Məhkəmə qərarları › İş №e-2(006)-4899/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4899/2022

15.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4899/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi, daha sonra isə “iddianın dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 2013-cü il təvəllüdlü X7 və 2015-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılması, 2009-cu il təvəllüdlü X3 isə atası Cavabdeh himayəsinə verilməsi, 2013-cü il təvəllüdlü X7 və 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat, cəmi isə 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Tutulmuş alimentin məbləği hazırda uşaqların təhsili, müayinəsi və müalicəsi, qidası, geyimi ilə bağlı onların bütün ehtiyaclarını qarşılaya bilmir. 2021-ci ildə də, hal-hazırda da cavabdeh 10-a yaxın şirkətin təsisçisi və qanuni təmsilçisidir. Cavabdehin adına dəyəri müvafiq olaraq 600.000-700.000 manat və 270.000-28.000 manat olan 2 mənzil və 1 avtomobil vardır. Cavabdehin aylıq əldə etdiyi gəlir 20.000-30.000 manat təşkil edir. Lakin tərəflər arasında nikahın pozulması və sair tələblərə dair mülki işə Nizami Rayon Məhkəməsində baxılması zamanı məhkəmə cavabdehin əmlak vəziyyətini, gəlirlərini araşdırmamış, Kamal və Nəzrinin saxlanılması üçün alimenti ölkə üzrə yaşayış minimumu həddində müəyyən etmişdir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-də direktor vəzifəsində 697,92 manat, xx.xx.2021-ci il tarixdən ”NM Gatering” MMC-də baş direktor vəzifəsində 600 manat aylıq əmək haqqı, xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də hüquqşünas vəzifəsində 600 manat əmək haqqı, "xxxx" MMC-də direktor vəzifəsində əmək haqqı alması, habelə ”NM Catering” MMC-nin təsisçisi kimi daimi dividentlər alması nəzərə alınaraq, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-468/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, iş üzrə tərəflərin birgə nikahından olan övladları - 2013-cü il təvəllüdlü X7 və 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi, əlavə olaraq hər ay hər uşağa görə 1.000 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin artırılmış məbləğinin Nizami Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2021-ci il tarixdən hesablanması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh sahibkarlıq fəaliyyəti faktiki olaraq dayandırılmışdır. Hal-hazırda iş fəaliyyəti yoxdur. İddiaçı isə əksinə X5 Görülməsi və X1 işləyir və rəsmi əmək haqqı alır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar olunmuş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-468/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın ləğv edilməsi, uşaqların valideynin himayəsində qalması və aliment” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların atanın yanında qalması” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, Cavabdeh və İddiaçı arasında Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində 17 oktyabr 2008-ci il tarixdə bağlanmış və 1097 №-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan 2013cü il təvəllüdlü X7 və 2015-ci il təvəllüdlü X2 anaları İddiaçı, 2009-cu il təvəllüdlü X3 isə atası Cavabdeh himayəsinə verilməsi, Cavabdeh 2013-cü il təvəllüdlü X7 və 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 31 avqust 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat, cəmi hər ay 350 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, hər iki iddianın qalan hissədə təmin olunmaması, alimentin tutulması hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 13 oktyabr 2021-ci il tarixdə verilmiş AZ-İ № 392974 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17 iyun 2021-ci il tarixdə 162 № ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********294100 saylı məktubunda göstərilir ki, dövlət reyestrində Cavabdeh "xxxx" MMC-nin (VÖEN: **********) təsisçisi və rəhbəri, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) rəhbəri olması barədə məlumat mövcuddur. Reyestrdə Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********6 saylı məktubu ilə təqdim edilmiş Cavabdeh adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş və qüvvədə olan əmək müqaviləsi bildirişləri barədə məlumatdan və sistemdən çıxarışdan görünür ki, Cavabdeh və "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Cavabdeh "xxxx" MMC-də tutduğu vəzifə - hüquqşünas, aldığı aylıq əmək haqqı 600 manat təşkil edir. Sözügedən məlumatlardan həmçinin görünür ki, Cavabdeh və "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Cavabdeh "xxxx" MMC-də tutduğu vəzifə - baş direktor, aldığı aylıq əmək haqqı 600 manat təşkil edir. Bunlardan başqa, həmin məlumatlardan görünür ki, Cavabdeh və "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Cavabdeh "xxxx" MMC-də tutduğu vəzifə - direktor, aldığı aylıq əmək haqqı 697.92 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin 29 noyabr 2022-ci il tarixli, **********123900 saylı məktubunda göstərilir ki, "xxxx" MMC (VÖEN:**********) və "xxxx" MMC (VÖEN: **********) tərəfindən fəaliyyət dövrlər üzrə müvafiq ƏDV, mənfəət bəyannaməsi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi göstəricisiz təqdim edildiyindən Cəmiyyətlərin gəlirləri və Cavabdeh hesablanan əmək haqqı məbləğini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin rəsmi nikah münasibətlərindən 3 övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-468/2021 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 2013cü il təvəllüdlü X7 və 2015-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılması, 2009-cu il təvəllüdlü X3 isə atası Cavabdeh himayəsinə verilməsi, 2013-cü il təvəllüdlü X7 və 2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 175 manat, cəmi isə 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı övladları Kamran və Nəzrin barəsində Nizami Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən onun aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, habelə hər uşağa görə hər ay 1.000 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1-ci və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur: Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən hər birinə görə 175 manat miqdarında alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq, cavabdehin aylıq qazancının və (və ya) başqa gəlirlərinin, o cümlədən "xxxx" MMC-də direktor vəzifəsi üzrə aylıq 697,92 manat, ”NM Catering” MMC-də baş direktor vəzifəsi üzrə aylıq 600 manat, "xxxx" MMC-də hüquqşünas vəzifəsi üzrə 600 manat aylıq əmək haqqının, "xxxx" MMC-də direktor vəzifəsi üzrə aylıq əmək haqqının, habelə ”NM Catering” MMC-nin təsisçisi kimi aldığı dividendlərin 1/3 hissəsi miqdarında müəyyən edilməlidir. Bundan əlavə, məhkəmə iddia tələbinin “uşaqların saxlanılması üçün ilk dəfə alimenti müəyyən edilməsi barədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 468/2021 qətnaməsinin qəbul edildiyi xx.xx.2021-ci il tarixdən başlayaraq alimentin hesablanması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-468/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay onun aylıq qazancının və (və ya) başqa gəlirlərinin, o cümlədən "xxxx" MMC-də direktor vəzifəsi üzrə aylıq 697,92 manat, ”NM Catering” MMC-də baş direktor vəzifəsi üzrə aylıq 600 manat, "xxxx" MMC-də hüquqşünas vəzifəsi üzrə 600 manat aylıq əmək haqqının, "xxxx" MMC-də direktor vəzifəsi üzrə aylıq əmək haqqının, habelə ”NM Catering” MMC-nin təsisçisi kimi aldığı dividendlərin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-468/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay onun aylıq qazancının və (və ya) başqa gəlirlərinin, o cümlədən "xxxx" MMC-də direktor vəzifəsi üzrə aylıq 697,92 manat, ”NM Catering” MMC-də baş direktor vəzifəsi üzrə aylıq 600 manat, "xxxx" MMC-də hüquqşünas vəzifəsi üzrə 600 manat aylıq əmək haqqının, "xxxx" MMC-də direktor vəzifəsi üzrə aylıq əmək haqqının, habelə ”NM Catering” MMC-nin təsisçisi kimi aldığı dividendlərin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar