia üzrə cavabdehin) nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə Birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı birinci iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdehnə qarşı “sənədlərin verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair birinci, İkinci iddia üzrə iddiaçı (birinci iddia üzrə cavabdeh) Cavabdeh ikinci iddia üzrə cavabdeh (birinci iddia üzrə iddiaçı) İddiaçı qarşı “pul” tələbinə dair ikinci iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdehnə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması və sənədlərin verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 10 oktyabr 20217-ci il tarixli, 2/28 saylı “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” müqaviləyə əsasən həmin MMC-nin ünvan 1ndə inşa etdiyi, hazırda cavabdehin balansında və idarə edilməsində olan çoxmənzilli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 87 kv.metrdən ibarət mənzilə onun mülkiyyət hüququnun tanınması, mənzilə mülkiyyət hüququnun qeydə alınması üçün mənzilin ona verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının daşınmaz əmlakın dövlət qeydiyyatı orqanınına təqdim edilməsi üçün ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh eyni adlı Məhdud Məsuliyyətli Cəmiyyətin əsasında yaradılmışdır, onun hüquqi varisidir. Hazırda mübahisəli mənzilin yerləşdiyi bina həmin kooperativin balansında və idarəetməsindədir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçının bağladığı 10 oktyabr 20217-ci il tarixli, 2/28 saylı “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” müqaviləyə əsasən iddiaçı həmin MMC-nin ünvan 1ndə inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 87 kv.metrdən ibarət mənzili almışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin əvəzini eyni gündə seriya GDG 255227 nömrəli kassa mədaxil orderinə və həmin tarixli maliyyə arayışına əsasən tam ödəmişdir. Həmin mənzil bina tikilərkən eyni ünvandakı iddiaçıya məxsus olan, sökülmüş qeyri-yaşayış sahəsinin əvəzi olaraq verilmişdir. Mənzildən başqa cavabdeh iddiaçıya, həmçinin binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi də vermişdir. Həmin qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, müvafiq çıxarış verilmişdir. Hazırda iddiaçı tərəfindən istifadə olunur. Mənzilə mülkiyyət hüququ isə cavabdehin təqsiri üzündən qeydə aldıra bilməmişdir. Mənzil sahiblik və istifadəsindədir. Təmir etdirmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında yaradılmış Cavabdeh mənzilə mülkiyyət hüququnun qeydə alınması üçün qanunla müəyyən edilmiş sənədləri verməkdən imtina edir. Kooperativin sədri S.Ə.Mustafayev 01 dekabr 2021-ci il tarixdə 355 saylı məktubla iddiaçıya müraciət edərək kooperativ tərəfindən aparılmış yenidən ölçü nəticəsində mənzilin ümumi sahəsinin 87 kv.metr deyil, 93 kv.metr olduğunun müəyyən edildiyini bildirmişdir. Kooperativin rəhbərliyi artıq 6 kv.metr sahəyə görə iddiaçıdan kooperativə 7586 manat məbləğində əlavə ödəniş edilməsini tələb edir. 02 iyul 2024-cü il tarixdə iddiaçı nümayəndəsi vasitəsilə ərizə ilə cavabdehə müraciət edərək mənzilin ona satılması zamanı ümumi sahəsinin artıq hesablandığını və dəyərinin artıq alındığını bildirmişdir. Mənzilin ümumi sahəsinin Şəhərsalma və Tikinti Məcəlləsinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması“ Qaydalarına uyğun iddiaçının iştirakı ilə yenidən ölçülməsini təklif etmişlər. Buna baxmayaraq MTK müraciətə cavab verməmişdir. Məlumat üçün bildirilir ki, balkon-fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança, eyvan-binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir. Beləliklə, balkon və terrasların sahələrinin 30%-i, şüşəbənd və lociyaların 50%-i, eyvanların (verandaların) tam sahəsi mənzilin ümumi sahəsinə əlavə edilməlidir. Nümunə üçün qeyd edilir ki, balkonun sahəsi 10 m² olduqda, 0,3 azaltma əmsalı tətbiq edərək balkona dair 3 m² sahə mənzilin ümumi sahəsinə əlavə olunmalıdır. Mənzil iddiaçıya satılarkən ümumi sahəsinin ölçülməsi zamanı yuxarıda göstərilən tələblər pozulmuş, sahənin həcmi süni şəkildə şişirdilmiş və iddiaçıdan artıq pul alınmışdır. Ona görə də cavabdehin mənzilin ümumi sahəsinin yenidən hesablanması nəticəsində müəyyən edilmiş artıq sahəyə görə iddiaçıdan əlavə ödəniş tələb etməsi qanunsuzdur. Cavabdeh mənzilə iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün qanunla tələb olunan sənədləri daşınmaz əmlakın dövlət reyestri orqanına təqdim etmək üçün iddiaçıya verməlidir. Yuxarıda göstərilən əsaslara görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə bağlı zəruriyyət yaranıb. 3.Sonradan və son olaraq İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 10 oktyabr 20217ci il tarixli, 2/28 saylı “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” müqaviləyə əsasən həmin MMC-nin ünvan 1ndə inşa etdiyi, hazırda cavabdehin balansında və idarə edilməsində olan çoxmənzilli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 87 kv.metrdən ibarət mənzilin ona verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, hüquqi yardıma görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilinə ödədiyi 320 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 6.0 kv.m əlavə mənzil sahəsinin dəyəri olan 7584 manat alınaraq iddiaçı Cavabdeh kassasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 2/28 saylı, 10 oktyabr 2017-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh tərəfindən ünvan 1ndə inşa edilən yaşayış binasının 2 saylı girişin, 6-cı mərtəbəsində, ümumi sahəsi 87.0 kv.metrdən ibarət yaşayış sahəsi İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə həmin sahənin haqqını müqavilənin şərtlərinə uyğun ödəməyi tərəflər öhdəsinə götürərək, müqavilənin 2.3-cübəndində əsasən müqavilənin qiyməti 110.000 manat təşkil etdiyi göstərilmişdir. O cümlədən, müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin 1 kv.-nin qiyməti 1264 manat müəyyən edilmiş, müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üçün nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarların ortasından hesablanır. Müqavilə bağlayan zaman ərazi inşaat üçün ayrılsa da, lakin ərazidə olan yaşayış və qeyri-yaşayış sahələri sökülüb köçürülmədiyinə görə və tikinti işlərinə başlanılmadığına görə, o cümlədən sərəncam verilmədiyinə görə ilkin planlaşdırılmış layihə üzrə nəzərdə tutulmuş sahə göstərilmişdir. Bildirilir ki, layihə pilot layihə olduğuna görə, beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzilməişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Cavabdeh MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MTK-nın istifadəsinə verilmişdir. Eyni zamanda ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi Cavabdeh MTK-ya həvalə edilmişdir. O cümlədən, Nəsimi Rayon icra Hakimiyyəti Başçısının 102 saylı, 06 mart 2018-ci il tarixli sərəncamı ilə Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki ərazidə yerləşən yaşayış və qeyri-yaşayış binaların tikintisinə icazə verilmiş və eyni zamanda həmin tarixdə yekun baş plan təsdiq edilmişdir. “Pilot İnşaat-A" MTK tərəfindən çoxmərtəbəli 7 girişli, 4 binanın tikintisi həyata keçirilmişdir. Ondan sonra İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində inşa edilən yaşayış binasının 2 saylı 6-cı mərtəbəsində ayrılmış mənzilin sahəsi, müqavilənin 2.2-ci bəndində razılaşdırılmş qaydada nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarların ortasından hesablandıqda ümumi sahəsi 87.0 kv.m yox, 93.0 kv.m-dan ibarət yaşayış sahəsi verilmişdir. Beləliklə, artıq 6.0 sahə cavabdehə verildiyinə görə, dəfələrlə şifahi və xx.xx.2021-ci il tarixdə yazılı bildiriş göndərilərək, əlavə sahənin dəyəri ödənilməsi xahiş etmişlər. Lakin cavabdeh tərəfindən müxtəlif bəhanələrlə bugünə qədər əlavə sahənin dəyəri ödənilməmişdir. Hesab edilir ki, cavabdeh 6.0 kv.m. mənzil sahəsinin dəyəri olan 7584 manat (6.0 kv. x 1264 manat=7584) məbləğində pulu Cavabdeh MTK-ya ödəməlidir. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 5225/2024 saylı qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair e- 2(006)-5225/2024 saylı mülki işin məhkəmənin digər hakiminin icraatında olan İddiaçı Cavabdehnə qarşı mənzilə “mülkiyyət hüququnun tanınması və sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair e-2(006)-4406/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi və mülki işlərə birlikdə baxılaraq e-2(006)-4406/2024 nömrə verilməsi qərara alınmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 7.Məhkəmə iclasında birinci iddia üzrə iddiaçının (ikinci iddia üzrə cavabdehin) nümayəndəsi-vəkili Nümayəndə birinci iddia tələbini müdafiə edərək, təmin edilməsini, ikinci iddia tələbinə isə etiraz edərək, rədd edilməsini məhkəmədən xahiş etmişdir. 8.Əvvəlki məhkəmə iclasında birinci iddia üzrə cavabdehin (ikinci iddia üzrə iddiaçının) nümayəndəsi X2 birinci iddia tələbini qəbul etməyərək bildirmişdi ki, mübahisəli mənzilin olduğu bina pilot layihə üzrə inşa edilmişdir. Bu zaman iddiaçının binanın yerləşdiyi ərazidə qeyri-yaşayış sahəsi olmuş və iddiaçı ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə əsasında həmin sahə sökülərək ona yeni tikilmiş binadan həm qeyri-yaşayış sahəsi, həm də hazırki mübahisəli mənzil verilmişdir. Pilot layihələr rayon icra hakimiyyətlərinin səlahiyyətində olan məsələ olsa da, daha sonra AR Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rayon icra hakimiyyətləri tərəfindən təsdiq edilmiş layihələrə yenidən baxılmışdır. Nəticə etibarı ilə yekun layihə 2018-ci ilin fevral ayında təsdiq edilmişdir. Lakin həmin layihədə iddiaçı ilə aralarında bağlanmış müqavilədə qeyd edilən 87 kv.m ölçüdə mənzil nəzərdə tutulmamış, onun yerinə 93 kv.m-lik sahə verilmişdir. Ona görə də hazırda həmin sahə fərqinin iddiaçı tərəfindən ödənilməsinə zərurət yaranmışdır. Hesab edilir ki, bu, tam qanuni tələbdir və iddiaçı həmin fərqi onlara ödəməlidir. İddiaçının tələb etdiyi sənədlərin verilməməsinə səbəb də məhz bununla bağlıdır. Odur ki, birinci iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 9.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış birinci iddia üzrə cavabdehin (ikinci iddia üzrə iddiaçının) nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə birinci iddia üzrə cavabdehin (ikinci iddia üzrə iddiaçının) nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 10.Məhkəmə birinci iddia üzrə iddiaçının (ikinci iddia üzrə cavabdehin) nümayəndəsi-vəkilinin izahatını və çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, birinci iddia tələbi təmin edilməli, ikinci iddia tələbi isə rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 11.Mülki işin materiallarında olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) və İddiaçı (alıcı) arasında bağlanan 10 oktyabr 2017-ci il tarixli, 2/28 nömrəli Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqaviləyə əsasən satıcı ünvan 1ndə inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 87.0 kv.m-dən ibarət mənzili tikib alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər (bənd 1.1), tikilən mənzilin ümumi sahəsinin 1 kv.m-nin qiyməti 1264 manat müəyyən edilir (bənd 2.1), bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarların ortasından hesablanır (bənd 2.2), bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 110.000 manat təşkil edir (bənd 2.3). 12.Mülki işin materiallarında olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən 10 oktyabr 2017-ci il tarixli, 255227 nömrəli mədaxil orderinin qəbzinə əsasən İddiaçı tərəfindən 10 oktyabr 2017-ci il tarixli, 2/28 nömrəli müqavilə üzrə 110.000 manat ödəmişdir. 13Mülki işin materiallarında olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən 10 oktyabr 2017-ci il tarixli, 2/28 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində, 87,0 kv.m-dən ibarət mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında heç bir borcu yoxdur. 14.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 2 saylı Vəkil Bürosuna 320 manat məbləğində pul ödənilmişdir. 15.Mülki işin materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanan 01 dekabr 2021-ci il tarixli bildirişdən görünür ki, 5 gün ərzində mənzil sahəsinin onun iştirakı ilə ölçülməsi və əlavə mənzil sahəsinə görə yaranan qiymət fərqinin ödənilməsi məsələsinin müzakirə edilməsi təklif edilmişdir. 16.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 06 mart 2018-ci il tarixli, 102 nömrəli sərəncamına əsasən Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov Qardaşları və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə mövcud olan qəzalı vəziyyətdə olan yaşayış evlərinin sökülərək yerinə hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. 17.Mülki işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2025ci il tarixli, 10/285 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kolegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən Cavabdeh MTK tərəfindən ünvan 1ndə inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci blokunun 6-cı mərtəbəsində yerləşən 2 otaqlı mənzilin ümumi sahəsinin 76,8 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh MTK tərəfindən ünvan 1ndə inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci blokunun 6-cı mərtəbəsində yerləşən 2 otaqlı mənzilin ümumi sahəsi tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən (çöl divarlarının ortasından hesablanmaqla) 87,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh MTK tərəfindən ünvan 1ndə inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci blokunun 6-cı mərtəbəsində yerləşən 2 otaqlı mənzilin çöldən-çölə hesablandıqda sahəsinin 92,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 18.Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 (bir yüz) manat təşkil edir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 19.Beləliklə, məhkəmə müəyyən etdi ki, tərəflər arasında bağlanan 10 oktyabr 2017-ci il tarixli, 2/28 nömrəli Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqaviləyə əsasən Cavabdeh MMC, ünvan 1ndə inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 87.0 kv.m-dən ibarət mənzili tikib İddiaçı mülkiyyətinə verməyi, sonuncu isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Daha sonra Cavabdeh MMC təşkilati hüquqi formasını dəyişərək MTK-ya çevrilmişdir. Hər iki tərəf müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, belə ki, MTK tərəfindən mənzil İddiaçı təhvil verilmiş, sonuncu isə mənzilin dəyərini MTK-ya ödəmişdir. 20.Hazırda İddiaçı mənzildə yaşasa da, mənzilə dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına ala bilmir. Belə ki, MTK mənzilin sahəsinin müqavilədə nəzərdən tutulan ölçüdən daha artıq, yəni 93 kv.m olduğunu iddia edərək, İddiaçı əlavə 6 kv.m-lik sahənin pulunu tələb edir, İddiaçı isə mənzil ona təhvil verildiyi zaman sahəsinin ölçüldüyünü, buna görə də qarşı tərəfin ondan əlavə 6 kv.m-lik sahənin pulunu tələb etməsini əsassız hesab edərək, mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün MTK-dan mənzilin ona verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsini tələb edir. 21.Məhkəmə araşdırması zamanı tərəflər arasında mübahisəli mənzilin ölçüsünə dair tərəflər arasında mübahisə olduğundan işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, təqdim edilən 20 may 2025-ci il tarixli, 10/285 saylı ekspert rəyinə əsasən: 1) ünvan 1ndə inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci blokunun 6-cı mərtəbəsində yerləşən 2 otaqlı mənzilin ümumi sahəsinin 76,8 kv.m; 2) ünvan 1ndə inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci blokunun 6-cı mərtəbəsində yerləşən 2 otaqlı mənzilin ümumi sahəsi tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən (çöl divarlarının ortasından hesablanmaqla) 87,0 kv.metr; 3) ünvan 1ndə inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci blokunun 6-cı mərtəbəsində yerləşən 2 otaqlı mənzilin çöldən-çölə hesablandıqda sahəsinin 92,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 22.Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). 23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: (hüquq münasibətləri 10 oktyabr 2017-ci il tarixdə yaranmışdır) 139-1.1 və 139-1.1.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir; 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 24.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 113.1-ci maddəsinə əsasən Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır; 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. 25.”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0 və 8.0.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 26.Məhkəmə hazırki işə münasibətdə onu qeyd edir ki, ilk növbədə birinci iddia tələbinə hüquqi qiymət verilməsi zəruridir, belə ki, birinci iddia tələbinin əsaslı sayılaraq təmin edilməsi ikinci iddia tələbinə hüquqi qiymət verilməsi məsələsini prosessual qənaət prinsipi nəzərə alınmaqla aradan qaldırmış olacaqdır. Hazırki iş üzrə işin məhkəmə tərəfindən müəyyən edilən hallarına əsasən birinci iddia üzrə İddiaçı iddiasının əsaslı olması öz təsdiqini tapır. 27.Belə ki, Cavabdeh MTK öz tələbi üzrə təhvil verilən mənzilin ümumi sahəsinin 93 kv.m (yəni müqavilədə nəzərdə tutulan sahədən 6 kv.m çox) olduğunu iddia edərək, cavabdehdən (İddiaçı) ödədiyi puldan əlavə 6 kv.m sahənin pulunu tələb edir. Məhkəmə araşdırması zamanı tikinti-texniki ekspertizasının rəyinə əsasən müəyyən edildi ki, mübahisəli mənzilin ümumi sahəsi çöl divarlarının ortasından hesablanmaqla 87 kv.m təşkil edir. Göründüyü kimi ekspert rəyi ilə tərəflərin könüllü müqavilə bağlaması və MTK tərəfindən mənzilin ölçüsünə dair müqavilə şərtinin tam icra edilməsi təsdiq olunur. Belə ki, cavabdeh müqavilə şərtlərində göstərilən ölçüdə mənzili iddiaçıya təhvil verib, yoxsa yox, əlbəttə ki, onun tərəfindən öhdəliyin tam və qüsursuz icra olunması sübut edilməlidir. Bu halı sübut etmək yükü isə cavabdeh tərəfin üzərinə düşürdü ki, qeyd olunduğu kimi bu da ekspert rəyi ilə təsdiq olunur. Belə ki, mənzilin sahəsinin ölçüsündə yaranmış fərqlə bağlı mənzil satılarkən tərəflər arasında hansısa başqa razılaşma olmuşdursa, həmin şərtlərin müqaviləyə daxil edilməsində, yaxud edilməməsində hər hansı maneə yox idi, çünki tərəflər arasında onsuz da mübahisəli mənzillə bağlı razılaşmaları özündə əks etdirən yazılı müqavilə bağlanırdı. Məhz buna görə də tərəflər müqavilənin 2.2-ci bəndində mənzilin sahəsinin çöl divarların ortasından hesablanacağı barədə razılığa gəlmişlər. Başqa sözlə, mənzilin sahəsinin çöl divarların ortasından hesablanacağı barədə şərt müqavilədə öz əksini tapmışdır. Göründüyü kimi ekspert rəyi ilə mənzilin hazırki sahəsinin müqavilə şərtində nəzərdə tutulan sahə ilə eyni olması öz təsdiqini tapdığına görə MTK tərəfindən əlavə olaraq 6 kv.mlik sahə üçün pulun tutulması əsassızdır. Bundan əlavə, müqavilə üzrə tərəflərin razılaşdıqları ölçüyə dair məbləğ tam şəkildə iddiaçı tərəfindən cavabdehə ödənilmişdir (iş materiallarında olan mədaxil qəbzinə əsasən). 28.Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, birinci iddia tələbi əsaslı hesab edilməklə təmin edilməli, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 10 oktyabr 2017-ci il tarixli, 2/28 saylı “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” müqaviləyə əsasən ünvan 1ndə inşa edilən, hazırda cavabdehin balansında və idarə edilməsində olan çoxmənzilli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 87 kv.metrdən ibarət mənzilə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının iddiaçıya verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. 29.Məhkəmə birinci iddia tələbinin vəkil xərci kimi ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, tələb həmin hissədə də əsaslı hesab edilməklə təmin edilməlidir. 30.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 31.Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 32.Hazırki iş üzrə iş materiallarından göründüyü kimi birinci iddia üzrə iddiaçı tərəfindən Bakı şəhəri 2 saylı Vəkil Bürosuna 320 manat məbləğində vəkil xərci ödənilmişdir. İddia tələbi əsaslı hesab edilərək təmin edildiyindən həmin tələb üzrə ödənilmiş vəkil xərci də cavabdehə aid edilməli və cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. 33.Daha sonra məhkəmə ikinci iddia tələbinə münasibətdə isə onu qeyd edir ki, işin araşdırılan hallarından göründüyü kimi ikinci iddia tələbi üzrə iddiaçı müqavilədə nəzərdə tutulan ölçülü mənzil olmadığı üçün qarşı tərəfə 93 kv.m ölçülü, yəni müqavilədəki ölçüdən 6 kv.m artıq ölçüdə mənzili qarşı tərəfin mülkiyyətinə verdiyini, lakin qarşı tərəf yalnız müqavilədə nəzərdə tutulan ölçünün dəyərini ödədiyini iddia edərək, artıq olan 6 kv.m sahənin pulunu tələb etmişdir. Birinci iddia üzrə araşdırma zamanı məhkəmə araşdırması zamanı cavabdehin, yəni İddiaçı müqavilədə nəzərdə tutulan ölçüdə mənzilin təhvil verildiyi öz təsdiqini tapmışdır. Göründüyü kimi ikinci iddia üzrə iddiaçının əlavə sahə üçün pul tələb etməsi əsassız və qanunsuz olmuşdur. Odur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası əsassız hesab edilməklə təmin edilməməlidir. 34.Beləliklə də, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, birinci iddia tələbi təmin edilməli, 10 oktyabr 2017-ci il tarixli, 2/28 saylı “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” müqaviləyə əsasən ünvan 1ndə inşa edilən, hazırda cavabdehin balansında və idarə edilməsində olan çoxmənzilli yaşayış binasının 2ci blok, 6-cı mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 87 kv.metrdən ibarət mənzilə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalı, vəkil xərci kimi ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti birinci iddia üzrə Cavabdehndən birinci iddia üzrə İddiaçı xeyrinə tutulmalı, ikinci iddia tələbi rədd edilməlidir. 35.Həmçinin, ikinci iddia tələbi üzrə iddiaçı Cavabdeh iddiası əsassız hesab edilərək rədd edildiyi üçün iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti ondan tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 36.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı birinci iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdehnə qarşı “sənədlərin verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair birinci iddia təmin edilsin. 10 oktyabr 2017-ci il tarixli, 2/28 saylı “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” müqaviləyə əsasən ünvan 1ndə inşa edilən, hazırda cavabdehin balansında və idarə edilməsində olan çoxmənzilli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 87 kv.metrdən ibarət mənzilə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Vəkil xərci kimi ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti birinci iddia üzrə Cavabdehndən birinci iddia üzrə İddiaçı xeyrinə tutulsun. İkinci iddia üzrə iddiaçı (birinci iddia üzrə cavabdeh) Cavabdeh ikinci iddia üzrə cavabdeh (birinci iddia üzrə iddiaçı) İddiaçı qarşı “pul” tələbinə dair ikinci iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-478/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-478/2025
07.08.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver