Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4796/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2 QSC BOKT, “X1 Edilməsi Agentliyi” MMC, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Cavabdeh3 MMC və Cavabdeh1 MMC-yə qarşı “əsassız hesablanmış faiz borcunun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2 QSC BOKT, “X1 Edilməsi Agentliyi” MMC, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Cavabdeh3 MMC və Cavabdeh1 MMC-yə qarşı “əsassız hesablanmış faiz borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 QSC BOKT tərəfindən iddiaçıya əsassız hesablanmış 156.297 ABŞ dolları məbləğində faiz borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsinin mülki prosessual qanunvericiliklə müəyyənləşdirilmiş forma və məzmununa riayət etməmişdir. İddiaçı cavabdeh qismində "xxxx" ASC, Cavabdeh2 QSC BOKT, “X1 Edilməsi Agentliyi” MMC, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Cavabdeh3 MMC və Cavabdeh1 MMC-ni göstərsə də, tələbini yalnız Cavabdeh2 QSC BOKT-a yönəltmiş, digər cavabdehlərdən nəyi tələb etməsini isə iddia ərizəsinin heç bir hissəsində aydın qeyd etməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı bundan əvvəl bir dəfə də cavabdehlər "xxxx" ASC, Cavabdeh2 QSC BOKT, “X1 Edilməsi Agentliyi” MMC, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Cavabdeh3 MMC və Cavabdeh1 MMC-yə qarşı “cavabdeh tərəfindən əsassız hesablanmış faiz borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsinin mülki prosessual qanunvericiliklə müəyyənləşdirilmiş forma və məzmununa riayət etmədiyindən, həmçinin, dövlət rüsumunu qanunla müəyyən edilmiş məbləğdən az ödədiyindən məhkəmənin e- 2(006)-4296/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmış və ona göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin hazırda iddiaçı dövlət rüsumu ilə bağlı nöqsanı aradan qaldırsa da, məhkəmənin iddia ərizəsinin forma və məzmunu barədə qeyd etdiyi digər nöqsanı aradan qaldırmamış, yenidən bütün cavabdehləri iddia ərizəsinin giriş hissəsində, lakin cavabdehlərdən sadəcə birinin adını iddia ərizəsinin nəticə hissəsində göstərməklə, yəni tələbini yalnız cavabdehlərdən birinə yönəltməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, digər hüquqi şəxslərin cavabdeh kimi cəlb edilməsinin səbəbi, onlara yönəlmiş tələbin mahiyyəti ərizənin heç bir hissəsində qeyd edilməmiş, bununla da iddiaçı tərəfindən mülki prosessual qanunvericiliyin iddia ərizəsinin forma və məzmununa dair imperativ tələblərinə riayət edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2, 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1, 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 555,70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 114.1, 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, habelə, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2 QSC BOKT, “X1 Edilməsi Agentliyi” MMC, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Cavabdeh3 MMC və Cavabdeh1 MMC-yə qarşı “əsassız hesablanmış faiz borcunun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 555,70 (beş yüz əlli beş manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın (qəbz №: **********). İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-4796/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4796/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver